Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
59 
3.
 
  Rollu oyunlar   
 
o
 
Rollu oyun (Role play) 
o
 
Modelləşdirmə (Simulation) 
o
 
İşküzar oyunlar (Business play) 
o
 
Səhnələşdirmə (Dramatize) 
4.
 
  Prezentasiyalar  
 
o
 
Təqdimatlar (Demonstration) 
o
 
Ekspert qrupu (Panels) 
o
 
Esse (Esse) 
5.
 
  Tədqiqatın  aparılması  
 
o
 
Problemin həlli (Problem solving) 
o
 
Kublaşdırma (The cube) 
o
 
Konkret hadisənin tədqiqi (Case study) 
o
 
Venn diaqramı (Venn diagram) 
o
 
Layihələrin hazırlanması (Projects) 
o
 
Sosioloji sorğu (Sorğu vərəqləri ) 
o
 
Müsahibə (Interview) 
o
 
“Qərarlar ağacı”   
o
 
“İdeyalar xalısı”  
o
 
Refleksiya (Reflection) 
o
 
Komitələr (Committees or Task Force) 
6.
 
  Məntiqi təfəkkür 
proseslərinin inkişafına 
yönəldilmiş  metodlar 
o
 
«Аlqoritmin çıxarılması – analizdən sintezə»  
o
 
«Ən mühümü» 
o
 
«Tapşırıqlar qrupu üçün süjet  əsasının yaradılması» 
o
 
Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış. 
o
 
Аlqoritm üzrə təsvir (zəncirlər) 
7.
 
  Tənqidi təfəkkür 
proseslərinin inkişafına 
yönəldilmiş metodlar 
o
 
Meyar üzrə qiymətləndirmə   
o
 
Аmbivalent qiymətləndirmə 
o
 
Cisim və ya hadisəyə müxtəlif nöqteyi-nəzərdən 
baxılması (Viewpoint) 
8.
 
  Yaradıcılığa yönəldilmiş 
metodlar 
 
o
 
Yaradıcı əsərlərin yaradılması  
o
 
Əşyaların qeyri-adi istifadəsi  
o
 
Proqnozlaşdırma (Prognosis) 
o
 
Аtalar sözləri üzrə iş 
o
 
Fantaziyanın binomu   
o
 
Sərbəst prefiks (ön şəkilçi)   
o
 
Fantaziyanın polinomları 
o
 
Fokal obyektlərin metodu  
o
 
Morfoloji analiz (Morfoloji qutu , təkmilləşdirmə ) 
o
 
Sinektika   
9.
 
  Təşkilati metodlar 
 
o
 
Ziqzaq və ya Mozaika (Jigsaw Puzzle) 
o
 
Karusel (Carousel) 
10.
 
  Qruplara bölünmə  
o
 
«Say». 
o
 
«Аd günləri sırası üzrə say» 
o
 
«Ümumi xüsusiyyət» 
o
 
«Püşkatma» 
o
 
«Mozaika» 
o
 
Sosiometrik üsul 
o
 
«Mahnı  axtarışında» 
11.
 
  Fəallaşdırma   
 
o
 
Müsbət iş iqliminin yaranmasına imkan yaradan 
oyunlar (Climate setters) 
o
 
Buz əridən oyunlar (Ice breakers) 
o
 
Fəallaşdırma oyunları (Energizers) 
  


 
60 
Yuxarıdakı  cədvəldə  verilmiş  üsullardan  informatika  dərslərində  istifadə 
olunması məqsədəuyğun olan üsullar aşağıdakılardır: 
Dərs-diskussiya.  Bu tipli dərslərdə şagirdlər  müzakirə  olunan  məsələyə dair 
öz fikirlərini çatdırır, onları sübut etməyə çalışır, faktları təhlil etməklə problemin 
həlli  yollarını  təklif  edirlər.  Müzakirə  zamanı  iştirakçılar  bir-birini  dinləməyi, 
arqumentli  danışmağı,  başqalarının  fikirlərinə  hörmətlə  yanaşmağı,  reqlamentə 
riayət etməyi öyrənirlər. 
Debat-dərslər  qoyulmuş  məsələnin  izahına  yönələn  və  konkret  cavab  tələb 
edən  suallar  əsasında  keçirilən  müzakirə  xarakteri  daşıyır.  İştirakçı  cütlər 
problemin  müzakirəsi  zamanı  əvvəlcə  müsbət,  sonra  isə  mənfi  cavabları 
əsaslandıran 4-5 dəlil göstərirlər. İştirakçı tərəflər öz mövqelərinin müdafiəsi üçün 
əsaslı arqumentlər göstərməlidirlər. 
Müzakirə-dərslər  müəyyən  bir  problem  ətrafında  ideyaların,  məlumatların, 
təəssüratların  və  təkliflərin  mübadiləsi  prosesidir.  Müzakirələrin  daha  effektiv 
keçirilməsi üçün şagirdlər mövzu ilə bağlı lazımi bilik, bacarıq və vərdişlərə malik 
olmalıdırlar.  Bu  tipli  dərslərdə  şagirdlərin  müstəqil  fikir  söyləmək,  ünsiyyət 
qurmaq,  ümumiləşdirmə  aparmaq  bacarıqlarının  formalaşdırılması  və  tənqidi 
təfəkkürün inkişafı təmin edilir. 
Beyin  həmləsi  üsulunda  şagirdlərin  qrup  şəklində  hər  hansı  bir  problemin 
həllinə cəlb olunmasında geniş istifadə edilir. Prosesdə bütün fikir və təkliflər qeyd 
edilir,  lakin  onlara  ayrı-ayrılıqda  münasibət  bildirilmir.  Əsas  diqqət  fikir  və 
ideyaların  toplanması  və  sonda  onların  qiymətləndirilməsinə  verilir.  Bu  üsulun 
əhəmiyyəti ondan  ibarətdir  ki,  şagirdlər  ideya  axtarışına  yönəldilir,  onlarda  təklif 
və ideyaların ekspertizasını aparmaq bacarıqları formalaşır. 
Rollu  oyun  formalı  dərslərdə  konkret  bir  problemə  müxtəlif  münasibət  və 
yanaşma  tərzləri  müəyyənləşir.  İştirakçılar  hadisəni  rolunu  ifa  etdiyi  personajın 
mövqeyindən  qiymətləndirirlər.  Rollu  oyun  iştirakçılara  problemə  digər  şəxsin 
gözü  ilə  baxmağa,  sterotiplərdən  uzaqlaşmağa  və  yeni  davranış  modellərinə 
yiyələnməyə  imkan  yaradır.  Bu  tipli  dərslər  ibtidai  təhsil  pilləsində  sadə 
alqoritmlərin  izahı,  sadə  əməliyyatların  icrası,  kompüterlə  davranış  bacarıqlarının 
formalaşdırılması zamanı faydalı ola bilər. 
Yarış  tipli  oyun  xarakterli  dərslər  şagirdlərin  təlim  nailiyyətlərinin 
stimullaşdırılması  ilə  onlarda  öyrənməyə,  yeni  bacarıqlar  qazanmağa  həvəs 
yaradır. 
İnformatika  fənni  üzrə  belə  dərslər  sadə  qrafiki  redaktorda  adi  rəsmlər 
çəkilməsi, onların redaktə edilməsi,  verilmiş qaydalardan  istifadə edərək sxemlər, 
mozaikalar,  fiqurlar,  təsvirlər  qurulması,  sadə  mətn  redaktorunda  adi  mətnlər 
yığılması  və  onların  redaktə  edilməsi  kimi  bacarıqların  inkişafında  geniş  tətbiq 
edilə bilər. 
Modelləşdirmə üsulu ciddi problemi əhatə edən hər hansı bir mücərrəd və ya 
uydurma  hadisənin  canlandırılması  və  bunun  vasitəsilə  problemin  həllidir.  Bu 
hadisə çox zaman real həyatda baş verən hadisənin sadələşdirilmiş nümunəsi olur. 
Problemi  həll  etmək  üçün  iştirakçılar  həyatda  və  bu  hadisədə  rast  gəldikləri 
müəyyən  rolları  ifa  edirlər.  Lakin  rolların  ifası  tam  sərbəst  və  onun  nəticəsində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə