Tərtibçidən
Hər il ənənəvi şəkildə qeyd edilən müəllim günü 1965-ci il SSRİ Ali
Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilib. Müstəqillik qazandıqdan
sonra isə bu peşə bayramı hər il oktyabır ayının ilk bazar günü qeyd edilir.
Təqvimdə rəsmi bayram günü kimi qeyd edilməsədə, müəllim ordusu üçün bu gün
elə əsl bayramdır. Bu bayram bu gündə var, sabahda olacaq. Çünki Azərbaycan
cəmiyyətində müəllim peşəsi həmişə hörmətli peşələrdən biri olmuşdur. Gənc
nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni
gələcək mütəxəsisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir
valideyin məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Əsl müəllim isə
həmişə əsl insan, yaxşı şagird yetişdirməyə çalışır. Adı həmişə uca tutulan
müəllimlərimizin peşə bayramı münasibəti ilə F. Köçərli adına Respublika uşaq
kitabxanasında bir çox tədbirlər keçirə bilərik. Bunun üçün kitabxananın elmi-
metodika şöbəsi tərəfindən hazırladığımız vəsaiti sizə təqdim edirik. Bu vəsait ulu
öndər Heydər Əliyevin müəllim haqqında söylədiyi fikirlərlə başlayaraq giriş
hissəsi və keçiriləcək tədbirlərdən ibarətdir. ― Keçiriləcək tədbirlər ‖ bölməsində
mövzu ilə bağlı kitabxanada keçirilə biləcək tədibrlər (icmallar, söhbətlər, tamaşa-
baxış müzakirəsi. şeir, inşa müsabiqəsi və ədəbi bədii gecə) haqqında məlumat
verilmişdir. Burada həmçinin əsl müəllimin pedoqoji qabiliyyətləri, insani
keyfiyyətləri verilmişdir. Hamıya ömürlərindən pay verən müəllimlərimizə hər
zaman can sağlığı, üzlərində təbbəssüm arzu edirik. Bayramınız mübarək əziz
müəllimlərimiz.
" Hər birimizdə müəllimin hərarətli qəlbinin bir
zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu
sevməyi, hamının rifahı namınə vicdanla işləməyi
müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!
Heydər Əliyev.
Müəllim – zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi
üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm
öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran
şəxsiyyətdir. O, hikkədən kənar, qürurdan uzaq, bar verən ağac kimi
başıaşağı, gülməsi təbbəssüm, millətin xalqın yükünü çiynində daşıyan
fədaidir. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq
gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən,
ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən
bir anadır. O, xətaları görən ancaq, sahibinə söyləməyən, əməlləri ilə onlara
örnək olmağa çalışan bir insandır. Onun örnəyi elə onun həyatıdır. Əsl
müəllim bildikləri ilə kifayətlənməyərək hər gün elmin bağçasında yeni-yeni
biliklər öyrənər. Bildiklərini şagirdləri ilə paylaşmağı özünə sevinc hesab
edər. İnsani münasibətlərdə insanlara insan olduğu üçün dəyər verər.
Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə
bir örnəkdir. Elə bir örnək ki uşaq təfəkkürümüzdə saf, təmiz, əxlaqlı
mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə
yanımızda olan bir örnək. Anadan sonra yer üzünün fədaisi müəllimdir.
İnsan məxluq, elm isə Allahın mülküdür. Müəllim isə elm mülkünün Allahın
bəndəsinə ötürücüsüdür. Ən böyük ötürücü isə Hz.Muhəmməd (səllalahü
aleyhi və alihi salam) dır. ― Alimlər mənim varislərimdir ‖, ― Alimin ölümü
yerdə aləmin ölümüdür ‖ deyən peyğəmbərimiz, elm sahiblərinin alim
olmasında da müəllimin roluna müstəsna əhəmiyyət vermişdir. Müəllim
könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət
günəşidir. O, dinləyicisinin mənəvi dünyasına baş vuraraq onun nəfsinin
təmizliyini, əxlaqının gözəlliyini təmin edər. Beləliklə müəllim əməyi
sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan
onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer tapar. Məktəb – müqəddəs
bir məbəddir. Müəllim isə burada maarif, fəzilət, sevgi qapılarını insanların
üzünə açandır. Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd
olunur. Hələ Keçmiş Sovet İmperiyasında 1965-ci il qərarı ilə qeyd edilən