248
26 İyul - Milli Qəhrəman Asif Yusif oğlu Məhərrəmovun anadan olmasının
55 illiyi, (1952-1994)
Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) Ağdam
şəhərində anadan olub. On bir uşağı olan bir ailənin ilki
idi. Uşaqlıqdan boks və futbolla məşğul olub. 1969-cu
ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirib, Ağdam
Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə
başlayıb. 1991-ci ilin 15 noyabrında ―Haqq Cəbhəsi‖
batalyonunu yaradıb. Qardaşları Ədalət, Səxavət, Bəhlul
və Mahir də onun batalyonunda döyüşüblər. 1991-ci il 31
dekabr Xramort kəndinin
azad
edilməsində
xüsusilə
fərqlənib. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi
hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət
uğrunda mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb.
Sonra öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib və ordakı sursat
yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikasının
müdafiə naziri Dadaş Rzayevin sərəncamı ilə Asifə polkovnik-leytenant hərbi
rütbəsi verilib. Asifin hərbi təhsili olmamasına baxmayaraq, o, 859 saylı
batalyonun ilk komandiri olub. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalı əhalisini xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin
açılmasında batalyonu ilə iştirak edib. Həmin ilin mart ayının 20-də Füzuli
şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub. 1993-cü ilin 27
oktyabrında Asif Şelli uğrunda gedən döyüşdə iştirak edib, onun səhhəti vərəmə
görə ağırlaşıb, hərbi hissəni təhvil verərək və müalicəyə gedib. Lakin 1 iyul 1994-
cü ildə vərəmdən vəfat edib. Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli
Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Bakıdakı küçələrdən biri onun adını daşıyır. 2007-ci ildə X siniflər üçün nəşr
edilən ―İbtidai hərbi hazırlıq‖ dərslikliyinə ilk dəfə olaraq Fred Asif haqqında
məlumat daxil edilib. 2008-ci ildən Fred Asif adına İnkişaf Fondu fəaliyyət
göstərir.
Yandır haqqın məşəlini, aləm nura dönsün,
Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,
Üçrəngli bayrağı qaldır, dünyada görünsün.
Çal cəngini, olsun yağının bağrı qızıl qan,
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Ələkbər Sadiq
İnternetdə:
www.az.wikipedia.orq
249
30 İyul - Azərbaycanın Milli Qəhrəmanı Əliyev Nadir Alış oğlunun anadan
olmasının 55 illiyi, (1962-1993)
Əliyev Nadir Alış oğlu Ağdam rayonunun
Əliağalı kəndində doğulub. 1977-1981-ci illərdə Bakı
Politexnik Texnikumunda təhsil alıb.
1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali
Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin
hüquq fakültəsini bitirib. 1991-ci ildən Mili Təhlükəsizlik
Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-
ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan
DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert
(Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə
Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib. 1993-cü ilin yanvar ayında
MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə
uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün
könüllü surətdə rəhbərliyə raportla müraciət edib, MTN-nin xüsusi təyinatlı hərbi
dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə
rəşadət göstərib, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə
düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına
həlak olub. Ailəli idi. İki övladı var. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn
edilib.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı
Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı
adına layiq görülüb.
Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.az.wikipedia.orq