72
MOTİVASİYA
(3-5 dəqiqə)
Müəllim proyektor vasitəsilə aşağıdakı şəkilləri nümayiş etdirir.
Maşının
buraxılış
tarixi
Maşının
markası
Maşının
rəngi
Maşının seriya və
nömrəsi
Sürücülərin
siyahısı
Yük
maşınları
1987
“Kamaz”
Qırmızı
AZE 10 NT 145
Əhmədov Faiq
Sabir
1995
“Man”
Ağ
AZE 55 BH 461
Salmanov
Salman Əli
Minik
maşınları
2001
“Mersedes”
Qırmızı
AZE 10 ST 788
Abdullayev
Səməd Rza
1998
“Ford”
Qara
AZE 90 KR 923
Məmmədova
Səbinə İslam
2005
“Nissan”
Göy
AZE 85 NR 123
Əhmədov
Süleyman Natiq
Maşının rəngi
Maşının buraxılış tarixi
Sürücülərin siyahısı
Maşının markası
Sərnişin maşınları
Maşının seriya və nömrəsi
Yük maşınları
73
Sonra şagirdlərə müraciət edərək “Bu şəkillər haqqında nə düşünürsünüz?
Onların arasında hansı əlaqəni görürsünüz? suallarını verir. Müəllim şagirdlərin
fikirlərini dinləyib növbəti sualları verir:
-
Kompüterdə informasiyanı saxlamaq və axtarmaq üçün nə etmək olar?
-
Verilənlər bazası anlayışını necə başa düşürsünüz?
Şagirdlərin fərziyələri dinlənilir və qeyd olunur.
Tədqiqat sualı:
Verilənlər bazasında axtarışın operativliyini və keyfiyyətini
yüksəltmək üçün nə etmək olar?
TƏDQİQATIN APARILMASI
(10 dəqiqə)
Müəllim proyektordan istifadə edərək şagirdləri verilənlər bazasının
idarəolunması sistemi (VBİS) və onun obyektləri ilə tanış edir. Bu məqsədlə
Microsoft Access sistemindən istifadə etmək olar.
Müəllim sinfi cütlüklərə bölür. Hər cütlük bir kompüterin qarşısında əyləşir
və onlara MS Access proqramında sinfin verilənlər bazasının yaradılması tapşırığı
verilir. Cütlüklər yaradacaqları verilənlər bazasının obyektini və ora daxil
edəcəkləri verilənləri sərbəst seçirlər. Bu zaman müəllim proyektor vasitəsilə
şagirdlərə verilənlərin tipini müəyyənləşdirməyi və açar sahəni düzgün seçməyin
qaydalarını nümayiş etdirə bilər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
(10 dəqiqə)
Müəllim bir neçə cütlüyün işini nümayiş etdirə bilər. Nümayiş zamanı
məlumat mübadiləsi başlayır. Bu zaman müəllim suallar verə bilər:
-
Nə üçün məhz verilənlər bazasının bu obyektini (cədvəl, forma,
hesabat, sorğu) seçdininz?
-
Nəyə görə açar sahə olmadan verilənlər bazası yaradıla bilmir?
-
Nə üçün veriləni tipinə uyğun olmadan daxil etdikdə işi davam
etdirmək olmur?
-
Bu obyektlər arasında hansı fərqləri gördünüz?
Söylənilmiş fikirlər müzakirə olunur, əlaqələndirilir, ümumiləşdirilir.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
(5 dəqiqə)
Müəllim sinfə müraciət edir:
-
Verilənlər bazasının idarəolunması sistemi nə üçündür?
-
İş zamanı verilənlər bazasının idarəolunması sisteminin hansı
obyektinin seçilməsi nədən asılıdır?
Müəllim şagirdlərin cavablarını dinləyərək ümumiləşdirir və onlarla birlikdə
nəticə çıxarır:
-
Verilənlər bazasında axtarışın operativliyini və keyfiyyətini yüksəltmək
üçün avtomatlaşdırılmış sistem lazımdır. Bu sistem verilənlər bazasının
idarəolunması sistemidir (VBİS). Ən məşhur sistem MS Access
sistemidir. Bu proqramda verilənlər bazasını cədvəl , forma, sorğu və
hesabat şəklində yaratmaq olar.
74
Müəllim bir daha proyektor vasitəsilə eyni bir verilənlər bazasını müxtəlif
obyektlərdə yaradılmasına aid nümunələr göstərir.
Müəllim dərsin əvvəlində səslənən tədqiqat sualını bir daha səsləndirir və irəli
sürülən fərziyələri xatırladır. Şagirdlərin fəal iştrakı ilə fərziyələr qazanılmış
biliklərlə müqayisə olunur.
YARADICI TƏTBİQETMƏ (5-8 dəqiqə)
Müəllim bu mərhələdə şagirdlərə MS Access proqramında ailələrinin
verilənlər bazasını yaratmaq tapşırığı verə bilər.
QİYMƏTLƏNDİRMƏ (5 dəqiqə)
Müəllim təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyənləşdirmək
məqsədilə meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara
uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini meyar cədvəlinə yazır.
Meyarlar:
1.
Verilənlər bazasının obyektlərini tanıyır.
2.
Verilənlər bazasının obyektlərini müqayisə edir.
3.
Verilənlər bazasının obyektlərini nümayiş etdirir.
№
Şagirdin soyadı və adı
Meyarlar üzrə müəllimin qeydləri
1
2
3
1
2
3
...
Dostları ilə paylaş: |