Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
72 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MOTİVASİYA 
(3-5 dəqiqə) 
Müəllim proyektor vasitəsilə aşağıdakı şəkilləri nümayiş etdirir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Maşının 
buraxılış 
tarixi 
Maşının 
markası 
Maşının 
rəngi 
Maşının seriya və 
nömrəsi 
Sürücülərin 
siyahısı 
Yük 
maşınları 
1987 
“Kamaz” 
Qırmızı 
AZE 10 NT 145 
Əhmədov Faiq 
Sabir 
1995 
“Man” 
Ağ 
AZE 55 BH 461 
Salmanov 
Salman Əli 
Minik 
maşınları 
2001 
“Mersedes” 
Qırmızı 
AZE 10 ST 788 
Abdullayev 
Səməd Rza 
1998 
“Ford” 
Qara 
AZE 90 KR 923 
Məmmədova 
Səbinə İslam  
2005 
“Nissan” 
Göy 
AZE 85 NR 123 
Əhmədov 
Süleyman Natiq 
Maşının rəngi 
Maşının  buraxılış tarixi 
Sürücülərin siyahısı 
Maşının markası 
Sərnişin maşınları 
Maşının seriya və nömrəsi 
Yük maşınları 


 
73 
Sonra  şagirdlərə  müraciət  edərək  “Bu  şəkillər  haqqında  nə  düşünürsünüz? 
Onların  arasında  hansı  əlaqəni  görürsünüz?  suallarını  verir.  Müəllim  şagirdlərin 
fikirlərini dinləyib növbəti sualları verir: 
-
 
Kompüterdə informasiyanı saxlamaq və axtarmaq üçün nə etmək olar? 
-
 
Verilənlər bazası anlayışını necə başa düşürsünüz? 
Şagirdlərin fərziyələri dinlənilir və qeyd olunur. 
Tədqiqat  sualı:
  Verilənlər  bazasında  axtarışın  operativliyini  və  keyfiyyətini 
yüksəltmək üçün nə etmək olar? 
 
TƏDQİQATIN APARILMASI 
(10 dəqiqə) 
 
Müəllim  proyektordan  istifadə  edərək  şagirdləri  verilənlər  bazasının 
idarəolunması  sistemi  (VBİS)  və  onun  obyektləri  ilə  tanış  edir.  Bu  məqsədlə 
Microsoft Access sistemindən istifadə etmək olar.  
Müəllim  sinfi  cütlüklərə  bölür.  Hər  cütlük  bir  kompüterin  qarşısında  əyləşir 
və onlara MS Access proqramında sinfin verilənlər bazasının yaradılması tapşırığı 
verilir.  Cütlüklər  yaradacaqları  verilənlər  bazasının  obyektini  və  ora  daxil 
edəcəkləri  verilənləri  sərbəst  seçirlər.  Bu  zaman  müəllim  proyektor  vasitəsilə 
şagirdlərə  verilənlərin  tipini  müəyyənləşdirməyi  və  açar  sahəni  düzgün  seçməyin 
qaydalarını nümayiş etdirə bilər. 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
(10 dəqiqə)
 
Müəllim  bir  neçə  cütlüyün  işini  nümayiş  etdirə  bilər.  Nümayiş  zamanı 
məlumat mübadiləsi başlayır. Bu zaman müəllim suallar verə bilər: 
-
 
Nə  üçün  məhz  verilənlər  bazasının  bu  obyektini  (cədvəl,  forma, 
hesabat, sorğu) seçdininz? 
-
 
Nəyə görə açar sahə olmadan verilənlər bazası yaradıla bilmir? 
-
 
Nə  üçün  veriləni  tipinə  uyğun  olmadan  daxil  etdikdə  işi  davam 
etdirmək olmur? 
-
 
Bu obyektlər arasında hansı fərqləri gördünüz? 
Söylənilmiş fikirlər müzakirə olunur, əlaqələndirilir, ümumiləşdirilir. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 
(5 dəqiqə)
 
Müəllim sinfə müraciət edir: 
-
 
Verilənlər bazasının idarəolunması sistemi nə üçündür? 
-
 
İş  zamanı  verilənlər  bazasının  idarəolunması  sisteminin  hansı 
obyektinin seçilməsi nədən asılıdır? 
Müəllim  şagirdlərin  cavablarını  dinləyərək  ümumiləşdirir  və  onlarla  birlikdə 
nəticə çıxarır: 
-
 
Verilənlər bazasında axtarışın operativliyini və keyfiyyətini yüksəltmək 
üçün avtomatlaşdırılmış sistem lazımdır. Bu sistem verilənlər bazasının 
idarəolunması  sistemidir  (VBİS).  Ən  məşhur  sistem  MS  Access 
sistemidir.    Bu  proqramda  verilənlər  bazasını  cədvəl  ,  forma,  sorğu  və 
hesabat şəklində yaratmaq olar. 


 
74 
Müəllim  bir  daha  proyektor  vasitəsilə  eyni  bir  verilənlər  bazasını  müxtəlif 
obyektlərdə  yaradılmasına aid nümunələr göstərir. 
Müəllim dərsin əvvəlində səslənən tədqiqat sualını bir daha səsləndirir və irəli 
sürülən  fərziyələri  xatırladır.  Şagirdlərin  fəal  iştrakı  ilə  fərziyələr  qazanılmış 
biliklərlə müqayisə olunur. 
 
YARADICI TƏTBİQETMƏ (5-8 dəqiqə) 
Müəllim  bu  mərhələdə  şagirdlərə  MS  Access  proqramında  ailələrinin 
verilənlər bazasını yaratmaq tapşırığı verə bilər. 
 
QİYMƏTLƏNDİRMƏ (5 dəqiqə) 
Müəllim  təlim  məqsədlərinə  nail  olmaq  dərəcəsini  müəyyənləşdirmək 
məqsədilə  meyar  cədvəli  hazırlayır.  Dərsin  bütün  mərhələlərində  bu  meyarlara 
uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini meyar cədvəlinə yazır. 
 
Meyarlar: 
1.
 
Verilənlər bazasının obyektlərini tanıyır. 
2.
 
Verilənlər bazasının obyektlərini müqayisə edir. 
3.
 
Verilənlər bazasının obyektlərini nümayiş etdirir. 
 
№ 
Şagirdin soyadı və adı 
Meyarlar üzrə müəllimin qeydləri 




 
 
 
 

 
 
 
 

 
 
 
 
... 
 
 
 
 
 
 
 
 
 
 
          
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə