Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   44   45   46   47   48   49   50   51   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 İşinə, peşəsinə olan məhəbbəti qanına, iliyinə hopmuş Yusif Səfərov həm ağlı 
ilə,  həm  intuisiyası  ilə  Azərbaycan  neftinin  gələcəyini  neçə-neçə  illər  əvvəlcədən 
görürdü: "Azərbaycan neft respublikasıdır və burada yaşayan hər kəs peşəsindən və 
vəzifəsindən  asılı  olmayaraq,  neftçidir  (ruhən  neftçidir).  Azərbaycanın  xoşbəxt 
gələcəyi, rifahı da məhz neftlə bağlıdır".  
Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi bütün dünyada şöhrəti getdikcə 
artmaqdadır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" 
ilə  ölkəmizin  neft  sənayesi  qarşısında  daha  geniş  üfüqlər  açılıb.  Ulu  öndər  "Əsrin 
müqaviləsi"nə  gələn  yolun  məhz  Neft  Daşlarından  başladığını  vurğulayır,  Neft 
Daşlarının XX əsrdən XXI əsrə atılan körpü olduğunu deyirdi. Bu körpünü salanlar 
Yusif Səfərov kimi igidlər idi... 
Flora Sadıqlı 
Azərbaycan.- 2009.- 24 oktyabr 
 
Dəniz şəhərində izi qalanlar-inşaatçı Xanoğlan Bayramov 
 
1933-cü  ildə  həyata  göz  açıb  1999-cu  ildə  dünyasını  dəyişən  Xanoğlan 
Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev 
tikib,  qurğu  quraşdırıb  ki...  Başqa  inşaatçılardan  fərqi  isə  onda  olub  ki,  torpağın 
üstündə deyil, suların qoynunda qurub-yaradıb. 
Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 
300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi 
təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə 
Neft  Daşları  vardı.  Burada  dəniz  şəhəri  salınırdı,  evlər  tikilirdi,  estakadalar, 
estakadayanı  meydançalar  inşa  edilirdi.  Dəli-dolu  dalğaların  qoynunda  Xanoğlan 
kimi igidlər xarüqə yaradırdı. 
Lerikdə anadan olmuş,  Əmircanda  səkkizillik  məktəbi  bitirmiş,  sonra   peşə  
                                                     160 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
təhsili  alaraq  qaynaqçılığı  öyrənmişdi.  Hünər  göstərdiyi  məkan  isə  Neft  Daşları 
olmuşdu.  Təhsilini  də  burada  davam  etdirmiş,  Neft  texnikumunun  dəniz  şəhərində 
fəaliyyət  göstərən  filialını  bitirmişdi.  Xanoğlan  Bayramov  Neft  Daşlarında  əmək 
fəaliyyətinə  fəhləlikdən  başlamışdı.  O,  sözün  tam  mənasında,  dəniz  şəhərini 
tikənlərdən  idi.  30  ildən  çox  bir  dövrdə  öz  çətin  peşəsindən  ayrılmamışdı.  Bu 
sədaqət də onu pillə-pillə ucaltmışdı.  
25 il "Möcüzələr adası"nda çalışmış neftçi-şair Zaməddin Ziyadoğlu Xanoğlan 
Bayramovun  "Azərdənizneftinşaat"  Trestinin  6  saylı  Tikinti-Quraşdırma  İdarəsinin 
rəisi olduğu vaxtları xatırlayır. Deyir ki, o illərdə Neft Daşlarında inşaat işləri geniş 
vüsət almışdı. Gecəyə-gündüzə, yağışa-küləyə baxmadan iş davam edirdi. Xanoğlan 
Bayramov bu işlərə rəhbərlik etməklə yanaşı, bizimlə, tabeliyində çalışan insanlarla 
dostluq etməyi də bacarırdı. Bu yüksək insani keyfiyyət çətin dəniz şəraitində güclü 
amil idi. 
Xanoğlan  Bayramov  1958-ci  ildə,  hələ  25  yaşında  ikən  dövrünün  yüksək 
mükafatına  -  Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görülmüşdü.  Fəaliyyətinin 
müxtəlif illərində ona bir sıra rəhbər vəzifələr tapşırılmışdı. "Xəzərdəniztəmirtikinti" 
Trestinin  müdiri,  "Azərdənizneftinşaat"  Trestinin  müdirinin  müavini  vəzifələrində 
çalışmışdı. Ancaq nə vəzifə dəyişdirirdi onu, nə şan-şöhrət. Həmişə sadə, zəhmətkeş
insansevər  olaraq  qalırdı.  Amma  işə  gecikənlər,  intizamı  pozanlar  gözünə 
görünməsə,  yaxşı  idi.  Onda  Xanoğlan  Bayramovun  sərt  üzü  özünü  göstərirdi...  Ən 
yaxşı tərbiyə üsulu isə şəxsi nümunə idi.  
O  nümunəni  unutmayan,  Xanoğlan  Bayramovu  özünün  ustadı  hesab  edən 
yetirmələri  bu  gün  də  neft  sənayemizdə  "külüng  vururlar".  Bu  sırada  onun 
doğmaları,övladları da dayanır. 
F.Sadıqlı 
Azərbaycan.- 2009.- 11 oktyabr 
 
161 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
25 il "Möcüzələr adası"nda 
 
             O,  Neft  Daşlarından  cəmi  ikicə  yaş  böyükdür.  Azərbaycanın  Xəzər 
sahilinin ən uzaq nöqtəsində - Qazax rayonunun Xanlıqlar kəndində doğulub boya-
başa  çatsa  da,  uşaqlıqdan  xəyalında  dənizlə,  neftçilərin  həyatı  ilə  bağlı  bir  dünya 
yaratmışdı. Mehdi Hüseynin "Abşeron" romanını oxuyandan sonra bir neftçi ömrü 
yaşamağı  arzulayırdı.  Orta  məktəbi  bitirib  Bakıya  ali  təhsil  almağa  gələndə  də 
əslində fikri yenə orada idi - Xəzərdə, Neft Daşlarında - iş elə gətirdi ki, ali məktəbə 
imtahan  verib  müsabiqədən  keçə  bilmədim.  Bakıda  yaşayan  və  Neft  Daşlarında 
işləyən qohumlarımdan biri sanki ürəyimdəkiləri gözlərimdən oxuyaraq məni özü ilə 
oraya  aparmağa  qərar  verdi.  1965-ci  ilin  noyabr  ayının  2-si  idi,  -  deyə  Zaməddin 
Həmişəyev "Möcüzələr adası"ndakı 25 illik həyatını xatırlamağa başlayır. O zaman 
Neft  Daşlarında  "Azərdənizneftinşaat"  trestinin  6  saylı  tikinti-quraşdırma  idarəsi 
fəaliyyət  göstərirdi.  Zaməddinin  tikinti  maşınlarının  çilingəri  kimi  çalışmağa 
başladığı həmin idarə dənizdə misilsiz işlər görürdü. Estakadaların və estakadayanı 
meydançaların  tikintisi  geniş  vüsət  almışdı.  Zaməddin  Həmişəyev  həyatını  neft 
sənayesinin  inkişafına  həsr  etmiş  ilk  rəisini  -  o  vaxtlar  6  saylı  tikinti-quraşdırma 
idarəsinə  rəhbərlik  edən  Əhməd  Zeynalovu  dəniz  inşaatının  korifeyi  adlandırır. 
Sonralar  ARDNŞ-nin  digər  strukturlarında  çalışan,  elə  indi  də  işdən-gücdən 
doymayan  bu  insanı  Azərbaycan  neftçilərinin  neçə-neçə  nəslinin  müəllimi,  ustadı 
hesab  edir.  Deyir  ki,  biz  onların  yolu  ilə  getmişik.  "Onlar"  deyəndə  Zaməddin 
Həmişəyev kimləri nəzərdə tutur? Xoşbəxtlikdən sonra idarəyə Xanoğlan Bayramov 
rəhbərlik  edir.  O  da  Neft  Daşlarını  qurub-yaradanlardan  idi.  25  yaşında  ikən 
Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Xanoğlan Bayramovun xatirəsi Zaməddin 
üçün çox əzizdir, onun övladları ilə indi də əlaqə saxlayır.  
Ümumiyyətlə,  dəniz  neftçilərinin  dostluğu  çox  möhkəm  olur,  tufanlarda, 
qasırğalarda bərkiyir: Bəlkə Neft Daşlarının cazibə qüvvəsinin toplananlarından biri  
                                                    162 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə