Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
61 
alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun 
ifasından asılıdır. 
Modelləşdirmə  zamanı  şagirdlərə  bu  rolun  ifasında  öz  nöqteyi-nəzərindən 
çıxış etməyə icazə verilir. Bu modeldən sadə hərəkət və hadisələrin izah edilməsi, 
onların baş vermə ardıcıllığında səhvlərin tapılması, buraxılmış addımın müəyyən 
edilməsi  zamanı  istifadə  edilə  bilər.  Modelləşdirmə  şagirdlərdə  problemi  tapmaq, 
təhlil  aparmaq,  alternativ  hərəkətləri  qiymətləndirmək,  qərarları  qəbul  edilmək 
bacarıqlarını aşılayır. 
Layihələrin  hazırlanması  üsulu    müəyyən  nəticələrə  əsaslanan  layihənin 
təqdim  olunması  və  müdafiəsi  yolu  ilə  şagirdlərin  yaradıcı,  məntiqi  təfəkkürünün 
inkişafına,  müstəqil  düşüncə,  təhliletmə  və  əqli  nəticə  çıxarma  qabiliyyətlərinin 
təşəkkülünə zəmin yaradır. 
Tədris  prosesində  layihələrin  hazırlanması  metodundan  effektiv  istifadə 
edilməsi müəllimin yüksək təcrübəyə malik olması ilə əlaqədardır. 
BİBÖ  (bilirəm,  istəyirəm  biləm,  öyrəndim).  Hər  hansı  mövzunun  tədris 
edilməsində  bu  keyfiyyətlərlə  yanaşı    şagirdlərin  həmin  mövzuya  aid  sərbəst 
biliklərinin  səviyyəsini  müəyyən  etmək  çox  əhəmiyyətlidir.  Bu  müəllimə  
şagirdlərdə  keçmiş  və  yeni  biliklər  arasında  əlaqə  yaratmağa  imkan  verir.  BİBÖ 
metodu  şagirdlərin  dərs  boyu  fəallığını  təmin  edir,  birgə  öyrənmənin  yüksək 
mərhələsini yaradır.  
 
Bilirəm 
 İstəyirəm biləm.  
 Öyrəndim 
 
 
 
 
 
  BİBÖ  metodu  fəal  təlim  metodu  kimi  müasir  dövrün  tələblərinə  cavab  verir, 
«şagird-şagird» «müəllim- şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir 
Şaxələndirmə. Hər hansı mövzuya dair şagirdləri açıq, və müstəqil düşüncəyə 
istiqamətləndirən  metoddur.  Beyin  həmləsinin  qeyri-səlist  xətt  üzrə  işləmə 
vəziyyətidir.  Şaxələndirmə  əsasən  fərdi,  cütlər  və  kiçik  qruplar  formasında 
aparılmalıdır. Mövzunun öyrənilməsindən  əvvəl şagird təfəkkürünə  təkan  vermək  
onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq yaratmaq, digər fənlər və 
ya  şagirdin  dünyagörüşünün  hüdudlarını  üzə  çıxarmaq,  biliklər  arasında  əlaqə 
yaratmaq  və  s.  fəaliyyətlərə  xidmət  edir.  Şaxələndirmə  metodunun  köməyi  ilə 
şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür. 
Şaxələndirmə  fərdi  olaraq  tətbiq  edilə  bilər.  Şagirdlərin  özlərinin  sevdikləri 
mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.  
Şaxaləndirmə  dərs  prosesi  üçün  mühüm  mərhələlərdən  biri  kimi  son  dərəcə 
çevikdir,  şagird  aktivliyə  yönəldilmişdir.  Qrup  şaxələndirməsindən  sonra  aparılan 
fərdi şaxələndirmələr əslində şagirdlər üçün istirahətdir.  
 Venn  diaqramı.  Hər  hansı  iki  mövzunun  (informasiyanın,  anlayışın, 
obyektin  və  s.)  müqayisəli  səciyyəsini  əks  etdirən  «Venn  diaqramı»-nın  tətbiq 


 
62 
edilməsi    tədris  baxımından  çox  maraqlıdır.  İki  mövzunun  oxşar  və  fərqli 
cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə 
cəlb edir, onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir. 
 
                            
  
 
 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
 
Perspektiv planlaşdırma 
 
Perspektiv  planlaşdırma  hazırlayarkən  tədris  vahidlərinin    və  mövzuların 
ardıcıllığı aşağıdakı prinsiplər baxımından tərtib olunmalıdır. 
- Xronoloji  
- Sadədən mürəkkəbə 
- Məntiqi ardıcılllıq  
Lakin  informatika  fənninin  illik  planını  hazırlayarkən  məntiqi  ardıcıllıq  və 
sadədən mürəkkəbə prinsipinin ödənilməsi əsas götürülmüşdür.  
Perspektiv  planlaşdırma  hazırlamaq  üçün  müəllimdə  aşağıdakl  bacarıqların 
olması vacibdir. 

 
Məzmun  standartlarına  əsasən  dərslikdəki  tədris  vahidi  və  mövzular 
üzrə dəqiqləşmələr aparmaq.  

 
tədris vahidi və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirmək; 

 
mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etmək; 

 
mövzuya uyğun resurslar seçmək; 

 
mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq. 

 
Mövzuya 
görə 
nailiyyətlərin 
qiymətləndirilməsinin 
növlərini  
müəyyənləşdirmək. 
 
I sinifdən perspektiv planlaşdırma nümunəsi: 
 
Standart 
Tədris 
vahidi 
Mövzu 
İnteqrasiya 
Təchizat 
Saat 
1.2.1, 
1.2.2. 
Ə
Ş
YA
L
AR
IN 
T
ƏS


  VƏ 
 
M
ÜQAY
iS
ƏS
i  Əşyanın 
rəngi və 
forması 
A-d. 1.2.1., 4.1.5. 
Tex. 2.1.1., 2.1.2., 
H-b. 1.1.1., 
Riy. 1.1.4., 1.1.5., 
1.3.1., 2.3.1. 
X-d. 1.1.3., 2.2.2. 
Balaca rəngli əşyalar, 
rəngli kağızlar, proyektor, 
elektron lövhə, dərslik, 
kompüter 

1.2.1, 
Əşyanın 
A-d. 1.2.1., 4.1.5. 
Qruplara bölmək üçün 



 
63 
1.2.2 
hissələri və 
hərəkəti 
Tex. 2.1.1., 2.1.2., 
H-b. 1.1.1., 
Riy. 1.1.4., 1.1.5., 
1.3.1., 2.3.1. 
X-d. 1.1.3., 2.2.2. 
kəsilmiş şəkillər (4 ədəd), 
tanqramın kəsilmiş 
hissələri (4dəst), xanalı 
vərəqlər, yapışqan, dərslik, 
kompüter, proyektor, 
elektron tədris vəsaiti, 
smayliklər 
1.2.1, 
1.2.2 
Əşyanın 
təsviri 
A-d. 1.2.1., 4.1.5. 
Tex. 2.1.1., 2.1.2., 
H-b. 1.1.1., 
Riy. 1.1.4., 1.1.5., 
1.3.1., 2.3.1. 
X-d. 1.1.3., 2.2.2. 
Müəyyən əşyaların 
hissələri, kəsilmiş fiqurlar, 
dərslik, kompüter, 
proyektor 

1.2.3 
Əşyaların 
müqayisəsi 
A-d. 4.1.5., 
Riy. 1.3.1., 4.2.6. 
 
Bir–birindən rənginə, 
formasına və ölçüsünə görə 
fərqlənən əşyalar, 
kompüter, proyektor, 
dərslik 

1.2.3 
Yuxarı, 
aşağı, sağ, 
sol 
A-d. 4.1.5., 
Riy. 1.3.1., 4.2.6. 
 
Formalı əşyalar, proyektor, 
dərslik 

 
V sinifdən perspektiv planlaşdırma nümunəsi: 
 
Stand
art 
Tədris 
vahidi 
Mövzu 
İnteqrasiya 
Təchizat 
Saat 
1.2.1, 
1.2.2., 
1.2.3. 
İNF
ORM
ASİ
YA
 
İnformasiya 
nədir 
Riy. 5.1.1., 
Az-t. 1.2.1. 
Proyektor, dərslik, iş 
vərəqləri, kompüter 
 

1.1.1, 
1.1.2 
İnformasiya
nın 
kodlaşdırılm
ası 
H-b. 4.2.2., 
Riy. 4.1.1. 
Proyektor, plakatlar, dərslik, 
iş vərəqləri, kompüter 
 

2.1.1., 
2.1.2., 
2.1.3. 
İnformasiya 
modeli 
H-b. 4.2.2., 
Tex. 4.2.1., 
T-i. 1.1.1., 2.1.1., 2.1.2., 
Proyektor, dərslik, müxtəlif 
modellər,  iş vərəqləri, 
kompüter 

1.1.1., 
1.1.2., 
1.1.3. 
İnformasiya
nı ölçmək 
olarmı 
H-b. 4.2.2., 
Riy. 1.1.2., 4.1.1. 
Proyektor, dərslik, iş 
vərəqləri, kompüter 
 

 
 
Gündəlik planlaşdırma 
Gündəlik  dərs  planı  hazırlayarkən  dərsin  mərhələlərinin  gözlənilməsi  vacib 
məsələdir. Dərs aşağıda göstərilən istiqamətlərdə planlaşdırılmalıdır: 

 
Mövzu:  

 
Standart 

 
Dərsin məqsədi: 

 
İş forması:  

 
İş üsulu  

 
Resurslar:   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə