Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Sentyabr - Şair, yazıçı Məmməd Namazın anadan olmasının



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə106/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   102   103   104   105   106   107   108   109   ...   148

302 

 

12 Sentyabr - Şair, yazıçı Məmməd Namazın anadan olmasının  



                        75 illiyi, (1942) 

 

 

 

 



 

 

 



 

 

 



 

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. Orada orta məktəbi 

bitirdikdən  sonra  bir  müddət  Sumqayıtda  müxtəlif  işlərdə  çalışıb  (1961-1963). 

Ədəbi fəaliyyətə gənc yaşlarından başlayıb. ―Mən idimsə günahkar‖ adlı ilk mətbu 

şeiri    1961-ci  il  iyunun  18-də  Tovuzda  çıxan  ―Sosializm  kəndi‖  qəzetində  dərc 

edilib. ADU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakültəsində qiyabi təhsil alıb 

(1963-1969).  Sumqayıtda  kitabxana  müdiri,  Tovuzda  kənd  klubunun  müdiri, 

Gəncədə  texniki-peşə  məktəbində  tərbiyəçi,  Sumqayıt  şəhər  qəzetində  ədəbi  işçi 

olub. 1974-cu ildən ―Gənclik‖ nəşriyyatında redaktor işləyir. Dövri mətbuatda uşaq 

və gənclər üçün şeirlər, nağıllar, hekayələr və publisistik yazılarla müntəzəm çıxış 

edir.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, publisist Məmməd Namaz 



əsasən uşaq şairi kimi tanınıb.  

Kitablarə:  ―Yaz  yağışı‖  (1976),  ―Kəpənək  özünə  gül  əkir‖  (1979),    ―Muğanlı 

kosmonavt‖ (1982), ―Payızda güllər kövrək olurmuş‖ (1984), ―Analar kövrək olur‖ 

(1986) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


303 

 

12 Sentyabr - Şair, publisist Rüstəm Behrudinin anadan olmasının  



                       60 illiyi, (1957) 

 

 



 

 

 



 

 

 



 

 

 



Rüstəm  Behrudi  Ordubad  rayonunun Behrud kəndində  dünyaya  gəlib.  Üç 

uşaq  atasıdır.  Naxçıvan  Dövlət  Pedoqoji  İnstitutunun  tarix-ədəbiyyat  fakültəsini 

fərqlənmə  diplomu  ilə  bitirib  (1975-1979).  Ədəbi  fəaliyyətə  ötən  əsrin    70-ci 

illərindən başlayıb. İlk şeirləri ―Araz‖, ―Azərbaycan‖ almanaxlarında  çap olunub. 

Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir.  

Şair  "Yaddaşlara  yazın",  "Şaman  duası"  kitablarının  müəllifidir.  "Şaman 

duası"  kitabı  türkdilli  dövlətlərdə  böyük  maraqla  qarşılanıb,  kitabdan 

seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və  s.  ölkələrdə 

çap olunub. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə 

edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dövri mətbuatda şeir və publisist 

yazıları ilə fəal çıxış edir. C. Məmmədquluzadəyə həsr olunmuş ―Daha gülə-gülə 

ağlamaq olmur‖ poeması mavi ekranda ifa olunub.  



Kitabları: ―Yaddaşlara yazın‖ (1986), ―Şaman duası‖ (1988) və s.

 

 



 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


304 

 

İncəsənət 



 

5 Sentyabr- Xalq artisti, tarzən Əhməd Bakıxanovun anadan olmasının  

                     125 illiyi, (1892-1973) 

 

 

 

  

Əhmədxan  Bakıxanov  ilk  təhsilini  İranda  almış, 



ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə 

dərindən  yiyələnmiş,  1920-ci  ildən Bakıda musiqi 

məclislərində  və  konsertlərdə  çalmış,  müəllimlik 

etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə 

Azərbaycan  Dövlət  Konservatoriyasinda,  daha  sonra 

Azərbaycan  Dövlət  Musiqi  Məktəbində  muğamdan  dərs 

demişdir (1930-1973). Azərbaycan radiosunun nəzdində 

xalq  çalğı  alətləri  ansamblının  təşkilatçısı  və  rəhbəri 

(1931-1973)  olmuşdur.  1973-cü  ildən  həmin  ansambl 

Əhməd  Bakıxanovun  adını daşıyır.  O,  muğam  sənətinin 

dərin bilicisi olmuş, ifaçılıq təcrübəsində az ifa olunan ―Nəva-nişapur‖, ―Əbu-əta" 

muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox 

melodiyalar,  rənglər  xalq  ifaçılığında  geniş  yayılmışdır.  Ə.  Bakıxanov 

―Azərbaycan  xalq  rəngləri‖  (1964),  ―Azərbaycan  ritmik  muğamları‖  (1968), 

―Muğam, mahnı, rəng‖ (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq 

musiqisinin  tədrisi  və  tədqiqi  üçün  qiymətli  vəsaitdir.  Onun  musiqi  məktəbləri 

üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd 

Bakıxanovun  ifasından  bəstəkar  N.  Məmmədov  tərəfindən  bir  çox  instrumental 

muğamlar:  ―Rast‖,  ―Şur‖,  ―Bayatı-Şiraz‖,  ―Segah-Zabul‖,  ―Rahab‖,  ―Şüştər‖, 

―Hümayun‖, ―Şahnaz‖ muğamları nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanovun 

oğlu, bəstəkar, xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək, 

―Dügah‖,  ―Nəva‖,  ―Şahnaz‖,  ―Hümayun‖,  ―Rahab‖  simfonik  muğamlarını 

bəstələmişdir.  

Əhməd Bakıxanov 1973-cü il martın 26-da vəfat etmişdir.  

Əhməd  Bakıxanovun  mənzilində  Azərbaycan  Dövlət  Musiqi  Mədəniyyəti 

Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin 

kolleksiyası  nümayiş  olunur.  1994-cü ildə  Əhməd  Bakıxanovun  100 illiyinə  həsr 

olunmuş  tələbə  və  gənclərin  tar  alətində  muğam  ifaçılığı  üzrə  respublika 

müsabiqəsi keçirilmişdir. 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 



 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə