Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

 
2. Fonetik normalar orfoqrafik və orfoepin normalara əsaslanır.  
Orfoefik  normalar  sözlərin ədəbi dildəki tələffüz qaydaları əsasında  yaranır.  
Orfoqrafik normalar orfoqrafik qaydalar əsasında formalaşır.  
3.Leksik normalar hər kəsdən:  
- sözün mənası və ya mənaları ilə ehtiyatlı olmağı; 
- ədəbi dildə loru, kobud söz və ifadələr işlətməməyi;  
- bədii məqsəd güdmürsə, dialekt sözlərdən, varvarizm və vulqar sözlərdən istifadə 
etməməyi; 
- sözü düzgün yerində və məqamında işlətməyi tələb edir. 
4. Qrammatik normalaranı aşağıdakı kimi qruplaşdırmaq olar: 
1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-
imiz-in. 
2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər. 
3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) 
şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir. 
4) Mübtəda və xəbər şəxsə, qismən də kəmiyyətə görə uzlaşır: Sən 
azərbaycanlısan. Onlar tələbədirlər. 
 
Qiymətləndirmə. 
Qiymətləndirmə meyarlar əsasında fərdi qaydada aparılır. 
 
 
 
 
 
 
 
 
 
 


 
Azərbaycan dili fənninin məzmun standartlarının şərhi
1
 
 
 
Standart 
Şərh 
Açar sözlər 
 
 
I sinif 
 
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh 
edir. 
Dinlənilmiş sadə fikrin mahiyyətinin  
anlaşılması,verilən sualları cavablandırmaqla 
dinlədiyi  sadə fikrin mahiyyətinin izah edilməsi. 
Sual,  cavab, fikir, izah 
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.  
 
Dinlənilmiş fikrin mahiyyətinin anlaşılması, ona 
müsbət və ya mənfi münasibətin bildirilməsi. 
Fikir, mənfi, müsbət, münasibət 
1.2.1. Müşahidə etdiyi əşya və hadisələr 
haqqında və şəkillər üzrə danışır. 
Əşyalar, həyat və təbiət hadisələrinin, eyni 
zamanda, təsvirlərin müşahidə olunması, onların 
məzmunu haqqında danışılması.  
Əşya, həyat, təbiət, təsvir, müşahidə, məzmun 
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən 
istifadə edir. 
Sadə nitq etiketlərinin tanınması, işlənmə 
yerinin və məqamının anlaşılması, dialoqlarda 
görüşmə, təşəkkür və üzrxahlıq etiketlərindən 
istifadə olunması. 
Dialoq,  nitq etiketləri, görüşmə, təşəkkür və 
üzrxahlıq etiketləri 
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə  
müşayiət edir. 
Dilə köməkçi vasitələrin – sadə jest və mimik 
hərəkətlərin işlənmə məqamının 
müəyyənləşdirilməsi, kiçikhəcmli bədii 
mətnlərdəki fikri ifadə edərkən
 
edərkən onlardan 
məqsədəuyğun şəkildə istifadə olunması

Şeir, bədii mətn, obraz, jest, mimika 
2.1.1.Mətndə rast gəldiyi yeni əşya və hadisələri 
adlandırır.  
 
Şəkillərdə təsvir olunan və həyatda rast gəlinən 
canlı  və cansız əşyaların, təbiət hadisələrinin  
tanınması və onların adlandırılması. 
Şəkil, canlı və cansız varlıqlar, təbiət hadisələri, 
tanıma 
 
2.1.2. Mətndəki    müəyyən olunmuş sözləri 
yaxınmənalı sözlərin köməyi ilə izah edir. 
Sözlərin leksik mənasının anlaşılması, mətndə 
müəyyən olunmuş sözlərin yaxınmənalı sözlərin  
Yaxınmənalı sözlər, leksik məna, izah etmə 
                                                             
1
 Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun olaraq 
müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir. 


 
köməyi ilə izah olunması.  
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri 
cümlədə işlədir.  
Mətndə öyrənilmiş yaxınmənalı sözlərin leksik 
cəhətdən fərqləndirilməsi, onların cümlədə 
işlədilməsi. 
Yaxınmənalı sözlər, sözləri leksik cəhətdən 
fərqləndirmə 
 
2.1.4. Mətndən sadə bədii ifadələri seçir. 
Mətndən sadə bədii ifadələrin seçilməsi 
Sadə bədii ifadələr, seçmə 
2.2.1. Kiçikhəcmli mətnləri düzgün  tələffüz 
etməklə oxuyur. 
Kiçikhəcmli mətnlərin sadə tələffüz qaydalarına 
əməl etməklə oxunması:hərflərin tanınması və 
onların müvafiq səslərlə ifadə edilməsi, sözlərin 
hecalarla və bütöv oxunması.     
Hərf, səs, heca, söz, cümlə, bütöv oxuma 
2.2.2.Müxtəlif bədii mətnləri (nəzm, nəsr) 
fərqləndirir. 
Nəzm əsərlərinin formaca nəsr əsərlərindən 
fərqləndirilməsi  
Nəzm, nəsr, şeir, hekayə, nağıl 
 
2.2.3. Mətnin şəkilli planını tutur. 
Verilmiş mətnə əsasən şəkillərin çəkilməsi və ya 
şəkillərə əsasən mətnin hissələrinin ardıcıllığını 
müəyyənləşdirilməsi. 
Mətn, hissə, ardıcıllıq 
 
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və 
sadə formada ifadə edir. 
Kiçikhəcmli mətnlərin oxunması, hadisələrin 
mahiyyətinin anlaşılması, əsas fikrin 
müəyyənləşdirilməsi, sadə formada ifadə 
olunması.  
Mətn, fikir, ideya, ifadə etmə, müəyyənləşdirmə  
 
2.2.5. Mətnin məzmununu nəql edir. 
Mətnin məzmununun öyrənilməsi, fakt və 
hadisələrin məntiqi əlaqə və ardıcıllığının 
müəyyənləşdirilməsi, məzmununun qısa şəkildə 
nəql edilməsi.  
Mətn, məzmun, nəql etmə, məntiqi əlaqə, 
ardıcıllıq 
 
3.1.1. Hərflərin elementlərini və 
konfiqurasiyasını müəyyən olunmuş xətt 
boyunca düzgün yazır və bitişdirir. 
Hərflərin ölçüsünün, ara məsafəsinin, 
birləşməsinin müəyyənləşdirilməsi, onların 
müəyyən olunmuş xətt boyunca düzgün 
yazılması və bitişdirilməsi.  
Hərf, element, ölçü, məsafə, müəyyənləşdirmə, 
müəyyən olunmuş xətt 
 
3.1.2. Əl yazısı şəklində olan sözləri və 
kiçikhəcmli mətnləri üzündən köçürür. 
Əl yazısı şəklində olan sözlərin və kiçikhəcmli 
mətnlərin hüsnxət normalarına uyğun üzündən 
köçürülməsi. 
Kiçikhəcmli mətn, hüsnxət, əl yazısı, 
 
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır. 
Şəkildə təsvir olunan əşya və hadisələrin 
tanınması, onlarla bağlı fikirlərin sadə 
cümlələrlə yazılması. 
Şəkil, məzmun, sadə cümlə, təsvir olunan
hadisə 
 
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə 
Müşahidə olunmuş təbiət və həyat hadisələri 
Mətn, təbiət hadisələri, həyat hadisələri, cümlə 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə