Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə53/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

151 

 

30 Aprel - Xalq artisti, tarzən Ramiz Quliyevin anadan olmasının  70 illiyi, 



                 (1947) 

Ramiz  Quliyev  Ağdamda anadan  olub.  1954-cü  ildə 

Ağdam  şəhər  7  illik  musiqi  məktəbinə,  1960-cı  ildə Üzeyir 

Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil 

olub.  1964-69-cu  illərdə  Ü.Hacıbəyov  adına  Azərbaycan 

Dövlət  Konservatoriyasında tar  və   dirijorluq ixtisasları  üzrə 

təhsil  alıb.  Ağdam    Orta    İxtisas    Musiqi    Məktəbində  

oxuduğu  illərdə  "Şur"  xalq    çalğı    alətləri    ansamblının  

tərkibində    bir  çox   müsabiqə   və   festivallarda,    1961-ci 

ildə  Moskvada  keçirilən  Xalq  Təsərrüfatı Nailiyyətləri   Sərgisində  iştirak  edib,  

medal  və  fəxri  fərmanlarla  təltif  olunub.      Rayon  Pionerlər  Evində tar ixtisası  üzrə 

dərnək  rəhbəri  və Əbdürrəhim  bəy  Haqverdiyev adına  Ağdam  Dram  Teatrında 

musiqi hissə müdiri olub.  

1963-64-cü  illərdə  Ağdam  1  saylı,  1965-1974-cü  illərdə   Bakı 1  və  20  saylı 

musiqi  məkləblərində,  1974-92-ci  illər  ərzində  Ü.Hacıbəyov  adına  Azərbaycan 

Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, 

baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tun

is, AFR, Hindistan, ABŞ, Kanada,  Danimarka,  İran,  İraq,  Fransa,  İngiltərə,  İsrail, 

Norveç  və  s.  ölkələrdə  konsertlər  verib.  1988-ci  ildə YUNESKO xətti  ilə  ABŞ-da 

keçirilən Beynəlxalq Folklor Festivalında xüsusi diploma layiq görülüb. 1989-cu ildə 

"Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsert 

verib. 1964-94-cü  illərdə  M.Maqomayev  adına Azərbaycan  Dövlət  Filarmoniyasının 

və Dövlət Konsert Birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin Komsomolu 

Mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti adlarına layiq 

görülüb.  1994-cü  ildə  Türkiyənin İzmir şəhərinin  Ege  Universıtetində,  1997-ci  ildə 

İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət 

Universitetində  "ustad  dərsləri"  verib.  1981  və  1984-cü  illərdə  XVIII  və  XIX 

çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə "Humay" Milli 

mükafatına, 2001-ci ildə "Simurq‖ milii mükafat fondunun təsis etdiyi "XXI əsrin ilk 

laureatları - ali dərəcəli mükafatı - "İlin fədakar sənətçisi" fəxri adına layiq görülüb. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 


152 

 

Milli qəhrəmanlar zirvəsi   



 

1 Aprel - Azərbaycanın Milli Qəhrəmanı Eyvazov Qorxmaz Abış oğlunun 

                 anadan olmasının 50 illiyi, (1967-1994) 

Qorxmaz  Eyvazov  Laçın  rayonunun  Güləbird  kəndində 

anadan  olmuşdur.  1974-1984-cü  illərdə  kənd  orta 

məktəbində oxuyub, 127 saylı texniki peşə məktəbinə daxil 

olub.  (Hazırda  127  saylı  texniki  peşə  məktəbi  Qorxmaz 

Eyvazovun  adını  daşıyır.)  1985-ci  ildə  ordu  sıralarına 

çağrılıb.  Hərbi  xidmətini  Ukrayna  Daxili  İşlər  Nazirliyinin 

Daxili  Qoşunlarında  keçib.  Hərbi  xidmət  zamanı  6  aylıq 

serjant kursunu bitirib. O, xidmət müddətində dəfələrlə fəxri 

fərmanlar,  tərifnamələrlə  yanaşı,  birinci  dərəcəli  idmançı 

vəsiqəsi almış və döş nişanı ilə təltif edilib. Qorxmaz 1987-

ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür. 

Qorxmaz  Eyvazov  1988-ci  ildə  Laçında  yaradılmış  partizan  dəstəsinə 

qoşulub.1991-ci  ildə  O,  Laçın  rayon  polis  şöbəsinə  qəbul  edilir.  Qorxmaz 

Eyvazovun  döyüş  yolu  öz  doğma  yurdundan  Qazdərəsi,Suarası,Mazutlu 

kəndələrindən  başlayıb.  Qızartı  dağı  uğrunda  gedən  döyüşlərdə  onun  xüsusi 

fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. 4 avqust 1992-ci ildə erməni 

quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz 

qolundan  güllə  yarası  alır.  Ona  qolunun  fəaliyyətini  itirməsi  ilə  əlaqədar  əlillik 

təklif  edilsədə  o  6  ay  çəkən  müalicədən  sonra  yenidən  döyüşlərə  qatılır.  Füzuli 

rayonu   ərazisində  gedən  döyüşlərdə  Qorxmaz  böyük  şücaət  göstərir.  Horadiz 

əməliyyatı  zamanı  göstərdiyi  igidliyə  görə  onu  rota  komandiri  təyin  edirlər  və 

Qorxmaz Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılır. 

Horadizin işğaldan azad edilməsi zamanı Ulu öndər Heydər Əliyevin cəbhə 

səfəri  zamanı  Qorxmaz   1  erməni  tankını  2  erməni  ilə  birlikdə  əsir  götürərək 

qənimət kimi gətirir. O, Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılır. 

10  fevral  1994-cü  il  də  Cəbrayıl  rayonu  Cocuq-Mərcanlı  kəndi  uğrunda 

gedən döyüşdə O,düşmənin xeyli canlı qüvvəsini məhv edir,lakin bu döyüşdə özü 

də həlak olur. 

Azərbaycan  Respublikası  Prezidentinin  15  yanvar  1995-ci  il  tarixli  262  saylı 

fərmanı  ilə   Qorxmaz  Abış  oğlu  Eyvazova  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı adı verilmişdir.  

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə