Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə45/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Azər sözünə ara verib sahəyə tərəf boylanır. Yaxınlıqda çalışan işçini səsləyir. 
Onu bizimlə tanış edir: 
Namiq  Səmədov  Azərbaycan  Dövlət  Neft  Akademiyasının  məzunudur.  Qısa 
müddət  "Azərenerji"  sistemində  çalışıb,  hərbi  xidmətini  də  başa  vurub.  İndi  öz 
ixtisası üzrə işləməyə üstünlük verib. Bu məqsədlə də Neft Daşlarına gəlib. Ona usta 
vəzifəsini  həvalə  etmişik.  Ehtimadımızı  doğruldur.  Biz  də  indiyə  qədər  toplaya 
bildiyimiz  təcrübəni  onunla  bölüşməyə  çalışırıq.  Ənənəmiz  belədir.  Vaxtilə  bizi 
öyrədiblər. İndi də biz təzə gələnləri öyrədirik.  
Elə bu ənənənin davamıdır ki, Neft Daşlarının şan-şöhrəti azalmır.  
Kiçik  arayış:  Cari  ilin  9  ayı  ərzində  NQÇİ  neft  hasilatı  və  təhvili  üzrə 
tapşırıqları artıqlaması ilə yerinə yetirib. Nəzərdə tutulduğundan əlavə 2013 ton neft 
çıxarılıb  və  2012  ton  neft  təhvil  verilib.  Quyulardan  gözlənildiyi  qədər  səmt  qazı 
alınıb. 
Hazırda  idarənin  istismar  fondunda  494  quyu  var.  Fəaliyyətdə  olan  quyu 
fondu  445  quyudan  ibarətdir.  İstismar  quyu  fondunu  441  işlək,  4  müvəqqəti 
dayanmış, 42 fəaliyyətsiz və 7 mənimsəmədə olan quyu təşkil edir. 
Fəaliyyətsiz fonddan 9 quyu  əvəzinə 19 quyu təmir olunaraq istismara daxil edilib, 
bu  quyular  14081  ton  neft  verib.  225  əvəzinə  360  texniki  tədbir  həyata  keçirilib. 
Geoloji tədbirlərdən xeyli səmərə əldə edilib.  
Estakadalarla  irəlilədikcə  daha  bir  dəstənin  yanında  ayaq  saxlayırıq.  Əlbəttə, 
neftçi  olmayan  üçün  bu  əraziləri  bir-birindən  seçmək  çətindir.  Ona  görə  buradakı 
insanların  da  neftçıxaran  olduğunu  güman  edirik.  Demə,  sahədə  çalışan 
təmirçilərdir. Daha doğrusu, quyuların əsaslı yeraltı təmir sexinin işçiləri.  
Burada  isə  qabağa  bir  ağsaqqal  çıxır.  Bu,  qazmaçı  köməkçisi  Rafiq 
Əzimovdur.  Sex  rəisi  Bahadur  Sadıqovun  digər  bir  quyuya  "təcili  yardım" 
göstərməyə  getdiyini  deyir.  Qazmaçı  köməkçisindən  öyrənirik  ki,  sexin  248  nəfər 
işçisi  var.  Köhnə  yataqda hasilatın  sabit  saxlanılması  təmirçilərdən  çox  asılıdır.  
                                                       154 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Gərək  hər  quyunun  "həkim"i  olasan.  Onu  sağaldasan  ki,  qalan  ehtiyatlarını  üzə 
çıxara  biləsən.  Üstəlik,  quyuların  da  "xasiyyəti"  var.  Şıltaq,  qəliz,  rahat  quyular 
olur... 
Kiçik  arayış:  NQÇİ-də  11  əsaslı  və  9  cari  təmir  briqadası  fəaliyyət  göstərir. 
Cari ilin 9 ayı ərzində əsaslı təmir briqadaları fəaliyyətsiz fondda olan 8 quyuda işi 
başa çatdırıblar. Bu quyulardan 4991 ton neft hasil edilib. 2 quyuda qəza ləğvetmə 
işləri  aparılır.  Daha  5  quyuda  əsaslı  təmir  işləri  gedir.  Ümumiyyətlə,  9  ay  ərzində 
166 əvəzinə 172 əsaslı təmir işləri aparılıb, 499 cari təmir işi həyata keçirilib.  
Dəniz  şəhərinin  "küçələri"ni  gəzdikcə  hər  yanda  inşaatçılara  rast  gəlirsən. 
Onlar  genişmiqyaslı  işlər  həyata  keçirirlər.  Vertolyot  meydançası  əsaslı  təmir 
olunub. Orada abadlıq və yaşıllaşdırma işləri davam edir.  
Neftçilər  və  inşaatçılar  Neft  Daşlarının  inkişafına  böyük  diqqət  və  qayğı 
göstərmiş  ulu  öndərə  ehtiram  əlaməti  olaraq  Heydər  Əliyev  adına  park  salıblar, 
muzey  yaradıblar.  Azərbaycanın  müstəqilliyi  və  torpaqlarımızın  azadlığı  uğrunda 
şəhid  olan  neftçilərin  xatirəsi  əbədiləşdirilərək  idarənin  həyətində  onların  şərəfinə 
xüsusi lövhə düzəldilib.  
NQÇİ-nin  sosial  inkişaf  şöbəsinin  rəisi  Nəvai  Həsənov  deyir  ki, 
yataqxanalarda  əsaslı  və  cari  təmir  işləri  görülüb.  "V"  korpusu  təmir  edildikdən 
sonra otaqlar yeni müasir televizor, soyuducu, kondisionerlərlə təchiz olunub. 19-cu 
korpusda da təmir yekunlaşıb. 18-ci korpus, eləcə də orada yerləşən 13 saylı mərkəzi 
yeməkxana, 9 mərtəbəli qadınlar yataqxanasının birinci mərtəbəsindəki 1 saylı bufet 
də  təmir  olunub.  Qadınlar  yataqxanasına  yeni  məişət  avadanlıqları  və  cihazları 
verilib.  
Sonra 13 saylı mərkəzi yeməkxananın baş aşpazı Kamal Abdullayevlə söhbət 
edirik.  Şam  yeməyinin  vaxtı  yaxınlaşdığından  onun  üzündə  bir  narahatlıq  hiss 
olunur. 10 ildən çoxdur neftçilərə xidmət etməsinə baxmayaraq hər dəfə onlar süfrə 
arxasında oturanda baş aşpaz həyəcan keçirir. Axı, elə etmək lazımdır ki, neftçilər ev  
                                                    155 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
ab-havasını  duya  bilsinlər.  Buna  görə  də  yeməkxanada  Azərbaycan  mətbəxinə 
üstünlük verilir. Sulu və quru yeməklər, qazan xörəkləri bişirilir.  
Kamal deyir ki, nahar vaxtı bu yeməkxanaya ən azı 100 nəfər müraciət edir. 
Yerlərdə  də  nisbətən  kiçik  yeməkxanalar  var.  Həmçinin  hərə  öz  otağında  istədiyi 
yeməyi hazırlaya bilər. Bunun üçün də şərait var. 
Yeməkxana  yavaş-yavaş  dolur.  Beləcə,  estakadalara  sükut  və  qaranlıq 
çökdükcə  Neft  Daşlarının  mərkəzi  hissəsi  canlanır.  Eyvanda  oturub  çay  içən, 
domino,  şahmat  oynayan  kim,  parkdakı  oturacaqlarda  dincini  alaraq  söhbət  edən 
kim... 
Dəniz  şəhərində  yeni  ikimərtəbəli  "Çay  evi",  idman  oyunları  üçün  örtülü 
kompleks tikilib və yaxın vaxtlarda öz qapılarını neftçilərin üzünə açacaq. 
Neft  Daşları  getdikcə  gəncləşir.  Yaşa  dolduqca  cavanlaşmağın  özü  bir 
möcüzədir. Dəniz şəhərində bu, həm də həqiqətdir.  
Flora Sadıqlı 
Azərbaycan.- 2009.- 27oktyabr 
 
 
O, həyatını dənizə həsr etmişdi... 
 
  
İki il əvvəl "Azərbaycan" qəzetində sənətşünaslıq doktoru, professor, AMEA-
nın  müxbir  üzvü  Zemfira  Səfərovanın  "Xəzərin  neft  korifeyi"  adlı  məqaləsi  dərc 
olunmuşdu. Əsas mətləbə keçməzdən əvvəl müəllif 2004-cü ildən ABŞ-da, Hyuston 
şəhərinin  30-40  kilometrliyində  "Okeanın  ulduzları"  adlı  muzeyin  fəaliyyət 
göstərdiyini bildirirdi. Bir də, qədim neft diyarı Azərbaycanda, bu qədər şanlı neftçi 
yetişdirmiş bir ölkədə neft muzeyinin olmamasından təəssüflənirdi. 
Prezident İlham Əliyev Azərbaycanda "Neft muzeyi"nin yaranması haqqında 
qərar verərkən tariximizin bu sahəsinin daha dolğun əks olunmasını təmin etdi. Bu, 
çoxlarımızın   qəlbində    gəzdirdiyi  bir   arzunun  çin olması  demək   idi.   Bakıda,  
                                                      156 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə