5
FƏSİL I. Dünyada neft-qaz maşınqayırması
1.1 Regionlar üzrə neft-qaz maşınqayırması sənayesi
Şimali Amerika regionunun neft-qaz maşınqayırması sənayesi
Şimali Amerika neft-qaz maşınqayırması sənayesinin əsasını Amerika Birləşmiş
Ştatları (ABŞ), Kanada və Meksika neft-qaz maşınqayırması sənayeləri təşkil edir.
Xüsusilə Şimali Amerika regionun əsas aparıcı ölkəsi ABŞ-dır. "Şimali Amerika neft-
qaz maşınqayırmasının icarə bazarı: qazma avadanlıqları, tətbiq, ölkələr: 2019-a təhlil
və proqnoz" hesabatında qeyd olunur ki, neft-qaz maşınqayırması bazarının əsasının
mədən avadanlıqları üzrə seqmentləşəcəyi və 2014-2019-cu illər üzrə Şimali Amerika
neft-qaz maşınqayırması bazarının illik artım tempinin 3,8%-lə inkişafını
proqnozlaşdırılır. Regionun icarə bazarının 2019-cu 11,4 milyard dollar olacağı
proqnozlaşdırılır və bu da 2014-2019-cu illər arası illik artım tempinin 3,1%
səviyyəsində qiymətləndirilir.
ABŞ neft-qaz maşınqayırması bazarı Şimali Amerika bazarının böyük hissəsini,
77,4% təşkil etdiyi və növbəti 5 il üzrə illik artım tempinin 3,1% olacağı nəzərdə
tutulur. Bu artım ABŞ və Kanada ərazilərində şist qazının kəşfiyyatı və hasilatı ilə
bağlıdır.
Şimali Amerika neft-qaz maşınqayırması bazarın əsas iştirakçılar “FMC
Technologies (ABŞ)”, “Oil States International” (ABŞ), “Parker Drilling (Quail Tools)”
(ABŞ) və “Schlumberger Ltd.” (ABŞ) şirkətləri tutacaqdır. Neft avadanlıqlarının icarə
bazarında isə “Schlumberger” (ABŞ), “Superior Energy Services” (ABŞ) və
“Weatherford” (İrlandiya) şirkətləri xüsusilə fərqlənir.
Afrika regionunun neft-qaz maşınqayırması sənayesi
Neft-qaz maşınqayırması avadanlıqları neft və qaz hasil edən qazma operatorları
tərəfindən tələb olunur. Regionda enerjiyə tələbatın artması neft-mədən avadanlıqları
bazarında əsas hərəkətverici qüvvə olub, əsas fəaliyyət kimi dənizdə işlərin artması ilə
xarakterizə olunur. Ayrıca regionda aparılan dərin və ultra-dərin dəniz qazma işlərinin
6
genişləndirilməsi neft-qaz avadanlıqlarının icarə bazarında artımla müşahidə olunur. Bu
sahədə Nigeriya, Anqola, Misir, Əlcəzair əsas perspektiv ölkələr kimi səciyyələnir.
Neft-mədən avadanlıqlarının icarəsi bazarı avadanlıq baxımından qazma
avadanlıqları, təzyiqə və hərəkətə nəzarət avadanlıqları və digər avadanlıqlar üzrə
seqmentləşmişdir.
Afrika neft-qaz maşınqayırması avadanlıqlarının icarəsi bazarı 2014-cü ildə 2,9
milyard dollar təşkil etmişdir və hesablamalara görə 2019-cu ildə bu göstərici 3,6
milyard dollar olaraq proqnozlaşdırılır ki, bu da 2014-2019-cu illər arası bazarın illik
artım tempinin 4 % olacağı nəzərdə tutulur. Xüsusilə, Nigeriya və Əlcəzairdə kəşfiyyat
və araşdırma fəaliyyətinin genişləndirilməsi bazarın böyümə sürətinə güclü təsir
edəcəkdir. Beləliklə, neft-qaz maşınqayırması icarə bazarının həcmi region üzrə sürətlə
artırır. Anqola Afrika neft maşınqayırmasının icarə bazarında dominant mövqeyə
malikdir. Ölkə tərəfindən neft və qaz sektorunda böyük həcimdə kapital xərci
çəkilmişdir. 2013-cü ildə Anqolanın bazar payı 40,8% təşkil etmiş, 2014-cü ildə isə
41,1% olmuşdur. 2019-cü ilə kimi bazar payının 1,5 milyard dolları Anqolaya
düşəcəkdir. Bu da 2014-2019-cu illər arası 4,9% olacağı proqnozlaşdırılır.
Regionda neft-qaz maşınqayırmasının əsas icarə fəaliyyətini həyata keçirən
şirkətlərinə “Oil States International, Inc.” (ABŞ), “Schlumberger Limited” (ABŞ),
“Superior Energy Services, Inc.” (ABŞ) və “Weatherford International” (İrlandiya)
daxildir.
Orta Şərq regionunun neft-qaz maşınqayırması sənayesi
Orta Şərq neft-qaz maşınqayırması avadanlıqları bazarı 2014-cü ildə 73,4 milyard
dollar təşkil edirdi və bazarın 2014-2019-cu illər arası illik artım tempi 4,2% olmaqla,
2019-cu ildə bazarın həcmi 90,1 milyard dollara çatacağı proqnozlaşdırılır.
Region bazarında qazma avadanlıqları xüsusi fərqlənir. Belə ki, bazar payında
qazma avadanlıqları 86,3% yer tutur. Bu bilavasitə böyük həcmdə yeni tapılan
ehtiyatlarda aparılan qazma işləri ilə bağlıdır.
Region bazarında fərqlənən ölkə Səudiyyə Ərəbistanıdır. Ölkənin bazar payı
2014-cü ildə 24% olmuşdur. Proqnozlara əsasən Səudiyyə Ərəbistanı 2014-2019-cu
7
illər arası 4,5% illik artım tempinə malik olmaqla, 2019-cu ilə 22 milyard dollar bazar
payına çatmağı planlaşdırır.
Orta Şərq neft-qaz maşınqayırması bazarında fəaliyyət göstərən əsas şirkətləri
sırasına “Schlumberger Ltd.” (ABŞ), “Weatherford International Plc” (İrlandiya),
“Baker Hughes Inc.” (ABŞ), “Halliburton Co.” (ABŞ) və “Superior Energy Services”
(ABŞ). daxildir.
Afrika və Orta Şərq ölkələri üçün dənizdə və quruda qazma işlərini həyata
keçirən ölkələrə aşağıdakı cədvəldə nəzər salaq:
Quruda
Dənizdə
Əlcəzair
Misir
Misir
İran
İran
İraq
Liviya
Liviya
Küveyt
Küveyt
Oman
Qatar
Qatar
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı
Suriya
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri
Yəmən
Cənubi Amerika sənayesinin neft-qaz maşınqayırması sənayesi
Cənubi Amerika neft-qaz maşınqayırması bazarı 2014-2019-cu illər arası illik
artım tempinin 5,8% artması ilə müşahidə olunacağı proqnozlaşdırılır. 2014-cü ildə
Cənubi Amerika neft-qaz maşınqayırması bazarında 6,8%-lə təzyiqli nasos
avadanlıqları xüsusi pay sahibi olmuşdur. Təzyiqli nasos avadanlıqları əsasən aşağı
keçiriciliyə malik olan ehtiyatların hasilində istifadə olunur. Belə ehtiyatlara misal kimi
şist qazını, sıx qazı və qeyri-ənənəvi mayeləri göstərmək olar ki, bunlarda qaydalı
şəkildə qazma işlərinin aparılması çox çətindir. Bu sahədə ixtisaslaşmış neft
maşınqayırması şirkətlərinə nümunə olaraq Halliburton və Shell-i göstərə bilərik.