102
informasiyanın alınması, istənilən şəklə salınması, ötürülməsi və istifadəsi kimi
prosesləri verilmiş proqram üzrə yerinə yetirən qurğu və ya mexanizmlər
sistemidir. Məhsuldarlığı artırır, əməyi yüngülləşdirir, insanı çətin və həyat üçün
təhlükəli şəraitdə işləməkdən azad edir. Bu, yeni elektron avtomat qurğuların və
elektron relesindən başlamış idarəedici hesablama maşınlarına qədər avtomat
komplekslərinin hazırlanmasına səbəb oldu. Hazırda idarəetmə, nəzarət və
tənzimləmə funksiyalarını icra edən mürəkkəb qurğular var. Müxtəlif avtomat
növləri mövcuddur: texnoloji, energetika, nəqliyyat, hesablayan-həlledən, ticarət,
hərbi, məişət avtomatları. Avtomatik qurğuların yerinə yetirdikləri funksiyalara
görə istehsalatda avtomatikadan istifadənin dörd əsas istiqamətini göstərmək olar:
avtomatik nəzarət, avtomatik mühafizə, avtomatik tənzimləmə və avtomatik
idarəetmə.
Avtomat xətt – məmulatın hazırlanma, yaxud emal prosesini müəyyən
texnoloji ardıcıllıqla avtomatik surətdə yerinə yetirən maşınlar sistemi, əsas və
köməkçi avdanlıqlar komplesidir. Bu xətt axınlı istehsalda əməyi yüngülləşdirir,
məhsuldarlığı artırır, yardımçı nəqliyyat vasitələrinin sayını azaldır, istehsalın
həcmi sabit qalmaqla zavod sahəsini kiçildir, istehsal dövrünü qısaldır, məhsulun
maya dəyərini aşağı salır və keyfiyyətini yaxşılaşdırır.
Avtomatika – insanın bilavasitə iştirakı olmadan idarəetmə sisteminin
nəzəriyyə və qurulma prinsiplərini əhatə edən elm və texnika sahəsidir. Dar
mənada – insanın iştirakı olmadan konkret prosesin əməliyyatlarının yerinə
yetirilməsi üçün metod və texniki vasitələr məcmusudur. Elm kimi avtomatika
avtomatik tənzimləmə nəzəriyyəsi əsasında yaranmışdır. Texnika sahəsi kimi
avtomatika avtomatların, avtomat qurğuların və avtomatlaşdırılmış komplekslərin
inkişafı ilə sıx əlaqədardır.
Avtomatik idarəetmə – insanın iştirakı olmadan avtomatik qurğular və
vasitələrin köməyi ilə idarəedilən proseslərin lazımi səviyyədə saxlanılması və
yaxud tələb olunan şəkildə dəyişdirilməsi üçün zəruri tədbirlər sisteminin həyata
keçirilməsidir. Avtomatik idarəetmə sistemi bir-birilə qarşılıqlı və üzvi surətdə
bağlı iki əsas hissədən: idarəetmə qurğusundan və idarəolunan obyektdən ibarətdir.
Avtomobil – mühərriklə hərəkətə gətirilən, sərnişin, yük və xüsusi avadanlıq
daşıyan nəqliyyat vasitəsidir.
B
Bafta – güləbətin və ya ipək saplardan toxunmuş qatran at, çəhrayı, qırmızı,
gümüşü, qızılı və s. rənglərdə olur. Poqon hazırlamaq, geyimlərə (xüsusilə hərbi
geyimlərə) fərqləndirici əlamət vermək və bəzək vurmaq üçün istifadə edilir.
Qadın arxalıqlarına da bafta ilə bəzək vurulur.
Balta –
1) odun doğramaq, ağac kəsmək, daş yonmaq və s. üçün kəskisi metaldan,
dəstəsi (sapı) taxtadan ibarətdir.
2) neft və qaz quyularının qazılmasında tətbiq olunan qazıma alətinin əsas
elementidir.
103
Batareya – birgə işləmək üçün vahid sistemdə və ya qurğuda birləşdirilmiş
bir neçə eyni tipli cihaz, apparat və ya quruluş; daş kömürdən koks almaq üçün bir
neçə sobadan ibarət qurğu; cərəyan, gərginlik və tumumu artırmaq məqsədilə
ümumi dövrəyə birləşdirilmiş bir neçə elektrik akkumulyatoru; elektrik
kondensator qurğusunu təşkil edən bir-birinə birləşdirilmiş bir neçə eyni tipli
kondensator – müxtəlif tipli batareyalardır.
Baza səthi – pəstah üzərində qabaqcadan emal edilmiş təxmini hamar səth.
Bu səthə əsasən ölçülər götürülə bilər.
Bel –
1) əmək aləti – torpağın şumlanmasında (bellənməsində), əkinlərin, bağ və
bostanların suvarılmasında, arx və kanalların çəkilməsində, bəndlərin tikilməisndə
işlədilir. Bel ağac sapdan, dəmir tiyədən və təpəcik (qulaq) adlı hissədən ibarətdir.
2) xarq arasında işlədilmiş su ölçü vahidi (məs., bir bel su).
Beton – (fr. beton; lat. bitumen – mədən qatranı sözündən) – yapışdırıcı
maddə (su ilə, nadir hallarda susuz), doldurucu və xüsusi əlavələrin səmərəli
nisbətdə qarışığının qəliblərdə bərkidilməsindən alınan süni daş metiral. qəliblərə
tökülənə qədər beton qarışığı adlanır. Əsas tikinti materiallarındandır; yığma
dəmir-beton və beton məmulatlarının hazırlanmasında, monolit beton və dəmir-
beton qurğuların inşasında işlədilir. Yapışdırıcı materialdan asılı olaraq beton
sementli, asfaltlı, əhəngli, gipsli və s. növlü olur.
Bədii konstruksiyaetmə – sənaye məmulatlarının texniki estetika tələblərinə
müvafiq layihələşdirmə üsulu. Konstruktiv və iqtisadi məsələləri həll edən texniki
konstruksiyaetmə ilə yanaşı aparılır; əşyanın funksiyası, onun məqsədəuyğun emal
üsulları və bədii keyfiyyətləri arasında harmonik əlaqə yaradır, insanı əhatə edən
əşya mühitində rahatlıq, qənaətçilik və gözəllik prinsiplərini rəhbər tutur.
Bədii oyma – bədii sənətin (dekorativ sənətin) ən qədim və geniş yayılmış
növlərindən biri; daş, ağac, metal, sümük və s. materiallar üzərində oyma üsulu ilə
bədii işləmə. Bədii oymanın müstəqil sahəsi qliptikadır. Bədii oyma üçün çoxplanlı
kompozisiya təsvir formalarının qabarıqlığı, işıq təzadlarının kəskinliyi və s.
xarakterikdir. Yastı relyefli bədii oyma, adətən, siluet xarakterli dayaz relyef əmələ
gətirir. Dərinləşdirilmiş bədii oymada həndəsi naxışlar açılır, dırnaqşəkilli və
aypara ornament elementləri nəqş edilir. Kontur xətlərlə işlənmiş bədii oymada
hamar fon ü3zərində dərinləşdirilmiş cizgilərin dekorativ ahəngdarlığı izdənir.
Şəbəkəli (açıq) bədii oymada fon olmur, bir tərəfdən o biri tərəfə keçən işıq
zolaqları, dekorativ kompozisiya effekti əmələ gətirir. Yapışdırma bədii oymada
kəsilmiş süjetli rəsm və ya ornament hamar lövhəyə yapışdırılır. Bədii oyma işləri
bıçaq, balta, iskənə, müxtəlif kəsici və yonucu alətlər, mişarlar, elektrik dəzgahları
və bormaşın vasitəsilə görülür.
Bədii parça – üzəri bədii və dekorativ naxışlarla bəzədilmiş toxuma parça
məmulatı. parçanın naxışlarında əfsanəvi, dini süjetlərdən, nəbati, həndəsi və
yaxud qarışıq rəsm motivlərindən istifadə olunur. İpək, yun, pambıq və s.
materiallardan toxunan bədii parçalardan müxtəlif geyimlər, süfrə, pərdə, mebel
örtüyü və s. hazırlanır. Şamaxı, Gəncə, Bərdə, Təbriz və Bakıda toxunan parçalar
Dostları ilə paylaş: |