Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

159 
 
59 
Nəqliyyat immobilizasiyası haqqında və İmmobilizasiya vasitələri. 
60 
Ağrısızlaşdırma. 
61 
Qanaxmaların təsnifatı və klinikası.Qanaxmanın müvəqqəti saxlanılması üsulları. 
62 
Xarici və Daxili qanaxmalarda təxirəsalınmaz tibbi yardım. 
63 
Kəskin Zəhərlənmələr və onlar zamanı ilk tibbi yardım. 
64 
Yanıqların təsnifatı,yanıq sahəsinin təyin edilməsinin əhəmiyyəti və ilk tibbi yardım. 
65 
Elektozədələnmənin əlamətləri və ilk tibbi yardım. 
66 
Suda boğulmanın növləri və ilk tibbi yardım. 
67 
Yad cisimlər haqqında və  onlar zamanı ilk tibbi yardım. 
68 
Zədə Şoku.Şok haqqında və təsnifatı. 
69 
Travmatik şokun fazaları və ilk tibbi yardım. 
70 
Qapalı zədələnmələr və onlar zamanı ilk tibbi yardım. 
71 
Travmatik Toksikoz. 
72 
Açıq zədələnmələr və onlar zamanı ilk tibbi yardım. 
73 
Sınıqların təsnifat,əlamətləri,ağırlaşmaları və ilk tibbi yardım. 
74 
Kəllə-beynin qapalı və açıq zədələnmələri,ilk tibbi yardım. 
75 
Onurğa sütunun zədələnmələri və ilk tibbi yardım. 
76 
Döş qəfəsinın qapalı və açıq zədələnmələri,ilk tibbi yardım. 
77 
Döş  qəfəsi  üzvlərinin  zədələnmələri:  Pnevmatoraksın  növləri  və  onlar  zamanı  ilk  tibbi 
yardım. 
78 
Qarnın qapalı və açıq zədələnmələri,ilk tibbi yardım. 
79 
Qarın  boşluğu  üzvlərinin  kəskin  cərrahi  xəstəlikləri:  Kəskin  qarın  haqqında  və  ilk  tibbi 
yardım. 
80 
Çanaq və çanaq üzvlərinin zədələnmələri,ilk tibbi yardım. 
 
           İbtidai  təhsil  və  məktəbəqədər  təlim  kafedrasının  13  sentyabr  2017-  ci  il  
tarixli  iclasında              təsdiq olunmuşdur. 
 
    
 
 
 
 
 
 
 
 
 


160 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Lənkəran Dövlət Universiteti 
 
Təsdiq edirəm 
Tədrisin təşkili və təlim texnologiyaları 
 üzrə prorektor:__________dos.İ.Əsgərov 
 
    “      ”                         2017-ci il 
 
 
   
                 
   
 
 
Fənn sillabusu 
İxtisas: 050118 - İbtidai sinif müəllimliyi  
Fakültə:  Humanitar  
Kafedra: İbtidai təhsil və məktəbəqədər təlim 
I. Fənn haqqında məlumat :  
Fənnin adı :  Musiqi və onun tədrisi metodikası  
(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.03.2012-ci il tarixli, 410 saylı əmrilə  
təsdiq edilmiş proqram; Ali təhsil pilləsinin bakalavr səviyyəsi üçün  təsdiq edilmiş 
050118 – “İbtidai sinif müəllimliyi” Dövlət standartı-2012.)   
Kodu: İPFS- B 12 
Təhsil ili: III (2017 - 2018) Semestr V 
Tədris yükü: Cəmi: 180 saat. Auditoriya saatı 75 saat ( 45 saat mühazirə , 30 saat 
seminar ) 
Tədris forması: Əyani 
Tədris dili: Azərbaycan dili 
AKTS üzrə kredit : 6 kredit 
Auditoriya : 305 
Saat :  
II. Müəllim haqqında məlumat: 
Adı, soyadı, dərəcəsi: Mahmudova Məlahət Nəriman qızı 
Kafedranın ünvanı: Lənkəran ş., H.Abdullayev küçəsi 22, 2 saylı tədris korpusu 
Məslətət günləri və saat : VI gün, saat 13:00 
III. Tövsiyə olunan dərsliklər və dərs vəsaitləri: 
1. J.Qədimova. Musiqi və onun tədrisi metodikası. Bakı, 2007 
2.J.Qədimova, E.Əfəndiyeva. Musiqi və onun tədrisi metodikası və nəzəriyyəsi. Bakı, 
2011 
3.N.Bağırov. Musiqinin elementar nəzəriyyəsi. Bakı, 2000 
4.L.A.Mazel. Musiqi əsərlərinin təhlili. Bakı, 1998 
5.S.Quliyev. Məktəbdə musiqi tədrisi metodikası. Bakı, 1999 


161 
 
6. Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, 2003 
7.O.Rəcəbov. Ümumtəhsil məktəblərində musiqi tədrisi metodikası, Bakı-2005 
8. N.Məlikova. Musiqi vasitəsi ilə bədii zövqün formalaşması. Bakı. 2000 
9.F.Zeynalov, M.İsmayılov. İbtidai musiqi nəzəriyyəsi.Bakı-2006 
IV.  Fənnin  təsviri  və  məqsədi:  Musiqi  və  onun  tədrisi  metodikası  fənni  üçün  tədris 
ilinin  ikinci  smestrndə  30  saat  mühazirə,  30  saat  seminar  məşğələsi  nəzərdə  tutulur. 
Kursun  tədrisində  məqsəd  musiqi  tədrisinin  inkişaf  etdirilməsi,  musiqi  tədrisinin  təlim 
prosesində  əhəmiyyətinin  izah  edilməsi,  musiqinin  tərbiyəvi  və  estetik  imkanlarından 
istifadə  edilməsi,  uşaqlarda  musiqi  dinləmək  zövqünün  inkişaf  etdirilməsi  üçün  müasir 
təlim metodlarından istifadə bacarıqlarının öyrədilməsidir.   
V.  Davamiyyətə  verilən  tələblər:  Fənn  üzrə  semestr  göstəricilərinə  və  imtahanların 
nəticələrinə görə müvəffəq qiymət almış tələbə  həmin fəndən kreditləri qazanmış hesab 
edilir.  Əks  təqdirdə,  tələbə  bu  fəndən  kreditləri  qazanmır  və  onun  həmin  fənn  üzrə 
akademik  borcu  qalır.  Fənn  üzrə  akademik  borcu  qalan  tələbə  həmin  fənni  yenidən 
dinləməlidir.  Bu  zaman  tələbə  həmin  fəndən  dərslərdə  iştirak  etməklə,  onun 
mənimsənilməsinə  qoyulan  tələbləri  tam  yerinə  yetirməlidir.Dərsdə  davamiyyətə  görə 
verilən  maksimum  bal 10 baldır.Balın  miqdarı  əsasən:  tələbə  semestr  ərzində  fənn üzrə 
bütün  dərslərdə  iştirak  etdiyi  halda  ona  10  bal  verilir;  semestr  ərzində  fənnin  tədrisinə 
ayrılan  saatların  hər  buraxılan  10%-  nə  1  bal  çıxılır.  Fənn  üzrə  semestr  ərzində 
buraxılmış  auditoriya  saatlarının  ümumi  sayı  normativ  sənədlərdə  müəyyən  olunmuş 
həddən  yuxarı  (25  %-dən  çox) olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır, 
onun  həmin  fənn  üzrə  akademik  borcu  qalır  və  onun  haqqında  müvafiq  qərar  qəbul 
edilir. 
  VI.  Qiymətləndirmə:1.  Tələbələrin  biliyi  100  ballı  sistemlə  qiymətləndirilir.  Bundan 
50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 
50 bala aşağıdakılar aiddir: 10 bal seminar dərslərində  fəaliyyətinə görə,10 bal dərslərə 
davamiyyətinə  görə,  10  bal  tələbənin  sərbəst  işinə  görə,  20  bal  kollokviumların 
nəticələrinə  görə.  İmtahanda  qazanılan  balların  maksimum  miqdarı  50-dir.  İmtahan 
biletinə,  bir  qayda  olaraq  fənn  üzrə  proqram  materialını  əhatə  edən  5  sual  daxil  edilir. 
Hər sual 10 bala qədər qiymətləndirilir. 
Qiymət meyarları aşağıdakı kimidir: 
- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 
- 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun 
məzmununu aça bilir. 
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir. 
- 7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri 
əsaslandıra bilmir. 
- 6 bal – tələbənin cavabı əsasən düzgündür. 
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə 
yol verir. 
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır. 
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var. 
- 0 bal – suala cavab yoxdur. 
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə, 
tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı 
bala əlavə olunmur.  
Semestr  nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar 
əsasında): 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə