49
17 Fevral - Yazıçı Sabir Süleymanovun anadan olmasının 80 illiyi,
(1937-1979)
Sabir Süleymanov Cəbrayıl rayonunda, qulluqçu
ailəsində doğulmuşdur. O, orta məktəbi bitirib Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1955-1960).
―Maarif‖ nəşriyyatında, sonra ―Azərnəşr‖də redaktor
işləmişdir (1961-1966).
Ədəbi fəaliyyətə tələbəlik dövründə başlamışdır.
―Qovarlar‖ adlı ilk hekayəsi 1958-ci ildə ―Pioner‖
jurnalında çap edilmişdir. Bundan sonra Sabir
Süleymanov
―Göyərçin‖,
―Ulduz‖
jurnallarında,
―Ədəbiyyat və İncəsənət‖, ―Azərbaycan gəncləri‖ qəzetlərində hekayələrini
vaxtaşırı çap etdirmişdir. Onun 1967-ci ildə ―Ulduz‖ jurnalında ―Cərəyan‖ adlı
povesti dərc olunmuşdur. S. Süleymanovun 1966-ci ilin dekabr ayından fəaliyyəti
―Ulduz‖ və ―Azərbaycan‖ jurnalı redaksiyaları ilə sıx bağlı olmuşdur. O,
―Azərbaycan‖ jurnalında nəsr şöbəsinin müdiri kimi bütün qüvvəsini milli nəsrin
inkişafı işinə həsr etmişdir.
Sabir Süleymanov 1979-cu il dekabrın 18-də vəfat etmişdir.
Kitabları: ―Çay qırağında‖ (1964), ―Məhəbbət olmayanda‖ (1969), ―Qarayel‖
(1972), ―Dan qaranlığı‖ (1974), ―Çinar kəhrizin suyu‖ (1985) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
50
22 Fevral - Yazıçı, dramaturq Yusif Əzimzadənin anadan olmasının 100 illiyi,
(1917-1984)
Yusif Əzimzadə Bakıda fəhlə ailəsində doğulmuşdur.
Natamam orta məktəbi bitirib N.Nərimanov adına Sənaye
Texnikumunun elektrik-mexanika şöbəsində təhsil almışdır.
Tələbə ikən öz şeirlərini ―Ədəbiyyat qəzeti‖ndə, ―Gənc işçi‖,
―Yeni yol‖ və ―Azərbaycan gəncləri‖ndə müntəzəm çap
etdirmişdir. 1942-1944-cü illərdə isə ―Ədəbiyyat qəzeti‖ ndə,
―İnqilab və mədəniyyət‖ jurnalında ədəbi işçi, nəsr şöbəsinin
müdiri
vəzifələrində
çalışmışdır.
―Azərnəşr‖
və
―Uşaqgəncnəşr‖də bədii ədəbiyyat şöbəsinin redaktoru, ―İnqilab və mədəniyyət‖
jurnalı, sonra ―Ədəbiyyat qəzeti‖ redaksiyalarında məsul katib, ―Göyərçin‖
jurnalının məsul redaktoru, ―Ədəbiyyat və incəsənət‖ qəzetinin baş redaktoru,
―Ulduz‖ gənclik jurnalında redaktor əvəzi və Azərbaycan Yazıçılar Birliyində
bədii tərcümə üzrə məsləhətçi olmuşdur. ―Anacan‖ pyesinə görə musiqili teatrların
Ümumittifaq festivalının laureatı diplomuna layiq görülmüşdür (1957). Keçmiş
SSRİ respublikalarının teatrlarında ―Çiçəklər səltənəti‖, ―Anacan‖, ―Nəsrəddin‖,
―Aprel səhəri‖ və ―Qonşular‖ dram əsərləri səhnəyə qoyulmuşdur. Onun tərcümə
etdiyi
pyeslər
(Konstantin
Simonovun
―Rus
məsələsi‖, Sergey
Mixalkovun ―Qırmızı qalstuk‖, Y.Soloviçin ―Qəribə dilənçi‖, O.Bodıkovun
―Qaraqum faciəsi‖, Ş.Xusainovun ―Anam gəldi‖) Azərbaycan teatrlarında
səhnələşdirilmişdir. ―Pravda‖, ―İzvestiya‖, ―Trud‖ və ―Literaturnaya qazeta‖ kimi
mərkəzi qəzetlərdə müntəzəm çıxış etmişdir. Ümumittifaq Yazıçılar İttifaqının V
qurultayına nümayəndə seçilmişdir. SSRİ medalları və Azərbaycan Ali Soveti
Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
Yusif Əzimzadə 1984-cü il mart ayının 6-da Bakıda vəfat etmişdir.
Kitabları: ―Partizan oğlu‖ (1942), ―İlk görüş‖ (1945), ―Onun həyatı‖ (1948),
―Görüşdən sonra‖ (1950), ―Üç bayram‖ (1954), ―Bakının işıqları‖ (1956), ―Yenə
görüşəcəyik‖ (1960), ―Murad dayının xatirələri‖ (1961), ―Xatırlayacaqsan‖ (1964),
―Anacan‖ (1968), ―O, qərib deyildi‖ (1968), ―Qaranquşa hay verin!‖ (1969),
―Ləpirlər‖ (1971), ―Unutmayın‖ (1973), ―Mənim mahnılarım‖ (1976),‖Qardaşlar‖
(1986) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
51
23 Fevral - Tənqidçi, ədəbiyyatşünas Əmirxan Xəlilovun anadan olmasının
80 illiyi, (1937)
Xəlilov
Əmirxan Məhərrəm oğlu Gürcüstan
Respublikasının Marneuli (Sarvan) şəhərində anadan
olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində
bitirmiş,
1956-1961-ci
illərdə
Azərbaycan
Dövlət
Universitetində
təhsil
almışdır. 1968-ci ildə ―Cəfər
Cabbarlının ədəbi-tənqidi görüşləri‖ mövzusunda namizədlik,
1987-ci ildə ―Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf
mərhələləri
(1920-1980)‖
mövzusunda
doktorluq
dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən dosent, 1988-ci ildən etibarən
professor elmi adlarını almışdır. 1970-ci ildən BDU-da ―Rus ədəbiyyatı tarixi‖,
―Türk və şərqi slavyan xalqları ədəbiyyatı‖, ―Dünya ədəbiyyatı‖ kafedralarında
çalışmış, ―Rus ədəbiyyatı və dünya ədəbiyyatı‖ fənlərindən mühazirələr oxuyur.
170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. Məmməd Araz adına ―İti
qələm‖ mükafatı laureatı olmuşdur.
Kitabları: ―Sənət və sənətkar‖ (1974), ―Yesenin və Azərbaycan‖ (1977),
―Aleksandr Blok‖ (1980), ―Əbədi üfüqlər‖ (1985), ―Poeziya, həyat, mənəviyyat‖
(1989), ―XX əsr rus ədəbiyyatı tarixi‖ (1992), ―Sənət həyata bələdçidir‖ (1994),
―Məmməd Araz dühası‖ (2002), ―Əliağa Kürçaylı‖ (2003), ―Olimpe gedən yolda‖
(2005) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.