Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə56/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   52   53   54   55   56   57   58   59   ...   148

159 

 

3 May Beynəlxalq Günəş Günü, (1994) 



 

 

 

   


Bu gün YUNESKO-nun qərarı ilə təyin olunmuşdur. Yer kürəsinə ən yaxın 

ulduz Günəşdir.  Yaşayışın mənbəyi olan Günəşi nə qədər tanıyırıq?  Beynəlxalq 

Günəş  Günü  artıq  on  ildən  çoxdur  ki,  may  ayının  3-də  qeyd  edilir.  Günəş  Günü 

Milli  Uçuş  və  Kosmos  İdarəsi  tərəfindən  qeyd  edilir.  Günəş  bitki  və  heyvanlar 

aləminə  lazım  olan  istiliyi  və  işığı  verir.  Yer  Kürəsinin  atmosferini 

formalaşdırır.   Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi,  böyük   şairimiz 

Məmməd Araz hələ 1982-ci ildə maraqlı bir şeir yazmışdır: ―Günəş günü‖. Bu şeir 

təbiəti,  işığı,  yerin  və  göyün  gözəlliklərini,  eləcə  də  insanın  ruhundakı  nuru, 

xeyirxah əməlləri qorumaq üçün bir çağırış idi: 

Əkinçi, səpinçi gününə yaxın, 

Dəmirçi, kömürçü gününə yaxın, 

Bu günü qoparaq il budağından, 

Elə adisinin, elə bozunun. 

Süpürüb qarını, silib tozunu 

Yuyub gözümüzdə, sözümüzdə biz 

Sərib qurudub da sinəmizdə biz, 

O günə ad verək, ad - Günəş günü, 

Əkək ağlımıza, yaddaşımıza. 

Bir gün salam verək, - İşığın aydın! 

Töhfəmiz olmasın işıqdan ayrı... 

Bu  şeir  yazılandan  xeyli  sonra  -  1994-cü  ildə  beynəlxalq  təqvimlərdə  əlamətdar 

günlər  sırasına  biri  də  əlavə  olundu:  Günəş  Günü.  Beynəlxalq  Günəş  Enerjisi 

Cəmiyyətinin  Avropa  bölməsinin  təşəbbüsü  ilə  insanların  diqqətini  bərpa  olunan 

enerji mənbələrinə cəlb etmək üçün hər il mayın 3-də dünyada Günəş Günü qeyd 

olunur.  Həmin  gündə  alimlər,  ictimai  təşkilatlar  və  şirkətlər  günəş  enerjisinin 

imkanlarını nümayiş etdirmək üçün müxtəlif tədbirlər təşkil edirlər.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



160 

 

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)



 

 

 



 

  

1992-ci  ildən  BMT  Baş  Assambleyasının  qərarı  ilə  hər  il  5  may  Əlillərin 



Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan 

insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı 

dövlət  proqramı  mövcuddur.  Həmin  proqramda  əlilliyin  qarşısının  alınması, 

əlillərin reabilitasiyası  və sosial  müdafiəsi  haqqında  qanunun bütün  müddəaları 

öz  əksini  tapıb. Əlillərin  sosial  müdafiəsi  isə  ildən-ilə  daha  da  gücləndirilir,  bu 

istiqamətdə  genişmiqyaslı  tədbirlər  həyata  keçirilir.  Bu  işlər  onların  cəmiyyətə 

inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara 

pensiya  və  sosial  müavinətlər  verir.  Onların  sağlamlığının  bərpası  üçün 

paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar 

əlilliyin  qarşısının  alınmasında,  əlillərin  reabilitasiyasında  mühüm  rol  oynayır. 

       BMT-nin  nüfuzlu  strukturlarından  biri  olan  Uşaq  Fondunun  (UNİCEF) 

Azərbaycandakı  nümayəndəliyi  tərəfindən  ölkəmizin  Prezidentinə  ünvanlanmış 

2008-ci  il  12  dekabr  tarixli  müraciətdə  "Əlillərin  hüquqları  haqqında" 

Konvensiyanın  yerli  və  mərkəzi  səviyyədə  müxtəlif  dövlət  qurumları  arasında 

əlaqələndirməni  təmin  etmək  məqsədilə  hökumətdə  əlaqələndirici  şəxsin  təyin 

olunması  və  əlaqələndirmə  mexanizminin  yaradılması  (maddə  33.1), 

Konvensiyanın  həyata  keçirilməsinin  təşviqi  və  monitorinqi  (maddə  33.2) 

məqsədilə  Ombudsman  Aparatında  müvafiq  bazanın  yaradılması  üçün  adekvat 

tədbirlərin  görülməsi  təklif  edilmişdir.  Bu  UNİCEF-in  həmin  istiqamətdə 

hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir. 



İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 



161 

 

8 May - Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953) 



 

 

 



 

 

 



 

Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist 

ictimai  xadim,  ―Nobel‖  sülh  mükafatı  laureatı  Anri  Dünanın  şərəfinə  təsis 

edilmişdir və 1953-cü ildən qeyd olunur.  

Anri  Düna  1859-cu  ildə  İtaliyanın  Solferino  əyalətində  Avstriya  və  Fransa 

orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz 

gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri 

Dünanın  təşəbbüsü  ilə  yaralılara  yardım  göstərən  Beynəlxalq  Komitə  (gələcək 

Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi)  yaradılmışdır.  1864-cü  il  avqust  ayının  22-də 

İsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul 

olunmuşdur.  Belə  fərqləndirici  nişan,  qırmızı  fonda  ağ  xaçı  əks  etdirən  İsveçrə 

dövlətinin bayrağına olan hörmətin əlamətidir.  

1876-cı  ildə  Osmanlı  imperiyası  rus-türk  müharibəsində  iştirak  edən  tibbi 

işçilərinin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif etmişdir. O vaxtdan adı 

çəkilən emblem, ağ fonda qırmızı xaç emblemi ilə yanaşı, bərabər hüquqlu nişan 

kimi qəbul olunub. Hazırda həmin emblem bir sıra ölkələr tərəfindən istifadə edilir. 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və 

Qızıl  Aypara  cəmiyyətlərini,  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsini  və  Beynəlxalq 

Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə