Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ


Neft  avadanlıqları  icarə  bazarında



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
1   2   3   4   5   6   7

12 

Neft  avadanlıqları  icarə  bazarında:  Qiymətləndirmələrə  görə  neft-qaz 

avadanlıqlarının  icarə  bazarı  2014-cü  ildə  27  milyard  dollar  və  2019-cu  ildə  isə  54 

milyard dollar təşkil edəcəyi gözlənilir. Bu dövr  ərzində illik artım tempi 14,9% təşkil 

edəcəkdir.  Neft-qaz  avadanlıqlarının  əksəriyyəti  bahalı  olduğundan  şirkətlər  həmin 

avadanlıqların  alınması  əvəzinə  icarəsini  məqsədəuyğun  hesab  edirlər.  İcarə  zamanı 

kapital  qoyuluşuna  şirkət  tərəfindən  əhəmiyyətli  dərəcədə  qənaət  edilir  və    inventar 

xərclərinin  ixtisarına  kömək  edir.  Həmçinin  bu  boşdayanmaları  minimum  endirir  və 

kapitalın daha gəlirli bölgüsünün aparılmasına şərait yaradır. Qlobal neft avadanlıqların 

icarə bazarı neft və qaz qiymətlərinin artması, hasilat və kəşfiyyat işlərinin genişlənməsi 

və  enerjiyə  olan  tələbat  eksponatların  yüksək  artımını  proqnozlaşdırır.  Neft-qaz 

avadanlıqları bazarı 2013-cü ildə dünya miqyasında gəliri 23,3 milyard dollar olmuşdur.  

 

Şimali  Amerika  Asiya/Sakit  okean  və  Avropa-Avrasiya  neft-qaz  avadanlıqları 



bazarından  sonra  3-cü  yeri  tutur.  Ayrı-ayrı  ölkələr  nöqteyi-nəzərindən,  qeyri-ənənəvi 

bazar  olan  şist  sahəsində  qazma  işlərinə  yüksək  diqqət  ayıran  ABŞ  bu  sahədə  böyük 

üstünlüyə malikdir. Afrika bazarı üçün kəşfiyyat və hasilat işlərin genişlənməsi növbəti 

5 il üçün  ən  yüksək  illik  artım  tempinin olmasını  proqnozlaşdırılır. Asiya/Sakit  Okean 

bazarının  inkişafı  Avstraliya,  Çin,  Rusiya  və  Hindistanda  həyata  keçirilən  qazma 

işlərinin fəallığın artırılması hesabına baş verir. Latın Amerika bazarında sahə üzrə əsas 

yeri  Braziliya  tutur  ki,  bu  da  neft  və  qaz  sənayesinin  çiçəklənməsi  və  hasilat  və 

kəşfiyyat  işlərinin  genişlənməsi  nəticəsində  qazma  işlərinin  artırılması  hesabına 

mümkün olacaqdır. 

 

Neft-qaz  avadanlıqları  bazarında  əsas  məhsul  payını  qazma  avadanlıqları  təşkil 



edir. Neft-qaz avadanlıqları bazarında hərəkətverici amillərə neftin qiymətinin qalxması, 

neft avadanlıqları operatorlarına yaxınlıq, neft-qaz avadanlıqlarının icarəyə verilməsinin 

genişlənməsi  və  texnologiyanın  inkişafını  göstərmək  olar.  Bütün  bu  amillər  neft-qaz 

avadanlıqlarının  icarəsi  bazarının  böyüməsinə  təkan  verir.  Enerji  tələbatı  yüksək 

olmasına baxmayaraq, neft-qaz avadanlıqları bazarı daim böyüyür. 

 

Neft-qaz  avadanlıqlarının  icarə  bazarında  ən  çox  qazma  avadanlıqları  icarəyə 



götürülür.  Üfüqi  qazma  və  ultra  dərinlik  qazma  avadanlıqları  sayəsində  şist  qazlarının 

hasilatı  mümkün  olmuşdur.  Neft-qaz  avadanlıqlarının  icarəsi  bazarı  dağınıq  inkişaf 




13 

etmişdir  və  təkmilləşdirilməsi  üçün  imkanlar  mövcuddur.  Bu  imkanlar  sahənin  böyük 

oyunçuları  tərəfindən  birləşmə  və  satınalmalar  fəaliyyətinin  bir  neçə  növü  əsasında 

həyata  keçirilir.  Bu  bazarlar  üçün  çox  az  sayda  sənaye  liderləri  optimal  artım 

strategiyaları üzərində fəaliyyətlərini qururlar. Eyni zamanda, bu sahədə kiçik və yerli 

şirkətlər fəaliyyət göstərir. 

 

Neft-qaz avadanlıqlarının icarəsi bazarında 5 ən böyük şirkət sırasına Halliburton 



Co.  (ABŞ),  Oil  States  International  Inc.  (ABŞ),  Schlumberger  Ltd  (ABŞ),  Superior 

Energy  Services  Inc.  (ABŞ)  və  Weatherford  International  Ltd.  (İsveçrə)  daxildir. 

Bazarın təxminən üçdə biri 20 aparıcı müəssisə tərəfindən tutulmuşdur. 

Əsas  icarəyə  verilən  avadanlıqlar:  Dünya  neft-qaz  avadanlıqlarının  icarəsi 

bazarında  avadanlıqlar  qazma  avadanlıqları  (qazma  borular,  ağırlaşdırılmış  qazma 

borular),  təzyiq  və  axının  idarəedilməsi  avadanlıqları  (klapanlar  və  manifoldlar)  və 

başqa avadanlıqların üzrə seqmentləşmişdir. 

Ümumi  neft-qaz  avadanlıqlarının  istehlakında  qazma  avadanlıqları  2012-ci  ildə 

70% təşkil etmişdir.  Şimali Amerika neft-qaz avadanlıqlarının əsas istehlakçısı olmaqla 

2012-ci  ildə  qlobal  tələbin  40%-i  əhatə  etmişdir.  ABŞ  neft-qaz  avadanlıqları  bazarı 

2012-ci ildə 29 milyard dollar olub, 2018-ci ilə kimi 36,7 milyard dollar təşkil edəcəyi 

və 2012-2018-ci illər arası illik artım tempi 3,9% olacağı proqnozlaşdırılır. Asiya/Sakit 

okean  neft-qaz  avadanlıqları  bazarı  sürətlə  artımı  2012-2018-ci  illər  arası  4,3%  illik 

artım tempi ilə müşahidə olunacaqdır. Yüksək artım tempi bilavasitə Çində kəşfiyyat və 

hasilat  işlərinin  genişlənməsi,  Hindistandan  lisenziyalaşdırma  ticarətinin  həyata 

keçirilməsi  və  İndoneziyada  aparılan  yeni  siyasətin  tətbiqi  ilə  bağlı  olub,  bazarın  əsas 

hərəkətverici amillərinə çevrilmişdir. 



Əsas bazar coğrafiyası: Orta Şərq, ABŞ, Avropa, Asiya/Sakit okean, Afrika və 

digərləri. 

 

 

 



 

 



14 

FƏSİL II. Xəzər hövzəsi və Ön Asiya ölkələrində neft-qaz maşınqayırması  

2.1 Rusiyanın neft-qaz maşınqayırması sənayesi 

Neft-qaz  maşınqayırmasının  Rusiya  Federasiyasının  ümumi  maşınqayırmasında 

4% təşkil edir. Rusiya Federasiyasında 200-dən çox neft-qaz maşınqayırma müəssisəsi 

fəaliyyət  göstərir.  Neft-qaz    maşınqayırması  bazarının  ümumi  həcmi  20-22  milyard 

dollar həcmindədir. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin məlumatına 

əsasən  ölkə  üzrə  mövcud  istifadə  olunan  avadanlıqların  75%  yerli  istehsal,  25%  isə 

xaricdən  idxal  olunur.  İdxal  edilən  neft-qaz  avadanlıqların  40%-i  Çinin,  20-30% 

Ukraynanın  payına  düşür.  Qazma  borular  idxalı  2006-2009-cu  illərdə  1,3  min  tondan 

6,9 min tona qədər yüksəlmişdir. Rusiya bazarında xarici şirkətlərin payı 10%-dən 50%-

ə  qədər  artmışdır.  Rusiyanın  əsas  neft-qaz  maşınqayırma  istehsalçıları  olan 

Motovilixinski  və  Perm  zavodları  (2010-cu  ildə  təxminən  10-11  min  ton  istehsal)  15 

min  tona  qədər  məhsul  istehsal  edərək  daxili  tələbatı  ödəyə  bilərlər.  Neft-qaz 

maşınqayırma  avadanlıqlarının  idxalının  əsas  səbəbi  böyük  sifarişlərin  Çin  tərəfindən 

daha  tez  1  aya,  yerli  müəssisələrin  isə  3-4  aya  yerinə  yetirmələridir.  Rusiya 

Federasiyasında  Ural-Volqaboyu  və  Şimali  Qafqaz  regionları  neft-qaz  sənayesi  üçün 

avadanlıqların istehsalı üzrə ixtisaslaşmışdır. 



Rusiya  neft-qaz  maşınqayırması  sahəsində  aparıcı  istehsalçılar:  “İjneftmaş”, 

“PervomayskayKimMaş”,  “Uraltransmaş”,  “Motovilinxinski”  zavodu,  “Şadrinski” 

maşınqayırma  zavodu,  “Oçerski”  maşınqayırma  zavodu,  “FasXimMaş”,  “Nalçik” 

maşınqayırma  zavodu,  “Çelyabinsk”  metalkonstruksiyalar  zavodu,  “Ferro-İnjinirinq 

Qrup”  “PERM”  Neft  maşınqayırma  birliyi,  “İjesco-Texasskoe”  neft  maşınqayırma 

zavodu,  “HİDROQAZ”,  “ORSK”  maşınqayırma  zavodu,  “LISEVSKİY”  Neft 

maşınqayırma zavodu, “Volqaburmaş” və s. 

Rusiya  Federasiyasının  neft-qaz  avadanlıqları  bazarı  seqmentində  neft-qaz 

maşınqayırma avadanlıqları bir neçə kateqoriyaya bölünür: 

 



Qazma avadanlıqları; 

 



Quyu əməliyyat avadanlıqları; 

 



Tikinti və boru kəmərləri avadanlıqları; 


Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə