112
E
Elektrik (lat. electrum – elektrik, kəhrabayaoxşar; yun. electron – kəhrəba) –
elektrik yükləri, onların hərəkəti və qarşılıqlı təsili ilə əlaqədar olan müxtəlif
hadisələr toplusu. «Elektrik» sözü fizika və texnikanın inkişafı prsoseində bir çox
dəyişikliyə uğramışdır. Sadə elektrik və maqnit hadisələri, bəzi cisimlərin (məs.,
kəhrəbanın) sürtünmə nəticəisndə yüngül cisimləri özünə çəkməsi, yəni
elektriklənmə xassəsi və s. hələ qədimdən insanlara məlum olub.
Elektrik açarı – elektrik avadanlığı və qurğuların (elektrik çilçıraqları,
elektrik mühərrikləri, qızdırıcı sobalar, transformatorlar və s.) dövrəyə qoşmaq və
açmaq üçün aparatdır. Alçaq (1000 vatta qədər) və yüksək (1000 vatdan yuxarı)
gərginlik açarları olur. Açarın əsas konstruktiv elementləri: tərpənən v
ətərpənməyən kontaktlardan ibarət kontakt sistemi, intiqal (əl ilə işlədilən, yaylı,
elektromaqnit, pnevmatik) və birləşdirici sıxaclardır.
Elektrik akkumulyatoru – istifadə məqsədilə elektrik enerjisinin yığılması
üçün cihaz.
Elektrik alətləri – elektrik mühərriki ilə hərəkətə gəirilən əl maşınlarıdır.
Əsas növləri: drel, cilalama aləti, mişar, qayçı, qaykabağlayan, naxış açmaq üçün
nazik mişar, iskənə, metal və ağac emalında istifadə edilir. Elektrik alətləri
quraşdırma, bəzək və başqa tikinti işlərində də tətbiq edilir.
Elektrik batareyası – bir dövrəyə qoşulmuş bir neçə halvanik elementlərdən
və ya akkumulyatorlardan ibarətdir.
Elektrik cərəyanı – elektrik yüklərinin nizamlı hərəkətidir. Elektrik
cərəyanının istiqaməti kimi müsbət yüklü hissəciklərin hərəkət istiqaməti qəbul
edilir. Elektrik cərəyanı qiymətcə iki kəmiyyətlə xarakterizə olunur: cərəyan
şiddəti və cərəyan sıxlığı. Hər hansı naqilin en kəsiyindən vahid zamanda keçən
yükün miqdarı ilə ölçülən kəmiyyətə cərəyan şiddəti deyilir. Cərəyanın sıxlığı, ona
perpendikulyar kəsiyin vahid sahəisndən vahid zamanda keçən yükün miqdarı ilə
təyin edilir.
Elektrik dövrəsi – naqillər vasitəsilə bir-birinə birləşdirilmiş mənbə və
işlədicidən ibarət qapalı kontur. Elektrik dövrəsi bir və çoxkonturlu olur. Elektrik
dövrəsi aktiv (qalvanik element, akkumulyator) və passiv (xətlərin Omik
müqavimətləri, elektrik qəbulediciləri) elementlərdən ibarətdir. Elektrik dövrəsi
xətti və qeyri-xətti olur. Xətti elektrik dövrəsində çıxış və giriş kəmiyyətləri
arasındakı əlaqə xətti qanunlara tabe olur. Bu, Om qanunu şəklində ifadə olunur.
Qeyri-xətti dövrələrdə isə giriş və çıxış kəmiyyətləri arasındakı əlaqə müəyyən
qeyri-xətti qanun üzrə olur. Elektrik dövrəsinin giriş və çıxış kəmiyyətləri təsir
edən EHQ (gərginlik) və dövrədən keçən cərəyandan ibarətdir.
Elektrik enerjisinin ötürülməsi – elektrik enerjisinin elektrik
stansiyalarından işlədicilərə verilməsidir. Ötürmə üçün dəyişən cərəyan
havaötürmə xətləri, habelə kabel xətləri və sabit cərəyan xətləri tətbiq edilir.
Elektrik enerjisi güclü aqreqatları olan elektrik stansiyalarında hasil olunur.
113
Enerjinin isə geniş ərazilərdə paylanmış, nisbətən az güclü elektrik qəbulediciləri
işlədir. Bu səbəbdən elektrik enerjisinin uzaq məsafələrə ötürülməsi zəruridir.
Elektrik generatoru – mexaniki enerjini elektrik enerjisinə çevirməyə xidmət
edən maşındır.
Elektrik intiqalı – mexanizm və maşınları hərəkətə gətirən, elektrik enerjisini
mexaniki enerjiyə çevirən elektromexaniki qurğudur. Elektrik intiqalı bir və ya bir
neçə elektrik mühərrikindən, ötürücü qurğudan və idarəetmə aparatlarından
ibarətdir. Bu qurğu avtomatik idarəetmə və tənzimləmə sistemi ilə birlikdə
avtomatlaşdırılmış elektrik intiqalı sistemini təşkil edir. Elektrik intiqalı müasir
avtomatikanın mühüm bir vasitəsidir. Hazırda xalq təsərrüfatında işləyən
avtomatik elektrik intiqalının idarə olunması üçün çoxlu idarəetmə sistemləri var.
Elektrik izolyasiyası – elektrotexniki qurğunun müxtəlif elektrik potensialları
təsiri altında olan hissələri arasında elektrik kontaktının (qısaqapanmanın) qarşısını
almaq üçündür. Elektrik izolyasiyası elektrik möhkəmliyi həcmi və səthi elektrik
müqavimətləri, dielektrik itkiləri, tac boşalmasına dözümlülük, qızmaya və şaxtaya
davamlılıq, mexaniki möhkəmlik və s. ilə xarakterizə olunur.
Elektrik kontaktı – elektrik ötürücülərində metal lövhələrin bir-birinə
toxunduğu yerdir. Aparatların, cihaz və maşınların detalları da, həmçinin, elektrik
kontaktı adlandırılır. Onların köməyi ilə bu qurğular elektrik şəbəkəsinə qoşulur.
Elektrik qaynağı – qaynaq olunan hissələri elektrik cərəyanı ilə qızdırılan
qaynaq növüdür. Elektrik qövs qaynağı və elektrik-kontakt qaynaı növlərinə
ayrılır. Bu qaynaq digər qaynaq növlərinə nisbətən maşınqayırmada geniş tətbiq
edilir. Elektrik qaynağı ilə hazırlanmış məmulatlar çox möhkəm olur. Elektrik
qaynağı ilə, polad və başqa dəmir əsaslı ərintilərlə yanaşı, yüngül ərintilər, əlvan
metallar, ağır və nadir metallar, plastik kütlələr də yaxşı qaynaq olunur.
Elektrik mühərriki – elektrik enerjisini mexaniki enerjiyə çevirən maşındır.
Bu maşın qaldırıcı nəqliyyat maşınlarını, gəmilərin, təyyarələrin müxtəlif
mexanizmlərini və s. hərəkətə gətirmək üçün və məişətdə işlədilən əsas mühərrik
növüdür. Dəyişən və sabit cərəyanla işləyir.
Elektrik naqili – metal ötürücüdür. Elektrik enerjisini ötürməyə və
paylaşdırmağa xidmət edir.
Elektrik sayğacı – dəyişən və ya sabit cərəyanın elektrik enerjisi sərfini
hesablayan elektrik ölçü cihazıdır. Elektrik sayğacının mütəhərrik hissəsinin
dövrlər sayına mütənasib olan elektrik enerjisinin miqdarı hesablama mexanizmi
ilə qeydə alınır. Birfazalı indeksion yardımçı stansiyalar, sənaye müəssisələri və
başqa yerlərdə elektrik enerjisinin hesablanması üçün istifadə edilir.
Elektrik stansiyası – təbii enerjini elektrik enerjisinə çevirən energetika
qurğusudur. Elektrik stansiyasının tipi birinci qövbədə enerji ilə təyin olunur;
istilik elektrik stansiyasına, su-elektrik stansiyasına və maqnitohidrodinamik
generatora ayrılır.
Elektromaqnit – dolağından keçən elektrik cərəyanı ilə maqnitlənən dəmir
içkili sarğacdır. Elektromaqnit elektrik maşınlarında maqnit seli yaratmaq, dartı
qüvvəsi əmələ gətirmək, avtomatikada, telefonda və elektrik ölçü cihazlarında
istifadə edilən müxtəlif elektrik qurğularında elektrik enerjisinin mexaniki enerjiyə
Dostları ilə paylaş: |