106
üzərinə çox narın ovuntu (məs., qalay-oksid) səpib yaş keçə ilə dairə formasında
sürtürlər.
Cütləşdirmə, kənd təsərrüfatı heyvanlarının cütləşməsi – dişi heyvanların
törədicilərlə təbii mayalanma üsuludur. Dişi heyvanda cinsi həvəs dövrü aparılır.
Heyvanlar ilk dəfə cütləşdirməyə orqanizmin yetkin dövründən sonra (ayğır və
madyanlar 3 yaşında, qoç və qoyunlar 15–18 aylığında, erkək və dişi donuzlar 9–
10 aylığında) buraxılır. tezyetişən cinslər gecyetişənlərə nisbətən tez cütləşdirilir.
Cütləşmənin iki əsas üsulu var: sərbəst cütləşdirmə (otlaqlarda və ya brüşlərdə
erkəklər dişilərlə birgə saxlandıqda), ayrılıqda cütləşdirmə (ayrılıqda saxlanan
erkək təhkim olunmuş dişilərlə cütləşdirilir). Lakin heyvandarlıqda daha mütərəqqi
olan süni mayalama üsulundan daha çox istifadə edilir.
Ç
Çertyoj –
1) əşyaların hər hansı informasiya daşıyıcısı (kağız, kalka, plyonka, faner və
s.) üzərində müəyyən miqyasa uyğun olaraq, qrafik obrazlar, yəni nöqtə, düz və
əyri xətt parçaları, simvollar, şərti işaralər və s. vasitəsilə təsviridir (və ya
proyeksiyasının alınmasıdır). Çertyojdan mətn illüstrasiyası kimi (məs., tədris
materialını aydınlaşdırmaq üçün), yaxud məmulatı hazırlamaqdan örtü tərtib
olunan sənədlərin hazırlanmasında istifadə olunur. Çox vaxt izahlı yazılarla,
texniki tələblərlə, məmulatın hazırlanmasında istifadə olunur. Çox vaxt izahlı
yazılarla, texniki tələblərlə, məmulatın hazırlanmasına dair göstərişlərlə (ehtiyac
olduqda) təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir.
2) əşyanın kağız vərəq üzərində ölçülərlə təsviridir (əşyanın həqiqi ölçüləri,
onun hazırlanması üçün lazım oln digər zəruri məlumatlar gbstərilməklə).
3) məmulatın (detalın) şərti qrafik təsviridir. Çertyojda detalın forması və
ölçüləri, hazırlanacağı material haqqında məlumat verilir. Çertyojda məmulatın
(detalın) bir neçə görünüşü (ön tərəfdən, üstdən, yandan və s.) proyeksiya edilir.
Məmulatın adı və detalları, onların sayı, materialı xüsusi cədvəldə verilir
(spesifikasiya).
Çertyoj alətləri – nişan vurmaq və ölçü götürmək üçün çertyoj pərgarı,
həmçinin müxtəlif tip və ölçülü kronpərgar, reysfeder və digər köməkçi alətlərdir.
Müxtəlif pərgarlarla çəkilən radiusların diapazonu 0,5–300 mm və daha artıq ola
bilər. Çox dəqiq çertyoj alətləri bürüncdən, nisbətən az dəqiqlik tələb edən alətlər
isə poladdan hazırlanır.
Çertyoj lövhəsi – ölçülərin çertyojun tərəflərinin ölçülərindən 100–200 mm
artıq olan müstəvi səthi lövhədir. Adətən, taxta, şüşə, plastik kütlə və s. hazırlanır.
Onun üzərində çertyoju çox rahat yerinə yetirmək mümkündür.
Çevirgəc –
1) elektrik çevirgəci (EÇ) – elektrik dövrəsinin kommutasiyası üçün elektrik
aparatıdır, elektrotexnikada geniş yayılmışdır. Sadə kontaktlı EÇ – kəsən açar,
daha universalı isə paket açarıdır. Elektrik güc qurğularında, məsafədən idarəetmə
və avtomatik idarəetmə sistemlərində rele, kontroller, kontaktor və s., zəif
107
cərəyanla işləyən rabitə qurğuları dövrələrində telefon və teleqraf kommutatorları,
addımlı axtarıcılar və s. EÇ-ndən istifadə edilir. Kontaksız EÇ-də geniş yayılmışdır
(diodlu və s.). Energetikada, avtomatikada və s. geniş istifadə edilir.
2) televiziya kanalı çevirgəci – televiziya cihazında tamaşaçını maraqlandıran
proqramın verildiyi rabitə kanalının seçilməsi, radiosiqnallarının ayrılması,
gücləndirilməsi və s. təmin edən giriş qovşağıdır.
Çəkic –
1) əl alətidir, başlıqdan və dəstədən ibarətdir. Adətən, çəkic karbonlu (0,4–0,6
% C) poladdan düzəldilir. Çəkic başlığının hər iki tərəfi (döyəc hissəsi) tablanır.
Bir çox xüsusi çəkic konstruksiyaları məlumdur.
2) metal pəstahları təzyiqlə döymə yolu ilə emal etmək üçün maşındır.
Pəstahları döymə (döymə çəkici) və həcmi, yaxud təbəqə stamplama çəkicləri var.
İntiqalının növünə görə buxar-hava (su buxarı və ya sıxılmış hava ilə hərəkətə
gətirilir), pnevmatik (havanın sıxılması və genişlənməsi hesabına işləyir), mexaniki
(mühərrik hissələri mühərriklə mexaniki bağlanır), hidravlik (yüksək təzyiqli maye
ilə hərəkətə gətirilir) və s. çəkiclər mövcuddur. İş üsuluna görə sadə çəkic (düşən
çəkic) və ikibaşa təsirli (çox yayılmışdır) çəkic var. Zərbəendirən hissələrdən
(porşen, pistonqolu və toxmaqdan), ağır əsasdan – şabotdan, çatı, intiqal və
idarəetmə mexanizmindən ibarətdir. Çəkic kontsruksiyalarında elektrik
intiqalından istifadə edilmişdir. Əl ilə işlədilən lingli çəkic hələ 13–14-cü əsrdə
məlum idi.
Çərçivə (inşaat mexanikasında) – mil sistemidir; elementləri (rikel və dirək)
bütün düyünlərdə, yaxud düyünlərin çoxunda sərt (oynaqsız) birləşir. Çərçivə
tikintidə geniş işlədilən yüksaxlayan konstruksiyadır. Sənaye və ictimai binaların,
yaşayış evlərinin, körpülərin dəniz neft qurğularının, nəqliyyat maşınlarının və
başqa tikintilərin yüksaxlayan konstruksiyası kimi həm müstəvi, həm də fəza
qurğularında işlədilir. Çərçivə, əsasən, metal və dəmir betondan, bəzən isə ağacdan
(yapışqanla bərkidilmiş) quraşdırılır. Bakıda və respublikanın başqa şəhərlərində
tikilən binaların çoxunun karkası çoxmərtəbəli, çoxaşırımlı çərçivə konstruksiyası
şəklində layihələşdirilir. Monolitliyi, çevikliyi və fəzada yaxşı işləməsi, zəlzələyə
davamlı olması – üstün cəhətləridir.
Çilçıraq – binanın daxilini işıqlandırmaq üçün istifadə edilən dekorativ və
yaraşıqlı işıq saçan məmulatdır. Formasına görə əsasən medalyona bənzəyir (çox
müxtəlif formalarda hazırlanır). Çilçıraqın mərkəzində böyük, kənarlarında isə
kiçik və yüngül plafonlar olur. Çilçıraqın əsasını təşkil edən mərkəzi medalyon və
qollar adətən, metaldan (qızıl, gümüş, bürünc, dəmir və s.), plafonlar isə şüşə, çini,
büllur, keramika və s.-dən düzəldilir.
Çiləyici – zəhərli maddələri (məhlul, suspenziya, müxtəlif qatıqlı emulsiya
şəklində) tozlandırmaq və bitkilərə çiləmək üçün maşındır. Çiləyici bitki
zərərvericiləri, xəstəlikləri ilə mübarizə etmək, yığımdan əvvəl pambıq kolu
yarpaqlarını tökdürmək, alaqları məhv etmkə və s. üçün tətbiq edilir. Çiləyicidən
binaların dezinfeksiyasında da istifadə olunur. Tətbiq yerinə görə tarla bitkilərini,
bağ, üzümlük, pambıq və s. becərmək üçün çiləyicilər vardır.
Dostları ilə paylaş: |