190
19 (31) May - Rus yazıçısı Konstantin Georgiyeviç Paustovskinin anadan
olmasının 125 illiyi, (1892-1968)
Rus sovet yazıçısı, rus ədəbiyyatının klassiki Konstantin Georgiyeviç
Paustovski Moskvada anadan olmuşdur. 1898-ci ildə ailəsi ilə Ukraynaya köçmüş,
1904-cü ildə Kiyevdə gimnaziyaya daxil olmuşdur. 1912-ci ildə oranı btirdikdən
sonra Kiyev Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. I Dünya
Müharibəsi başladığı zaman Moskvaya qayıtmış, müxtəlif işlərdə çalışmışdır.
1930-cu illərdən ―Pravda‖ qəzetində, ―30 gün‖ və digər jurnallarda jurnalist kimi
fəaliyyət göstərmiş, çoxlu səyahət etmişdir. 1928-ci ildə ilk hekayələr toplusu olan
―Qarşı gəmilər‖ çapdan çıxmışdır. 1931-ci ildə ―Kara-Buqaz‖ povesti ilə ədəbi
yaradıcılıq fəaliyyətini seçmiş və peşəkar yazıçı olmuşdur.
1932-ci ildə ölkənin şimalına səfər etmiş və bu səfərin təəssüratları ―Şarl
Lonsevilin taleyi‖, ―Göl cəbhəsi‖ povestləri və oçerklərdə öz əksini tapmışdır. II
Dünya Müharibəsi zamanı bir müddət hərbi müxbirlik etmiş, sonra yeni pyesi
üzərində işləməsi üçün ailəsi ilə birgə Alma-Ataya göndərilmişdir. Burada o, ―Nə
qədər ki, ürək vurur‖ pyesini, ―Vətənin tüstüsü‖ romanını, bəzi hekayələrini
qələmə almışdır. 1950-ci illərin ortalarında Paustovski dünya tərəfindən
tanınmışdır. Avropaya səyahət imkanı qazanan yazıçı bir çox ölkələrdə olmuş, bir
müddət Kapri adasında yaşamışdır. 1965-ci ildə Nobel mükafatına mümkün
namizədlər sırasında olmuş, amma mükafat M.Şoloxova verilmişdir.
Görkəmli yazıçı Konstantin Georgiyeviç Paustovski 1968-ci il iyulun 14-də
Moskvada vəfat etmişdir.
K.G.Paustovski özündən sonra çox böyük ədəbi irs qoymuşdur. ―Kolxida‖,
―Qara dəniz‖, ―Şimal‖, ―Meşera diyarı‖, ―Qızılgül‖ povestləri, 6 kitabdan ibarət
avtobiqrafik ―Həyat haqqında povest‖ əsəri və s. böyük yazıçının adını daim
yaşadacaq dəyərli ədəbi nümunələrdir. Onun əsərləri ekranlaşdırılmış, bu əsərlərin
motivləri əsasında filmlər, seriallar və cizgi filmləri çəkilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
191
İncəsənət
2 May - Əməkdar artist, dramaturq Məcid Şamxalovun anadan olmasının
110 illiyi, (1907-1984)
Məcid Baba oğlu Şamxalov Ağdam rayonunun Gülablı kəndində anadan
olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə Bakıya köçmüşlər.
Burada S.S.Axundovun rus-tatar məktəbini bitirmişdir. M.F.Axundov adına Dövlət
Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924-1926) taleyini milli səhnəyə
bağlamış, Azərbaycan Akademik Dram Teatrında aktyor işləmişdir. İlk ədəbi-
ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik
həcmli əsərlər yazması ilə başlamışdır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə
Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin
respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür.
Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.
Kitabları:
―Mənzər‖ (1957), ―Qayınana‖ (1964) və s.
Filmoqrafiya: ―Qız qalası əfsanəsi‖ (1923), ―Lətif‖ (1930), ―Məhəbbət‖ (1935),
―Bakılılar‖ (1938), ―Qara daşlar‖ (1956), ―Qaynana‖ (1978) və s.
İnternetdə: www.az.wikipedia.orq
192
12 May - Xalq artisti, bəstəkar Səid Rüstəmovun anadan olmasının 110 illiyi
(1907-1983)
Səid Əli oğlu Rüstəmov İrəvan şəhərində anadan
olmuşdur. 1924-cü ildə musiqi məktəbinin xalq çalğı
alətləri şöbəsinə qəbul olunub. 1926-cı ildə Müəllimlər
Seminariyasını bitirdikdən sonra 19 nömrəli birinci
dərəcəli məktəbə müəllim təyin olunub. 1932-ci ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Musiqi
məktəbləri üçün "Not savadı" dərsliyinin əsas
tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs
vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla
çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və
baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii
rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və
rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (1951)
rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi
fərqlənmişdir. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar
İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad
müəllimin adına layiq çalışması onun həm də ictimai xadim kimi yetişməsini
göstərirdi. S.Rüstəmov dəfələrlə Bakı şəhər Sovetinə deputat seçildiyi illərdə də
zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan
çalışmışdır. Bəstəkar, dirijor, pedaqoq, Əməkdar incəsənət xadimi (1938), SSRİ
Dövlət mükafatı laureatı (1951), Azərbaycanın Xalq artisti (1957) S.Rüstəmov üç
dəfə Qırmızı Əmək Bayrağı ordeni vəXalqlar Dostluğu ordeni və bir sıra
medallarla təltif olunmuşdur. O, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii
rəhbəri və dirijoru (1935-1975) idi.
Səid Rüstəmov 1983-cü il iyun 10-da, 76 yaşında vəfat etmişdir.
Əsərləri:"Alma","Ana məktəb","Azərbaycan melodiyası‖, "Dağlar", "Dəstə
rəhbəri", "Düşərgəmiz","Getmə", "Gəlin baxçamıza", "Gün, çıx", "Keçi",
"Kəndimiz‖,"Maral", "Qaytağı", "Qış baba", "Quzum" , "Saat", "Səhər nəğməsi"
və s.
İnternetdə: www.az.wikipedia.orq