A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2017-ci il № 45-48 (9139)
6
www.seanews.az
1828 miQrant dənizi keçməyə cəhd
GÖstərərkən suların Qurbanına çeVrilib
Dənizdə xilasetmə xidməti iki gün ərzində
Aralıq dənizində İspaniya sahillərinə yetişməyə
cəhd göstərən 300-dən çox qeyri-leqal miqrant
aşkarlayıb.
RİA Novosti informasiya agentliyi xəbər verir
ki, təkcə cümə axşamı günü Andalusiya (İspaniyanın
cənubunda yerləşən muxtar qurum) sahillərində içəri-
sində 190 mühacirin olduğu yeddi qayıq aşkarlanıb.
Cümə gününün birinci yarısınadək isə 130 miqrantı
daşıyan daha üç gəmi tapılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına
əsasən, bu ilin əvvəlindən bəri Aralıq dənizi vasitə-
silə Avropaya 77 mindən çox miqrant və qaçqın gə-
lib. 1828 nəfər dənizi keçməyə cəhd göstərərkən həlak
olub.
Qeyri-leQal balıQ
oVuna Qarşı birGə
təlimlər keçiriblər
Yaponiyanın Sahil Mühafizəsi Xidməti Vyetnam
Dəniz Polisi ilə birlikdə ilk dəfə Cənubi Çin dəni-
zində qeyri-leqal balıq ovuna qarşı birgə təlimlər
keçiriblər.
Təlimlər Vyetnam tərəfinin xahişi ilə iyunun 16-da
Mərkəzi Vyetnamın Dananq şəhərinin sahillərində ke-
çirilib.
Cənub-şərqi Asiyanın bu hissəsində, Vyetnama
məxsus sularda Çin balıqçı gəmiləri və eyni zamanda,
başqa ölkələrdən olan gəmilər qeyri-leqal balıq ovu ilə
məşğuldurlar.
Təlimlərdə Yaponiyanın “Etiqo” patrul gəmisi və
iki il bundan əvvəl Yaponiyanın Vyetnama bağışladığı
patrul gəmiləri iştirak ediblər.
Yaponiyanın rəsmi nümayəndələri vyetnamlı həm-
karlarına bildiriblər ki, onlar qeyri-qanuni balıq ovu ilə
məşğul olanları saxlamazdan əvvəl sübut üçün onların
fotolarını və ya video görüntülərini çəkməlidirlər.
İyunun 17-də gecə
Yaponiya sahillərində
ABŞ Hərbi-Dəniz Qüv-
vələrinə məxsus “USS
Fitzgerald” esminesi
ilə toqquşan Filippin
bayrağı altında üzən
“ACX Crystal” kontey-
ner gəmisinin 20 nəfər
heyət üzvündən heç biri
xəsarət almayıb.
Bu barədə Kyodo
agentliyi həmin gəmini
icarəyə götürmüş Yapo-
niyanın “Nippon Yusen”
şirkətinə istinadla məlu-
mat yayıb.
Esmines və kontey-
ner daşıyan gəminin İro-
zaki burnundan təqribən
20 kilometr məsafədə, İzu yarımada-
sının cənubda toqquşduğu bildirilir.
“Fitzgerald” esminesi hadisə yerin-
dən 100 kilometr məsafədə yerləşən
Yokosuka hərbi bazasının qeydiy-
yatındadır. Axtarış-xilasetmə əmə-
liyyatı zamanı üç dənizçinin cəsədi
esminesin su basmış hissəsində ta-
pılıb və tanınmaq üçün Yokosuka
hərbi hospitalına göndərilib. Bundan
başqa, qəza nəticəsində esminesin
dörd dənizçisinin itkin düşdüyü və
üç nəfərin xəsarət aldığı bildirilir.
ABŞ Silahlı Qüvvələrinin Sakit oke-
an komandanlığının rəsmi nümayən-
dəsinin bildirdiyinə görə, xəsarət
alanlardan biri esminesin komandiri
Brays Benson Yokosukadakı hərbi
hospitala yerləşdirilib.
Yaponiya Sahil Mühafizəsinin
beş kateri və bir aviasiya texnika-
sı hadisə yerində axtarış-xilasetmə
əməliyyatı aparır və qəzanın baş ver-
mə səbəblərini araşdırır.
NHK telekanalına məxsus he-
likopterin çəkdiyi kadrlardan esmi-
nesin sağ göyərtəsinin ciddi xəsarət
aldığı aydın görünür. Konteyner da-
şıyan gəminin isə sol burun hissəsi
zədələnib. Hadisənin necə baş verdi-
yi araşdırılır.
ABŞ-a məxsus esminesin uzun-
luğu 154 metr, su tutumu 8315 ton-
dur. Daha böyük olan konteyner gə-
misinin uzunluğu isə 222,6 metr, su
tutumu 29 min tondur.
Hadisənin baş verdiyi ərazi gə-
milərin sıx hərəkət etdiyi rayondur.
Hər gün buradan Tokio körfəzinə
gedən təqribən 400 yük gəmisi keçir.
Verilən məlumata görə, konteyner
gəmisi Tokiodan Naqoyaya gedir-
miş.
Göyərtəsində “Aegis” müşahidə
və izləmə sistemi olan “USS Fitzge-
rald” esminesi isə bu yaxınlarda Ya-
pon dənizində keçirilən təlimlərdən
qayıdırmış. KİV-lərdə yer alan məlu-
mata görə, esminesin silah potensia-
lında “Tomahawk” qanadlı raketləri
də var.
Vüqar Ağayev
İrana məxsus balıqçı gəmisi
Fars körfəzində Səudiyyə Ərəbista-
nının sərhəd mühafizəçiləri tərəfin-
dən atəşə tutulub.
Bu barədə məlumat verən İranın
Xarici İşlər Nazirliyinin nümayən-
dəsi Bəhram Qasemi bildirib ki,
göyərtəsində heç bir silah olmayan
balıqçı gəmisinin atəşə tutulması nə-
ticəsində bir nəfər mülki şəxs həlak
olub.
B.Qasemi qeyd edib ki, Səu-
diyyə Ərəbistanı sərhəd mühafizə-
si gəminin su sərhədini pozduğunu
bildirib. İranın bu ölkədə səfirliyinin
olmadığına görə məlumatı dəqiqləş-
dirmək çətindir. Lakin buna baxma-
yaraq İran ciddi araşdırma apararaq
balıqçı gəmisinin Səudiyyə Ərə-
bistanının su sərhədini pozmasını
dəqiqləşdirəcək.
İranın Xarici İşlər Nazirliyinin
sərhəd məsələləri üzrə departamen-
tinin rəhbəri Məcid Ağababayi isə
bildirib ki, daha bir balıqçı gəmisinin
taleyi isə məlum deyil. Onun sözlə-
rinə görə, bir deyil, iki gəmi atəşə
tutulub.
Hazırda insidentlə bağlı araşdır-
ma aparılır. Yerli mətbuat isə bu fak-
tın təxribat olduğunu iddia edir.
Rabil Kətanov
konteyner daşıyan
Gəmi esmineslə toQQuşub
balıQçı Gəmisinin atəşə tutulması
nəticəsində bir mülki şəxs həlak olub
Birləşmiş Millətlər Təşkila-
tının baş katibi Antonio Quter-
reş Özbəkistanda səfərdə olub.
Özbəkistan Prezidenti Şav-
kat Mirziyoyev Antonio Quter-
rişlə Səmərqənddə görüşüb.
Danışıqlarda Özbəkistanla
BMT arasında əlaqələrin inkişa-
fı, Aralın fəlakət zonasına çev-
rilməsi və digər məsələlər müza-
kirə edilib.
Antonio Quterriş Özbəkista-
nın birinci Prezidenti İslam Kəri-
movun məzarını da ziyarət edib.
Sonra BMT-nin baş katibi
Qaraqalpaqstana gedib və vertol-
yotla qurumaqda olan Aral dəni-
zi akvatoriyasını və ətraf ərazilə-
ri seyr edib.
BMT-nin baş katibi bunun-
la əlaqədar bildirib ki, 1960-cı
ildə böyüklüyünə görə dünyada
dördüncü olan Aral gölü (Məhz
böyük olduğuna görə dəniz de-
yilir) qurumaqda davam edir və
bu məndə şok effekti yaratdı. Elə
bilirəm ki, Aralın quruması zə-
manəmizin ən böyük ekoloji fə-
lakətidir. O bildirib ki, bu ekoloji
fəlakət regionda su ehtiyatların-
dan səmərəli istifadə edilməməsi
səbəbindən yaranıb və bu bizim
hamımız üçün dərs olmalıdır.
Xatırladırıq ki, son 40 ildə
Aral dənizində suyun həcmi beş
dəfə azalıb, səthi 18 metr aşağı
düşüb, duzluluq artıb. Əvvəl də-
nizin sahili Muynak qəsəbəsinin
yaxınlığında olan Aral indi təx-
minən 150 kilometr çəkilib, balıq
yoxa çıxıb.
1993-cü ilin yanvar ayında
Özbəkistan, Qazaxıstan, Türk-
mənistan, Qırğızıstan və Tacikis-
tan dövlətləri Aralın Xilası üzrə
Beynəlxalq Fond yaradıblar.
2008-ci ilin dekabrından bu fon-
dun BMT-də müşahidəçi statusu
var.
Qulu Kəngərli
Cari ilin ilk altı ayı balıq
növlərinin təbii su hövzələrinə
buraxılacaq ölçülərə çatdırıl-
masından ötrü balıqartırma
mövsümünə hazırlıq dövrü
sayılır. 2017-ci ilin sonunadək
445 milyon müxtəlif növ balıq
körpələrinin respublikanın
təbii su hövzələrinə buraxıl-
ması nəzərdə tutulub. Bunla-
rın 176 minini qızılbalıq, 20.1
milyonunu nərəkimilər, 425.5
milyonunu isə çəkikimilər
təşkil edir.
Bu barədə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Su
Hövzələrində Bioloji Resursların
Artırılması və Mühafizəsi Depar-
tamentinin baş müfəttişi İsmayıl
Yunusov AZƏRTAC-a məxsusi
müsahibəsində məlumat verib.
İ.Yunusov bildirib ki, ötən
il 406.5 milyon balıq körpəsi su
hövzələrinə buraxılıb ki, bun-
ların da 7.6 milyonu nərəcinsli,
200 mini qızılbalıq, 396 milyonu
isə çəkikimilərə aid olub.
Azərbaycan əhalisinin
sayı ilin əvvəlindən 26714
nəfər və ya 0,3 faiz artaraq
may ayının 1-nə 9836695
nəfərə çatıb.
Dövlət Statistika Komitə-
sindən bildiriblər ki, əhalinin
ümumi sayının 53,0 faizini
şəhər, 47,0 faizini kənd sakin-
ləri, 49,9 faizini kişilər, 50,1
faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadratkilometrə
düşən sıxlığı 114 nəfər olub.
Hazırda hər 1000 kişiyə 1006
qadın düşür.
Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Na-
zirliyinin rayon (şəhər) qeydiyyat şöbələri
tərəfindən ölkə üzrə 46996 doğulan körpə
qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu
göstərici 14,7 təşkil edib. Doğulan körpələrin
52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqların-
dan ibarət olub. Körpələrdən 836-sı əkiz, 18-i
üçəm doğulanlardır.
Cari ilin yanvar-aprel ayla-
rında ölkədə 20684 ölüm halı
qeydə alınıb və ölüm səviyyəsi
əhalinin hər 1000 nəfərinə 6,5
təşkil olub.
Dörd ay ərzində qeydiyyat
şöbələri tərəfindən 18229 nikah
və 4896 boşanma halları qeydə
alınıb və əhalinin hər 1000 nəfə-
rinə nikahların sayı 5,7, boşan-
maların sayı isə 1,5 olub. Cari
ilin yanvar-aprel ayları ərzində
Daxili İşlər Nazirliyi və Dövlət
Miqrasiya Xidmətinin müvafiq
qurumları tərəfindən daimi yaşamaq üçün
850 nəfər Azərbaycana gələn, 448 nəfər isə
Azərbaycandan gedən qeydə alınaraq miqra-
siya saldosu müsbət 402 nəfər təşkil edib.
8 İyun - Ümumdünya Okeanlar Günü
idi. Bu təqvimin qeyd edilməsi 1992-ci ildə
Braziliyanın Rio-de-Janeyro şəhərində
BMT-nin “Ətraf mühit və inkişaf” konfran-
sında elan edilib.
Yer kürəsinin 70 faizini
okeanlar təşkil edir. Planetimi-
zin 361 milyon kvadratkilometr
sahəsi dörd okean arasında bö-
lünüb – Sakit, Atlantik, Hind və
Şimal Buzlu.
Nəfəs aldığımız oksigenin
çoxu okeanlar tərəfindən istehsal
edilir, karbon-dioksid emissiya-
ları absorbsiya olunur, canlılar
ərzaq və qidalandırıcıların əksər
hissəsini buradan alır, iqlimi tən-
zimləyir, turizm, balıqçılıq, iqti-
sadiyyat üçün önəmli rol oynayır.
Təəssüf ki, antropogen təsir-
lər, brakonyerlik, qeyri-qanuni balıqçılıq, su
hövzələrinin çirkləndirilməsi və asidifikasi-
yası, iqlim dəyişkənliyi dünyanın okean və
dənizləri üçün ciddi təhlükəyə səbəb olub.
Bu günün də qeyd edilməsində əsas məqsəd
bəşəriyyətin həyatında önəmli rol oynayan
nəhəng su hövzələrinin mühafizəsinə bütün
diqqətləri yönəltməkdir.
Həmin bayram bir çox Avropa ölkələ-
rində (Belçika, Böyük Britaniya, Almaniya,
Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Nor-
veç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya
dövlətlərində (Vyetnam, İndoneziya, Sinqa-
pur, Filippin), Cənubi Asiyada (Hindistan,
Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya),
Latın Amerika ölkələrində (Argentina, Ekva-
dor, Kuba), Avstraliya və Afrikada (Əlcəzair,
Qabon, Mərakeş, Mavritaniya, Keniya, Ka-
merun), həmçinin Şimali-Amerika ölkələrin-
də (Kanada, ABŞ, Meksika) qeyd edilir.
Ümumdünya Okeanlar Gününün builki
mövzusu “Bizim okeanlarımız, bizim gələcə-
yimiz”dir.
“aralın Quruması bizim hamımız
üçün dərs olmalıdır”
təbii su hÖVzələrinə milyonlarla
balıQ kÖrpəsi buraxılacaQ
azərbaycan əhalisinin sayı 9836695 nəfərə çatıb
“bizim okeanlarımız, bizim Gələcəyimiz”dir
dənizlərdə plastik zibillər
balıQlardan çox olacaQ
BMT-nin Nyu-York şəhərindəki baş qərargahın-
da “Dünya Okeanı Konfransı” keçirilib.
Anadolu informasiya agentliyi xəbər verir ki, kon-
fransın ilk iclasına BMT-nin Baş katibi Antonio Quter-
reşlə birgə təxminən 200 ölkənin dövlət və hökumət
başçıları və ətraf mühit fəalları qatılıb.
Quterreş okeanları qorumaq və onlardan səmərəli
istifadə etməyin həyatın özünü qorumaq qədər önəmli
olduğunu bildirib. Onun sözlərinə görə, əgər okeanlar
qorunmasa 2050-ci ilə qədər çevrəyə atılan plastik zi-
billər balıqların sayından çox olacaq.
Boliviyanın dövlət başçısı Evo Morales və iclasın
bir çox iştirakçısı ABŞ-ın “Paris İqlim Sazişindən”
çıxacağını bildirən Prezident Donald Trampın qərarını
tənqid edib.
Özü idarəolunan yük
Gəmiləri üzərində işləyirlər
Yaponiyanın “Mitsui OSK Lines”, “Nippon Yusen”
və “Japan Marine United” gəmiqayırma kompaniyaları
özü idarəolunan yük gəmilərinin yaradılması üzrə miq-
yaslı layihə üzərində işlədiklərini elan ediblər.
İnterfax informasiya agentliyi xəbər verir ki, həmin
gəmidə quraşdırılan süni intellektlə təchiz olunmuş ava-
danlıqlar ən qısa, rahat və təhlükəsiz marşrutu seçməyə
imkan verəcək. Süni intellekt, həmçinin dəniz qəzaların-
dan yayınmağa da kömək edəcək.
Layihənin müəllifləri bu gəmiləri 2025-ci ildə istisma-
ra buraxmağı planlaşdırır.
Ümumilikdə 250 ədəd özü idarəolunan gəminin tikil-
məsi nəzərdə tutulur. Layihə yüz milyonlarla dollar həc-
mində qiymətləndirilir.
Özü idarəolunan ilk gəmiləri yenə də azsaylı texniki
heyət müşayiət edəcək. Lakin gələcəkdə belə gəmilər tam
avtonom rejimdə işləyəcək.
Qeyd edək ki, “Rolls-Royce” kompaniyası da 2016-cı
ildə özü idarəolunan gəmilərin yaradılması barədə plan-
larını elan etmişdi. Kompaniyanın gəmiləri 2020-ci ildə
dəniz marşrutlarında fəaliyyət göstərməlidir.