Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ


FƏSİL I. Dünyada neft-qaz maşınqayırması   1.1 Regionlar üzrə neft-qaz maşınqayırması sənayesi



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
1   2   3   4   5   6   7



FƏSİL I. Dünyada neft-qaz maşınqayırması

 

1.1 Regionlar üzrə neft-qaz maşınqayırması sənayesi 



Şimali Amerika regionunun neft-qaz maşınqayırması sənayesi 

Şimali Amerika neft-qaz maşınqayırması sənayesinin əsasını Amerika Birləşmiş 

Ştatları  (ABŞ),  Kanada  və  Meksika  neft-qaz  maşınqayırması  sənayeləri  təşkil  edir. 

Xüsusilə  Şimali  Amerika  regionun  əsas  aparıcı  ölkəsi  ABŞ-dır.  "Şimali  Amerika  neft-

qaz  maşınqayırmasının  icarə  bazarı:  qazma  avadanlıqları,  tətbiq,  ölkələr:  2019-a  təhlil 

və  proqnoz"  hesabatında  qeyd  olunur  ki,  neft-qaz  maşınqayırması  bazarının  əsasının 

mədən  avadanlıqları  üzrə  seqmentləşəcəyi  və  2014-2019-cu  illər  üzrə  Şimali  Amerika 

neft-qaz  maşınqayırması  bazarının  illik  artım  tempinin  3,8%-lə  inkişafını 

proqnozlaşdırılır.  Regionun  icarə  bazarının  2019-cu  11,4  milyard  dollar  olacağı 

proqnozlaşdırılır  və  bu  da  2014-2019-cu  illər  arası  illik  artım  tempinin  3,1% 

səviyyəsində qiymətləndirilir. 

ABŞ neft-qaz maşınqayırması bazarı Şimali Amerika bazarının böyük hissəsini, 

77,4%  təşkil  etdiyi  və  növbəti  5  il  üzrə  illik  artım  tempinin  3,1%  olacağı  nəzərdə 

tutulur.  Bu  artım  ABŞ  və  Kanada  ərazilərində  şist  qazının  kəşfiyyatı  və  hasilatı  ilə 

bağlıdır. 

Şimali  Amerika  neft-qaz  maşınqayırması  bazarın  əsas  iştirakçılar  “FMC 

Technologies (ABŞ)”, “Oil States International” (ABŞ), “Parker Drilling (Quail Tools)” 

(ABŞ) və “Schlumberger Ltd.” (ABŞ) şirkətləri tutacaqdır. Neft avadanlıqlarının icarə 

bazarında  isə  “Schlumberger”  (ABŞ),  “Superior  Energy  Services”  (ABŞ)  və 

“Weatherford” (İrlandiya) şirkətləri xüsusilə fərqlənir. 

 

Afrika regionunun neft-qaz maşınqayırması sənayesi 

Neft-qaz maşınqayırması avadanlıqları neft və qaz hasil edən qazma operatorları 

tərəfindən  tələb  olunur.  Regionda  enerjiyə  tələbatın  artması  neft-mədən  avadanlıqları 

bazarında əsas hərəkətverici qüvvə olub, əsas fəaliyyət kimi dənizdə işlərin artması ilə 

xarakterizə olunur. Ayrıca  regionda  aparılan dərin və ultra-dərin  dəniz qazma  işlərinin 



genişləndirilməsi neft-qaz avadanlıqlarının icarə bazarında artımla müşahidə olunur. Bu 

sahədə Nigeriya, Anqola, Misir, Əlcəzair əsas perspektiv ölkələr kimi səciyyələnir. 

Neft-mədən  avadanlıqlarının  icarəsi  bazarı  avadanlıq  baxımından  qazma 

avadanlıqları,  təzyiqə  və  hərəkətə  nəzarət  avadanlıqları  və  digər  avadanlıqlar  üzrə 

seqmentləşmişdir. 

Afrika  neft-qaz  maşınqayırması  avadanlıqlarının  icarəsi  bazarı  2014-cü  ildə  2,9 

milyard  dollar  təşkil  etmişdir  və  hesablamalara  görə  2019-cu  ildə  bu  göstərici  3,6 

milyard  dollar  olaraq  proqnozlaşdırılır  ki,  bu  da  2014-2019-cu  illər  arası  bazarın  illik 

artım tempinin 4 % olacağı nəzərdə tutulur. Xüsusilə, Nigeriya və Əlcəzairdə kəşfiyyat 

və  araşdırma  fəaliyyətinin  genişləndirilməsi  bazarın  böyümə  sürətinə  güclü  təsir 

edəcəkdir. Beləliklə, neft-qaz maşınqayırması icarə bazarının həcmi region üzrə sürətlə 

artırır.  Anqola  Afrika  neft  maşınqayırmasının  icarə  bazarında  dominant  mövqeyə 

malikdir.  Ölkə  tərəfindən  neft  və  qaz  sektorunda  böyük  həcimdə  kapital  xərci 

çəkilmişdir.  2013-cü  ildə  Anqolanın  bazar  payı  40,8%  təşkil  etmiş,  2014-cü  ildə  isə 

41,1%  olmuşdur.  2019-cü  ilə  kimi  bazar  payının  1,5  milyard  dolları  Anqolaya 

düşəcəkdir. Bu da 2014-2019-cu illər arası 4,9% olacağı proqnozlaşdırılır. 

Regionda  neft-qaz  maşınqayırmasının  əsas  icarə  fəaliyyətini  həyata  keçirən 

şirkətlərinə  “Oil  States  International,  Inc.”  (ABŞ),  “Schlumberger  Limited”  (ABŞ), 

“Superior  Energy  Services,  Inc.”  (ABŞ)  və  “Weatherford  International”  (İrlandiya) 

daxildir. 

 

Orta Şərq regionunun neft-qaz maşınqayırması sənayesi 

Orta Şərq neft-qaz maşınqayırması avadanlıqları bazarı 2014-cü ildə 73,4 milyard 

dollar təşkil edirdi və bazarın 2014-2019-cu illər arası illik artım tempi 4,2% olmaqla, 

2019-cu ildə bazarın həcmi 90,1 milyard dollara çatacağı proqnozlaşdırılır. 

Region  bazarında  qazma  avadanlıqları  xüsusi  fərqlənir.  Belə  ki,  bazar  payında 

qazma  avadanlıqları  86,3%  yer  tutur.  Bu  bilavasitə  böyük  həcmdə  yeni  tapılan 

ehtiyatlarda aparılan qazma işləri ilə bağlıdır. 

Region  bazarında  fərqlənən  ölkə  Səudiyyə  Ərəbistanıdır.  Ölkənin  bazar  payı 

2014-cü  ildə  24%  olmuşdur.  Proqnozlara  əsasən  Səudiyyə  Ərəbistanı  2014-2019-cu 




illər arası 4,5% illik artım tempinə malik olmaqla, 2019-cu ilə 22 milyard dollar bazar 

payına çatmağı planlaşdırır. 

Orta  Şərq  neft-qaz  maşınqayırması  bazarında  fəaliyyət  göstərən  əsas  şirkətləri 

sırasına  “Schlumberger  Ltd.”  (ABŞ),  “Weatherford  International  Plc”  (İrlandiya), 

“Baker Hughes Inc.” (ABŞ),  “Halliburton Co.” (ABŞ)  və  “Superior Energy Services” 

(ABŞ). daxildir. 

Afrika  və  Orta  Şərq  ölkələri  üçün  dənizdə  və  quruda  qazma  işlərini  həyata 

keçirən ölkələrə aşağıdakı cədvəldə nəzər salaq: 

Quruda 

Dənizdə 

Əlcəzair 

  

Misir 


Misir 

İran 


İran 

İraq 


  

Liviya 


Liviya 

Küveyt 


Küveyt 

Oman 


  

Qatar 


Qatar 

Səudiyyə Ərəbistanı 

Səudiyyə Ərəbistanı 

Suriya 


  

Birləşmiş Ərəb Əmirlikləri 

Birləşmiş Ərəb Əmirlikləri 

Yəmən 


  

 

Cənubi Amerika sənayesinin neft-qaz maşınqayırması sənayesi 

Cənubi  Amerika  neft-qaz  maşınqayırması  bazarı  2014-2019-cu  illər  arası  illik 

artım  tempinin  5,8%  artması  ilə  müşahidə  olunacağı  proqnozlaşdırılır.  2014-cü  ildə 

Cənubi  Amerika  neft-qaz  maşınqayırması  bazarında  6,8%-lə  təzyiqli  nasos 

avadanlıqları  xüsusi  pay  sahibi  olmuşdur.  Təzyiqli  nasos  avadanlıqları  əsasən  aşağı 

keçiriciliyə malik olan ehtiyatların hasilində istifadə olunur. Belə ehtiyatlara misal kimi 

şist  qazını,  sıx  qazı  və  qeyri-ənənəvi  mayeləri  göstərmək  olar  ki,  bunlarda  qaydalı 

şəkildə  qazma  işlərinin  aparılması  çox  çətindir.  Bu  sahədə  ixtisaslaşmış  neft 

maşınqayırması şirkətlərinə nümunə olaraq Halliburton və Shell-i göstərə bilərik. 




Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə