Mübariz Yusifov
Şah dediyin ki var, tənəkdir, tənək,
Kim uzaqsa ona ilişməyəcək.
Y G. 2004, 57.
Hökmdarlığın xeyirxahlığı içərisində gizlənən təhlükə
qorxusunu Füzuli də poetik bir dillə ifadə etmişdir:
Şəm qürbilə təfaxür qılma ey pərvanə kim
Xirməni ömrün göyər bərqi-fənadən ənqərib
F, I, 84, 6
(Ey pərvanə, şama yaxan olmaqla fəxr etmə, öyünmə
ki, ömrünün xırmanı təsadüfi bir qığılcımdan yanıb kül olar;
yəni dövrün hökmdarlarında o dərəcədə etibar yoxdur ki,
daim onlara yaxın olmaqla öyünəsən. Bir fəna qığılcımdan
ömrün puç olub gedər).
Nizamidə şəxsiyyət azadlığı çox müxtəlif bədii üslub
larla canlandırılır. Nizami sosial ədalət görmədiyi vətənində
daim azadlıq və sərbəstlik ideyalarının baş tutmasını istəyirdi.
Ancaq Nizami dövründə bu yox idi. Ona görə də böyük
mütəfəkkir dünya şöhrətli əsərləri ilə öz azadlıq ideyalarını
gələcək nəsillərə bədii təsvirlər vasitəsi ilə çatdırmağı özünə
borc bilirdi.
4. İctimai fikir azadlığı
Nizaminin əsərlərində ictimai fikir azadlığı da mühüm
yer tutur. Nizami dövründə ictimai şüurun formalaşmasına real
şərait mövcud deyildi. Ona görə də insanlar öz hüquq və
azadlıqları haqqında sərbəst söz deyə bilmirdilər. Deyilən
sözlər isə eşidilmirdi. İctimai fikir azadlığının mövcud
olmadığı bir mərhələdə şahlar, hökmdarlar, ixtiyar sahibləri
barədə xoşagəlməz söz danışanların sözünü ağzında qoymaq
adi bir işə çevrilmişdi. Xalq elə bir acınacaqlı sosial həyat bu
rulğanında idi ki, ictimai fikir və düşüncə azadlığı barəsində
62
Nizamidə azərbaycançılıq
özündə təsəvvür yaratmaq imkanlarından da məhrum olmuş
du. Nizami dahi bir yaradıcı kimi buna münasibətsiz qala bil
məzdi. Lakin açıq-açığına dövranın ədalətsizliyinə qarşı çıxıb
dövranı dəyişdirmək qüvvəsində də deyildi. Çünki zaman
qılınc zamanı idi. Nizami isə qələm adamı idi. Ancaq tarix
qılıncla söz deyənləri arxada qoydu. Onların qılınc gücünə
qurduğu dövran dəyişdi. Birindən digərinə keçdi. Nizaminin
qələmlə yaratdıqları isə doqquz əsrdir ki, yaşayır və bundan
sonra da uzun əsrlər boyu yaşayacaqdır. Əgər Nizami azad söz
demək imkanı olmayan bir mərhələdə qələmə sarılmasa idi,
bu qələm qılınca çevrilə bilməzdi. İctimai ədalətsizliyə qarşı
çıxmaq Nizaminin özünü məhv edərdi. Bu halda Nizaminin
və onun cəmiyyətinin qazancı nə ola bilərdi? İctimai ədalət
haqqında deyilə biləcək və əsrlər boyu təsirini itirməyəcək
ideyaların özünün itkisi. Ona görə də Nizami başqa, daha
doğru yol seçdi. Özünün ictimai ədalət və fikir azadlığı
barədəki ideya və düşüncələrini qələmin dili ilə zamanlara
ərməğan etmək yoluna üstünlük verdi. Nizami bu fikirləri ya
öz dilindən şahların tərifi ilə əlaqədar söyləyirdi və ya
yaratdığı bədii obrazlar vasitəsi ilə çatdırırdı. Nizami özü sər
bəst, maneəsiz şəkildə dövrün hökmdarlarını tərifləyir. Bu tə
rifin içərisində isə ictimai fikir azadlığını təlqin edir. «Sirlər
xəzinəsi» əsərinin «İslam padşahı Məlik Fəxrəddin Bəhram
şah ibn Davuda öygü» hissəsində belə deyilir:
Sən-ümid qaynağı Xızr, sən-İskəndər güclü şah
«Məcəsti»ni şərh edən bilginlərə qibləgah!
Xilqətin mehvəridir sultanımın qüdrəti
Onun vəsfinə enmiş göydən məqsud ayəti
Tək odur fələk tacın, Süleyman üzlüklü şah
Üfüqlərin güvənci-Məlik Fəxrəddin ancaq.
Davudluq iddiası eyləyərsə haqqı var
Onda müğənni səsi, Süleyman sorağı var.
Altı qübbə addımlar, yeddi qatda taxtı var
Doqquz göyə hökmdar, Bəhram, ulu tacidar
S X. 2004, s. 50.
63
Mübariz Yusifov
Bu tərifnamənin başlanğıcında isə Nizami azad, sə rb ə st
şəkildə, heç bir maneəsiz cəmiyyətdə ictimai fikir və düşüncə
məhdudiyyətini öz adından bəyan edir:
Yox əlimdən tutanım, ayağımı açanım
Kölgənəm, üstündə bəs huma qanadın hanı?
Ayağım bu torpağa batıb dərindən dərin
Qollanmsa bağlanıb kəməndilə göylərin
Mərdin ayaq tozuna başımı qurban dedim
Bəzən ayağımla yox, dizlərimlə yeridim.
S X. 2004, 49.
Nizami «Əlimdən tutanım yoxdur», «Qollarım göylərin
kəməndi ilə bağlanıb», «Ayağımla yox, dizlərimlə yeridim»
deyirsə, bu onun harayıdır. Təkcə öz dövrünə yox, gələcəyə
harayıdır. Həm də yalnız Nizaminin yox, Nizaminin cəmiyyə
tinin harayıdır. Nizami öz əsərində bu ictimai fikri şaha tə rif
içərisində yetirir. Dövrün ixtiyar sahibləri düşünə bilərlər ki,
Nizami bu sözləri maddi ehtiyac ilə əlaqədar deyir. Ancaq Ni
zami bu harayı ilə məzlum insanların, haqq-ədalət intizannda
olan aşağı təbəqənin səsini öz səsinə qatıb ixtiyar sahiblərinin
dərgahına çatdırırdı.
«Xosrov və Şirin» əsərində Atabəy əbu Cəfər
Məmməd Eldəgizi tərifləyir:
O şahlar şahıdır, şərdən uzaqdır
O qaşla baş kimi həm cüt, həm tacdır.
Dövranın hakimi Atabəy bütün
Kəsmişdir dünyadan kökünü zülmün
Bir əbu Cəfərin səxasına bax!
Mahmud tək Xorasan tutan olacaq!
Nuru gün tək tutub bütün dünyanı
Dostu əzizləyir, yıxır düşmanı
X Ş, 2004, 37-38.
64
Nizamidə azərbaycançılıq
«Təzim kitabəsi» hissəsində isə belə deyir:
Xoşbəxtdir cavanlıq mülkü səninlə
Əlinlə bərkimiş bu aləm belə
Dəmir qılıncınla dünyanı aldın
Qızıl camla Cəmşid yerində qaldın.
Dəmirin gücüylə dövlət yığaraq
Yığdığın dövləti kefə qoy ancaq.
Bu dünya fanidir, qalma eşyindən
Bu mənim fikrimdir, özün bilərsən.
X-Ş, 2004,41.
Nizami çox böyük ustalıqla ictimai fikri təriflədiyi
ixtiyar sahibinə çatdınr. Çatdırır ki, qoy düşünsün, xalqı
düşünsün. O xalqı ki, ehtiyac içindədir. Gündəlik ruzisini əldə
etməkdə zülmlər çəkir. Əldə etdiyini də şahın məmurlan
onun kefi, eyşi üçün əllərindən alır. Bu əzab çəkən əhali kim
olardı? Birinci növbədə, ixtiyarı, hüquq və azadlıqları ayaqlar
altında tapdanan Azərbaycan cəmiyyəti. Ağalar cəmiyyətin
qanmı sorurdu, Nizami isə onları sığallaya-sığallaya bu ağala
rın ziddbəşər əməllərini Azərbaycan cəmiyyəti adından gələ
cək nəsillərə ötürürdü.
«Leyli və Məcnun»da Axsitan barədəki tərifdə deyilir:
Sən şahlıq taxtının şahsuvansan
Qaranın və ağın hökmdarısan
Tac sahiblərinin başçısısan sən
Şahlar ordusunun sərkərdəsisən
Ey şahlar içində mütləq olan şah!
Ey dünya xaqanı, böyük padşah!
Şöhrətin tutmuşdur bütün mahalı
Dinin və dövlətin sənsən çalalı.
L-M, 2004, 38.
Sonrakı misralarda isə onun israfçılığından, xalqın malı
nı və sərvətini eşy-işrətə səpələnməsindən, ancaq milçəyi be-
65