Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə60/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   56   57   58   59   60   61   62   63   ...   148

169 

 

22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000) 



 

Məşhur  bioloq  E.Vilson  biomüxtəlifliyi  -



həyatın  məğzi"



  adlandırmışdır. 

Biomüxtəliflik  Yer  üzərində  mövcud  olan  genlərdən  ekosistemlərə  qədər  bütün 

canlıların əmələ gətirdiyi müxtəlifliyin  məcmusu deməkdir

.  

  Bioloji 

müxtəliflik 

bütün 


yaşayış 

mühitlərində,  o  cümlədən,  quruda,  dənizdə  və 

digər  su  ekosistemləri  və  ekoloji  komplekslər 

də  daxil  olmaqla,  bütün  canlı  orqanizmlərin 

növ müxtəlifliyi deməkdir.  2000-ci il dekabrın 

20-də  BMT-nin  Baş  Assambleyası  55/201 

nömrəli  qətnaməsi  ilə  22  may  tarixini  Bioloji 

müxtəliflik 

üzrə 

Konvensiyanın 



qəbul 

olunması,  həmçinin  ―Beynəlxalq  Bioloji 

Müxtəliflik Günü‖ elan etmişdir.  

   


Azərbaycanda  biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur.

 

Bizim  taleyimiz  ekosistemin  məhsuldarlığından  və  saglamlığından  asılı 



olduğundan  dünyada  biomüxtəlifliyin  qorunması,  irqindən,  dinindən,  rəngindən 

asılı  olmayaraq,  hər  birimizin  borcudur.  Bu  baxımdan  təbiətdə  canlıların 

qorunması təbliğinə istiqamətlənmiş  22 May - Beynəlxalq Biomüxtəliflik  Gününü 

Avropanın bir çox ölkələri qeyd edirlər. 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-

de-Janeyro  şəhərində  keçirilmiş  konfransda  qeyd  edildiyi  kimi,  ‖dünyanın 

gələcəyi, inkişafı ekoloji problemlərin həll ediləcəyindən asılı olacaqdır‖. 



  Azərbaycan  Respublikası  Qafqaz  regionunda  ən  zəngin  təbii  sərvətlərə  malik 

ölkədir.  Bioloji  müxtəlifliyinə  görə  Azərbaycan  dünyada  özünəməxsus  yerlərdən 

birini  tutur.  Burada  zəngin  bitki  və  heyvan  növləri  cəmlənmişdir.  Müasir 

Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir, 

bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 

növlə təmsil olunmuşdur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə 

edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 

ailəyə  aid  olan  100-ə  yaxın  növ  və  yarımnövü  yaşayır.    Azərbaycanın  həşəratlar 

aləmi  də,  son  dərəcə  zəngin  olub,  25  minə  yaxın  növü  əhatə  edir.  Azərbaycan  

florasının  biomüxtəlifliyinə  isə  dərman,  efiryağlı,  dekorativ,  meyvə,  texniki  və 

digər faydalı bitkilər daxildir. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 



170 

 

23 May - Ümumdünya Tısbağa Günü, (2000) 



 

 

 



   

Tısbağa  müdriklik,  sərvət və uzunömürlülük rəmzi daşıyan heyvandır.  

23  may  bir  çox  ölkələrdə  Ümumdünya  Tısbağa  Günü  (World  Turtle  Day)  qeyd 

olunur.  Bu  qeyri-adi  bayram  2000-ci  ildə  Amerika  Tısbağaların  Qorunması 

Cəmiyyətinin (American Tortoise Rescue) təşəbbüsü ilə keçirilir. Bu təşkilat 1990-

cı  ildə  Malibuda  (ABŞ,  Kaliforniya  ştatı),  şəhərin  ətrafında  yaşayan  tısbağaların 

populyasiyasının qorunması üçün yaradılmışdır.  

Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən 

kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir. Hər il bu gün 

tısbağaların  məskunlaşdığı  bütün  ərazilərdə  könüllülər  miqrasiya  və  ya  digər 

təhlükəli yerlərdə hərəkətin intensiv olduğu şosselərdə bu heyvanlar üçün keçidlər 

yaradaraq  onları  xilas  edirlər.  Aksiya  iştirakçıları  həmçinin  dəniz  tısbağalarının 

yumurta  qoyduğu  dəniz  sahillərinə  qanunla  qorunan  ərazilər  statusunun 

verilməsinə nail olurlar.  

  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




171 

 

28 May - Respublika Günü, (1990) 



 

“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”.

   

                                                                                                                Ulu öndər Heydər Əliyev

 

       

Bu 


gün 

müstəqil 

Azərbaycanın 

beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan 

artmaqdadır.  Azərbaycan  Respublikası  bütün 

dünyada  demokratik,  hüquqi,  dünyəvi  dövlət 

nüfuzu  qazanıb.  Heydər  Əliyev  zəkasının 

məhsulu  olan  təməl  qanunumuz  dünyanın  ən 

demokratik,  ən  mükəmməl  konstitusiyalarından 

biridir və beynəlxalq aləmdə Vətənimizə böyük 

rəğbət  qazandırır.  Azərbaycanda  hökm  sürən 

sabitlik,  həyata  keçirilən  daxili  islahatlar  xarici  ölkələrlə  əlaqələrimizin 

genişlənməsinə  müsbət  təsir  göstərir.  Özünün  xarici  siyasətini  bərabərlik  və 

qarşılıqlı  mənafe  prinsipləri  əsasında  quran  Azərbaycan  Respublikası  dünya 

dövlətləri  üçün  açıq  ölkəyə  çevrilib.

 

28  May  –  Respublika  Günü  1918-ci  ildə 

müsəlman  Şərqində  ilk  dünyəvi  demokratik  dövlət  olan  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  yarandığı  gündür.  1990-cı  ildən  Respublika  Günü  dövlət 

bayramı  kimi  qeyd  edilir.

 

1917-ci  ildə  Rusiyada  baş  vermiş  Fevral  inqilabı 

nəticəsində  Çar  imperiyası  dağıldı.  Ölkədə  çarizmin  məzlum  vəziyyətə  saldığı 

xalqların  milli  hərəkatı  başlandı.  1918-ci  il  mayın  28-də  Azərbaycan  Xalq 

Cümhuriyyəti  (1918-1920)  yaradıldı.  Bu  respublika  azərbaycanlıları  tarixi 

yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Müstəqil 

Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə 

etmişdir.  Azərbaycan  Xalq  Cümhuriyyətini  rəsmi  surətdə  tanıyan  ilk  dövlət 

Osmanlı  olmuşdur.  (4  iyun  1918-ci  ildə)  1918-ci  ilin  9  noyabrında 

M.Ə.Rəsulzadənin  təklifi  əsasında  Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçrəngli 

bayrağı  qəbul  edilmişdir.  O  zamana  qədər  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb 

ictimai-siyasi  şəraitdə  cəmi  23  ay  fəaliyyət  göstərə  bildi.  Təəssüf  ki,  müstəqil 

Azərbaycan  Cümhuriyyəti  iki  yaşına  çatmadan  bolşeviklərin  hücumuna  məruz 

qalıb  devrildi.  Sovetlər  Birliyi  Azərbaycanı  məcburi  surətdə  öz  tərkibinə  daxil 

etdi.  Amma  xalqimizin  azadlıq  arzusu  heç  vaxt  sönmədi  və  1991-ci  ildə 

Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə