Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
64 

 
Dərsin mərhələləri: 

 
Motivasiya, problemin qoyuluşu 

 
Tədqiqatın aparılması 

 
Məlumat mübadiləsi 

 
Məlumatların müzakirəsi  

 
Nəticələrin çıxarılması 

 
Yaradıcı tətbiqetmə 

 
Qiymətləndirmə və ya refleksiya 
Bir neçə dərs nümunəsində dərsin mərhələlərinin necə gözləndiyinə baxaq: 
 
II sinif. 
 
Mövzu: Alqoritm 
Standart:  2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə ayırır., 
2.1.3. Sadə hərəkətlər, hadisələr ardıcıllığını nümunələr əsasında izah edir. 
Dərsin məqsədi: 
- Təbii hadisələri və sadə hərəkətlərin baş vermə ardıcıllığını nümunələr  
əsasında şərh edir ; 
- Gündəlik  həyatda  alqoritmləri  tanıyır ; 
- Verilmiş sadə məsələlərin alqoritmini qurur ;                  
- Sadə alqoritmlərdə buraxılan səhvləri müəyyən edir. 
İş forması: bütün siniflə iş, qruplarla iş 
İş üsulu: beyin həmləsi, suallar, müzakirə 
İnteqrasiya: Riy.- 1.1.1., 1.1.8., 1.3.3, 1.3.4., 4.1.1., 5.2.1. 
Resurslar: dərslik, kompüter, proyektor, şəkillər, iş vərəqləri, qiymətləndirmə 
vərəqləri   
 
Dərsin gedişi 
  
MOTİVASİYA (3-5 dəqiqə) 
Müəllim bütün sinfə müraciət edərək: 

 
Uşaqlar, evdə valideynlərinizə kömək edirsinizmi ? 

 
Valideyninizə  kömək  edərkən  hansı  hərəkətləri  etdiyinizə  fikir 
vermisinizmi? 
Şagirdlərin fikirləri dinlənilir. Sonra müəllim sinfə yenidən sual verir. 

 
Kömək  edərkən  etdiyiniz  hərəkətlərdən  hansısa  birini  etməsəniz  nə  baş 
verər? 
Şagirdlərin fərziyyələri dinlənilir 
Tədqiqat sualı: Alqoritmin həyatımızdakı rolu nədən ibarətdir? 
 
TƏDQİQATIN APARILMASI (10 dəqiqə) 
                 
Müəllim sinfi qruplara bölür və hər qrupa iş vərəqləri paylayır. 
Qruplara tapşırıqlar belə verilə bilər : 
I qrup:
 Otağın tozsoranla yığışdırılması alqoritmini yoxlayın və səhvləri tapın. 


 
65 
“ Otağın  tozsoranla yığışdırılması “  
Tozsoranı otağa gətir.  
Cərəyana birləşdir.  
“Söndür”  düyməsini bas.  
Üzərindəki  “Yandır” düyməsini bas.       
         
Tozsoranı yerinə qoy.  
Tozsoranla təmizlə.  
Cərəyandan ayır. 
 
II qrup:
 Qabların yuyulması alqoritmini yoxlayın və səhfləri tapın. 
“Boşqabın yuyulması” 
Su kranını  aç. 
Boşqabı götür. 
Papağı başına qoy.                      
 
Qabları yu. 
Boşqabı  qurula. 
Boşqabı rəfə goy. 
Kranı  bağla. 
III qrup:
 
Güllərin suvarılması alqoritminin düzgünlüyünü  yoxlayın. 
“Güllərin suvarılması” 
Suçiləyəni  götür. 
Su kranını aç. 


 
66 
Suçiləyəni su ilə doldur.                  
 
Gülləri sula. 
Suçiləyəni  yerinə qoy. 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ (10  dəqiqə) 
Hər  qrupun  nümayəndəsi  qrupun  işini  təqdim  edir.  Müəllim  hər  qrupa  əlavə 
suallarla müraciət edir. 

 
Biz sizinlə hansı anlayışı öyrəndik? 

 
Alqoritm nədir? 

 
Alqoritmdə hərəkətlərin yerini dəyişdikdə nə baş verə bilər?  
Şagirdlər sulları cavablandırır və müzakirə aparılır. Müəllim şagirdləri düzgün 
nəticəyə  gəlməyə istiqamətləndirir. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ (5 dəqiqə) 
Müəllim  yenidən  tədqiqat  sualını  təkrarlayır  və  şagirdlərin  cavablarını 
ümumiləşdirərək şagirdlərin köməyi ilə nəticə çıxarır:  
Deməli, alqoritm hər hansı bir məqsədə çatmaq üçün hərəkətlər ardıcıllığıdır. 
Alqoritm  addım  –  addım  ardıcıl  olaraq  icra  olunur.  Alqoritm  insan  tərəfindən 
yaradılır və onun özü, diğər insanlar və yaxud konkret olaraq alqoritmin hər hansı 
formal icraçısı tərəfindən icra edilir. 
 
 
 
 
 
 
İcraçı
 
Şüursuz icraçı  
 
Şüurlu icraçı
 
 


 
67 
YARADICI  TƏBİQETMƏ (5-8 dəqiqə)  
Tapşırıq: Paltaryuyan maşının 2 düyməsi var: qırmızı və göy.
.  
 
Əgər qırmızı düyməni bassan onda maşına 3 litr su tökülür, yox əgər göy 
düyməni bassan onda 2 litr su maşından kənara axır. Maşın 10 litr su tutur. Hansı 
düyməni və necə basmaq lazımdır ki, maşın su ilə dolsun. 
Əgər düyməni düz basmasaz belə olar. 
           
      
           
   
Maşının tam dolması üçün belə bir alqoritm qurulub. 
 
Əgər bu alqoritm yerinə yetrilsə nə baş verə bilər. Maşının su ilə tam dolması üçün  
siz özünüz alqoritm qurun. Alqoritmi şəkillə də təsvir edin. 
Alqoritm “ Paltaryuyan maşın “ 
Sıra 
1  
2  
3  
4  
5  
6  
7  
8  
9  
10  
11  
12  
Ardıcıllıq     
   
   
   
   
   
   
   
   
   
   
   
     
QİYMƏTLƏNDİRMƏ (5 dəqiqə) 
 (formativ) 
 
Müəllim müəyyən meyarlar əsasında şagirdləri qiymətləndirir: 
 
Meyarlar: 
1. Gündəlik  həyatda  alqoritmləri  tanıyır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə