Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 May - Azərbaycanın Milli  Qəhrəmanı



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə70/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   66   67   68   69   70   71   72   73   ...   148

199 

 

29 May - Azərbaycanın Milli  Qəhrəmanı  Aytəkin Məmmədovun anadan 



                olmasının 50 illiyi, (1967-1991) 

 

 

   


 

 

 



 

 

 



Aytəkin  Məmmədov  Gədəbəy  rayonunun  Göyəlli  kəndində  anadan 

olmuşdur. 1974-1984-cü  illərdə  orta  məktəbdə  oxumuşdur. 1985-ci  ildə  hərbi 

xidmətə  çağırılımışıdır. 1987-ci  ildə  ordudan  tərxis  edilmişdir.  1991-ci  ildə  DİN-

nin  Xüsusi  Təyinatlı  Polis  dəstəsinə  daxil  olmuşdur. 1991-ci  il Xanlar 

rayonu erməni  işğalçıları  tərəfindən  hücuma  məruz  qalanda  Aytəkin  erməni 

yaraqlılarını məhv edərkən düşmən gülləsinə tuş gəlmiş  və qəhrəmancasına həlak 

olmuşdur. Subay idi. Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı 

fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra Azərbaycanın 

Milli Qəhrəmanı adı verilmişdir.  

Gədəbəy rayonunun Göyəlli kənd orta məktəbi onun adını daşıyır, qəhrəmanımızın 

büstü  qoyulmuşdur. 

 

Onunla  yanaşı



 

Gədəbəy  rayonundan olan  digər  üç  Milli 

Qəhrəman  - İsgəndər  Aznaurov, İlham  Əliyev və Məzahir  Rüstəmovun həyat  və 

döyüş  yollarından  bəhs  edən "Alınmaz  qalanın  qəhrəmanları"  sənədli-bədii 

film (2013-cü ildə) çəkilmişdir. 

                                       Ünvansız ölənləri 

                                      Axı, necə unudum? 

                                    Bir naməlum əsgərin 

                                    Qəbri üstdə sükutum –  

                                   Hərbi andımdır mənim 

                                                                                     Ələmdar Quluzadə 

 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 



 

 

 

 


200 

 

İyun 

 

Əlamətdar tarixi günlər və bayramlar 

 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950)  

1 İyun - Ümumdünya Süd Günü, (2001)  

3-4 İyun - Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955) 

4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982) 

5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972) 

8 İyun - Ümumdünya Okeanlar Günü, (1992) 

14 İyun - Beynəlxalq Blogger Günü, (2004) 

15 İyun - Milli Qurtuluş Günü, (1993) 

15 İyun - Ümumdünya Külək Günü 

17 İyun - Tibb İşçiləri Günü, (2001)  

18 İyun - Beynəlxalq Atalar Günü, (1909) 

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006) 

23 İyun - Beynəlxalq Olimpiya Günü, (1948) 

26 İyun - Silahlı Qüvvələr Günü, (1918)

 

26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü  



Yubilyar yazıçı və şairlər 

Yazıçı Afaq Məsudun 60 illiyi, (03.06.1957) 

Dramaturq Həsən Qasımovun 105 illiyi, (05.06.1912 - 08.05.1977) 

Şair Taleh Həmidin 65 illiyi, (19.06.1952 - 01.11.2016) 

Yazıçı Cabbar Məcnunbəyovun 105 illiyi, (20.06.1912 - 01.02.1967) 

Şair Eldar Baxışın 70 illiyi, (22.06.1947 - 22.05.1996) 

Yazıçı Hüseynbala Mirələmovun 70 illiyi, (25.06.1945) 

Maarifçi Həsənbəy Zərdabinin 175 illiyi, (28.06.1837 - 28.11.1907)   

 Dramaturq, filosof Mirzə Fətəli Axundovun 205 illiyi, (30.06.1812 - 10.03.1878) 

İncəsənət 

Xalq artisti Fidan Qasımavanın 70 illiyi, (17.06.1947) 

Xalq artisti Bülbülün 120 illiyi, (22.06.1897 - 26.09.1961) 

Xalq artisti Sona Hacıyevanın 110 illiyi, (25.06.1907 - 24.012.1979) 

Tarzən Mirzə Mənsurun 130 illiyi, (1887 - 1967) 

Milli qəhrəmanlar zirvəsi 

Məmmədov Mövsüm Şahin oğlu, (06.06.1967) 

Şahverdiyev İsrafil Şahverdi oğlu, (11.06.1952 - 13.01.1994) 

Behbudov Səfiyar Abuzər oğlu, (18.06.1967 - 21.03.1992) 

Əsədov Malik Hamil oğlu, (27.06.1962 - 18.01.1992) 

Fərəcov Ənvər Səyyad oğlu, ( 28.06.1952 - 11.09.1991) 

 



201 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950) 

 

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, 

millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!” 

                                                                                          Ümummilli lider  Heydər Əliyev 

 

1  İyun  -  Uşaqların  Beynəlxalq 

Müdafiəsi 

Gününün 


 

(International 

Children's Day) qeyd olunması 1950-ci ildə 

BMT  Baş  Assambleyası  tərəfindən  qərara 

alınıb. Həmin gün təşkil olunan Qadınların 

Beynəlxalq 

Konfransında 

uşaq 


hüquqlarının  təmin  edilməsi  ilə  bağlı 

təkliflər səslənib və elə həmin tədbirdə də 1 

iyun 

tarixini 



uşaqların 

beynəlxalq 

müdafiəsinə  həsr  etmək  qərarı  verilib.  Bu 

gün  dünyanın  əksər  ölkələrində  olduğu 

kimi, bu gün Azərbaycanda da qeyd edilir. 

Bu  bayramla  yanaşı,  BMT-nin  Baş 

Assambleyası 

tərəfindən 

20 

noyabr 


tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Ümumdünya Uşaqlar Günü 

1954-cü  ildə  BMT  -nin  Baş  Assambleyasının  №  836  (IX)  saylı  qətnaməsində 

1956-cı  ildən  bütün  dövlətlərdə  uşaqların  şərəfinə  keçirilməsi  tövsiyə  edilən 

bayram kimi qeyd olunub. 

  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Azərbaycan 



Respublikasında  uşaqlara  dövlət  qayğısının  gücləndirilməsi,  uşaq  problemlərinə 

vətəndaş  cəmiyyəti  qurumlarının  diqqətinin  artırılması  və  ölkənin  uşaqlarla  bağlı 

demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil 

tarixli  sərəncam  imzalamışdır.  Sərəncama  görə,  2009-cu  il  "Uşaq  ili"  elan 

olunmuşdur.  1924-cü  ildə  ilk  dəfə  olaraq  Uşaqların  hüquqlarını  təmin  edən 

Bəyənnamə  qəbul  edilmişdir.  Bu    bəyənnamədə    deyilirdi  ki,  "bəşəriyyət 

məcburdur    ki,    uşaqları    ən  yaxşı  şeylərlə  təmin  etsin".  Həmin    bəyənnamənin 

qəbul edilməsi ilə bağlı ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür. O, bacısı 

Doroti  Bakstonun  köməyi  ilə  1919-cu  ildə  uşaqlara  yardım  göstərmiş,  onların 

müdafiəsini  təmin  etmək  üçün  Londonda  Uşaqlara  Yardım  Fondunun  əsasını 

qoymuşdur.  

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə