Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ



Yüklə 3,11 Mb.
səhifə32/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

26. İŞ ETİKASI

26.1 Əgər MÜQAVİLƏ PODRATÇI QRUPUN hər hansı üzvünün MÜQAVİLƏ ilə bağlı istər MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏN əvvəl, istərsə sonra Azərbaycan Respublikası qanunvericiliyində edilmiş hər hansı normativ düzəlişə, qanun dəyişikliyinə və ya yenidən qəbul olunmuş qanuna əsasən hüquq pozuntusu hesab olunan, və ya aşağıdakı şərtlərlə hüquq pozuntusu hesab oluna bilən əməl törətməsi ilə xitam olunmuşdursa, ŞİRKƏTİN İŞƏ xitam vermək və bu xitam nəticəsində məruz qaldığı itki və zərərin məbləğini PODRATÇIDAN geri almaq hüququ vardır:




  1. PODRATÇI QRUPUN bu cür üzvü müqaviləyə əsasən vasitəçi olmadığı halda bu məqsədlə vasitəçi kimi təqdim edilmişdir; və ya




  1. Azərbaycan Respublikasından kənarda edilməli əməl, Azərbaycan Respublikasında; və ya




  1. ŞİRKƏT tərəfindən PODRATÇI QRUPUN həmin əməli törətmiş üzvünün İŞDƏN kənarlaşdırılması tələb olunsa da PODRATÇI bu tələbi rədd etmişdir.


27. ÜMUMİ HÜQUQİ MÜDDƏALAR

27.1 Hüquqların saxlanması


MÜQAVİLƏDƏ xüsusi olaraq başqa qayda müəyyən olunmadığı halda, Maddə 19-a əsasən, həm ŞİRKƏT həm də PODRATÇI, MÜQAVİLƏ və qanunlara əsasən bir-birlərinə qarşı istifadə edə biləcəkləri hüquq və öhdəlikləri özlərində saxlayırlar.
ŞİRKƏT tərəfindən edilmiş təsdiq, bildiriş və s. PODRATÇINI MÜQAVİLƏYƏ əsasən daşıdığı məsuliyyət və öhdəliklərdən azad etmir.
27.2 PODRATÇININ FİLİALLARI
MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTİN PODRATÇIYA verdiyi hər hansı məsuliyyət məhdudlaşması PODRATÇININ FİLİALLARINA da aiddir.
27.3 PODRATÇININ müstəqilliyi

PODRATÇI İŞİN icrası ilə əlaqədar müstəqil podratçı kimi fəaliyyət göstərir və ŞİRKƏT tərəfindən tələb edilən nəticələri əldə etmək üçün nəzarət, müşahidə, idarəçilik və rəhbərliyi həyata keçirir.


27.5 Tənzimləyici hüquq və dil
MÜQAVİLƏ, başqa cür müəyyən olunan beynəlxalq xüsusi hüquq qaydaları və hüququn seçilməsi prinsipləri istisna olmaqla Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tənzim və təfsir, və Maddə 28-in müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna yurisdiksiyasına aiddir.
MÜQAVİLƏNİN aparıcı dili Azərbaycan dilidir.
27.6 Bildirişlər
MÜQAVİLƏ ilə əlaqədar verilən bütün bildirişlər yazılı şəkildə verilir və Müqavilə müəyyən edilmiş ünvanlara əl ilə, faks və ya birinci növ poçt vasitəsilə çatdırılır və nüsxələri tərəflərin digər ofis və ofislərinə göndərilir.
Bu bildirişlər:


  1. əl ilə çatdırıldığı zaman, təhvil verildiyi tarixdə; və ya




  1. teleks və ya faks ilə göndərildiyi zaman, təhvil alanın ünvanında bildirişin göndərildiyi gündən sonrakı birinci iş günü;




  1. birinci növ poçtla göndərildiyi zaman, göndərildiyi müddətdən 48 saat sonra

çatdırılmış hesab olunur.


27.7 ŞİRKƏTİN Statusu
ŞİRKƏT MÜQAVİLƏNİ öz üçün, digər ORTAQLAR üçün və ya onların adından agent kimi bağlayır. Maddə 29-un şərtlərinə xələl yetirmədən və yuxarıda qeyd olunana baxmayaraq:


  1. PODRATÇI MÜQAVİLƏNİN icrasını yalnız ŞİRKƏTLƏ olmasını təsdiq edir və MÜQAVİLƏDƏ müəyyən olunmuş heç nə PODRATÇININ üzərinə ŞİRKƏTİN özündən başqa digər ORTAQLARA qarşı məhkəmə işi qaldırmaq öhdəliyi qoya və ya ona bu cür hüquq verə bilməz; və




  1. ŞİRKƏT öz adından olduğu kimi, həm də bütün ORTAQLARIN adından MÜQAVİLƏNİN icrasına məcbur etmək hüququna malikdir. Bu məqsədlə ŞİRKƏT PODRATÇININ bütün vəzifə və öhdəliklərinin icrasını məcburi təmin etmək üçün öz adından məhkəməyə müraciət edə və hər hansı ORTAĞIN PODRATÇIYA qarşı olan iddiasını irəli sürə bilər; və




  1. MÜQAVİLƏYƏ əsasən ŞİRKƏT tərəfindən ödənilən bütün itkilər, zərərlər və xərclərə (məhkəmə xərcləri də daxil olmaqla), MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTƏ və ya PODRATÇIYA tətbiq oluna bilən eyni məsuliyyət məhdudlaşdırılmasından və ya məsuliyyətin aradan qaldırılmasından asılı olan itkilər, zərərlər və xərclər (məhkəmə xərcləri də daxil olmaqla) istisna olmaqla, ŞİRKƏTİN ORTAQLARININ, ŞİRKƏTİN və ORTAQLARININ müvafiq FİLİALLARININ itkilər, zərərlər və xərcləri (məhkəmə xərcləri də daxil olmaqla) daxildir.




    1. Yekun Razılaşma

MÜQAVİLƏ İŞ ilə əlaqədar tərəflər arasındakı tam razılaşmanı təşkil edir və bu MÜQAVİLƏ ilə əlaqədar yazılı və ya şifahi olmasından asılı olmayaraq özündən əvvəlki bütün sövdələşmələri, bəyanatları və ya razılaşmaları əvəz edir. MÜQAVİLƏYƏ edilmiş istənilən əlavə yazılı şəkildə edildikdə və MÜQAVİLƏNİN hər iki tərəfinin imzası ilə qüvvəyə minir.




    1. İtkinin azaldılması

Həm ŞİRKƏT, həm də PODRATÇI digər tərəfin MÜQAVİLƏNİ pozması nəticəsində meydana çıxan hər hansı itkilərin azaldılması üçün ağlabatan bütün tədbirləri görməlidir.




    1. Məsuliyyətin aradan qalxmasının və ya Məhdudlaşdırılmasının həddi

MÜQAVİLƏYƏ əsasən məsuliyyətin aradan qalxması və ya məhdudlaşdırılması təkcə müqavilədə deyil, həmçinin delikt və digər qanunlardakı bu cür məsuliyyəti də aradan qaldırır və ya məhdudlaşdırır.




    1. Etibarsızlıq və müddəaların bölünənliyi

Bu MÜQAVİLƏNİN hər hansı müddəası hər hansı səlahiyyətli yurisdiksiyaya malik məhkəmə və ya inzibati orqan tərəfindən etibarsız və ya qeyri-məcburi elan edilərsə, həmin etibarsızlıq və ya qeyri-məcburilik MÜQAVİLƏNİN digər müddəalarına təsir etməyəcək və bu cür təsirə məruz qalmayan bütün digər müddəalar tam qüvvəsində qalır. ŞİRKƏT və PODRATÇI hər hansı etibarsız və ya qeyri-məcburi müddəanı bu müddəanın daşıdığı iqtisadi, hüquqi və kommersiya məqsədlərinə mümkün qədər daha çox uyğun gələn etibarlı və məcburi qüvvəyə malik müddəa ilə əvəz etməyə çalışacaqları barədə razılaşırlar.




    1. Quyu ilə bağlı məlumatların təfsiri

PODRATÇININ quyu ilə bağlı və ya digər əlaqəli məlumatların təfsiri professional geofiziklərin və ya analitiklərin fərqləndirə biləcəkləri fikirdən ibarətdir. Buna görə də, PODRATÇI hər hansı məlumat və ya təfsirlərin, tövsiyələrin və bu cür məlumat və təfsirlərə əsaslanan rezervuar və digər modellərin səlistliyinə və ya tamlığına zəmanət vermir. PODRATÇI hər hansı müvafiq əməliyyatlarla bağlı məsələlər üzrə ŞİRKƏTİN verdiyi qərarlara görə məsuliyyət daşımır.



      1. MÜBAHİSƏLƏRİN HƏLLİ

28.1 ŞİRKƏT və PODRATÇI arasında MÜQAVİLƏ və ya İŞ ilə bağlı meydana çıxan mübahisələr aşağıdakı qaydalara uyğun olaraq həll edilir:




    1. mübahisə ilk öncə ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİNƏ yönəldilir, hansı ki, öz növbələrində mübahisə obyekti olan məsələni müzakirə edir və razılığa gəlmək üçün bütün ağlabatan cəhdləri edirlər;




    1. əgər Maddə 28.1(a)-ya əsasən razılaşma əldə edilməsə, mübahisə Müqavilədə müəyyən edilmiş iki şəxsə yönəldilir. Bu şəxslərdən biri ŞİRKƏT, biri isə PODRATÇI tərəfindən təyin edilir. Tərəflər təyin etdikləri şəxsləri digər tərəfə məlumat verməklə dəyişə bilərlər;




    1. əgər Maddə 28.1(b)-yə əsasən razılaşma əldə edilməsə, mübahisə ŞİRKƏTİN və PODRATÇININ İcraçı Direktorlarına və ya Rəhbərliklərinin vasitəsi ilə həll edilməyə yönəldilir.

28.2 Hər hansı bir mübahisə barədə razılaşma əldə edilməsə, tərəflərdən hər biri mübahisəni həll etmək üçün istənilən vaxt Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq Məhkəməyə müraciət edə bilər.

28.3 Hansısa bir məsələ və ya məsələlər mübahisə obyekti olan zaman, PODRATÇI İŞİN icrasına davam etdirir və tamamlanmasını həyata keçirir və həm PODRATÇI, həm də ŞİRKƏT MÜQAVİLƏNİN şərtlərinə riayət edir.
29. GÖMRÜK PROSEDURLARI
29.1 Tətbiq edilməsi mümkün olduğu zaman, ŞİRKƏT və PODRATÇININ hər biri MÜQAVİLƏNİN tələb etdiyi material, mallar, alətlər, avadanlıq və təchizatların idxalı, ixracı və təkrar idxalı üçün Azərbaycan Respublikası gömrük qanunvericiliyinə uyğun olaraq müvafiq gömrük orqanlarına müraciət edirlər.
29.2 PODRATÇI İŞİN icrası üçün lazım olan, gömrük nəzarətindən keçən malları ğömrük və aksiz qaydalarından maksimum yararlanmağa imkan verəcək şəkildə idxal, ixrac və təkrar idxal etməyi üzərinə götürür.
29.3 ŞİRKƏT və PODRATÇI, hər ikisi MÜQAVİLƏYƏ əsasən təmin edilməli olan material, mallar, alətlər, avadanlıq və təchizatların İŞ YERİNƏ edilən ixracı və ya İŞ YERİNDƏN təkrar idxalı üçün dövlət orqanları ilə birlikdə gömrük qaydaları hazırlayırlar.
29.4 ŞİRKƏT və PODRATÇI, kimin gömrük nəzarətindən keçən malların ticarətçisi və kimin bu malların sahibi (mülkiyyətçisi deyil) olmasından asılı olaraq ayrı-ayrılıqda gömrük qaydalarına riayət edilməsinə görə cavabdehdirlər və məsuliyyət daşıyırlar.
29.5 Maddə 29-un məqsədləri baxımından, İŞ YERİ dedikdə neft və/və ya qaz axtarışının və ya hasilatının həyata keçirildiyi ofşor ərazi və ya gəmi nəzərdə tutulur.
30.6 PODRATÇI MÜQAVİLƏYƏ əsasən tələb edilən və PODRATÇI tərəfindən idxal və ya ixrac edilən material, mallar, alətlər, avadanlıq və təchizatlar üçün bütün idxal\ixrac lisenziyaları və idxal\ixrac vergiləri və gömrük rüsumlarını ödənilməli olan və ya ödənilə bilən vaxtda ödəyir.
30.7 MÜQAVİLƏYƏ əsasən materiallar və avadanlıq ŞİRKƏTƏ satıldıqda PODRATÇI:


  1. gömrük nəzarətindən keçən mallar ilə bağlı bu malların gömrük rüsumlarını minimuma endirmək və ya təmamilə aradan qaldırmaq məqsədilə ŞİRKƏT üçün vacib ola biləcək, bu malların mənşəyi, gömrük statusu və gömrük nömrəsi də daxil olmaqla, bütün məlumatı göstərən və təsdiqləyən bütün sənədləri hazırlayır və ŞİRKƏTƏ təqdim edir; və




  1. PODRATÇIYA azadolma baxımından maksimum mənfəət əldə etmək üçün lazım olan bütün məlumatları konfidensial əsasda gömrük və aksizə təqdim edir və bu mənfəəti tam olaraq ŞİRKƏTƏ ötürür; və




  1. güzəşt əldə etmək üçün müraciət edərkən uğursuzluğa düçar olduqda bu barədə gecikmədən ŞİRKƏTƏ məlumat verir. Bu halda, ŞİRKƏT bunun təsirinə məruz qalmış malları öz qaydalarına uyğun olaraq idxal, ixrac və ya təkrar idxal edə bilər.

Tərəflərin səlahiyyətli nümayəndələri Müqaviləni aşağıda göstərilən tarixdə iki nüsxədə imzalayırlar:


PODRATÇI ŞİRKƏT
Adı: Adı:
Vəzifəsi: Vəzifəsi:
Tarix: Tarix:

Əlavə X

ARDNŞ-nin __ ___ 2011-ci il tarixli

__ nömrəli əmri ilə təsdiq edilmişdir




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

Dənizdə Tikinti üzrə Podrat Müqaviləsi

(SOCARSS – 010.2011)



MÜNDƏRİCAT


  1. ANLAYIŞLAR

  2. TƏFSİR

  3. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ

    1. Ümumi

    2. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ

    3. PODRATÇININ NÜMAYƏNDƏSİ

  4. PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ

  5. ŞİRKƏTİN TƏMİN ETDİYİ ƏŞYALARA GÖRƏ MƏSULİYYƏT

  6. PODRATÇININ MƏLUMATLILIĞI

  7. PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI

  8. TAPŞIRIQ VƏ SUBPODRATÇILIQ

    1. Tapşırıq

    2. Subpodratçılıq

  9. PODRATÇININ İŞÇİLƏRİ

  10. DİGƏR ŞƏXSLƏRLƏ ƏMƏKDAŞLIQ

  11. PROQRAM

  12. TEXNİKİ MƏLUMAT

  13. YOXLAMA VƏ SINAQDAN KEÇİRMƏ

  14. DƏYİŞİKLİKLƏR

    1. ŞİRKƏTİN təlimat vermək hüququ

    2. Ümumi DƏYİŞİKLİKLƏR

    3. PODRATÇININ DƏYİŞİKLİK tələb etmək hüququ

    4. PODRATÇININ təqdim etdiyi Smetalar

    5. MÜQAVİLƏNİN DƏYƏRİNDƏ və ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ düzəliş

    6. Ləngimə və\və ya əlavə xərclər ilə bağlı DƏYİŞİKLİKLƏR

    7. Mübahisəli DƏYİŞİKLİKLƏR

  15. FORS MAJOR

  16. DAYANDIRMA

  17. ÖDƏNİŞ ŞƏRTLƏRİ

  18. VERGİLƏR

  19. MÜLKİYYƏT

  20. PATENTLƏR VƏ DİGƏR HÜQUQLARI

  21. QANUNLAR VƏ QAYDALAR

  22. TƏZMİNATLAR

  23. PODRATÇI TƏRƏFİNDƏN SIĞORTA

  24. DAİMİ İŞƏ NƏZARƏT VƏ SIĞORTA

  25. DOLAYI İTKİ

  26. MƏXFİLİK

  27. GÖMRÜK PROSEDURLARI

  28. TAMAMLAMA

  29. QÜSURLARIN ARADAN QALDIRILMASI

  30. XİTAM

  31. AUDİT VƏ SƏNƏDLƏRİN SAXLANILMASI

  32. YÜKLÜLÜKLƏR

  33. İŞ ETİKASI

  34. ÜMUMİ HÜQUQİ MÜDDƏALAR

    1. Hüquqların saxlanması

    2. PODRATÇININ FİLİALLARI

    3. PODRATÇININ müstəqilliyi

    4. Uyğun hüquq və dil

    5. Bildirişlər

    6. ŞİRKƏTİN Statusu

    7. Tam Razılaşma

    8. İtkinin azaldılması

    9. Etibarsızlıq və müddəaların bölünənliyi

  35. DƏYMİŞ ZİYAN

  36. MÜBAHİSƏLƏRİN HƏLLİ

  37. SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT


1. ANLAYIŞLAR
Bu Müqaviləni təfsir etmək üçün aşağıdakı anlayışlardan istifadə olunur. Bu maddədə nəzərdə tutulmayan digər anlayışlar, həmin anlayışların ifadə edildiyi bölməyə və ondan sonra gələn növbəti bölmələrə tətbiq edilir.


    1. “FİLİAL” hər hansı bir şirkətin törəmə və ya əsas və ya holdinq şirkəti və ya bu cür əsas və ya holdinq şirkətin başqa bir törəməsi deməkdir.




    1. “ŞİRKƏTLƏR QRUPU” dedikdə ŞİRKƏT, onun ORTAQLARI, onun və ya onların FİLİALLARI və müvafiq olaraq onun və ya onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) nəzərdə tutulur, lakin, buna PODRATÇI QRUPUNUN heç bir üzvü daxil deyildir.




    1. “ŞİRKƏTİN NÜMAYƏNDƏSİ” 3-cü Maddədə istinad edilmiş şəxs deməkdir.




    1. “ TAMAMLAMA” dedikdə Maddə 23-ə uyğun olaraq, İŞİN hamısının başa çatdırılması nəzərdə tutulur.

    2. “TAMAMLAMA SERTİFİKATI” dedikdə Maddə 23-ə uyğun olaraq, İŞİN hamısının və ya müvafiq hissəsinin icrası ilə əlaqədar verilən sertifikat nəzərdə tutulur.




    1. “TAMAMLAMA TARİXİ” dedikdə İŞİN hamısının və ya müvafiq bir hissəsinin başa çatdırıldığı və TAMAMLAMA SERTİFİKATINDA göstərilən tarix nəzərdə tutulur.



    1. “MÜQAVİLƏ” bu Müqavilə, xüsusi şərtləri və ona əlavələr nəzərdə tutulur.



    1. “MÜQAVİLƏNİN DƏYƏRİ” dedikdə Müqavilədə müəyyən edilən Muzd və görülən İŞİN dəyəri nəzərdə tutulur.



    1. “PODRATÇI QRUPU” dedikdə PODRATÇI, onun SUB-PODRATÇILARI, onun və onların FİLİALLARI, müvafiq olaraq onun və onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna ŞİRKƏTLƏR QRUPUNUN heç bir üzvü daxil deyildir. Həmçinin, “PODRATÇI QRUP” SUB-PODRATÇILARIN ofşor və ya quyu sahəsindəki İŞLƏRİ yerinə yetirən (hər hansı səviyyədə) subpodratçıları, onların FİLİALLARI, onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) nəzərdə tutulur.




    1. “PODRATÇININ NÜMAYƏNDƏSİ” dedikdə 3-cü Maddədə istinad edilmiş şəxs nəzərdə tutulur.




    1. “ORTAQ” dedikdə ŞİRKƏTİN birgə fəaliyyət müqaviləsi və ya birləşmə müqaviləsi və ya əməliyyatlar (hansılar üçün ki, İŞ görülür) ilə əladədar olan buna bənzər müqavilədə tərəf olduğu və ya vaxtaşırı tərəf ola biləcəyi hər hansı digər müəssisə və bu cür ORTAQDA payı olan varislər və ya bu cür ORTAQDAKI hər hansı bir payın verildiyi şəxslər nəzərdə tutulur.




    1. “ İŞİN SPESİFİKASİYASI” dedikdə bu MÜQAVİLƏYƏ əlavələrdə müəyyən edilmiş işin xüsusiyyətləri nəzərdə tutulur.

.


    1. “ƏSAS İŞÇİLƏR” dedikdə bu MÜQAVİLƏDƏ bu cür adlanan personal nəzərdə tutulur.




    1. “DAİMİ İŞ” dedikdə İŞİN nəticəsində hasil olan ŞİRKƏTİN əmlakı nəzərdə tutulur.




    1. “PROQRAM” dedikdə PODRATÇI tərəfindən İŞİN yerinə yetirilməsi üçün hazırlanan və ŞİRKƏT tərəfindən təfsilatlı iş planı kimi təsdiq edilən və PODRATÇININ 11-ci Maddəyə uyğun olaraq İŞİN yerinə yetirilməsi zamanı istifadə edəcəyi təfsilatlı iş planı nəzərdə tutulur.




    1. “ MÜƏYYƏN EDİLMİŞ TAMAMLAMA TARİXİ” dedikdə PODRATÇIDAN İŞİN BAŞA ÇATDIRILMASININ tələb edildiyi tarix nəzərdə tutulur.




    1. “ ƏSAS TARİXLƏRİN CƏDVƏLİ” dedikdə MÜQAVİLƏDƏ nəzərdə tutulan hadisələrin və bunlarla əlaqədar olan tarixlərin, 14-cü Maddəyə uyğun olaraq bu tarixlərdən hər hansı birinə və ya hamısına edilən düzəlişlər ilə birlikdə tərtib edilmiş cədvəli nəzərdə tutulur.




    1. “ SUBPODRAT MÜQAVİLƏSİ” dedikdə İŞİN hər hansı bir hissəsinin yerinə yetirilməsi üçün PODRATÇI və digər tərəf (ŞİRKƏT və PODRATÇININ işçilərindən başqa) arasında bağlanan müqavilə nəzərdə tutulur.




    1. “SUBPODRATÇI” dedikdə SUBPODRAT MÜQAVİLƏSİNIN tərəfi (PODRATÇIDAN başqa) nəzərdə tutulur.




    1. “TEXNİKİ MƏLUMAT” MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTİN təmin etdiyi və ya təmin etməsinə səbəb olduğu bütün bu kimi məlumatlardır.




    1. “ DƏYİŞİKLİK” aşağıdakı hər iki mənanı verir:




  1. Maddə 14.1-ə müvafiq olaraq PODRATÇIYA verilmiş təlimat; və

  2. MÜQAVİLƏYƏ uyğun olaraq PODRATÇININ səlahiyyəti çərçivəsində ƏSAS TARİXLƏRİN CƏDVƏLİ və/və ya MÜQAVİLƏ DƏYƏRİNƏ edilmiş düzəliş




    1. “İŞ” dedikdə MÜQAVİLƏNİN müddəalarına uyğun olaraq, MÜQAVİLƏYƏ əsasən bütün materialların təmin edilməsi, xidmətlərin göstərilməsi və avadanlıqların təchiz edilməsi də daxil olmaqla, PODRATÇIDAN yerinə yetirilməsi tələb edilən bütün işlər nəzərdə tutulur.




    1. “İŞ SAHƏSİ” dedikdə üstündə, altında, içində və ya vasitəsilə İŞ görülən torpaq, sular və ofşor qurğular, üzən tikinti avadanlığı, gəmilər (təsdiq olunmuş lövbər qaydalarının əhatə etdiyi ərazi də daxil olmaqla), dizayn ofisləri, emalatxanalar və MÜQAVİLƏNİN məqsədləri üçün avadanlıq, materiallar və ya təchizatların alındığı, saxlanıldığı və ya istifadə edildiyi yerlər də daxil olmaqla digər ərazilər nəzərdə tutulur.



  1. TƏFSİR

2.1 Bütün təlimatlar, qeydlər, razılaşmalar, fərmanlar, razılıq sənədləri və bildirişlər yazılı şəkildə olmalıdır. Bütün bu sənədləşmə bütün yazışmalar və digər sənədlər ilə birlikdə Azərbaycan dilində olmalıdır.

Buna baxmayaraq, ŞİRKƏT hər hansı bir səbəbdən birinci mərhələdə PODRATÇIYA şifahi təlimat verməyi zəruri hesab edərsə, PODRATÇI bu cür təlimata riayət etməlidir.Hər hansı bu cür şifahi təlimat vəziyyətə uyğun olaraq mümkün qədər tez olmaqla yazılı şəkildə təsdiqlənməlidir, bu şərtlə ki, əgər, PODRATÇI bu cür şifahi təlimatı yazılı şəkildə təsdiq edir və buna ŞİRKƏT tərəfindən yazılı formada əsassız gecikdirilmə olmadan etiraz edilmirsə, bu ŞİRKƏT tərəfindən yazılı şəkildə verilmiş təlimat hesab olunur.
2.2 Nizamnaməyə, nizamnamə müddəasına və ya nizamnamə sənədlərinə edilən hər hansı bir istinad qüvvədə olduğu müddətdə onlara edilmiş hər hansı dəyişiklik və ya düzəlişi də ehtiva etməlidir.
2.3 Mətnin məzmunu başqa cür tələb etmirsə, təkdə işlədilən sözlər cəmi ehtiva edir və kişi cinsində olan sözlər qadın cinsini və neytral cinsləri, və müvafiq qaydada əksinə ehtiva edir.


  1. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ

3.1 Ümumi





  1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİ Müqavilədə müəyyən edilən şəxslərdir.




  1. 3-cü Maddəyə uyğun olaraq təyin edilən bu cür nümayəndələr və ya nümayəndə heyətləri hazır olmalıdırlar ki, ŞİRKƏT və PODRATÇIYA MÜQAVİLƏ ilə müəyyən edilən öhdəliklərini yerinə yetirmələri üçün imkan versinlər.




  1. ŞİRKƏT NÜMAYƏNDƏSİ və onun tərəfindən səlahiyyət verilmiş hər hansı bir şəxsin ağlabatan vaxtda İŞ SAHƏSİNƏ girişi olmalıdır və PODRATÇI giriş hüququnun əldə edilməsi üçün əlverişli şərait yaratmağa və hər bir köməkliyi göstərməyə çalışmalıdır.




    1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ




  1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏ ilə müəyyən edilən bütün məsələlərdə ŞİRKƏTİN adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə bu barədə PODRATÇIYA yazılı şəkildə məlumat verilir və PODRATÇIYA bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların PODRATÇIDAN alınmasına görə məsuliyyət daşıyır.




  1. PORATÇIYA bildirməklə, ŞİRKƏTİN NÜMAYƏNDƏSİ istənilən zaman öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər. Bu cür bildirişdə hər hansı bu cür təmsilçinin dəqiq səlahiyyəti göstərilir və bildiriş PODRATÇININ NÜMAYƏNDƏSİNƏ göndərilir.




  1. ŞİRKƏT ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİ istənilən vaxt dəyişə bilər və ŞİRKƏT hər hansı dəyişiklik haqqında PODRATÇIYA məlumat verməlidir.




  1. MÜQAVİLƏDƏ açıq şəkildə ifadə olunmadığı halda, ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək və ya PODRATÇINI MÜQAVİLƏ ilə müəyyən edilmiş hər hansı öhdəliklərindən azad etmək səlahiyyəti yoxdur.




    1. PODRATÇININ NÜMAYƏNDƏSİ




  1. PODRATÇININ NÜMAYƏNDƏSİNİN PODRATÇININ MÜQAVİLƏ ilə müəyyən edilən hüquq və öhdəlikləri çərçivəsində hər hansı fəaliyyəti ilə bağlı PODRATÇININ adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə ŞİRKƏTƏ bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların ŞİRKƏTDƏN alınmasına görə məsuliyyət daşıyır.




  1. PORATÇININ NÜMAYƏNDƏSİ öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər və səlahiyyətin bu cür verilməsinin müddəti ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığından asılıdır.




  1. PODRATÇI PODRATÇININ NÜMAYƏNDƏSİ və ya hər hansı təyin edilmiş təmsilçisini səbəbsiz olaraq ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan, dəyişdirə bilməz.




  1. PODRATÇININ NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək səlahiyyəti yoxdur.




  1. PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ




    1. PODRATÇI bütün növ idarəçilik, nəzarət, işçi heyəti, material və avadanlıq ( ŞİRKƏT tərəfindən təmin edilməli olan materiallar və avadanlıqlar istisna olmaqla), zavod, istehlak məhsulları, ləvazimatlar və müvəqqəti və ya daimi xarakterli bütün digər şeyləri, o şəkildə təmin edir ki, bunların təminatının zəruriliyi MÜQAVİLƏDƏ nəzərdə tutulmuşdur və ya MÜQAVİLƏDƏN ağlabatan şəkildə bu nəticəni çıxarmaq olar.




    1. PODRATÇI özünün MÜQAVİLƏYƏ ilə müəyyən olunmuş bütün öhdəliklərini həyata keçirməli və İŞİ lazımi diqqətlə, çalışqanlıqla və MÜQAVİLƏYƏ əsasən yerinə yetirilməli olan iş növündə təcrübəyə malik olan podratçıdan tələb olunan məxsusi bacarıqla icra etməlidir. İŞ MÜQAVİLƏDƏ nəzərdə tutulan məqsədlərə uyğun gəlməlidir, bu cür məqsədlər nəzərdə tutulmadıqda özünün adi məqsədlərinə uyğun gəlməlidir

4.3 MÜQAVİLƏDƏ aydın şəkildə nəzərdə tutulan hallar istisna olmaqla, PODRATÇI DAİMİ İŞİN hər hansı bir hissəsinin planlaşdırılasına görə məsuliyyət daşımır. Lakin, PODRATÇININ məsuliyyət daşıdığı hallarda bütün İŞLƏR Maddə 4.2-yə uyğun olaraq icra edilir.

4.4 Hüquqi və fiziki baxımdan qeyri-mümkün olduğu və ya təhlükəsizliyə xələl gətirdiyi hallar

istisna olmaqla, PODRATÇI İŞ ilə əlaqədar olan bütün məsələlərlə bağlı ŞİRKƏTİN

verdiyi təlimatlara və göstərişlərə ciddi şəkildə riayət etməlidir.

4.5 PODRATÇI tərəfindən təmin edilən, MÜQAVİLƏDƏ təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya ŞİRKƏTİN

razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır və MÜQAVİLƏDƏ bunun

üçün məqsəd müəyyən edilmişdirsə bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd

müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır.
4.6 İŞİN icrasının və başa çatdırılmasının vaxtında həyata keçirilməsi və hər hansı bir maneənin

yaranmamasını təmin etmək üçün, PODRATÇI Maddə 4.1, 4.3 və 4.5-də nəzərdə tutulan

bütün vəzifələri vaxtında təmin etməli və materialların və avadanlığın təmin edilməsinə

görə məsuliyyət daşıyır.




  1. Yüklə 3,11 Mb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə