53336
Azərbaycan Respublikası Milli Elmlər Akademiyası
Fəlsəfə, Sosiologiya və H üquq İnstitutu
QARAYEV RAUF MƏMMƏD oğlu
A M E A Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun Elmi Şurasınınl3 noyabr
2010-cu il tarixli qərarı ilə çapa tövsiyə
olunub
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA
BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏRARLARININ
ƏHƏMİYYƏTİ VƏ BEYNƏLXALQ HÜQUQ
15594
______
Azərbaycan Respublikası Prezidentinin
işlər İdarəsi
PREZİDENT KİTABXANASI
B a k ı- 2012_______
Qarayev R.M.
hüquq elmləri üzrə fəlsəfə doktoru
Məmmədzadə İ.R.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru, fəlsəfə elmləri doktoru
Əliyev Ə.İ.
BDU hüquq fakültəsinin dekanı,
hüquq elmləri doktoru, professor;
Zahidov B.S.
Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun direktor müavini, hüquq elmləri
doktoru, professor.
Rauf Məmməd oğlu Qarayev. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq təşkilatların
qərarlarının əhəmiyyəti və beynəlxalq hüquq. Bakı, 2012. 344 səh.
Dünya birliyi dövlətlərin mövqeyi ilə yanaşı, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə əhəmiyyətli dərəcə
də təsir göstərən vacib amillərdən biri də bu münaqişəyə aid nüfuzlu bey
nəlxalq dövlətlərarası təşkilatların öz qərarlarında əks olunmuş mövqeləri
dir. Monoqrafiyada ilk dəfə azərbaycan beynəlxalq hüquq ədəbiyyatında
sistemləşdirilmiş şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqi
şəsinə aid BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, İK.T, НАТО,
GUAM kimi dünyanın aparıcı beynəlxalq hökumətlərarası təşkilatlan tərə
findən qəbul olunmuş beynəlxalq aktlar tədqiq edilmişdir. Aparılmış tədqi
qat nəticəsində müəllif belə bir nəticəyə gəlir ki, bu münaqişənin nizamlan
masında Azərbaycanın mövqeyi müasir beynəlxalq hüquq norma və prinsip
lərin tələblərinə uyğundur. Bu isə, öz növbəsində, sübhəsiz ki, azərbaycan
tərəfinin mövqesinin əsaslı, qanuni və ədalətli olmasının sübutedici bazasını
daha da gücləndirir. Monoqrafiya alimlər, tələbələr, beynəlxalq hüquq və
münasibətlər problemləri ilə məşğul olan mütəxəssislər, ekspertlər, polito-
loqlar və beynəlxalq hüquq problemləri ilə maraqlananlar üçün nəzərdə
tutulmuşdur.
ISBN 978-9952-445-10-7
Müəllif:
Elmi redaktor:
Rəyçilər:
© Qarayev R. M., 2012
MÜNDƏRİCAT
G iriş............................................................................................. 4
Fəsil I. Ermənistanın Azərbaycana qarşı təcavüzünün ümumi
beynəlxalq - hüquqi aspektləri ................................................. 13
Fəsil II. Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsi
nin nizamlanmasında BMT-nın qərarlarının rolu
və əhəmiyyəti ............................................................................ 25
1.1. BMT Təhlükəsizlik Şurasının qərarları.......................... 25
1.2. BMT Baş Məclisinin qərarları ........................................31
Fəsil III. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə
sinin nizamlanmasında İKT-nın qərarlarının rolu
və əhəmiyyəti ............................................................................ 39
Fəsil IV. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
nin nizamlanmasında Avropa regional təşkilatlarının qərarları
nın rolu və əhəmiyyəti...............................................................66
4 .1. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında ATƏT qərarlarının rolu
və əhəm iyyəti............................................................................ 66
4.2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
Nizamlanmasında AŞPA-nın qərarları.....................................85
4.3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Avropa Birliyinin qərarları........................ 88
Fəsil V. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında NATO-nun qərarlarının rolu
və əhəmiyyəti ......................................................................... 104
Fəsil VI. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
nin nizamlanmasında QlJAM-ın qərarlarının rolu
və əhəmiyyəti ......................................................................... 116
Nəticə ....................................................................................... 128
İstifadə olunmuş ədəbiyyat siyahısı ....................................... 134
O lavələr.................................................................................. 149
3
GİRİŞ
Müasir dünyada geosiyasi vəziyyət və dünya arenasında
dövlətlərin qüvvələrin nisbəti kəskin surətdə dəyişir. Sosialist
sisteminin və bu düşərgəyə başçılıq edən Sovet İttifaqının dağıl
masından sonra ideoloji meyarlara görə ölkələrin iki düşərgəyə
bölünməsinə qədər mövcud olan ikiqütblü dünya hansısa bir
zaman dövründə birqütblü dünyaya çevrildi. Bu, dünyanın ye
ganə superdövləti olan - Amerika Birləşmiş Ştatlarının iqtisadi,
hərbi və siyasi qüdrətinin artması ilə bağlı idi. Hətta ABŞ dövlət
katibi xanım Hillari Klinton öz ölkəsinin beynəlxalq mü
nasibətlər üzrə Şurasında çıxış edərək bəyan etdi ki: “ABŞ üçün
dünya liderliyi eyni vaxtda həm məsuliyyətdir, həmdə yeganə
imkandır”. Onun sözlərinə görə müasir beynəlxalq müna
sibətlərdə elə bir zaman gəldi ki: “ABŞ dünya liderliyi həyati də
rəcədə zəruridir, hətta bunu yeni yollarla həyata keçirmək məc-
buriyyətinda olsa bilə...Bütün dünya bizə baxır, çünki Amerika
dünya problemlərinin həlli məqsədilə birgə səyləri səfərbərlik
etmək üçün imkana və qüdrətə malikdir. Bunda bizim rəqibimiz
yoxdur”.[90] Lakin hazırki dövrdə dünya siyasətçilərin,
beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə alimlərin,
ekspertlərin və politoloqların çoxu artıq dünyanın çoxqütblü
istiqamətinə doğru inkişafından danışır və bunu beynəlxalq mü
nasibətlər sistemində müşayiət olunan ABŞ-ııın rolunun dur
madan daimi azalması tendensiyası və bununla yanası digər döv
lətlərin (m.ü. Çinin, Hindistanın) və ya dövlətlər ittifaqının (m.ü.
Avropa Birliyinin) təsirinin tədricən artması ilə bağlayırlar.
Məsələn, Amerika hökumətinin araşdırma təşkilatı - Milli Kəş
fiyyat Şurası (National Intelligence Council, NIC) 2025-ci il
üçün dünyanın ən qüdrətli dövlətlərinin (yəni dünya hadisələrin
4
inkişafına təsir göstərə bilən dövlətlərin) siyahısını tərtib etmiş
dir. “International Futures” nümunəsi (modeli) əsasmda hazır
lanmış cədvələ uyğun olaraq 2010-cu ildə dünyanın ən qüdrətli
dövləti Amerika Birləşmiş Ştatlarıdır. Dünyada təsirin 20 fai
zindən çoxu bu dövlətin payına düşür. İkinci yeri Avropa Birliyi
ölkələri, üçüncü yeri Çin, dördüncü yeri Hindistan, beşinci yeıi
Yaponiya, altıncı və yeddinci yerləri isə müvafiq olaraq Rusiya
və Braziliya tuturlar. 2025-ci ilə isə, mütəxəssislərin proqnozuna
görə, qüvvələrin nisbəti dəyişəcək. ABŞ liderliyi saxlasada,
onun təsir payı 18% qədər enəcək, ikinci yerə Çin çıxacaq (onun
təsir faizi təxminən 16% çatacaq), Avropa Birliyi ölkələri
üçüncü yeri tutacaq. Hindistan dördüncü yerdə qalacaq və onun
təsiri az qala 10% qədər artacaq. Yaponiya, Rusiya və Braziliya
öz yerlərində qalacaq, lakin Yaponiya və Rusiya bir qədər
geriyələcək. Braziliya isə bir qədər irəliyəcəkdir. (“International
Futures” modelində hesablamalar siyahıya daxil edilmiş
ölkələrin ÜDM və həmdə bu ölkələrin müdafiəyə ayrılmış
xərclərinə, əhalinin sayına, texnologiyaların inkişaf səviyyəsinə
əsaslanır). Aparılmış hesablamalar əsasənda hazırlanmış bu
cədvəl çoxqütblü dünyaya doğru inkişaf edilməsi tendensiyasını
göstərir. m «Berlin divarının sökülməsindən sonra yaranmış
düzüm dağılır, ABŞ və Qərbin təsiri, bütövlükdə azalır” - bu
Londonda britaniya strateji araşdırmalar beynəlxalq institutunun
təqdim etdiyi illik məruzəsinin əsas nəticəsidir. İnstitutun başçısı
professor Jon Çipman geosiyasi problemlərin öyrənilməsi üzrə
dünyada analitik mərkəzlərin arasında ən nüfuzlulardan biri olan
bu təşkilatın “2009 ilin Strateji icmalı” adlı məruzəsini təqdim
etdi. Məruzədə qeyd olunur ki, indiki ağır maliyyə və iqtisadi
böhran, SSRİ-in dağılmasından və Berlin divarının sökülməsin
dən sonra yaranmış dünya geosiyasi düzümüm özünün əsasında
5
Yüklə Dostları ilə paylaş: |