Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ


ƏLAVƏ A: MÜQAVİLƏNİN TAMAMLANMASINA DAİR ZƏMANƏT



Yüklə 3,11 Mb.
səhifə28/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

ƏLAVƏ A: MÜQAVİLƏNİN TAMAMLANMASINA DAİR ZƏMANƏT



Bu Zəmanətlə ilə ________________________________ Rəhbər kimi (bundan sonra “Podratçı”) və _________________________________________ Zamin kimi (bundan sonra "Zamin"), ______________________Kreditor kimi (bundan sonra " Sifarişçi ") ____________________________ Hədəf Qiymətin dəqiq ödəniləcəyi valyutaların növü və nisbəti ilə məbləğin ödənişinə riayət edirlər, eləcə də, Podratçı və Zamin özləri, icraedicilər, administratorlar, varislər və təyin edilən digər şəxslər birgə və ayrılıqda Hədəf Ödənişin 10%-i təqdim etməyi öhdələrinə götürürlər.

Buna görə də, bu sənədlərə, planlara, spesifikasiyalara və bunlarla bağlı edilmiş düzəlişlərə əsasən Podratçı və Sifarişçi ___________ ilin ____________________ ayının ________________ günündə yazılı şəkildə Müqavilə (burada Müqavilə adlanacaq) bağlamışlar.



Məhz ona görə də, bu Öhdəliyin şərtinə əsasən Podratçı haqqında danışılan Müqaviləni (buraya edilmiş düzəlişlər də daxil olmaqla) dəqiq və təxirəsalınmadan müvafiq şəkildə icra edərsə, o zaman bu öhdəlik etibarsız olacaq; əks təqdirdə, bu tam qanuni qüvvəyə malik olacaq. Nə zamansa Podratçı Müqavilə öhdəliklərini yerinə yetirməzsə və ya öhdəlikləri əsasında fəaliyyət göstərən Sifarişçi tərəfindən bu şəkildə bəyan olunarsa, o zaman Zamin təxirəsalınmadan bu çatışmazlığı aradan qaldıracaq və:

  1. Müqavilənin şərtlərinə və müddəalarına əsasən onu tamamlayacaq; və ya

  2. Müqavilənin şərtlərinə və müddəalarına əsasən onu tamamlamaq məqsədilə Sifarişçiyə göndərmək üçün səriştəli Təklif sahiblərindən Təklif(lər) alacaq; Sifarişçi və Zamin qalib gələn Təklif sahibini müəyyənləşdirdikdən sonra belə bir Təklif sahibi və Podratçı arasında Müqavilə hazırlayacaq, işlər irəlilədikcə (bu paraqrafda işlərin tamamlanmasına dair göstərilən Müqavilə və ya Müqavilələrə əsasən çatışmazlıq və ya ardıcıl çatışmazlıqlar olsa belə) Hədəf Qiymət Balansından az olan tamamlanma xərclərini ödəmək üçün yetərli miqdarda pul vəsaitini təmin edəcək; lakin Zaminin cavabdeh olduğu zərərlər və xərclərin məbləği birinci paraqrafda göstərilən məbləğdən artıq olmamalıdır. Bu paraqrafda işlədilən “Hədəf Qiymət Balansı” Sifarişçi tərəfindən bu Müqaviləyə əsasən Podratçıya ödənilən məbləğdən az olan Sifarişçinin Podratçıya ödəyəcəyi ümumi məbləğdir; yaxud

  3. Bu Zəmanətin məbləğindən artıq olmamaq şərtilə Müqavilənin şərtlərinə və müddəalarına əsasən onu tamamlamaq üçün Sifarişçi tərəfindən tələb olunan məbləği ona ödəmək.

Zamin bu Zəmanətdə göstərilən məbləğdən artıq ödəniş etməyə cavabdeh olmamalıdır.

Bu zəmanətə əsasən istənilən bir iddia, Tamamlanma Şəhadətnaməsinin verilməsi tarixindən bir il keçməmiş irəli sürülməlidir.

Burada icraedicilər, administratorlar, varislər və ya Sifarişçinin təyin etdiyi şəxslər kimi adlandırılan Sifarişçi istisna olmaqla digər heç bir şəxsə və ya korporasiyaya istifadə etməsi üçün iddia hüququ verilməyəcək.

Yuxarıda qeyd olunanların təsdiqi olaraq Podratçı, _______ ______________ _______ il tarixində öz imzasını daxil edir və möhürünü vurur, Zamin isə öz hüquqi nümayəndəsinin imzası ilə təsdiq edilməklə bunları korporativ möhürü ilə möhürləyir.

İmza :

__________________________________________________________________________



Ad:

Vəzifə:


Tarix:

İmza :


__________________________________________________________________________

Ad:


Vəzifə:

Tarix:



ƏLAVƏ B: AVANS ÖDƏNİŞ RAZILAŞMASI


[Bankın adı, və imzalayan filial və ya ofisin ünvanı]

Benefisiar: [ Sifarişçinin Adı və Ünvanı]

Tarix:


Avans Ödəniş Razılaşması No:

Bizə bildirilmişdir ki, (Podratçının Adı) (bundan sonra “Podratçı” adlanacaq) sizinlə (Müqavilənin Adı və İşlərin qısa təsviri)icrası üçün ___ tarixli Müqaviləyə (müqavilənin qeydiyyat nömrəsi) girmişdir (bundan sonra “Müqavilə” adlanacaq). Bundan əlavə, biz anlayırıq ki, Müqavilənin şərtlərinə uyğun olaraq, avans ödəniş razılaşmasına qarşılıq olaraq (Məbləğ rəqəmlərlə) (Məbləğ sözlərlə) avans ödənişi edilməlidir.

Podratçının sorğusu ilə, biz (Bankın Adı) bununla sizə qəbzlə birlikdə Podratçının Müqavilənin şərtləri altında öz öhdəliklərini pozduğunu göstərən yazılı bildirişlə birlikdə sizin ilk yazılı tələbinizdə hər hansı məbləği və ya (Məbləğ rəqəmlərlə) (Məbləğ sözlərlə) –dan çox olmayan məbləği ödəməyi üzərimizə götürürük. Belə ki, Podratçı avans ödənişini İşlə bağlı mobilizasiya xərclərindən qeyri məqsədlərə istifadə etmişdir.

Bu, hazırkı razılaşmanın şərtləri altında hər hansı iddia və ödəniş üçün yuxarıda qeyd edilmiş avans ödənişi Podratçı tərəfindən (Bankın adı və ünvanı) ünvanında onun hesabında qəbul olunmalı olduğunu göstərən bir vəziyyətdir. Bu razılaşmanın maksimum miqdarı bizə təqdim olunmalı olan müvəqqəti bildirişin və ödəniş şəhadətnamələrinin nüsxələrində göstərildiyi kimi Podratçı tərəfindən geri ödənilmiş avans ödənişi tərəfindən azaldılmalıdır. Bu razılaşma, ən gec olaraq, Hədəf Qiymətin səksən (80) faizinin ödəniş üçün təqdim olunduğunu göstərən müvəqqəti ödəniş şəhadətnaməmizin surətinin qəbzi üzrə və ya (tamamlanma) günündə qüvvədən düşəcək, hansı tez olarsa. Nəticə etibarı ilə, bu razılaşmaya əsasən hər hansı ödəniş tələbi bizim tərəfimizdən bu ofisdə həmin tarix günü yaxud ondan əvvəl qəbul olunmalıdır.


1. Zəmanətçi avans ödənişin miqdarını göstərən, həmçinin ya Müqavilədə göstərilən avans ödəmənin valyutasında, yaxud Sifarişçinin qəbul edəcəyi sərbəst dəyişdirilə bilən valyutada adlandırılmış məbləği daxil etməlidir.

2. Tamamlanma Zamanının nəzərdə tutulan son tarixini daxil edin. İşəgötürən qeyd etməlidir ki, Müqavilənin tamamlanması zamanını uzadıldığı təqdirdə İşəgötürən Zəmanətçiyə bu zəmanətin tarixinin uzadılması barədə sorğu göndərə bilər. Bu sorğu yazılı şəkildə olmalı və razılaşmada göstərilən son tarixdən əvvəl hazırlanmalıdır

İmza:


__________________________________________________________________________

Ad:


Vəzifə:

Tarix:


İmza :

__________________________________________________________________________

Ad:

Vəzifə:


Tarix:



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə