Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
56 
Ə. – Ədəbiyyat 
X-d. –  Xarici dil 
Riy. – Riyaziyyat  
B. – Biologiya 
C. – Coğrafiya 
K. – Kimya 
Az-t. – Azərbaycan tarixi 
Ü-t. – Ümumi tarix 
H-b. – Həyat bilgisi 
Tex. – Texnologiya  
T-i. – Təsviri  incəsənət 
 


 
57 
II. Təlim strategiyaları 
 
2.1. İnformatika təliminin təşkilinə verilən əsas tələblər 
 
Müasir dövrdə pedaqoji prosesin təşkilinə verilən əsas ümumdidaktik tələblər 
aşağıdakılardan ibarətdir: 

 
Pedoqoji prosesin tamlığı 

 
Təlimdə bərabər imkanların yaradılması 

 
Şagirdyönümlülük 

 
İnkişafyönümlülük 

 
Fəaliyyətin stimullaşdırılması 

 
Dəstəkləyici mühitin yaradılması 
İnformatika  təlimini  səmərəli  qurmaq  üçün  ümumi  prinsiplərlə  yanaşı, 
aşağıdakı metodik tələblərin nəzərə alınması da məqsədəuyğun hesab edilir: 
1.
 
İnformativ-kommunikativ mədəniyyətin formalaşması; 
2.
 
Alqoritmik və məntiqi təfəkkürün inkişafı. 
1.  İnformativ-kommunikativ  mədəniyyətin  formalaşması.  İnformatika 
təlimi  prosesində  kompüter  bacarıqlarının  formalaşması  üzərində  iş  aparılır. 
Şagirdlər ilkin olaraq  kompüter texnologiyasına yiyələnirlər. Kompüter vasitəsilə 
müəyyən  informasiyaları  toplamaq,  başqalarına  çatdırmaq  üçün  bacarıqlar  əldə 
edirlər. Onlar İKT-nin mətn və qrafiki redaktorlar, kompüter telekommunikasiyası, 
multimedia  texnologiyaları  və  s.  vasitələri  tətbiq  etməklə  ümumi  təyinatlı 
proqramları həyata keçirirlər. Həmin proqramlarla işləmək hər bir şagirdin ümumi 
informativ-kommunikativ  mədəniyyətinin  səviyyəsini,  habelə  digər  fənlər  üzrə 
tapşırıqların yerinə yetirilməsi zamanı kompüterlərdən istifadə bacarıqlarına hansı 
dərəcədə yiyələndiyini göstərir. 
2.  Alqoritmik  və  məntiqi  təfəkkürün  inkişafı.  Fənnin  tədrisi  zamanı 
qoyulmuş  məqsədə  çatmaq,  onu  həyata  keçirmək  üçün  müxtəlif  yanaşmaların 
öyrənilməsi  yaranmış  vəziyyətdən  çıxmaq  üçün  mülahizə  yürütmə,  məntiqi 
əsaslandırma  və  düşünmə  bacarıqlarının  aşılanmasına  xidmət  göstərir.  Şagirdlər    
gündəlik    həyatda  həm  sadə,  həm  də  mürəkkəb  məsələlərlə  qarşılaşır  və  bu 
məsələləri  həll  etmək  üçün  müxtəlif  qayda  və  qanunların  nizamlı  ardıcıllığından 
istifadə edirlər. Bu zaman onlar alqoritmik yanaşma tərzindən istifadə etməli olur, 
hər  hansı  məqsədə  çatmaq  üçün  hərəkətlər  ardıcıllığını  planlaşdırırlar.  Bütün 
bunların yerinə yetirilməsində  alqoritmik və məntiqi təfəkkürün inkişaf etdirilməsi 
zəruri tələb kimi meydana çıxır. 
 
2.2. Təlimin təşkilinin forma və üsulları barədə  
 
Son  zamanlar  ümumtəhsil  məktəblərində  interaktiv  (fəal)  təlim  daha  geniş 
tətbiq  edilir.  Təlimin  keyfiyyətinin  artırılmasına  hərtərəfli  imkanlar  yaradan 
interaktiv metodlar müəllimlərə sadəcə olaraq bilikləri ötürən deyil, biliklərin əldə 
edilməsində  təhsil  alanlara  istiqamət  verənlər  kimi  yanaşılmasına  zəmin  yaradır. 
Müəllimlərin  əsas  fəaliyyəti  şagirdlərin  idraki  və  yaradıcı  tələbatlarının 


 
58 
ödənilməsinə,  tədqiqatçı  kimi  formalaşmalarına,  onların  özünü  realizə  etmələrinə 
yönəlir.  Fəal  təlim  metodlarının  tədris  prosesinə  tətbiq  edilməsi  şagirdlərdə  daim 
dəyişən  şəraitə  uyğunlaşmaq,  sərbəst  düşüncə  və  təfəkkür  tərzinə  yiyələnmək, 
bilikləri müstəqil mənimsəmək, problemin həlli üçün əməkdaşlığa hazır olmaq və 
digər bu kimi vacib bacarıqların formalaşdırılmasına imkan yaradır.  
İnformatika təlimində aşağıdakı forma və üsullardan istifadə olunur. 
İnformatikanın  təlimində  dörd  iş  formasından  istifadə  olunması 
məqsədəuyğun  hesab edilir: kollektivlə  iş, qruplarla  iş, cütlərlə  iş  və  fərdi  iş. Hər 
bir  iş  formasından  dərsin  məqsədinə  uyğun  olaraq  istifadə  edilir.  Bu  zaman 
sinifdəki mövcud vəziyyət şagirdlərin meyl və maraqları da nəzərə alınır. 
Kollektivlə  iş.  Kollektivlə  iş  dərsin  motivasiya  və  nəticələrin  çıxarılması 
mərhələlərində daha çox istifadə olunur. Bu zaman şagirdlərdə kollektiv fəaliyyətə 
alışmaq, insanlarla ünsiyyət yaratmaq bacarıqları formalaşır və inkişaf edir. 
Qruplarla  iş.  Qruplarla  iş  dərsin  əsasən,  tədqiqatın  aparılması  mərhələsində 
həyata  keçirilir.  3-6  nəfərdən  ibarət  qrupda  şagirdlər  hər  hansı  problemin  həll 
edilməsinə  istiqamətləndirilirlər.  Bu  zaman  şagirdlərdə  müzakirə  etmək,  fikir 
mübadiləsi  aparmaq,  bir-birinin  fikrinə  hörmət  etmək,  mühakimə  yürütmək 
bacarıqları inkişaf edir. 
Cütlərlə  iş.  Dərsdə  tədqiqatın  aparılması  mərhələsində  cütlərlə  iş  də  tətbiq 
edilə  bilər.  Şagirdlər  cütlüklərdə  işləyən  zaman  verilən  tapşırıqları  birgə  yerinə 
yetirirlər.  Bu  təlim  forması  şagirdlərdə  əməkdaşlıq  bacarığını  inkişaf  etdirir, 
məsuliyyət hissini formalaşdırır. 
Fərdi  iş.  Bu  təlim  formasından  daha  çox  şagirdlərin  fəaliyyətini  izləmək, 
potensial imkanlarını üzə çıxarmaq və inkişaf etdirmək üçün istifadə edilir. Fərdi iş 
şagirdlərin  sərbəst  düşünmək  qabiliyyətlərini  artırır,  onların  müstəqil  olaraq 
tədqiqatlar aparmaq bacarıqlarının formalaşdırılmasına imkan yaradır. 
Metod  geniş  bir  anlayışdır.  Hər  bir  metod  bir  neçə  üsula  ayrılır.  Aşağıdakı 
cədvəldə hər bir metoda daxil olan üsullar verilmişdir. 
 
№ 
METOD 
Üsullar 
1.
 
  Beyin həmləsi  
 
o
 
«Beyin həmləsi»  və ya «Əqli hücum» 
(Brainstorming) 
o
 
BİBÖ (KWL) 
o
 
Аuksion (Auction) 
o
 
Klaster (Cluster)  
o
 
Suallar (Questioning) 
o
 
Anlayışın çıxarılması 
o
 
Söz assosiasiyaları 
o
 
Sinektika 
2.
 
  Müzakirələr  
 
o
 
Diskussiya (Discussion) 
o
 
Çarpaz müzakirə  (Debate) 
o
 
Müzakirə xəritələri (Discussion map) 
o
 
Klassik dialoq 
o
 
“Akvarium” 
o
 
Аçıq iclas (Forums) 
o
 
Dairəvi müzakirə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə