Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 May - Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasının  95 illiyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə68/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   64   65   66   67   68   69   70   71   ...   148

193 

 

 



15 May - Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasının  95 illiyi, 

                (1922-1995) 

 

Rauf  Soltan  oğlu  Hacıyev  Bakı  şəhərində  anadan 



olmuşdur.  Üç  yaşınadək  gözləri  görməyib, 

sonrandan  görmə  qabiliyyəti  bərpa  olunub.  Onun 

musiqi  istedadı  erkən  yaşlarından  özünü  büruzə 

vermişdir. 

Raufun 

bəstəkarlıq 



sahəsində 

formalaşmasında   Üzeyir    Hacıbəyovun   mühüm 

rolu  var.  Belə    ki,    Raufun  fortepiano  üçün 

pyeslərini ("Tarantella",  "Dağıstan",  "Ləzgihəngi") 

dinlədikdən    sonra  dahi  bəstəkar  onun  fitri 

istedadını  yüksək  qiymətləndirmiş  və  ilyarım 

onunla    məşğul    olandan    sonra    Rauf  bir  neçə 

mahnı  bəstələmişdir.  Həmin  mahnılardan  xüsusilə 

"Samur",  "Mingəçevir",  "Gənclik  marşı"  ona  şöhrət  gətirmişdir.  Ilk  gənclik 

məhsulu  olan  bu  mahnılardan  sonra  mahnı  janrı  R.  Hacıyevin  yaradıcılığında 

aparıcı  əhəmiyyət  kəsb  etmişdir.  Xüsusilə  bəstəkarın  həm  ifaçılar,  həm  də 

musiqisevərlər  arasında  aşağıdakı  mahnıları  daha  çox  populyarlıq  qazanmışdır: 

"Sevgilim",  "Mənim  Azərbaycanım",  "Lirik  mahnı",  "Bahar  gəlir",  "Sevimli 

şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və  sair. O, 

15-ə  qədər filmə  ("Əhməd  hardadır",  "Mən  rəqs  edəcəyəm",  "Bir  qalanın  sirri", 

"Kölgələr  sürünür",  "Qara  daşlar"  və  s.)  musiqi  yazmışdır.  Bu  filmlərdə  musiqi 

obrazların  dolğun  təcəssümü,  səmimiyyəti,  gözəl  melodikliyi,  şəffaf 

orkestrləşdirməsi ilə fərqlənir. R. Hacıyev 7 operetta yazmışdır. O, 1964-cü ildə 

M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə 

isə  Azərbaycan  Respublikasının  mədəniyyət  naziri  təyin  olunmuşdur.  Nazir 

işlədiyi  illərdə  onun  təşəbbüsü  ilə  Azərbaycan  Dövlət  Xor  Kapellası,  Mahnı 

Teatrı,  Azərbaycan  Dövlət  Rəqs  Ansamblı,  eləcə  də  dünyada  birinci  Xalça 

Muzeyi  açılmışdır.  Azərbaycan  Bəstəkarlar  İttifaqının  V  qupultayında  İdarə 

Heyətinin  birinci  katibi,  VI  qurultayda  isə  İdarə  Heyətinin  katibi  seçilmişdir.  R. 

Hacıyev SSRİ xalq artisti (1978 adına layiq görülmüşdür. 

Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.  

 

Əsərləri:      Baletlər-  "Yallı"  (1969),  "Ləzgihəngi"  (1969),  "Azərbaycan  süitası", 

"Üç inqilab" (1973), "Alov"; Simfonik poemalar-  "Şeyx Sənan" (1982), "Səbuhi" 

(1983),  "Həzi  Aslanov"  (1984),  "Səməd  Vurğun"  kantatası;  Fortepiano  üçün  3 

pyes: "Taratella", "Dağıstan", "Ləzginka";  



Filmoqrafiya: ―Abşeron ritmləri‖ (film, 1970), ―Azərbaycan elləri‖ (film, 1976). 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 


194 

 

 



20 May - Xalq artisti, müğənni Həqiqət Rzayevanın anadan olmasının  

                110 illiyi, (1907-1969) 

 

 

 



 

 

 



  

 

 



Azərbaycan  səhnəsində  çıxış  edən  ilk  qadın  müğənnilərimizdən  biri  - 

Həqiqət Əli qızı Rzayeva Lənkəran rayonunun kiçik kəndlərindən birində anadan 

olmuşdur.  Azərbaycan sovetləşəndən  sonra  isə  onun  ailəsi Bakıya köçür.  Gənc 

Həqiqət də operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən 

sonra  yaranır.  Bəstəkar Müslüm  Maqomayev  səsini  yoxlayandan  sonra 

onu Azərbaycan Opera  Teatrında  işə  götürür.  Ailəsinin  narazı  olmasına 

baxmayaraq, Həqiqət xanım Opera Teatrına ömürlük bağlanmış olur. 1928-1932-ci 

illərdə Azərbaycan Dövlət  Konservatoriyasının  muğam  şöbəsində oxuyur.  Burada 

o, Cabbar  Qaryağdıoğlu, Seyid  Şuşinski və Qurban  Pirimovdan dərs  alır. 1927-

1952-ci  illərdə  Opera  və  Balet  Teatrının  solisti,  muğam  və  xalq  mahnılarımızın 

ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, 

Telli  ("Leyli  və  Məcnun",  "Əsli  və  Kərəm",  "Arşın  Mal  Alan"  - Üzeyir 

Hacıbəyov),  Şahsənəm  ("Aşıq  Qərib"  - Zülfüqar  Hacıbəyov)  onun  yaratdığı  əsas 

səhnə  obrazlarıdır.  Rzayeva  az  filmdə  çəkilmişdir.  Lakin  bu  filmlərə  baxdıqda 

onun  nəinki  bir  opera  müğənnisi,  həmçinin,  çox  istedadlı  bir  kino  aktrisası 

olduğunu da görürük. "Ögey ana" filmində Qəmər xala obrazı buna yaxşı misal ola 

bilər.  Həqiqət  Əli  qızı  Rzayeva  Azərbaycanın  xalq  artisti  (1946)  adına  layiq 

görülmüşdür. 

Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakıda vəfat etmişdir.  

Filmoqrafiya: ―Lətif‖  (film, 1930),  ―İsmət‖ (film, 1934)-Həqiqət, ―Dostlar‖ 

(film, 1934)-Ana,‖ Ögey ana‖ –Qəmər xala (film, 1958), ―Muğamlar‖ (film, 1965), 

―Üzeyir ömrü‖ (film, 1981) və s.  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 




195 

 

22 May - Xalq artisti, bəstəkar Aqşin Əlizadənin anadan olmasının  80 illiyi, 



                (1937-2014) 

 

Aqşin Əliqulu oğlu Əlizadə  Bakıda anadan olub.  



Bakı  Konservatoriyasını, Cövdət  Hacıyevin bəstəkarlıq 

sinfini bitirib (1962). Tələbə vaxtı yazdığı sonata Gənc 

Bəstəkarların  I  Ümumittifaq  Müsabiqəsində  I  dərəcəli 

diploma  (1962),  sonra  yazdığı  Birinci  simfoniya 

"Zaqafqaziya  Baharı"  festivalında  I  diploma  layiq 

görülüb.  16  simli  alətlər  üçün  yazılan  "Ekspressiya" 

əsəri  aleatorik  və  sonor  texnikası  üçün  maraqlı 

təcrübədir.  "Bayatılar"  əsəri  Azərbaycan  musiqisində 

özünəməxsus  eksperiment  olaraq,  daha  çox  monodik 

xarakter  daşıyır.  Aqşin  Əlizadənin  yaradıcılığının 

ümumi  cəhətləri  virtuoz  etnoqrafizm,  dərin  fəlsəfi 

ümumiləşdirmə, emosional genişlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi 

forma  mütənasibliyidir.  Əsas  əsərləri  "Babək"  baleti,  "Qаfqаzа  səyаhət"  baleti, 

"Ümid  vаlsı"  baleti,  5  simfoniya,  xor  üçün  "Bayatılar",  "Təntənə",  "Azərilər" 

kantatası,  "Ana  torpaq",  "Qədim  lay-lay",  kamera  orkestri  üçün  "Pastoral", 

"Aşıqsayağı",  "Cəngi",  "Kənd  suitasi",  "Uşaq  süitasi",  fortepiano  üçün  sonata, 

"Dastan",  "Qədim  oyunlar",  "Portret",  xoreoqrafiq  simfoniya  və  s.  50-dən  artıq 

bədii  film,  cizgi  filmi  və  tamaşaya  musiqi  yazıb.  Xalq  artisti,  professor, 

Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978)  A. Əlizadə "Şöhrət" və "Şərəf" 

ordenlərinə layiq görülüb.  

   Aqşin Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.  

Baletlər: "Babək" (1979), "Qafqaza səyahət" (2002), "Ümid valsı" (2008) 

Orkestr üçün bəstələr: Beş simfoniya, Skripka ilə orkestr üçün konsert, Violonçel 

ilə orkestr üçün poema və s.  

Kamera əsərləri: Kamera simfoniyası, "Kənd süitası", "Uşaq süitası", "Pastoral" 

"Aşıqsayağı", "Cəngi", "Abşeron lövhələri", "Şirvan lövhələri", Skripka və 

fortepiano üçün "Portret", Fortepiano üçün "Dastan" Fortepiano üçün "Köhnə 

oyunlar", Skripka və orqan üçün "Dialoq" və s. 



Vokal-simfonik əsərləri: "Azərilər" və "Təntənə" kantatası, "Ana torpaq" odası, 

"Bayatılar" (xor tsikli a capella), "Qədim laylay" (a capella xoru üçün), 

"Yumoreska" (uşaq xoru üçün) və s.  

Filmoqrafiya: “Axtarış həvəsi‖ (film, 1970), ―Fitnə‖ (film, 1970), ―Dəmirağac‖ 

(film, 1971),‖ Torpaq patriarxları‖ (film, 1971), ―Tülkü həccə gedir‖ (film, 1971), 

―Çaqqal oğlu çaqqal‖ (film, 1972), ―Qızıl qaz‖ (film, 1972), ―Bulud niyə ağlayır?‖ 

(film, 1973) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə