Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə199/220
tarix31.12.2021
ölçüsü1,2 Mb.
#81170
1   ...   195   196   197   198   199   200   201   202   ...   220
17 Texnologiya-kurikulum

Faydalı iş əmsalı
  –  müxtəlif  maşın,  qurğu  və  aparatlarda  enerjisinin  istifadə 
dərəcəsini göstərən ölçüsüz ədədi kəmiyyətdir. FİƏ-nı tapmaq üçün faydalı istifadə 
olunan enerjini sərf edilən enerjiyə bölmək lazımdır. 
Ferma
  –  xüsusi,  yaxud  icarə  torpaqlarında  kənd  təsərrüfatı  ilə  bağlı 
müəssisədir.  Həmçinin,  ixtisaslaşdırılmış  təsərrüfat  müəssisələridir  (südçülük 
ferması, qoyunçuluq ferması və s.) 
Fənər
 – 
1)  müstəqil  enerji  mənbəyi  olan  və  əldə  gəzdirilən  işıqlandırma,  yaxud  da 
siqnal cihazıdır.  
2)  təbii  işıqlandırma  və  ya  ventilyasiya  məqsədilə  sənaye  binalarının  dam 
örtüyündə qoyulan dam pəncərəsidir. 
Fırça
 – kətan, kağız və ya başqa bir əsasın üzərinə rəng vurmaq üçün alətdir. 
Fırçalar  müxtəlif  heyvanların  (sibir  siçovulu,  porsuq,  öküz,  sincab,  keçi  və  s.) 
piydən  təmizlənmiş  və  qızdırılmış  tükündən,  yaxud  yunundan  hazırlanır.  Ən  cod 
tükdən  (məs.,  donuz  tükündən)  düzəldilən  fırçalar  (dairəvi,  yaxud  yastı)  yağlı 
boyakarlıqda,  daha  uzun  tüklüləri  isə  yapışqanlı  boyakarlıqda  və  s.  tətbiq  olunur. 
İtiuclu dairəvi, yumşaq fırçalardan (sincab), porsuq, qum siçanı tüklərindən akvarel 
və qrafikada istifadə edilir. 
Folqa
 – 
1)  müxtəlif  metallardan  və  ya  metal  ərintilərindən  hazırlanmış  nazik  (2–100 
MKM)  vərəq  və  ya  lentdir.  Qənnadı,  tütün  məmulatları,  çay  və  s.-nin 
qablaşdırılmasında 
(alüminium 
folqa); 
elektrik 
kondensatorlarında, 
termoizolyasiya, hidroizolyasiya və s.-də (texniki alüminium folqa); elektrotexnika 
və cihazqayırma sahəsində (qalay, quruğuşun folqa) və s. istifadə olunur. 
2)  müxtəlif  metalların  və  ya  metal  yaymaların  nazik  təbəqələri  (0,1  mm-ə 
dək). 
Frez
 – materialların frezləmə ilə emalı üçün çoxtiyəli kəsici alətdir. Frezlərin 
aşağıdakı  tipləri  var:  dişləri  yerləşən  səthin  formasına  görə  silindrik,  yan  üzlü, 
diskli,  bucaqlı,  yivli  və  fasonlu;  dişin  formasına  görə  düz,  vintvarı  və  müxtəlif 
istiqamətlənmiş  dişləri  olan  frezlər  və  s.  Frezlər  legirlənmiş  və  tezkəsən  alət 
poladlarından hazırlanır. 


 
 
118 
 
Frez  dəzgahı
  –  metal  və  digər  məmulatların  frezlə  emalı  üçün  metalkəsən 
dəzgahdır.  O,  universallığı  ilə  fərqlənir:  müstəvi,  əyrixətli  səthləri  yonmaq, 
detallarda  yiv,  çarxlarda  diş  açmaq  və  s.  üçün  işlədilir.  Konstruksiyasına  görə 
konsullu və konsulsuz frez dəzgahları var. 
Frezləmə
  –  metal  və  qeyri-metal  materialların  frezlə  kəsərək  emalıdır. 
Frezləmədə  kəsici  alət  –  frez  fırlanır,  emal  ediləcək  pəstaha  isə  irərləmə  hərəkəti 
verilir. Frezləmədə kəsmə sürəti frezin tipindən, onun kəsici hissəsinin materialı və 
həndəsi parametrlərindən, kəsmə rejimi, pəstahın səth qatının vəziyyətindən və s.-
dən asılı olur.  

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə