Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə5/84
tarix04.07.2018
ölçüsü
#53336
1   2   3   4   5   6   7   8   9   ...   84

Azərbaycanın  çay  sulan  resurslarının  təxminən  70%  tranzit 
çaylar  hesabına  formalaşır.  Çay  sularının  çirklədilməsi  ilə 
mübarizə üzrə bir çox regional sazişlərdə birbaşa nəzərdə tutulur 
ki,  digər  dövlətin  ərazisindən  axan  çay  sularının  əhəmiyyətli 
dərəcədə  çirklədilməsi  və  bununla  da  bu  dövlətə  əhəmiyyətli 
dərəcədə  zərər  vurulması  beynəlxalq  hüquq  normalannın  ciddi 
şəkildə pozulması deməkdir.
Ölkələr  arasında  dövlət  sərhədinin  rejimi  haqqında  bir  çox 
sazişlərdə nəzərdə tutulur ki,  əgər sərhəd  yaxınlığında yanğınlar 
baş  verərsə,  öz ərazisində  yanğın  baş  vermiş  tərəf belə yanğının 
söndürülməsi  və  yanğının  sərhəddən  keçib  digər  dövlətin  əra­
zisinə  yayılmaması  üçün  bütün  mümkün  olan  tədbirlərə  əl  at­
masına borcludur.  Lakin tamamilə  əksi  baş verir.  İşğal  olunmuş 
azərbaycan  ərazilərində  erməni  tərəfinin  özü  qəsdən  yanğınlar 
törədir.  Çox guman ki, bütün sərhəd xətti  üzrə erməni tərəfindən 
törədilən  belə  yanğınlar  hərbi  məqsəd  güdür.  Ola  bilər  ki, 
ermənilər  azərbaycan  ordusunun  bütün  hərəkətlərinin  dəqiq  iz­
lənməsi  üçün  ərazinin  təmizlənməsinə  can  atırlar.  Belə  qəsdən 
törədilən yanğınlar həmdə  Azərbaycanın öz nəzarəti  altında olan 
ərazilərə  də  əhəmiyyətli  zərər  vurmuşdur.  Yanğınların  nəticəsi 
kimi  torpaq  eroziyaya  məruz  qalır,  bu  ərazilərin  unikal  bitki  və 
heyvan aləmi  məhvolma təhlükəsi altına düşür.
Bundan əlavə, erməni  təcavüzü nəticəsində  işğal  altında 280 
min meşə sahəsi  (Azərbaycanın meşə örtüyü olan 25% sahəsi), 2 
dövlət qoruğu və 4 müvəqqəti qoruq qalmışdır.
Erməni  təcavüzkarları  tərəfindən  bütün  zəbt  edilmiş  ərazi­
lərdə “yandırılmış torpaq və etnik təmizləmə” siyasəti  həyata ke­
çirilmişdir.
Erməni  qəsbkarları  tərəfindən  Azərbaycanın  təbiətinə  aid 
planlaşdırılmış  ekosid  siyasəti  həyata  keçirilir.  İşğal  edilmiş
18
Azərbaycan  ərazilərində  meşələrin  qırılması  və  məhv  edilməsi 
hesabına  Ermənistanda  ağac  emalı  sənayesi  inkişaf edir.  Təkcə
1993-cü  ildə  işğal  edilmiş  ərazilərdən  Ermənistana  206.6  min 
kub m qiymətli ağac növləri aparılmışdır.
İşğal  edilmiş  regionun  faunasına  da  əvəzolunmayan  zərər 
vurulmuşdur.  Regionun  bioloji  müxtəlifliyi  təhlükə  altındadır, 
çünki  bir  çox  növü  qirmizi  kitaba  salınmış  faunanın  nəzarətsiz 
məhv  olunması  prosesi  gedir.  İşğal  edilmiş  ərazilərdə  Ermənis­
tan  təbii ehtiyatlan yirticıcasma istismar edir.  İşğal olunmuş La­
çın rayonunda təbii qoruq  məhv edilir.  Bu qoruğda yerləşən Ha- 
cışamlı  meşəsində  ermənilər,  sonradan  xaricə  satış  məqsədilə, 
qırmızı  palıdın  qınlması  və  tədarük  edilməsi  ilə  məşğuldurlar. 
Bununla yanaşı,  xarici ölkələrə satış  məqsədilə, dekorativ  mebel 
və  parketin  hazırlamasında  əvəzsiz  olan  Bəsitçay  qoruğu  əra­
zisində  bitən  genişyarpağlı  palıd  meşələri,  çinar və  qoz ağaclan 
da  qirilir.  Sahəsi  240  hektar  olan  Qaragöl  qoruğu  da tamamilə 
məhv  olunma  ləhlükəsi  qarşısındadır.  Burada  68  müxtəlif bitki 
növlərinə və 27 bitki ailələrinə mənsub olan bitkilər var idi.
Sahəsi  13160  hektar meşə təsərrüfatı  olan Qubadlıda da me­
şələr tamamilə məhv edilib. 2005-ci  ilə kimi ermənilər işğal edil­
miş  ərazilərdən  720  min  kub  m  ağac  tədarük  etmişlər.  Erməni 
qəsbkarları  tərəfindən  işğal  edilmiş  ərazilərdə  regionun  mineral 
resurslarının  vəhşicəsinə  istismar  edilməsi  və  dağıdılması 
siyasəti  həyata  keçirilir.  İşğal edilmiş rayonların 2 qızıl, 4 civə, 2 
xromit,  1  qurquşun-sink,  1  mis  və  1  surma  mədənlərində 
çıxarılan  faydalı  mineral  resursları  Ermənistanın  zənginləşdirici 
emal  müəssisələrinə  daşınır.  Azərbaycanın  işğal  edilmiş  ərazi­
lərində  Ermənistan  tərəfindən  aparılan  qanunazidd  siyasətin 
nümunəsi  kirni  Kəlbəcərdə yerləşən Söyüdlü qızıl  mədənin birgə 
işlədilməsinə  və  istismar  edilməsinə  dair  Kanadanın  “First
19


Dinesty  Mines” şirkəti  ilə bağlanılan müqaviləni göstərmək olar. 
Ermənistan  bu  mədənlərdən  ildə  13  ton  qizil  çıxardır.  Erməni 
işğalçıları  həmdə Zəngilan və Kəlbəcərdə yerləşən “Vəcnəli” və 
“Qızıl  bulaq” qızıl mədənlərini də qanunsuz istismar edirlər.
Azərbaycanın BMT-də  Daimi  Nümayəndəliyinin  BMT  Baş 
Katibinə  ünvalandığı  26  Oktyabr  1996-cı  il  tarixli  məktubunda 
göstərilir ki,  ilkin və axıra qədər müəyyən  olunmayan məlumat­
lara  görə  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün  nəti­
cəsində  vurulmuş  maddi  və  mənəvi  zərərin  ümumi  dəyəri  on 
milyardlarla ABŞ  dolları  təşkil  edir.  [107]  Digər mənbələrdə  bu 
rəqəm  60  mlrd,  çox  ABŞ  dolları  həcmində  qiymətləndirilir. 
[110,  111]  İslam  Konfransı  Təşkilatının  sənədlərində  də  bu  rə­
qəm,  yəni  60  mlrd.  ABŞ  dolları  həcmində  göstərilir.  Məsələn, 
13-14  Mart 2008  keçirilmiş  İslam  Konfransı  Təşkilatının On  Bi­
rinci Zirvə  Görüşündə  (“Müsəlman  Umması  21-ci əsrdə”)  qəbul 
olunmuş  “Üzv  ölkələrə,  İKT  üzvü  olmayan  ölkələrə  və  müsəl­
man  icmalanna iqtisadi yardım göstərilməsinə aid fəaliyyət haq­
qında”  adil  2/11-E  (IS)  nömrəli  qətnaməsinin  Azərbaycana  aid 
olan  hissəsində  qeyd  edilir  ki,  Ermənistan tərəfindən  işğal  edil­
miş  ərazilərdə  Azərbaycana  dəymiş  iqtisadi  zərərin  həcmi  60 
mlrd. ABŞ dollarıdır. [122]
Fikrimcə  bu  rəqəm  tam  deyil,  çünki  bu  illər  ərzində  əldə 
edilməmiş mənfəət nəzərə alınmayıb.  Hesablamalar bu günə ye­
nidən  aparılsa,  əldə  edilməmiş  mənfəət  nəzərə  alınmaqla,  bu  rə­
qəm 220 mlrd.  $ civarındadır.  [129, 363J
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquqda  bir neçə  dəfə 
kodifikasiya etmək cəhdlərinə  baxmayaraq, dövlətlərin  məsuliy­
yətini  nizamlayan  beynəlxalq  hüquq  normaların  mənşəyi  əsasən 
adətdir.
BMT-nin  Beynəlxalq  Hüquq  Komissiyası  dövlətlərin  məsu­
20
liyyətinə dair normaların  kodifıkasiyası  üzrə  öz  işinə  1956-cı  il­
də  başladı  və yanlız 2001-ci  ildə “Beynəlxalq  hüquqazidd əməl­
lərə görə dövlətlərin  məsuliyyəti” adlı  maddələr lahiyəsini qəbul 
etdi.  BMT  Baş  Məclisi  12  dekabr  2001-ci  ildə  BMT-nin  Bey­
nəlxalq Hüquq Komissiyası tərəfindən təqdim edilən bu layihəyə 
baxaraq  “dövlətlər  arasında  münasibətlərdə  məsuliyyət  möv- 
züsünün  böyük  əhəmiyyətini”  xüsusi  qeyd  edən  qətnamə  qəbul 
etdi.  Bu  layihədə  əks  olunan  maddələr  nəzərə  alınmış,  əlavə 
şəkildə  qətnaməyə  daxil  edilmiş  və  “onların  gələcəkdə  qəbul 
edilməsi  və  ya  digər  lazımi  ölçüdə  olması  məsələsinə  toxun­
mayaraq hökumətlərin nəzərinə” təklif edilmişdir.
Ermənistanın  Azərbaycana  vurduğu  maddi  və  mənəvi  zərər 
belə  zərərin  tam  həcmdə  ödənilməsi  zərurətini  yaradır.  Belə  ki, 
beynəlxalq  hüquqa  görə  məsuliyyət  daşıyan  dövlət  özünün 
hüquqazidd  əməli  ilə  digər  dövlətə  vurmuş  ziyanı  tam  həcmdə 
ödəməlidir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  vurulmuş  ziyanın 
tam  həcmdə  ödənilməsi  öhdəliyi,  həm  beynəlxalq  hüquqa,  həm 
də müxtəlif ölkələrin milli  hüquq sistemlərinə xas olan, hüququn 
ümumi  bir  prinsipidir.  Beynəlxalq  hüquqda  bu  prinsip  hələm 
XX əsrin əvvəlində öz təsdiqini  tapmışdır.  Məsələn,  1927-ci  ildə 
llorfusdakı  fabrika  haqqında  iş  üzrə  beynəlxalq  ədalət  məh­
kəməsinin Daimi  Palatasının qərarını göstərmək olar.  Bu qərarda 
deyilir  ki,  “öhdəliyin  pozulması  nəticəsində  ödəmənin  adekvat 
formada  təmin  edilməsi  vəzifəsinin  yaradılması  beynəlxalq 
hüququn  prinsipidir",  [108,  21]  və  daha  sonra:  “Ödəmə,  nə 
qədər bu  mümkünsə,  hüquqazidd  əməlin  bütün  nəticələrini  ləğv 
etməlidir  və,  çox  guman  ki,  əgər  belə  əməl  törədilməsə  idi, 
mövcud  olmalı  olan  vəziyyəti  bərpa  etməlidir”.  [108,  47]  Bu 
prinsip  beynəlxalq  hüququn  subyekti  olan  beynəlxalq  dövlət- 
lərarası  təşkilatların  qərarlarında  da  öz  əksini  tapmışdir.  Məsə­
21


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə