169
22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)
Məşhur bioloq E.Vilson biomüxtəlifliyi -
“
həyatın məğzi"
adlandırmışdır.
Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün
canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir
.
Bioloji
müxtəliflik
bütün
yaşayış
mühitlərində, o cümlədən, quruda, dənizdə və
digər su ekosistemləri və ekoloji komplekslər
də daxil olmaqla, bütün canlı orqanizmlərin
növ müxtəlifliyi deməkdir. 2000-ci il dekabrın
20-də BMT-nin Baş Assambleyası 55/201
nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji
müxtəliflik
üzrə
Konvensiyanın
qəbul
olunması, həmçinin ―Beynəlxalq Bioloji
Müxtəliflik Günü‖ elan etmişdir.
Azərbaycanda biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur.
Bizim taleyimiz ekosistemin məhsuldarlığından və saglamlığından asılı
olduğundan dünyada biomüxtəlifliyin qorunması, irqindən, dinindən, rəngindən
asılı olmayaraq, hər birimizin borcudur. Bu baxımdan təbiətdə canlıların
qorunması təbliğinə istiqamətlənmiş 22 May - Beynəlxalq Biomüxtəliflik Gününü
Avropanın bir çox ölkələri qeyd edirlər. 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-
de-Janeyro şəhərində keçirilmiş konfransda qeyd edildiyi kimi, ‖dünyanın
gələcəyi, inkişafı ekoloji problemlərin həll ediləcəyindən asılı olacaqdır‖.
Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik
ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən
birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir
Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir,
bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700
növlə təmsil olunmuşdur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə
edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16
ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Azərbaycanın həşəratlar
aləmi də, son dərəcə zəngin olub, 25 minə yaxın növü əhatə edir. Azərbaycan
florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və
digər faydalı bitkilər daxildir.
İnternetdə:
www.books.google.com
170
23 May - Ümumdünya Tısbağa Günü, (2000)
Tısbağa müdriklik, sərvət və uzunömürlülük rəmzi daşıyan heyvandır.
23 may bir çox ölkələrdə Ümumdünya Tısbağa Günü (World Turtle Day) qeyd
olunur. Bu qeyri-adi bayram 2000-ci ildə Amerika Tısbağaların Qorunması
Cəmiyyətinin (American Tortoise Rescue) təşəbbüsü ilə keçirilir. Bu təşkilat 1990-
cı ildə Malibuda (ABŞ, Kaliforniya ştatı), şəhərin ətrafında yaşayan tısbağaların
populyasiyasının qorunması üçün yaradılmışdır.
Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən
kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir. Hər il bu gün
tısbağaların məskunlaşdığı bütün ərazilərdə könüllülər miqrasiya və ya digər
təhlükəli yerlərdə hərəkətin intensiv olduğu şosselərdə bu heyvanlar üçün keçidlər
yaradaraq onları xilas edirlər. Aksiya iştirakçıları həmçinin dəniz tısbağalarının
yumurta qoyduğu dəniz sahillərinə qanunla qorunan ərazilər statusunun
verilməsinə nail olurlar.
İnternetdə:
www.books.google.com
171
28 May - Respublika Günü, (1990)
“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”.
Ulu öndər Heydər Əliyev
Bu
gün
müstəqil
Azərbaycanın
beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan
artmaqdadır. Azərbaycan Respublikası bütün
dünyada demokratik, hüquqi, dünyəvi dövlət
nüfuzu qazanıb. Heydər Əliyev zəkasının
məhsulu olan təməl qanunumuz dünyanın ən
demokratik, ən mükəmməl konstitusiyalarından
biridir və beynəlxalq aləmdə Vətənimizə böyük
rəğbət qazandırır. Azərbaycanda hökm sürən
sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin
genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və
qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya
dövlətləri üçün açıq ölkəyə çevrilib.
28 May – Respublika Günü 1918-ci ildə
müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika Günü dövlət
bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı
nəticəsində Çar imperiyası dağıldı. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı
xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyəti (1918-1920) yaradıldı. Bu respublika azərbaycanlıları tarixi
yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Müstəqil
Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə
etmişdir. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət
Osmanlı olmuşdur. (4 iyun 1918-ci ildə) 1918-ci ilin 9 noyabrında
M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil
Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz
qalıb devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil
etdi. Amma xalqimizin azadlıq arzusu heç vaxt sönmədi və 1991-ci ildə
Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
İnternetdə:
www.books.google.com