114
çevirmək, güclü maqnit sahəsi yaratmaq və s. üçündür. Üç növü var: sabit
cərəyanla işləyən neytral elektromaqnit, polyarlaşmış elektromaqnit, dəyişən
cərəyanla işləyən elektromaqnit.
Elektromontaj işləri –
1) yardımçı elektrik stansiyalarında, elektrik stansiyalarının maşın
salonlarında və başqa sənaye binalarında elektrik avadanlığı və konstruksiyalarının
quraşdırılması, yerləşdirilməsi, həmçinin kabel və hava elektrikötürmə xətlərinin
çəkilməsi üçün görülən işlərdir.
2) tikinti obyektlərində görülən elektromontaj işləri, əsasən, qovşaqların,
blokların elektrik avadanlığının bərkidilməsi və elektrikötürmə xətlərinə
qoşulmasından ibarətdir. Digər sahələrindəki montaj işləri də buraya aid edilə
bilər.
Elektron-hesablama texnikası – bu texnikanın əsas işi hesablama aparmaq,
informasiyaları saxlamaq və emal etmək, istehsalı avtomatlaşdırmaqdan ibarətdir.
Hesablama işlərinin həcmindən, mürəkkəbliyindən asılı olaraq istehsalatda
müxtəlif hesablama maşınları: fəaliyyət sürəti bir neçə milyard əməliyyatdan ibarət
olan super elektron texnikası, fərdi kompüterlər, mikro hesablama maşınları tətbiq
edilir. Elektron texnikasının eyni zamanda hesablama və informasiya
funksiyalarını yerinə yetirməsi böyük texniki nailiyyətdir.
Elektrotexnika –
1) elektrik enerjisinin alınması, paylaşdırılması və istifadə edilməsi haqqında
elmdir.
2) elektrik hadisələrinin praktik tətbiqi ilə bağlı olan proseslər haqqında
elmdir; elektrik və maqnit hadisələrinin qanunauyğunluqlarını öyrənən, elektrik
enerjisinin hasilatı, ötürülməsi və tətbiqini tədqiq edən elm bölməsidir; elektrik
enerjisinin xalq təsərrüfatının bütün sahələrində, hərbi işdə, məişətdə bilavasitə
tətbiqi ilə əlaqədar texnika sahəsidir. Azərbaycanda elektrotexnikanın bir çox
sahələrini təmsil edən müasir sənaye müəssisələri və elmi-tədqiqat elektrotexnika
institutu vardır.
Elektrotexniki armatura – elektrik ötürmələri üçün letallar dəsti
(paylaşdırıcı lövhələr, qoruyucular, istehsal birləşdiriciləri, lapma patronları,
çevirgəclər və s.)
Enerji (yun. enerdeia – iş, fəaliyyət) – təbiətdəki müxtəlif proseslərin və
qarşılıqlı təsirlərin ümumi ölçüsü. Enerji materiyanın bütün hərəkət növlərinə
xasdır və müxtəlif hərəkət növlərini vahid ölçüyə götürməyə imkan verir. Hərəkət
növlərini kəmiyyətcə xarakterizə etmək üçün müxtəlif enerji növləri var. Məsələn,
mexaniki, istilik, kimyəvi, elektromaqnit, nüvə və s.
Eskiz –
1) əl ilə çəkilmiş gözəyarı, təxmini rəsmdir (şəkildir). Orada təsvir edilən
əşyanın əsas ölçüləri və digər məlumatlar göstərilir.
2) miqyassız çəkilən təsvir eskizdir. Bu zaman hissələr arasında nisbət təxmini
də olsa göstərilir, çertyoju, eskizi, texniki rəsmi oxumaq, məmulatın adını,
miqyasını, görünüş təsvirinə əsasən ölçülərini, detalların adını və sayını,
yerləşməsini, materialın birləşmə növünü təyin etmək deməkdir.
115
Ə
Əlvan metallar – dəmirdən başqa bütün metalların texniki adıdır. Bunlara
qeyri-dəmir metallar da deyirlər. Aşağıdakı qruplara ayrılır: yüngül metallar
(alüminium, maqnezium, titan və s.); ağır metallar (mis, nikel, kobalt, qurğuşun,
qalay, sink və s.); çətinəriyən metallar (volfram, molibiden, xrom və s.); qiymətli
metallar (qızıl, gümüş və platin); nadir metallar, radiaktik metall və s.
Əmək – insanın məqsədəuyğun fəaliyyətidir. Bu prosesdə insan əmək alətinin
köməyi ilə təbiətə təsir göstərir və ondan öz tələbatını ödəmək üçün zəruri olan
istehlak dəyərləri yaratmaq məqsədilə istifadə edir. Əmək insan həyatının əbədi
təbii şərtidir. Əmək insanın özünün formalaşmasında həlledici rol oynamışdır.
Məhz əmək sayəsində insan yüksək şüur səviyyəsinə yüksələ bilmişdir. Əməyin ən
sadə və vacib cəhətləri bunlardır: məqsədəuyğun fəaliyyət, yaxud özü üçün əmək;
əmək predmeti və əmək vasitələri. Əmək predmeti ilə əmək vasitələri birlikdə
istehsal vasitələrini təşkil edir. Əmək prosesi insanların təbiətə təsiri ilə
məhdudlaşmır. İnsanlar maddi nemətlər yaratmaqdan ötrü öz aralarında əlaqə və
münasibətlərə – istehsal münasibətlərinə başlayırlar.
Əmək alətləri – istehsal vasitələrinin başlıca hissəsidir. Buraya maşın, cihaz,
mühərrik və s. daxildir. Bunların köməyi ilə istehsal prosesində əmək əşyaları emal
olunur, məhsul hazırlanır. Əmək alətləri məhsuldar qüvvələrin mühüm tərkib
hissəsidir.
Əmək bölgüsü – cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin
keyfiyyətcə differensiasiyasıdır. Əmək bölgüsü məhsuldar qüvvələrin inkişaf
səviyyəsinə və istehsal münasibətlərinin xarakterinə uyğun olaraq müxtəlif
formalarda mövcuddur. Əmək bölgüsünün təzahürü fəaliyyət mübadiləsidir. Əmək
bölgüsü həm cəmiyyət, həm də müəssisə daxilində mövcud olub, bir-birilə
əlaqədardır və bir-birindən asılıdır.
Əmək gigiyenası – gigiyena elminin bir bölməsidir. Əmək proseslərini, insanı
əhatə edən istehsalat mühitini və onun təsirini öyrənir, istehsalatda sağlam iş şəraiti
yaradır, peşə xəstəliklərinin qarşısını almaq üçün əməli tədbirlər hazırlayır. Əmək
gigiyenası əməyin elmi təşkili ilə sıx bağladır. İş şəraiti temperatur, rütubət,
müxtəlif şüa növləri, vibrasiya, səs, sənaye zəhərləri, toz və s.-nin insan və heyvan
orqanizminə təsiri öyrənildikdə eksperimental fiziologiya və patologiya
üsullarından, o cümlədən mərkəzi sinir sisteminin funksional vəziyyəti və ali sinir
fəaliyyətinin öyrənilmə üsullarından geniş istifadə olunur. Azərbaycanda əmək
gigiyenası məsələlərini Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu öyrənir.
Əmək mədəniyyəti – işçi yerini və iş prosesini təşkil etməyəi bacarmaq,
əmək prosesinə düzəlişlər vermək və əməyin nəticələrini qiymətləndirmək, lazım
gələrsə faydalı təkliflər irəli sürmək.
Əmək məhsulu – işçinin əməyi ilə insanın tələbatına uyğunlaşdırılmış
istehlak dəyəri, təbiət cismidir, insan əməyinin maddi nəticəsidir. Əmək
Dostları ilə paylaş: |