Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

175 
 
46. Dekorativ- tətbiqi sənətin inkişafı  
47. Azərbaycanda dekorativ tətbiqi sənətin növləri və xüsusiyyətləri 
48. Azərbaycan  monumental heykəltəraşlığı 
49. Azərbaycan xalçaçılıq sənətinin məktəbləri  
50. Lətif Kərimov xalçaçılıq sənətinin görkəmli tədqiqatçı alimi kimi  
51. Heykəltəraş-rəssamların yaradıcılığı 
52. Orta əsrlərdə dulusçuluq, keramika, xalçaçılıq, şəbəkə və s. sənətlərin inkişafı 
53. Orta əsrlərdə miniatür sənətinin inkişafı.  
54. Təbriz miniatür məktəbinin nümayəndələri 
55. XIX əsrdə Azərbaycanda realist incəsənətin inkişafı və nümayəndələri 
56. Ə.Əzimzadə qrafika sənətinin banisi kimi 
57. Müasir dövr Azərbaycan incəsənəti və onun görkəmli nümayəndələri 
58. XX əsrdə Azərbaycanda boyakarlıq və qrafikanın inkişafı 
59. XX əsr Azərbaycan boyakarlığı 
60. XX əsr Azərbaycan qrafika sənəti  
 
 İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının 13 sentyabr 2017-ci il tarixli 
iclasında  təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


176 
 
 
 
 
 
 
lAzərbaycan Respublikası Təhsil Nazirliyi 
Lənkəran Dövlət Universiteti 

Təsdiq edirəm 
Tədrisin təşkili və təlim texnologiyaları 
 üzrə prorektor:__________dos.İ.Əsgərov 
 
“      ”                         2017-ci il 
 
 
   
                 
    
 
Fənn sillabusu 
 
İxtisas: 050118 - İbtidai sinif müəllimliyi  
Fakültə:  Humanitar  
Kafedra: İbtidai təhsil və məktəbəqədər təlim 
I. Fənn haqqında məlumat
Fənnin adı: Texnologiya və onun tədrisi metodikası  
(Ali  təhsil  pilləsinin  bakalavr  səviyyəsi  üçün    təsdiq  edilmiş  050118  –  “İbtidai  sinif 
müəllimliyi” Dövlət standartları-2014). 
Kodu:İPF- B 15 
Tədris ili : IV tədris ili, (2016-2017) semestr: II 
Tədris  yükü:  Cəmi:  150  saat.  Auditoriya  saatı-60  (30  saat  mühazirə,  30  saat  praktik 
məşğələ). 
Təhsil forması: Əyani 
Tədris dili: Azərbaycan dili 
AKTS üzrə kredit: 5 kredit 
Auditoriya № 406 
Saat:II gün V saat, III gün V saat – mühazirə, V gün III saat, VI gün III saat – seminar, 
V gün üst həftədə IV saat, VI gün üst həftədə IV saat -  praktik məşğələ, 
2.Müəllim haqqında məlumat: 
Adı, soyadı, elmi dərəcəsi və elmi adı : Rzayev Şahvələd Murad oğlu, müəllim 
Məsləhət günləri və saatı: V gün, 14
00
 
E-mail ünvanı: Rzayev.@gmail.com  
Kafedranın ünvanı: Lənkəran ş., H.Abdullayev küçəsi 22, LDU-nun 2 saylı korpusu, 
otaq № 502 
3. Tövsiyə olunan dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər:Əsas: 
1.
 
 Z.Orucov, Y.Rzayeva. Texnologiya (Əmək hazırlığı). Bakı, 2006 
2.
 
Ə.Şükürov. İbtidai siniflərdə texniki yaradıcılığın inkişaf etdirilməsi. Bakı, 1973 


177 
 
3.
 
Ə.Şükürov. İbtidai siniflərdə əmək təliminin metodikası. Bakı, 1976 
4.
 
N.Axundov, H.Əhmədov, X.Səlimova, S.Yahyayeva. Texnologiya. Bakı, 2015 
5.
 
Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu. Bakı, 2009 
6.
 
Ümumtəhsil  məktəblərinin  I-IX  sinifləri  üçün  Texnologiya  fənni  üzrə  Təhsil 
proqramı (kurikulumu).  
4. Fənnin təsviri və məqsədi: 
Fənnin  tədrisində  məqsəd  Şagirdlərin  psixoloji  cəhətdən  əməyə  hazırlanması; 
əməyin  ictimai  xarakteri;  əmək  tərbiyəsi  və  təliminin  əsas  vəzifələri;  əmək  təliminin 
tədqiqat  metodları  ilə  bağlı  sistemli  məlumatların  çatdırılmasıdır.Kursun  öyrənilməsi 
dairəsində  həmçinin  əmək  hazırlığı  prosesində  aşılanan  bacarıq  və  vərdişlər  sistemi; 
əmək  hazırlığı  proqramının  məzmunu  və  onun  təhlili;  əmək  hazırlığının  prinsipləri  və 
metodları; pedaqoji texnologiyalar məsələlərinə aydınlıq gətirilir.Burada  gələcək ibtidai 
sinif müəllimlərinin qrafik savad elementləri; kağız və kartonla, parça ilə, işlərin təşkili; 
təbiət  materialları  ilə  işin  təşkili;  modelləşdirmə  və  quraşdırma  işlərinin  təşkili;  əmək 
hazırlığı metodikasının özünəməxsus xüsusiyyətləri əsas rol oynayır.  
5. Davamiyyətə verilən tələblər:  
Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət 
almış  tələbə  həmin  fəndən  kreditləri  qazanmış  hesab  edilir.  Əks  təqdirdə,  tələbə  bu 
fəndən  kreditləri  qazanmır  və  onun  həmin  fənn  üzrə  akademik  borcu  qalır.  Fənn  üzrə 
akademik borcu qalan tələbə həmin fənni yenidən dinləməlidir. Bu zaman tələbə həmin 
fəndən  dərslərdə  iştirak  etməklə,  onun  mənimsənilməsinə  qoyulan  tələbləri  tam  yerinə 
yetirməlidir. 
Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal  10  baldır.Balın  miqdarı  əsasən: 
tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi  halda ona 10 bal verilir; 
semestr  ərzində  fənnin  tədrisinə  ayrılan  saatların  hər  buraxılan  10%-  nə  1  bal  çıxılır. 
Fənn  üzrə  semestr  ərzində  buraxılmış  auditoriya  saatlarının  ümumi  sayı  normativ 
sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25 %-dən çox) olduğu halda tələbə həmin 
fəndən  imtahana  buraxılmır,  onun  həmin  fənn  üzrə  akademik  borcu  qalır  və  onun 
haqqında müvafiq qərar qəbul edilir.   
6.Qiymətləndirmə: 
1.  Tələbələrin  biliyi  100  ballı  sistemlə  qiymətləndirilir.  Bundan  50  balı  tələbə 
semestr  ərzində,  50  balı  isə  imtahanda  toplayır.  Semestr  ərzində  toplanan  50  bala 
aşağıdakılar  aiddir:  10  bal  seminar  dərslərində    fəaliyyətinə  görə,  10  bal  dərslərə 
davamiyyətinə  görə,  10  bal  tələbənin  sərbəst  işinə  görə,  20  bal  kollokviumların 
nəticələrinə  görə.  İmtahanda  qazanılan  balların  maksimum  miqdarı  50-dir.  İmtahan 
biletinə,  bir  qayda  olaraq  fənn  üzrə  proqram  materialını  əhatə  edən  5  sual  daxil  edilir. 
Hər sual 10 bala qədər qiymətləndirilir. 
Qiymət meyarları aşağıdakı kimidir: 
- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 
-  9  bal  –  tələbə  keçilmiş  materialı  tam  başa  düşür,  cavabı  dəqiqdir  və  mövzunun 
məzmununu aça bilir. 
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir. 
- 7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri 
əsaslandıra bilmir. 
- 6 bal – tələbənin cavabı əsasən düzgündür. 
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
-  4  bal  – tələbənin  cavabı  qismən  doğrudur,  lakin  mövzunu  izah  edərkən  bəzi  səhvlərə 
yol verir. 
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır. 
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə