& Л
1
tanınmış norma və prinsiplərini kobud şəkildə pozur, və buna
ğörə də məsuliyyət daşıyır.
Deməli, Ermənistana - təcavüzkar ölkəyə - müxtəlif (siyasi,
iqtisadi, diplomatik və s.) növlərdə beynəlxalq təzyiqin edilməsi,
bütövlükdə, bu münaqişənin ədalətli nizamlanmasına kömək və
yardım edə və Cənubi Qavkaz regionunda stabillik yarada bilən
ən vacib amillərdən biridir.
Beləliklə, belə bir nəticəyə kəlmək olar ki, dünyanın aparıcı
beynəlxalq hökumətlərarası təşkilatlar tərəfindən, o cümlədən
BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Avropa Şurası, Av
ropa Birliyi, İKT, ATƏT, QUAM, NATO tərəfindən qəbul olun
muş qərar və qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə ədalətli beynəlxalq hüquqi qiymət verilir
və bu münaqişənin nizamlanmasının beynəlxalq hüquqi əsasını
təşkil edən prinsiplər müəyyən edilir. Bunlar: ölkələrin ərazi
bütövlüyü, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstə
qilliyi və suverenliyi, beynəlxalq tanınmış sərhədlərin sar
sılmazlığı prinsipləridir.
Bizim fikrimizcə, Ermənistanın dünya dövlətlərinin vacib si
yasi meydançalarından biri olan aparıcı beynəlxalq hökumətlər-
arası təşkilatlar tərəfindən, o cümlədən BMT Təhlükəsizlik Şu
rası və Baş Məclisi, Avropa Şurasıni, Avropa Birliyi, İKT,
ATƏT, QUAM, NA TO tərəfindən qəbul olunmuş qərar və qət
namələrdə əks olunan beynəlxalq hüquq normalarına əməl etmə
məsi və bu normaları pozması aşağıdakı nəticələrə gətirir:
1.
Aparıcı beynəlxalq hökumətlərarası təşkilatlann qəbul et
dikləri qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü
tam dəstəklənir, azərbaycan torpaqlarının işğal olunması etiraf
edilir və bütün işğal olunmuş azərbaycan torpaqlarından erməni
işğalçı qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz çıxardılması lə-
130
ləb olunur.
2. Ermənistan bir sira hökumətlərarası təşkilatlar tərəfindən
(məsələn, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament
Assambleyası) təcavüzkar dövlət kimi elan olunur; müasir bey
nəlxalq hüquqa görə başqa dövlətlərə qarşı təcavüz isə ən ağır
beynəlxalq cinayətlər sırasında yer tutur və sülhə və beynəlxalq
təhlükəsizliyə qarşı ciddi təhlükə varadır.
3. Aparıcı beynəlxalq hökumətlərarası təşkilatların qəbul et
dikləri qərarların yerinə yetirilməməsi Ermənistanı getdikçə də
rinləşən və hər tərəfdən təcrid olunma halına düşməsinə aparır.
Artıq Ermənistan Cənubi Qavkazda və Cənubi Qavkazla yanaşı,
Orta Aziya, Yaxın Şərq və Avropa regionlarını əhatə edən bir
sıra önəmli və iqtisadi baxımdan çox sərfəli beynəlxalq layi
hələrdən kənarda qalmış və qalmaqda davam edir.
4. Aparılmış tədqiqat nəticəsində müəllif belə bir nəticəyə
gəlir ki, bu münaqişənin nizamlanmasında Azərbaycanın möv
qeyi müasir beynəlxalq hüquq norma və prinsiplərin tələblərinə
uyğundur. Bu isə, öz növbəsində, sübhəsiz ki, dünya dövlətləri
birliyində və dünya ictimai fikirdə azərbaycan tərəfinin mövqe
sinin əsaslı, qanuni və ədalətli olmasının sübutcdici bazasını da
ha da gücləndirir.
Bunu erınəni tərəfi də çox yaxşı başa düşür. Ermənistanın
nüfuzlu qa/.ctlərindən biri olan “Ayots Aşxar” qeyd edir ki, bu
strukturlarda (qazet AŞPA, BMT Baş Məclisi. İKT və Avropa
Parlamentitərəfindən erməni hərbi qüvvələrin (“azad olunmuş
ərazilərdən” - erməni tərəfi azərbaycanın işğal olunmuş ərazilə
rini belə adlandırır - qeyd müəllifindir R.Q.) çıxardılması haq
qında qətnamələri nəzərdə tutur - qeyd müəllifindin), təcavüzkar
kimi Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələblərin
irəli sürülməsi Dağlıq Qarabağın statusu məsələsinin ərazilərin
131
geri qaytarılması (söhbət azərbaycanın işğal olunmuş əra
zilərindən gedir - qeyd müəllifindin R.Q.) məsələsindən ayrıl
ması üçün Azərbaycanı zəruri arqumentlərlə təmin edəcəkdir.
Bütün yuxanda göstərilən qətnamələrdə “azad olunmuş əra
zilərin” (erməni tərəfi azərbaycanın işğal olunmuş ərazilərini
belə adlandınr - qeyd müəllifindir R.Q.) işğal olunması haqqın
da müddəası əks olunmasına görə, tamamilə təbiidir ki, Azər
baycan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda gələ
cəkdə də bu müddəalara arxalanacaq və işğal olunmuş ərazilər
dən erməni hərbi qüvvələrin çıxardılmasma qədər DQR statusu
məsələsini təxirə salınmasını tələb edəcəkdir.[117]
5.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
dair aparıcı beynəlxalq hökumətlərarası təşkilatlann qəbul etdik
ləri qərar və qətnamələr bu münaqişəyə dair həm ayn-ayrı döv
lətlərin, həmdə dünya ictimai rəyin formalaşmasına əhəmiyyətli
dərəcədə təsir göstərmiş və göstərməkdə davam edir. Çox ma
raqlıdır ki, hətta Ermənistanın hərbi müttəfiqi olan Rusiya Fede
rasiyasında da artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair fərqli fikirlər söylənir. Məsələn, Rusiya Fede
rasiyası Dövlət Dumasının MDB dövlətləri və həmvətənləri ilə
əlaqələr üzrə komitəsinin sədri A. Ostrovskiy Cənubi Qavkaz-
daıı olan jurnalistlərlə görüşündə bəyan etdi ki, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində dünya ic
timai rəy Azərbaycanın tərəfindədir. |118J
Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşıması prob
lemi, o cümlədən bu dövlətə qarşı beynəlxalq məcburiyyət təd
birlərinin tətbiq edilməsi problemi daha da aktuallaşır. Belə
beynəlxalq məcburiyyət tədbirlərinə Ermənistana qarşı beynəl
xalq sanksiyaların tətbiq edilməsi zərurəti də aiddir.
Bununla yanaşı, onu da qeyd etmək istərdim ki, beynəlxalq
132
hüquqi normaları və prinsiplərini kobud şəkildə pozmuş Ermə
nistan Respublikasına qarşı beynəlxalq sanksiyaların tətbiq edil
məsi problemi bizim araşdırdığımız problem ilə sıx bağlı və ya
xın olsada, fikrimizcə, bu bizim tədqiqatın çərçivəsindən kənara
çıxan başqa bir marağlı tədqiqat mövzusudur və bu sahədə ay
rıca araşdırmanın aparılmasını tələb edir.
133
Yüklə Dostları ilə paylaş: |