299
8 Sentyabr - Şair Ağasəfanın anadan olmasının 75 illiyi, (1942)
Yəhyayev Ağasəfa Qafur oğlu (Ağasəfa) Xızı rayonunun Qarabulaq
kəndində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim
Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb (1963-1971). Bakı Parovoz
Deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965)
qazmaçı köməkçisi, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını"
jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii
tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası
redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul
katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993)
vəzifələrində işləmişdir. Bir neçə il Qarabulaq kənd orta məktəbində müəllimlik
etmişdir (1993-1994). Hazırda ―Vahid‖ müstəqil televiziyasında böyük redaktor
işləyir (1994-cü ildən).
Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş
"Sazım" adlı ilk şeiri ilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış
edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını,
N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan,
Q.Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə etmişdir.
"Ölkəm" (1980), "Azərbaycan" (1981), "Əsrin yolu" (1984) kitablarını tərtib
etmişdir.
Kitabları: ―Yolçu yolda gərək‖ (1966), ―Yaşat məni‖ (1970), ―Ürəyimdir oxuyan‖
(1976), ―Fikir dünyası‖ (1981), ―Günəşin dalınca gedən oğullar‖ (1984), ―Odla
oynayıram‖ (1987), ―Gombulca və Dumbulca‖ (1989) və s.
Tərcümələri: Mömin Qanoat ‖Yaralı kitablar‖ (1988) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
300
10 Sentyabr - Yazıçı, publisist Mustafa Çəmənlinin anadan olmasının
70 illiyi, (1947)
Mustafa Çəmənli Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur.
İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır.
Əmək fəaliyyətinə Mingəçevir Maşın hissələri Təmiri Zavodunda qəlibçi kimi
başlamışdır (1966-1970). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi,
"Paris Kommunası” adına gəmi təmiri zavodunda qəlibçi olmuşdur (1970-1972).
ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla
göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və
folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri
vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor
vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən
başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində
çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985)
pyes-senarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı
sənətinin təbliğinə görə Mətbuat Fondunun "Dan ulduzu" (1993) mükafatına, ön
cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar
Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli
mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi"
tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin
"Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.
Kitabları: ―Mənim dünyamın adamları‖ (1982), ―İtirilmiş səs‖ (1985), ―Xallı
gürzə‖ (1991), ―Nəğməli xatirələr‖ (1997), ―Səs qərib olmur‖ (1993), ―Çahargah‖
(Uşaqlar üçün hekayə) (2009), ―Şəmsəddin Eldəniz‖ (Uşaqlar üçün hekayə)
(2009), ―Mübariz‖ (2010), ―Ölüm mələyi‖ (2012), ―Yaddaşlarda yaşamaq haqqı‖
(2012), ―Sənət hekayələri‖ (2014), ―Üçyaşlı əsir‖ (2016) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
301
12 Sentyabr - Yazıçı Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi, (1887-1943)
Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan
olmuş, ilk təhsilini Şuşa Realnı Məktəbində rusca
almışdır. 1904- cü ildə "Jaloba" adlı ilk şeirini də rusca
yazmışdır. Yusif bu məktəbdə oxuyan zaman əmisi oğlu
və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində
"Fokusnik" adli, əl ilə yazılmış yumoristik və karikaturalı
aylıq jurnal buraxmışlar. Jurnalda verilən yazılar həcmcə
kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.
Yusif Vəzir 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı
hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur.
O, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur.
Sonralar isə "Qızlar bulağı", "Studentlər", "1917-ci il" adlı romanlarını çap
etdirir. 1935-ci ildə "Həzrəti-Şəhriyar" adlı komik pyesini bitirir. Uzun illər
tədqiqatçıların diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar" komediyası,
nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu "Qobustan" jurnalının 4-cü
nömrəsində çap olundu. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak
etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur "Çapayev" filminin
ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə
etmişdir. Yazıçı 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı
tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr
etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə
"Azərbaycan" jurnalında müəyyən ixtisarla "Qan içində" adı ilə çapdan
çıxmışdır. Y. Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı
"Altunsaç" adlı kinossenarisini də "Azərfilmə" vermişdi. Geniş mütəxəssis
müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq, "Azərfilmin" direktoru
Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər"
romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.‖ Yusif
Vəzir tərcümələr də edirdi. O, L.Tolstoyun, İ.Turgenevin, N.Qoqolun,
B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərini rus dilindən
Azərbaycan dilinə tərcümə etmişdi.
Kitabları: ―İki hekayə‖ (1911), ―Qanlı göz yaşları‖ (1913), ―Arvadlarımın halı‖
(1928), ―Qaranlıqdan işığa‖ (1932), ―Yaramaz‖ (1934), ―Studentlər‖ (1936),
―Məlikməmməd‖ (1965), ―Cənnətin qəbzi‖ (1965), ―Bir cavanın dəftəri‖ (1966),
―Qan içində‖ (1967), ‖Ayrılıq axşamı‖ (1971), ―Qızlar bulağı‖ (1987) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.