Azərbaycan Respublikası Təhsil Nazırliyi Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti.



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix29.05.2018
ölçüsü7,25 Kb.
#46640
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

17 
 
.Ona    görə    də    bioloji    hadisəni    saxlamaq    üçün    əmtəə    təsərrüfatlarında,  digər    keyfiyyətli  
cinslərdən  istifadə  olunur  və  növbələĢən  bir  neçə  nəsl  heteroziqotluq  səviyyəsini    saxlamaq 
mümkün olur. 
               
2.Kənd  təsərrufati heyvanlarinin konstitusiya eksteryer və interyeri

Konstitusiya.  Konistitusiya  yunan  sözüdən  (constitutio)  götürülməklə  quruluĢ, 
vəziyyət,  bütövlük  deməkdir.  Bu  biologiya  istilah  elmi  ədəbiyyatda  ilk  dəfə  eramızdan  əvvəl 
yunan filosofu Ksenofont, bir qədər sonralar isə tibb elminin banisi Hippokrat (b.e.ə 460-371) 
tərəfindən iĢlədilmiĢdir. Hippokrat görmüĢdür ki, eyni Ģəraitdə eyni xəstəliyə ayrı-ayrı fərdlər, 
insanlar müxtalif cür reaksiya verir. Böyük alim bunun səbəbini onların orqanizminin muxtəlif 
qruluĢa  malik  olması  ilə  əlaqələndirirdi.  Bu  baxımdan  o  insanlarda  yaxĢı,  pis,  güclü  və  zəif, 
bərk  və  yumĢaq,  quru  və  nəm  kimi  konstitusiya  tipləri  ayırd  etmiĢdir.  A.Ağabəylinin  fikrincə 
konstitusiya terminin ilkin mənası ayrı-ayrı hissələrdən vahid, bütövlük yaratmaq deməkdir. O, 
qeyd  edir  ki,  zootexniyada  konstitusiya  orqanizmdə  ayrı-ayrı  hüceyrə,  toxuma,  orqanların 
ümumi əlaqəsi və bütövlüyü deməkdir. 
        Hippokratın bu fikrindən sonra konstitusia haqqında humoral nəzəriyyə meydana gəlib və 
bu xüsusən eramızın 130-201-ci illərində Qalenin tərəfindən daha aydın Ģəkil aldı. Qalen eyni 
zamanda Habitus (xarici görünüĢ) və xəstəliklərə meyl fikrini irəli sürmüĢdür.  
 
XX əsrin əvvəllərində yeni sinir humoral nəzəriyyənin meydana gəlməsi  konstitusiyanı  
düzgün elmi inkiĢaf yoluna qoydu. Y.Y  Boukensonun fikrincə konstitusiya bütöv orqanizmin 
əsas  irsiyyət  və  inkiĢaf    sahəsində  əmələ  gələn  məhsurdarlıq  xüsusiyyətləri  və  müxtəlif 
uyğunlaĢma  qabiliyyəti  ilə  əlaqədar  olan  morfoloji,  fizioloji  əlamətlərin  cəminə  deyilir.  E.A. 
Boqdanova görə konistitusiya inkiĢafda olan orqan və toxumaların xarakterik nisbətidir. 
 
E. T. Liskun konstitusiyanı, heyvanların bioloji və təsərrüfat xüsusiyyətlərini tam bütöv 
xarakterizə edən vahid bir varlıq tək qiymətləndirmək kimi baĢa düĢür. 
 
Y.P.  Pavlovun  ali  sinir  sistemi  təlimi  sayəsində  heyvanlarda  bilavasitə  məsuldarlıq, 
konsitusiya,  ontogenezlə  bağlı  aĢağıdakı  -sanqvik,  fleqmatik,  xolerik  və  melanxolik  tipləri 
müəyyən  etmək  mümkün  olmuĢdur.  Güclü  müvazinatlı  çevik  tip,  temperamentə  (həssaslığa  ) 
görə sanqvinik tipə, güclü müvazinatlı sakit tip isə fleqmatik tipə müvafiqdir. 
Güclü  müvazinətsiz və yüksək qıcıqlanan, tormozlanması  zəif olan tip xolerik temperamentə 
xasdır. Pavlov bunu çox vaxt hövsələsiz adlandırmıĢdır. 
Sinir  sistemi  zəif  tormozlanma  prosesi  üstün  olan  tip  melanxolik  temperamentlə  xarakterizə 
edilir.  Temperament  konstitusiyanın  mühüm  xassələrindəndir.  Heyvanların  məhsuldarlıq 
istiqaməti  ilə  əlaqədardır.  Sanqvik  tip  maddələr  mübadiləsinin  yüksək  səviyyədə  getdiyi, 
qalxanabənzər vəzin hiperfunksiyası baĢ verən heyvanlara uyğun gəlir. Məsələn: itiyeriĢli atlar 
bu tipə xasdır. 
 
Fleqmatik tipli heyvanlarda sinir sistemi sakit, qalxanabənzər vəzi və bütün oksidləĢmə 
prosesləri  zəif  gedir.  Məsələn:  ağır  addımlı  həssas  atlar,  ətlik  və  çox  yunluq  qoyunlar  bu  tipə 
xasdır. 


18 
 
Ġ.  Durst  orqanizimdə  gedən  oksidləĢmə  prosesinin  səviyyəsinə,  fransız  təbibi  Siqonun 
insanlarda  müəyyənləĢdirdiyi  konstitusiya  tipinə  (tənəffüs,  həzm,  əzələ  və  beyin  tipləri
əsaslanaraq heyvanlarda üç konstitusiya tipi müəyyən etmiĢdir: tənəffüz, həzm və qarışıq. 
P. N. KuleĢovun təsnifatı heyvandarlıq praktikasında daha çox əhəmiyyəti vardır.o apardığı 
tətqiqtlara əsaslanaraq heyvanlarda 4 konstitusiya tipinə ayırmıĢdır. 
1)  Kobud  (qaba  )  tip  –  bu  tipə  daxil  olan  heyvanlarda  sümük  kobud-qalın,  gövdə  isə  qüfəli 
olur.  Belə  heyvanlar  süd  istehsalına  yaramır,  zəif  kökəlir.  Ancaq  möhkəm  və  davamlıdırlar. 
Bunlar iĢ hevanları, qabayunlu qoyunlar daxildir.  
2) Zərif  (incə tip – bu tipə daxil olan heyvanlar özlərinin ensiz gövdəliliyi, gövdə qruluĢunun 
qruluğu,  dərisinin  nazikliyi,  sümüklərinin  zəif  inkiĢaf  etməsi,  yüksək  səviyyəli  maddələr 
mübadiləsinə malik olmaları ilə səciyyələnir. Onlar tez qıcıqlanan olur. Bu tipə südlük qaramal 
və camıĢlar, zərif yunlu qoyunlar, minik atları, yumurtalıq istiqamətli toyurlar daxildir.  
3) Bərk tip – bu heyvanlarda sümük möhkəm, daxili orqanlar və əzələ yaxĢı inkiĢaf etmiĢ, dəri 
sı,  möhkəm  olur.  Onlarda  maddələr  mübadiləsi  inteksiv  gedir,  ən  məhsuldar  tip  hesab  edilir. 
Südlük,  ətlik  məhsuldarlıq  istiqamətlik  qaramal  və  camıĢlar,  ətlik,  yunluq  qoyunlar,  qoĢqu 
atları,  (orlov löhrəmi) buraya aiddir.  
4)  Boş  tip  –  bura  geniĢ  gövdəliyi,  əzələsinin  yaxĢı  inkiĢaf  etmesi,  dərinin  qalınliğı,  daxili 
orqanların  nisbətən  normal  böyümısi,  maddələr  mübadiləsinin  bir  qədər  zəif  getməsi  ilə 
səciyyələnən  heyvanlar  aiddir.  Belə  heyvanlar  fleqmatik  xassəli  olduqlarından  yaxĢı  intensiv 
kökləmə qabiliyyətinə malikdir. Bu tipə  ətlki  qaramal və camıĢ cinsləri, piylik donuzlar, ağır 
qoĢqu  atları  daxildir.  Ġ.  Ġ.  Ġvanov  bu  təsnifata  beĢinci  ,  möhkəm  konstitusiya  tipinə  əlavə 
etmiĢdir ki, bu konstitusiya tipi bərk tipə uyğun gəlir. Heyvanların dərisi onların konstitusiya 
tipinin  mühüm  göstəricisi  olmaqla  onun  fəaliyyəti  ilə  əlaqədardır.  Dərinin  güclü  inkiĢafı, 
fizioloji  funksiyası  orqanizimdə  qalxanvari  vəzin,  qaraciyərin,  limfa  düyünlərinin  inkiĢafı  ilə 
əlaqədardı.  
Vaydenrayx  heyvanların  ayaq  uzunluğuna  görə  konstitusiyanı  iki  tipə  ayırır:  Leptosom, 
eyrisom.  Leptosom  tipə  ayaqları  uzun  olan  heyvanlar  aid  edilir.  Eyrisom  tipə  gödək  ayaqlı 
heyvanlar daxil edilir. Birinci tiplər astenik və tənəffüs tip konstitusiya (Kreçmer və Dyurest ), 
kincilərə piknik və həzm tipinə uyğundurlar. 
       Qaba  konstitusiya  tipindən  olan  heyvanlar 
güclü inkisaf etmis dəriyə , qabakütləli sümüye , 
böyük  həcmli,  lakin  zəif  əzələarası  piy 
toxumasına malik olur. 
Qaba  konstitusiya  tipi  is  atlarinda,  ökuzlərdə 
əksərən  orta  naziklikdə  və  qaba  yun  verən 
qoyunlarda 
da 
müsahidə 
edilir.                                                              
ġəkil-2. Qaba konstitusiya tipi   


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə