104
xarici bazarlarda satılırdı. Bədii parça, əsasən, Şəki ipək kombinatında (ipəkdən)
və Bakı toxuculuq kombinatında (pambıqdan) hazırlanır.
Bəzək işləri (inşaatda) – bina və qurğuların istifadə müddətinin artırılması,
istismar, sanitariya-gigiyena və dekorativ kefiyyətlərinin yaxşılaşdırılması
məqsədilə görülən tikinti işləri kompleksidir. Buraya suvaq, rəngsazlıq, divar
kağızı, şüşəsalma, yapma işləri, döşəmələrin örtülməsi və s. daxildir. Bəzək işləri
tikinti işlərinin tamamlama mərhələsidir.
Bəzək materialları (inşaatda) – bina və tikililərin istismar və dekorativ
keyfiyyətlərini yüksəldən materiallar və məmulatlar. Müasir bəzək materiallarına,
əsasən, aşağıdakılar daxildir: məhlullar və betonlar, təbii daş, keramika, ağac,
kağız, şüşə, plastik kütlə, asbestsement, lak və boya materialları. Bu materiallardan
daxili və xarici bəzək işləri üçün istifadə olunur.
Bitkiçilik –
1) kənd təsərrüfatının əsas sahələrindən biri; insanları qida məhsulları,
heyvanları yem, sənayenin bir çox sahələrini (yeyinti, qarışıq yem, toxuculuq,
əszaçılıq, ətriyyat və s.) bitki mənşəli xammalla təmin etmək üçün mədəni bitkilər
və onların becərilmə üsullarını hərtərəfli öyrənməklə məşğul olur. Bitkiçiliyin
arlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura aiddir), tərəvəzçilik,
meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gülçülük və s. kimi sahələri də
vardır.
2) Bitkilçilik az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni
bitkilər və onların becərilmə üsulları haqqında elmdir. Kənd təsərrüfatı bitkilərinin
biologiyasını və xarici mühitlə qarşılıqlı əlaqəsini öyrənir.
Bitkilər – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan və
hüceyrələri bir qayda olaraq sellülozadan ibarət sıx qlaflı canlı orqanizmlər.
Fotosintez və bununla əlaqədar fizioloji-biokimyvəi proseslər bitkiləri başqa
canlılardan fərqləndirməyə imkan verir. Heyvanlara nisbətən bitkilər biosferin
müxtəlif təbəqələrində daha geniş sahələrdə yayılmışdır. Bitkilər buz, daş, şüşə,
qaynar bulaqların suyunda məskən salıb oranın ilk canlıları olurlar. Yer kürəsində
500 min növ bitki yayılmışdır ki, bunun 200–250 mini çiçəkli bitkilərdir.
Bitkinin böyüməsi – hüceyrələrin sayca çoxalması, yeni struktur
elementlərinin əmələ gəlməsi, orqanizmin kütlə və ölçüsünün artması. Orqanizmdə
gedən maddələr mübadiləsi ilə müəyyən olunur. Bitkilərin böyüməsinə xarici
amillər güclü təsir edir.
Bolt – maşın və qurğuların sökülə bilən hissələrini birləşdirmək üçün
bərkidici detal; bir ucunda başlıq (altı və ya dördöucaqlı şəklində), o birində isə
qayka bağlamaq üçün yiv olan silindrik mildir. Bolt müxtəlif konstruksiyalı olur.
Bolt karbonlu, az legirlənmiş, yaxud xüsusi poladlardan, bürünc və s.-dən
hazırlanır.
Boyaqlar – örtük əmələ gətirən maddələrlə qeyri-üzvi və ya üzvi narın
piqmentin qarışığından ibarət lak-boya materialları. Əsasən, cisimlərin xarici
mühitin zərərli təsirindən (günəş işığı, rütubət, yüksək temperatur və s.) qorumaq
və yaraşıqlı göstərmək məqsədilə işlədilir. Örtük əmələ gətirən maddə olaraq bitki
105
yağı, əlif yağı, lak və s. götürülə bilər. Boyaqlar rənglənəcək səthlərə val və ya
fırça ilə çəkilir, boyaçiləyən cihazla, yaxud boyaqvuran pultla çilənir.
Boyama üsulları – toxuculuq mallarını, heyvan dərilərini, xəzi, kağızı, plastik
kütlələri və s. boyamaq üçün tətbiq edilən fiziki, kimyəvi və mexaniki proseslər.
Materiallar təbii, yaxud sintetik üzvi boya maddələri, müxtəlif piqmentlər və s. ilə
boyanır. Boyama üçün irəli sürülən əsas tələb – boyanmış materialın rənginin tez
solmaması, suyun və işığın təsirinə, habelə sabunla yuyalmağa qarşı kifayət qədər
davamlı olmasıdır. Boyamada müxtəlif üsullar tətbiq olunur: kağızı boyamaq üçün
mineral piqmentlər (ultramarin, oxra) və ya müxtəlif boya növləri (əsaslı boyalar,
turşulu boyalar, kükürdlü boyalar və s.) işlədilir.
Buxar turbini – buxarın potensial enerjisini əvvəlcə kinetik enerjiyə, sonra
isə mexaniki işə (alın fırlanması) çevirən rotorlu istilik mühərriki. Mühərrikdə iş
prosesi fasiləsiz davam edir. İki növ buxar turbini olur: aktiv və reaktiv. Aktiv
buxar turbinində buxarın potensial enerjisi tərpənməz ucluqlarda kinetik enerjiyə
çevrilir və sonra turbinin rotorunu hərəkətə gətirir. Reaktiv buxar turbinində isə
buxarın potensial enerjisinin çox hissəsi çarxın işlək kürəklərində kinetik enerjiyə
çevrilir. İstehlakçılara buxar verir.
Burğu – materialda deşik açan və ya onda olan deşiyin diametrini böyüdən
kəsici alət. İşlək hissəsi kəsici elementlər olur, quyruq hissəsi isə patrona, yaxud
dəzgahın şpindelinə bərkidilir və ona dayanıqlıq verir. Burğunun əsas hərəkəti
fırlanmaqla irəliləmədir. Müxtəlif növləri var. Burğular legirlənmiş və tezkəsən
poladlardan hazırlanır. Ən çox spiralvarı qurğular tətbiq edilir.
Burğu dəzgahı – metaldan və başqa materiallardan ibarət pəstahlarda deşik
açan dəzgah. Bu dəzgahda deşikləri genişləndirmə, içyonuş, zengerləmə,
rayberləmə, yivaçma və s. əməliyyatlar da aparılır. Şpindellərinin sayına görə
burğu dəzgahları bir və çoxşpindelli olur. Bundan başqa üfiqi burğu (dərin deşmə
üçün), stolüstü burğu, mərkəzləmə və digər xüsusi növ burğu dəzgahları tətbiq
edilir. Ağac emalında bu dəzgahın müxtəlif növündən istifadə olunur.
C
Cihaz – ölçü və nəzarət işləri aparmaq, avadanlığı qorumaq, maşın və
qurğuları idarə etmək, texnoloji prosesləri təmizləmək, hesablamaq, uçot aparmaq
və s. üçün geniş tətbiq olunan qurğu və mexanizmlərin ümumi adıdır.
Cilalama (maşınqayırma və cihazqayırmada) – məlumat səthinin təmizlik
sinfini (12–14-cü sinfədək) artırmaq, məlumatı lazımi ölçülərə çatdırmaq,
müəyyən xassəli səth qatı almaq, habelə onların üzərinə dekorativ parlaqlıq vermək
üçün tamamlama emalı əməliyyatıdır. Əməliyyat cilalama dəzgahında aparılır.
Bəzi hallarda elektrolitik cilalamadan (elektroliz) da istifadə edilir. Mebel və
xarratlıq istehsalatında cilalama taxta məmulat üzərində güzgü parlaqlıqlı səth
alınması prosesdir. iki üsulla aparılır: xarrat cilalanmasında taxta üzərində
məsamələr, əsasən, politura ilə tədricən doldurulub hamarlanır. Bu üsulla çox çətin
və az məhsuldar prosesdir. Daha çox yayılmış ikinci üsulla – lak-boya örtük üzəri
ilə cilalamada məmulatın üzərinə çəkilən örtük, əsasən, mexaniki metodlarla
hamarlanır. Daşları cilalama üçün (pardaqlama əməliyyatından sonra) onların
Dostları ilə paylaş: |