Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ


“Kirov adına”Maşınqayırma zavodu



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
1   2   3   4   5   6   7

18 

“Kirov adına”Maşınqayırma zavodu: Zavodun istehsal etdiyi avadanlıqlara nasoslar, 

neft istilik sobaları, neft emalı qurğuları, quyuların ağzını bərkitmək üçün avadanlıq və 

s. daxildir. 

“Atıray”  Neft  maşınqayırması  zavodu:  Zavodun  istehsal  etdiyi  əsas  avadanlıqlara 

əsas qazma avadanlıqlar, dövriyyə sistemləri və kompleksləri, qazma platformaları, güc 

artırıcılar və s. avadanlıqlar daxildir. 

“Munaymaş” Neft maşınqayırma zavodu: Zavodun istehsal etdiyi əsas avadanlıqlara 

quyu  neft  nasosları,  dərinlik  dirək  nasoslar,  nasos-kompressor  borular  və  avadanlıqlar 

aiddir.  Hal-hazırda  müəssisə  100%  istehsal  gücü  ilə  fəaliyyət  göstərir.  155  nəfərin 

işlədiyi bu zavod ildə 7500 quyu neft nasosları istehsal edir. 2012-ci ildə hasilatın həcmi 

16 milyon dollar olmuşdur. 2014-cü ilin əvvəlindən zavod 19 milyon dollar həcmində 

məhsul  istehsal  etmişdir ki, bunun da  270  min  dollar  həcmində  hissəsi  Rusiyaya  ixrac 

edilib.  2014-cü  ildə  “Məhsuldarlıq-2020”  proqramı  çərçivəsində  8,2  milyon  dollar 

dəyərində  Yaponiya,  ABŞ  və  Braziliyadan  yeni  avadanlıqlar  alınmışdır.  2015-ci  ildə 

hasilatın  21  milyon  dollara  çatdırılması  nəzərdə  tutulur  və  2020-ci  ilə  qədər  hər  il 

hasilatın 10% artırılması qarşıya qoyulan məsələlərdəndir. 

 

 



19 

FƏSİL III. Azərbaycanda neft-qaz maşınqayırması

 

3.1 Azərbaycan neft-qaz maşınqayırma sənayesi 

XIX  əsrin  ortalarında  Abşeron  yarımadasında  tapılan  zəngin  neft  yataqları  Bakı 

və  onun  ətrafındakı  ərazilərdə  neft  sənayesinin  yaranmasının  əsasını  qoymuşdur.  İlkin 

vaxtlarda  neft  quyularında  tətbiq  olunan  avadanlıqlar  xaricdən  gətirilirdi,  lakin  artan 

neft  istehsalı  ilə  əlaqədar  olaraq  avadanlıqların  xaricdən  idxalı  artıq  səmərəli  hesab 

olunmurdu.  XX  əsrin  əvvəllərində  Bakıda  yalnız  nasoslar,  baltalar  və  digər  neft 

avadanlıqlarının təmirinin həyata keçirən emalatxanalar fəaliyyət göstərirdi. 

Neft  sənayesinin  bütün  ölkədə  baş  verən  sənayeləşmə  prosesinin  təsiri  altında 

yerli  neft  maşınqayırması  müəssisələrinin  yaradılmasına  gətirib  çıxartmışdır.  Bu 

müəssisələrin  müəyyən  qismi  yerli  təmir  emalatxanalarının  bazasında  yaradılsa  da, 

əksəriyyəti yenidən yaradıldı. 

Sovetlər  İttifaqı  üçün  istehsal  olunan  neftin  əksər  hissəsi  Bakıda  hasil 

olunduğundan,  burada  neft  maşınqayırması  daha  da  inkişaf  etdirilmiş  və  İttifaq  üçün 

aparıcı  sahəyə  çevrilmişdir.  Bu  istiqamətdə  atılan  addımlardan  biri  kimi  1925-ci  ildə 

Bakıda yaradılan Dzerjinski adına dərinlik nasosları zavodudur. Zavod SSRİ tarixində 

əsas istehsal müəssisələrindən biri olmuş və 90-cı illərin əvvəllərinə qədər öz mövqeyini 

qoruyub saxlamışdır. 

XX əsrin 40-cı illərin əvvəlində Azərbaycan maşınqayırma sənayesi yalnız neft-

mədən avadanlıqları sahəsini əhatə etsə də, Böyük Vətən müharibəsindən sonra ölkədə 

yeni sahələri əhatə edən texniki avadanlıqların hazırlanması üçün zavodlar yaradılmağa 

başladı.  Maşınqayırma  sənayesinin  sürətlə  inkişafı  təkcə  Bakını  yox,  əhalinin  sıx 

cəmləşdiyi  şəhərləri  əhatə  etməyə  başladı.  1946-cı  ildə  tikilmiş  Bakı  elektrik 

mühərrikləri,  50-ci  illərdə  Sumqayıt  boruyayma,  Mingəçevir  yol  maşınları,  Xankəndi 

elektrotexniki  qurğuları,  Naxçıvan  elektrotexniki  qurğuları,  Ağdam  dəzgahqayırma, 

Gəncə dəzgahqayırma və avtomobil zavodlarını göstərmək olar. 

XX  əsrin  60-cı  illərində  İttifaq  üzrə  neft-mədən  avadanlığı  və  alətlərini  istehsal 

edən 31 zavoddan 17-si Bakıda yerləşirdi. Bu zavodlarda istehsal olunan avadanlıqların 

istehsal texnoloji təminatı Bakıda yerləşmiş institutlarda təhsil almış  yerli  mühəndislər 



20 

tərəfindən yerinə yetirilirdi. Azərbaycan istehsal olunan neft-mədən avadanlıqları SSRİ-

dən başqa, dünyanın 37-i ölkəsinə ixrac olunurdu. 

Neft  maşınqayırmasının  sonrakı  inkişafı,  70-ci  illərdə  zavodların  yenidən 

qurulması,  müasir  dəzgahlarla  təmin  olunması  və  genişləndirilməsi  ilə  səciyyələnirdi. 

Bu  ərəfədə  Bakı  kondisioner,  Azərbaycan  elektrik-istilik  qurğuları,  o  cümlədən  Bakı 

dəzgahqayırma zavodları tikilib istismara verildi. 

1980-cı  illərdə  istehsal  olunan  maşınqayırma  avadanlıqlarının  70  %-i  İttifaq 

tələbatının  ödənilməsinə  yönəldilmişdir.  Məhsullar  bir  çox  hallarda  2-3  min  km 

uzaqlıqda  yerləşmiş  istehlakçılara  daşımaq  tələb  olunurdu  ki,  bu  da  İttifaq  daxilində 

inteqrasiya  siyasətinin  tərkib  hissəsi  olmaqla  Azərbaycan  istehsalçılarının  sərbəst 

fəaliyyət imkanlarını məhdudlaşdırırdı. 

Keçən əsrin 90-cı illərindən başlayaraq, Sovetlər İttifaqının dağılması ilə əlaqədar 

olaraq  Azərbaycan  maşınqayırma  istehsalçıları  ilə  istehlakçılar  arasında  əlaqələri 

tədricən  zəifləmiş  və  əsrin  sonuna  yaxın  kəskin  azalmışdır.  Azərbaycan  sənayesinin 

əsasını  təşkil  edən  neft  maşınqayırması  sahəsi  artıq  öz  rolunu  enerji  kompleksinə 

vermişdir. XX əsrin sonunda baş verən neft bumu yerli maşınqayırma sənayesindən yan 

keçmişdir. Azərbaycanda neft hasilatı ilə məşğul olan xarici şirkətlərin tətbiq etdikləri 

neft avadanlıqlarının xaricdən gətirilməsi yerli sənayeyə mənfi təsir göstərmişdir. 1990-

1997-ci  illərdə  böhran  vəziyyətində  olan  Azərbaycan  sənayesində  maşınqayırma 

sənayesi məhsullarının payı aşağıdakı cədvəldə öz əksinin tapmışdır. 

 

Məhsulun növü 



1990 

1992 

1993  1994  1995  1996  1997 

Maşınqayırma kompleksi 

 

 



 

 

 



 

 

Mancanaq dəzgahları, min ədəd 



5,2 

2,9 


1,9 

0,3 


0,06 

0,07 


0,07 

dərinlik nasosları, min ədəd 

57 

55,1 


52,7 

29,2 


23,8 

15 


15,7 

dərinlik quyu ştanqları, min ədəd 

527 

393 


161 

35 


0,5 

17,7 



fontan armaturları, min ədəd 

6,5 


4,6 

6,8 


1,6 

0,7 


0,5 

0,6 


elevatorlar, min ədəd 

2,1 


1,2 

1,3 


0,4 

0,2 


0,2 

0,6 


atmaya qarşı qurğu, dəst 

365 


241 

113 


42 

15 





Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə