Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Mübariz  Yusifov

Bağlı  qalan işləri ustalıqla açardı.

Sübhətək ikiüzlü,  Aytək gecə gəzərdi 

Bir gün şahın önündə baş əydi,  qüssələndi.

Dedi:  -Gizli bir yerdə çox deyindi dalınca 

Səni zalım, qaniçən adlandıran bir qoca 

Yel  sürətli bir cavan çatdı qocanı tapdı 

Xain bilir şah səni,  oyanl-dedi,  amandı.

Dəstəmaz aldı  qoca kəfən geydi əyninə 

Salam verdi ədəblə gəlib şahın önünə.

Qızmış qara niyyətli şah yumruğunu sıxdı 

Arxasınca dayanmış qocaya kinlə baxdı.

-Eşitmişəm,  söylədi, danışmısan dalımca 

Məni qəddar, yelbeyin adlandırmısan, qoca!

Mən Süleyman mülkünün sahibiyəm, bilirsən 

Hansı cürətlə mənə zalım, ya div deyirsən?

Cavab verdi ixtiyar:- Mən ki,  ayığam, nə qəm 

Sənin dediklərindən beş qat artıq demişəm. 

Sözlərimi araşdır, dinlə ağıl deyəni 

Düz demirəmsə əmr et,  dara çəksinlər məni. 

Yumşaltdı hökmdarı işin qarası, ağı 

Özünün haqsızlığı,  qocanın haqq olmağı.

SX .  2004,  169-170.

Nizami  zalım  padşah  haqqında  danışanda  zalımı  öz 

zalımlığı  ilə başlı-başına buraxmır.  Zalım nə  qədər zalım olsa 

da  Nizami  onu  hansı  bir  ibrətamiz  hadisə  iləsə  dəyişdirir. 

Yəni  Allah  zülmü,  zalımı  ədəbi  etməyib  ki,  Nizami  də 

zalımın  zülmünü  davamlı  kimi  qələmə  alsın.  «Qurani-Kə- 

rim»in  müqəddəs  ayələrində  göstərilir ki,  zülm  şeytan  əməli­

nin vəsvəsələrindəndir.  Allah  isə  zülmü  şeytana əbədilik ver­

məyib.  Haqq-hesab  günündə  şeytan  zalımlığının  cavabını 

verəcəkdir.  «Bəqərə»  (2)  surəsinin  35-ci  ayəsində  deyilir: 

«(Sonra)  Biz  (Adəmə)  dedik:  «Ey  Adəm,  sən  zövcənlə 

(Həvva  ilə)  cənnətdə  qal  və  hər  ikiniz  oradakı  meyvələrdən 

istədiyiniz  kimi  bol-bol  yeyin,  yalnız  bu  ağaca  (buğdaya) 

yaxın gəlməyin!  Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız».

74  5 ^ *

Nizamidə  azərbaycançılıq

Şeytan  vəsvəsə  ilə  Adəmi 

və  Həvvanı 

Allah 


buyruğundan  çıxardıqda  isə  Allahın  hökmü  belə  olur: 

«(Lakin)  Şeytan onları  azdırıb  (buğda yedizdirməklə nemətlər 

içində)  olduqları  yerdən  uzaqlaşdırdı.  Biz  də  (Adəmə, 

Həvvaya  və  Şeytana):  «Bir-birinizə  düşmən  kəsilərək 

(buradan  kənar  olub  yer  üzünə)  enin!  Yerdə  sizin  üçün 

müəyyən  vaxta  qədər  (ömrünüzün  axınnadək)  sığınacaq  və 

yaşayış  (dolanacaq)  vasitələri  var»-dedik».  Bəqərə,  (2),  38. 

Həcc  (22)  surəsinin  48-ci  ayəsində  zülmün  keçici  olduğu 

barədə  deyilir:  «Neçə-neçə  məmləkətə  (məmləkət  əhlinə) 

zülm  etdikləri  (kafir  olduqları)  halda  möhlət  verdim,  sonra 

onları  (əzabla) yaxaladım.  Axır dönüş mənədir!».

Nizami  Quran  hökmlərinə  sadiq  olmaqla,  ədalətin  bər­

qərar  olunacağına  dərin  bir  inamla  zülmün  yox  olacağını, 

xüsusən,  zəmanə  hökmdarlarının  timsalında  canlandırır. 

Məsələn,  «Sirlər  xəzinəsi»ndəki  «Adil  Nuşirəvan  ilə  vəzirin 

əhvalatı» 

şadisəsində 

ölkənin 


nizam-intizamının 

pozulmasından  hətta  quşlann  da  xəbərdar  olduğu  barədə 

danışılır.  Nuşirəvan bu hadisədən təsirlənir və  ölkədə  zülmün 

baş  alıb  getməsinə  son  qoyur,  sonra  isə  zülmkarlıqdan  bir 

addıma  ədalətliliyə  keçir.  İndi  belə  bir  məntiqi  sual  ortaya 

çıxır:  Nuşirəvan  hətta  quşlann  belə  onun  zülmündən  dilə 

gəldiyinin  şahidi  olmasaydı  ədalət baş  verəcəkdimi?  Bu  suala 

cavab  vermək  çətindir.  Ancaq  Nizami  zülmün  daimi 

olmayacağı  məntiqi  ilə  hadisəyə  yanaşır  və  ədalətin  bərqərar 

olacağına  inanır.  Bunun  üçün  şahlan,  hökmdarlan  ortaya 

qatmağı  təsadüfi  deyil.  Çünki  xalq  onlann  şəxsində  daim 

ədalət olacağını düşünür.

«Sirlər  xəzinəsi»ndə  belə  epizodlar  çoxdur.  Məsələn, 

«Qan  ilə  Sultan  Səncərin  hekayəti»ndə  də  şahın  ədalətsizliyi 

onun üzünə  deyilir.  Ancaq Nizami  də deyir ki,  qarının ittihamı 

Sultana təsir etmədi.  Ona görə  də  başı  cəncələ  düşdü.  Yəni  o 

zülm  etməyində  davam  etsə  də  Allah  adildir.  Onun  etdiyi 

zülmlər  Allah  ona  qəzəb  etməsi  ilə  aradan  qaldınldı.  Yəni 

məntiq  budur  ki,  zülm  daimi  ola  bilməz.  Daimi  olan  böyük 

Yaradanın ədalətidir.



"***% £

 

75

 

53

* ^  


V


Mübariz  Yusifov

«Xosrov  və  Şirin»  əsərində  «Məhinbanunun  yerinə 

Şirin»in  taxta  çıxması  hekayəsində  Şirinin  taxta  çıxması  ilə 

zülmün  sona  çatması  və  ədalətin  bərqərar  olunması  təsvir 

edilir:

Ədalətlə etdi rəiyyəti şad 



Məhbuslar olundu həbsdən azad 

Zülmdən qurtardı bütün məzlumlar 

Dünyada zülmdən qalmadı əsər.

Ədlindən dostlaşdı kəklik, qaraquş 

Gördülər qurd,  qoyun həmsöhbət olmuş 

Nə var yaxın,  uzaq bütün cəmaət 

Dedilər:  «Var bunda səxa, ədalət».

X-Ş, 2004,  159.

«Yeddi 

gözəl» 


poemasında 

Bəhramın 

atasının 

zülmündən  cana  doymuş  iranlılar  Bəhrama  məktub  yazıb 

xalqın onu şahlığa layiq görmədiyini bildirdilər:

Xam iş gördü atan, neyləyim, ancaq 

Tacın kölgəsindən sən oldun uzaq 

El onun zülmündən heyrətdə qaldı 

Bu üzdən zülmkar adını aldı.

Qəzəblənib tökmüş məmləkətdə qan 

Gah azğın olmuşdur, gah da qudurğan 

Y G.  2004,  79.

Bəhramın  atası  Yəzdkürdün  zülmü  elə  bir  zülmdür  ki, 

Yəzdkürd  durduqca  zülm  də  ona  yoldaş  olmuşdu.  Yəzdkürd 

insanlara verdiyi  əzabdan ibrət götürən şahlardan deyildi.  Ona 

görə  o  öləndən  sonra  xalq  da  onun  varisinə  rəğbət 

göstərməyə meylli  olmamışdi:

Görmüş Yəzdkürddən ölkə əziyyət 

Odur alınmadı  saya bu cürət 

Dedilər,  Bəhrama yaxın getməyək 

Ölümdən xəbərdar onu etməyək.

76

Nizamidə  azorbaycançılıq

Ərəblərə xəznə, səltənət verər 

Farsa əzab verər, əziyyət verər.

Y G ,  2004,  73.

Bəhramın  atası  zülmkar  olsa  da  Bəhram  özü  xalqdan 

ibrət  götürür.  Əhalini  ədalətlə  idarə  edir.  Hər  şeyə  ədalət 

gözü  ilə  baxan  Bəhram  camaatı  vəzir  Rast  Rövşənin 

zülmündən xilas  edir.  Çünki  Rast Rövşən Bəhramın eyş-işrətə 

qurşandığından istifadə edib insanlann haqqını tapdalayırdı.

«İskəndəmamə»də  ədalətin  zülmə  qalib  gəlməsi  başqa 

cür mənalandırılır.  İskəndər fatehdir.  O  da vuruşur.  Vuruşma­

da  aydındır ki,  tökülən qanlann haqq-nahaq  olduğu  heç  nə  ilə 

ölçülmür.  Ancaq  İskəndər o ölkələrdə  döyüşə  girişir ki,  orada 

insanlar  zülm  və  əzab  görürlər.  Ölkənin  hökmdarı  isə  bu 

zülmü  və  əzabı  azaltmaq  əvəzinə,  xalqın  rifahına  hansısa  bir 

əməli  tədbir görmək əvəzinə  get-gedə  daha  da  azğınlaşır.  Bu 

yerdə  İskəndər xalqın  xilaskarı  kimi  döyüşə  girir və  o  ölkədə 

ədaləti  bərqərar  edir.  Məsələn,  İskəndərin  Zəngibar  padşahı 

ilə  döyüşü və  qələbəsi,  İran  şahı  Dara  ilə  döyüşü  və  qələbəsi 

ədalətin  zülm  üzərindəki  üstünlüyünün  bariz  təcəssümüdür. 

İskəndər İrandan  Hindistana,  oradan  da  Çinə səfər edir.  Lakin 

o  yerlərdə  döyüşmür,  qanlar  tökmür.  Çünki  həmin  yerlərdə 

hökmdar  olan  ölkə  başçıları  İskəndərin  məqsədinin  işğalçılıq 

yox,  insanlara  və  insan  cəmiyyətinə  azadlıq gətirmək  olduğu­

nu  başa düşüb  dərk  edirlər.  İskəndər qıpçaq çölündə  bu  çöllü- 

lərlə  də  döyüşmür.  Yalnız  onların  adətlərini  bəyənmədiyini 

söyləyir.  Əhali  İskəndərin  qadın  isməti  barədəki  nəsihətini 

qəbul  etmədikdə  İskəndər  bunu  ağıl  vasitəsi  ilə  təlqin  edir. 

Bebəliklə,  qıpçaq  çölündə  açıq  gəzən  qandınlar  örtülülüyü 

daha üstün  sayıb  İskəndərin  göstərdiyi  yolun  doğru olduğunu 

başa düşürlər.  İskəndər özü də deyir ki,  mənim məqsədim qan 

tökmək  yox,  ölkədə  ədalətlilik,  insanlara  səadət,  insan 

cəmiyyətinə azadlıq gətirməkdən ibarətdir.  Məsələn,  Rumdan 

İrana gəlməyinin məqsədini  belə bəyan edir:

77 2 ^ *



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə