Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə177/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   173   174   175   176   177   178   179   180   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



479

                                                            

Sadə  şəkildə  ifadə  etsək,  bu  o  deməkdir  ki,  seçilən  konseptual 

prinsiplər  milli  mənafelərin  tam  və  dolğun  şəkildə  ödənilməsinin 

təminatına xidmət etməlidir. 

 

§ 17.3.3. Yeni paradiqma: keçid situasiyasının konseptual sərhədləri 

 

Dünya 


iqtisadiyyatı 

qlobal 


sistem 

olmaq 


etibarilə 

parçalanmaqdadır.  Prosesə  “dur”  deyə  biləcək  gücün  yoxluğu  bütün 

çılpaqlığı  ilə  ortalıqdadır.  Əslində,  böhranlı  prosesi  dayandıra  biləcək 

hansısa  subyektin  yoxluğu  başa  düşüləndir  və  bu,  heç  mümkün  də 

deyildir. Mövcud qlobal iqtisadi sistemin söykəndiyi baza prinsiplərinin 

kardinal dəyişikliyinə getməkdən özgə bir çıxış yolu qalmır. 

Ümumplanetar səviyyədə iqtisadi inkişafın dayanıqlılığı və normal 

templərlə  gedişinin  təminatına  nail  olmaq  probleminin  həlli,  keçilməsi 

labüd olan  yeni inkişaf  paradiqmasının konseptual sərhədlərinin düzgün 

müəyyənləşdirilməsindən birbaşa asılılıqdadır: 

1.

  Yeni  paradiqmaya  keçiddə  dövlətin  yeri  və  rolu  adekvat 



formada  nəzərə  alınmalıdır.  Transformasiyaya  məruz  qalan 

yalnız  dövlətin  funksiyaları  (iqtisadiyyatla  bağlı)  ola  bilər. 

Dövlət  –  müqəddəsdir.  Dövlət  müstəqilliyi  heç  bir  halda 

məhdudlaşdırıla bilməz. 

2.

  Paradiqmanın  təməl  prinsiplərinin  qlobal  səviyyədə  milli 



mənafelərin  tarazlığı  üzərindən  formalaşdırılması;  Yəni  əsas 

prioritetlər  kimi  ön  planda  tutulan  mənfəət  və  hökmranlıq 

hədəflərinin  daha  humanist  məzmun  kəsb  edən  prinsiplərlə 

əvəzlənməsi.Ümumbəşəri rifahın yüksəlməsini əsas götürməklə 

real  məzmunlu  əməkdaşlıq  və  sosial  ədalət  prinsiplərinin  yeni 

inkişaf paradiqmasının prioritetləri kimi təsbiti. 

3.

  Milli  →  regional  →  qlobal  mənafelərin  optimal 



mütənasibliyinin gözlənilməsi. “Qonşunu soymaq” siyasətindən 

əl götürülməsi 

4.

  Prioritet  dəyişkənliyi  bazasında  fərdlərarası  münasibətlərdən 



tutmuş  dövlətlərarası  münasibətlərə  qədər  açıq-aydın  şəkildə 

müşahidə  edilən  sosial  identiklik  böhranının  aradan 

qaldırılması. 

5.

  Qlobal səviyyədə, eləcə də ayrı-ayrı regional güc mərkəzlərində 



geniş  təkrar  istehsal  prosesinin  tamlığı  və  bütövlüyünü 

qorumaq,  bu  mənada  “nəyinsə”  əlahiddələşməsinə,  “özündə 

şeyə” çevrilməsinə yol verməmək. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



480

                                                            

6.

  Neoliberal  maksimalizmdən  uzaqlaşma:  Maksimum  mənfəət, 



maksimum fayda , tam hökmranlıq istəyinin heçliyə apardığının 

və  müəyyən  tarixi  dönəmlərdə  özünün  əksinə  çevrildiyinin 

gerçək  xarakter  daşıdığını  qəbul  etmək;  Plüralist  rasionalizmin 

inkarının arzuedilməz nəticələrlə sonuclandığının təsbiti. 

7.

  Dövlət→  bazar  dixotomiyasının  effektiv  həlli  prizmasından 



vətəndaş cəmiyyətinin rolu və təsirinin gücləndirilməsi. 

8.

  Bazara → həzmedə biləcəyi qədər sərbəstliyin verilməsi; 



9.

  qtisadi  azadlığın  sərhədlərinin  sosial  ədalət  və  ümumbəşəri 

rifahın  təhlükəsizlik  xətti  ilə  məhdudlaşdırılması:  Ələlxüsus 

Trans-Milli  Korporasiyaların  fəaliyyətinə  münasibətdə  bu 

aspekt müstəsna əhəmiyyət kəsb edir. 

10.


 Qlobal inkişafın imperiya variantından imtina edilməsi, inkişaf 

səviyyəsindən  asılı  olmayaraq  qlobal  “oyun  qaydalarının” 

formalaşmasında  əksər  milli  dövlətlərin  bərabər  hüquqlu  aktor 

kimi  iştirakını  təmin  edəcək  effektiv  fəaliyyət  mexanizminin 

hazırlanması və tətbiqi; 

11.


  Dünya  sistem  nəzəriyyələrinin  konseptual  tutumunda  kardinal 

dəyişikliklər  etmək;  Dünya  iqtisadiyyatının  tənzimlənməsi 

mexanizmini işlək hala gətirmək məqsədi ilə məhz tənzimləmə 

sferasında  reqional  aspekti  ön  plana  çıxarmaq  (söhbət  iri 

reqionlardan,  məsələn  Avrasiya,  Cənub-Şərqi  Asiya,  Amerika 

və.s  gedir),  inteqrasiya  bloklarının  qapalılığını  aradan 

qaldırmaq; 

12.


  Nəhayət  qlobal  inkişafın  sistemliliyi,  kompleksliliyi 

dayanıqlılığının  təminatı  baxımından  mədəniyyətlər,  dinlər  və 

ümumiyyətlə,  sivilizasiyalar  arası  dıaloqu  inkişaf  etdirmək, 

sözün həqiqi mənasında qlobal bütövlüyə nail olmaq; 

Sübut etməyə ehtiyac yoxdur ki, sadalananların nəzərə alınması və tətbiqi 

tamamilə  yeni,  keyfiyyətcə  kifayətqədər  yüksək  səviyyədə  dayana 

biləcək  dünya  nizamını  reallığa  cevirə  bilərdı.  Amma,  deyilənlərin 

reallığa  transferi  baş  tutacaqmı?  Sualın  cavabına  akademik 

R.Mehdiyevin məlum məqaləsində rast gəldik: “... Yeni dünya nizamının 

qurulması şəraitində biz özümüzü aldatmamalı, başa düşməliyik ki, bəzi 

aparıcı  ölkələrin  hakim  elitaları  millətlərin  müstəqillik  hüququ  və  onun 

tarixi-mədəni  xüsusiyyətlərinin  qorunub  saxlanması  barədə  yalnız 

mücərrəd  təsəvvürləri  rəhbər  tuturlar.  ...  Başa  düşmək  çətin  deyil  ki, 



Dünya iqtisadiyyatının tarixi 

 

 



481

                                                            

onlar  yalnız  öz  xüsusi  maraqlarını  reallaşdırmaq  üçün  əlverişli  xarici 

mühit yaratmağa çalışırlar.”

212

 Necə deyərlər, şərhə ehtiyac yoxdur. 



   

 

 

                                                 

212

 R.Mehdiyev. Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik 



və innovasiyalılıq // Azərbaycan.- 2008.-30 dekabr. 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə