91
21 Mart - Yazıçı Böyükağa Talıblının anadan olmasının 120 illiyi,
(1897-1938)
Böyükağa Mirqasım oğlu Talıblı Masallı rayonunun Qoduman kəndində
anadan olmuşdur. Bakı Realni Məktəbində təhsil almışdır (1909-1915). Petroqrad
Vilayət Komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri,
bir il sonra orada azərbaycanca buraxılan ―Hürriyyət‖ qəzeti redaksiyasının
əməkdaşı olmuş, Xalq Komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir
təyin edilmişdir. Krım cəbhəsində əksinqilabi qüvvələrə qarşı vuruşmuş, eyni
zamanda ―Melitopolskiye izvestiya‖ qəzeti redaksiyası ilə əməkdaşlıq etmişdir
(1915-1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi
komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada Xalq Təsərrüfatı
Şurasının sədri olmuşdur. Azərbaycan xalq ədliyyə komissarı, Mərkəzi Statistika
İdarəsinin rəisi, Sovet Quruluşu və Hüquq İnstitutunun direktoru, respublika
prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923-1932).
―Kommunist‖ qəzetinin ikinci rəsmi redaktoru olmuşdur.
Böyükağa Talıblı 1938-ci ildə həlak olmuşdur.
Kitabları: ―Keyf içində‖ (1929), ―Tövbə‖ (1930), ―Dirək‖ (1971), ―Seçilmiş
əsərləri‖ (1938) kitablarının müəllifi olmuşdur.
Ədəbiyyat: Əhmədov Teymur -“
Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
92
22 Mart - Yazıçı Cahanbaxışın anadan olmasının 115 illiyi, (1902-1972)
Cavadzadə Cahanbaxış Salman oğlu Gəncə şəhərində, çəkməçi ailəsində
anadan olmuşdur. 7 yaşından mollaxanada ibtidai təhsil almış, 1911-1913-cü
illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə Ruhani
Seminariyasına daxil olmuşdur. 1919-cu ildə üçaylıq pedoqoji kursda təhsil alıb
ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. İlk mətbu nəsr əsəri olan ―Yaxşı
həyat‖ ―Qızıl Gəncə‖ jurnalında dərc olunmuşdur. Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra Vrangelə qarşı cəbhəyə göndərilmişdir. Sonra
Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi
Azərbaycanın şimal əyalətlərinə, Gilana- Kiçik xanın yaratdığı respublikaya
göndərilmişdir. 1921-ci ilin iyul ayınadək İranda qalmışdır. 1921-ci ilin
avqustunda tərxis olunub Gəncəyə göndərilmişdir. Elə o vaxtdan Çoban Abdallı
kənd ibtidai məktəbinə müəllim və müdir təyin edilmişdir (1921-1925). Sonra
Gəncədə müxtəlif məktəb və texnikumlarda işləmişdir (1925-1929). 1929-cu ildə
Moskva Dövlət Pedoqoji İnstitutuna daxil olmuş, oranı müvəffəqiyyətlə
bitirmişdir. 1933-1943-cü illərdə Bakıda yaşamışdır. Baş Mətbuat İdarəsində
redaktor, sonra ―Azərnəşr‖də tərcüməçi redaktor, müharibə dövründə isə
Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, həm də
M.F.Axundov adına Pedoqoji İnstitutunda müəllim olmuşdur. H. Zərdabi adına
Gəncə Dövlət Pedoqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən
mühazirələr oxumuşdur. Eyni zamanda (1943-1950) Tbilisidə ―Zarya Vostoka‖
qəzeti redaksiyasında tərcüməçi işləmiş, oçerk və hekayələr, tənqidi məqalələr
yazmış, Avropa, rus yazıçılarından vaxtaşırı tərcümələr etmiş, M.Şoloxovun
―Əsərləri‖nin 6 cildini Azərbaycan dilinə çevirmişdir. Səməd Vurğunun gənclik
illərindən bəhs edən ―Ömrün pərişan günləri‖ romanı ―Azərbaycan‖ jurnalının
1997-ci il 11-12-ci saylarinda dərc olunmuşdur. 1946-cı ildən birpərdəli
komediyalar qələmə almışdır. Xidmətlərinə görə medalla təltif edilmişdir.
1972-ci il fevralın 6-da Gəncədə vəfat etmişdir.
Kitabları: ―Qonşular‖ (1937), ―Xanəndə, eşşək və oynağan dəvə‖ (1938),
―İntiqam‖ (1939), ―Hekayələr‖ (1974) və s.
Ədəbiyyat: Əhmədov Teymur -“
Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
93
22 Mart - Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 95 illiyi,
(1922-1996)
Şıxlınski
İsmayıl
Qəhrəman
oğlu
(İsmayıl
Şıxlı)
Qazaxın İkinci Şıxlı kəndində, müəllim ailəsində
anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib,
Qazax Pedaqoji Məktəbində təhsil almışdır (1933-1936).
Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsində təhsilini davam etdirmişdir. (1937-1941).
Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində
aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici
ölkələr
ədəbiyyatı
kafedrasının
müdiri,
bir
müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-
1968)
kimi
çalışmısdır. ―Azərbaycan‖
jurnalında baş
redaktor
(1976-
1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar
İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). İlk mətbu əsəri ―Quşlar‖
şeiri 1938-ci
ildə ―Ədəbiyyat‖
qəzetində dərc
olunmuşdur.
Ədəbi
yaradıcılığa 1947-ci ildə ―İnqilab və mədəniyyət‖ jurnalında çap etdirdiyi
―Həkimin nağılı‖ hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda
müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə
tərcümə olunmuşdur. Xidmətlərinə görə ―Qızıl Ulduz‖ (1945), ―Şərəf nişanı‖
(1971), ―Qırmızı əmək bayrağı‖ (1979), II dərəcəli ―Böyük Vətən Müharibəsi‖
(1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin
Fəxri Fərmanına (1973) və ―Şöhrət‖ ordeninə layiq görülmüşdür (04.07.1994).
İsmayıl Şıxlı gözəl nasir olmaqla yanaşı, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist
idi. O, Azərbaycan Komsomolu Mükafatı laureatı (1976), filologiya elmləri
namizədi (1954), Azərbaycanın Xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali
Sovetinin deputatı (1986, 1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991)
olmuşdur.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Kitabları: ―Yetər Aslanova‖ (1949), ―Kerç sularında‖ (1950), ―Dağlar səslənir‖
(1951), ―Daşkəsən‖(1953), ―Ayrılan yollar‖ (1957), ―XVIII əsr xarici ədəbiyyat
tarixi‖ (1970), ―XX əsr xarici ədəbiyyat tarixi‖ (1974), ―Mənim rəqibim‖ (1975),
―Xatirəyə dönmüş illər‖ (1980), ―Dəli Kür‖ (1983), ―Məni itirməyin‖ (1984),
―Cəbhə yolları‖ (1985), ―Seçilmiş əsərləri (I-II cild)‖ (1986), ―Daim axtarışda‖
(1988), ―Namərd gülləsi‖ (1991), ―Ölüləri qəbiristanda basdırın‖ (1992), ―Ölən
dünyam‖ (1995) və s.
İnternetdə:
www.az.wikipedia.orq