175
Azərbaycanın görkəmli şəxsiyyətləri
10 May - Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür,
(1923-2003)
“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır.”
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva
Heydər Əliyev - Azərbaycanın görkəmli
siyasi və dövlət xadimi, Azərbaycan
Respublikasının üçüncü Prezidenti (1993-
2003), “Ulu öndər” və “Azərbaycan xalqının
Ümummilli
lideri"
titullarının
rəsmi
daşıyıcısıdır.
Heydər
Əliyev
bir
sıra
beynəlxalq
mükafatlara,
müxtəlif
ölkə
universitetlərinin fəxri doktoru adına və digər
yüksək
nüfuzlu
fəxri
adlara
layiq
görülmüşdür. O, dörd dəfə “Lenin” ordeni,
“Qırmızı Ulduz” ordeni və çoxlu medallarla
təltif edilmiş, iki dəfə "Sosialist Əməyi
Qəhrəmanı" adını almış, bir çox xarici
dövlətlərin orden və medalları ilə təltif
olunmuşdur.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan
şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil
almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri
vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə
göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər
Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti
sədrinin müavini olmuşdur. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş
cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı
ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
176
həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O,
1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə
səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində
namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış
problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Heydər Əliyev
bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru
adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. Heydər Əliyev
rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti,
böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün
düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxarmışdır. Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq
təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir
zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb
etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalq Heydər
Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş
Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
Ümummilli lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə, 80 yaşında vəfat
etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
177
Yubilyar yazıçı və şairlər
1May - Şair Rasim Kərimlinin anadan olmasının 85 illiyi,
(1932-1996)
Şair "Dostluq ilk sözümdür" ("Gənclik",1969), "Şəfqət
bulağım" ("Gənclik",1975), "Dünya mərdlər dünyasıdır"
("Gənclik",1979),
"Biləydin
kaş"
(―Gənclik",1983),
"İntizarda qoyma məni" ("Yazıçı",1991) adlı kitabların
müəllifidir. Rasim Kərimli xalq ruhunda yazan, xalqın
qəlbinə asanlıqla yol tapan, sevilən şairlərdən idi.
Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim bu
vaxt artıq respublika mətbuatında çap olunurdu. Tovuz
rayonunun Düzqırıxlı kəndində doğulan Rasim Kərimli Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində təhsil almış (1951-1956), bir il Ağsu
rayonunda müəllimlik etdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Nizami
adına Dil və Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1957-1969). Sonra o,
M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına
müəllim işləmişdir. R. Kərimlinin yaradıcılığında, xüsusən də onun gəraylı və
qoşmalarında Vaqif, S.Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif ruhu açıq görünür.
Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla
əzbərlənməsinə və yayılmasına şərait yaradır. Bu, təsadüfü deyil. Uşaqlıqdan
qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər
öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bir
neçə musiqi alətlərində gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən
idi. Şairin "Səndən savayı", "Biləydin kaş", "Bir qız bir oğlanındır", "Qurban
olum", "Sənsiz", "Min yaşasın", "Axtarar səni", çox maraqlı, dərin mənalı
"Deyişmə" və başqa şeirlərinə bəstəlnmiş mahnılar uzun dillər əzbəri olmuşdur.
Şairin istər lirik, istər satirik, istərsə də ictimai-siyasi, fəlsəfi, şeirlərində
fikirləri aydın və qəlbəyatandır.
Şair Rasim Kərimli 1996-cı il iyunun 24-də vəfat etmişdir.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.