Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
1   2   3   4   5   6   7

21 

yuyucu aqreqatlar, ədəd 

764 

216 


170 

72 


50 

36 


51 

sınaq aqreqatları, ədəd 

885 

452 


246 

82 


92 

17 


27 

təmir aqreqatları, ədəd 

485 

252 


253 

174 


37 

38 


60 

elektrik mühərrikləri, min ədəd 

4860 

1637 


1355 

834 


512 

339 


416 

güc transformatorları, min kVt 

1996 

651 


226 

97 


56 

124,5  116,7 

kompressorlar, min ədəd 

1000,4 


839 

976,7  392,2  57,8 

10,2 

9,6 


soyuducular, min ədəd 

330 


223 

228 


97 

25 


6,8 

0,1 


kondisionerlər, min ədəd 

309 


268 

179 


119 

64 


78,8 

16,5 


 

Cədvəl 2: 1990-1997-ci illər üzrə maşınqayırma sənayesinin məhsullarının payı 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  sənayenin  məhsul  növləri  üzrə  payı 

azalmağa  başlamışdır.  Bu  özünü  neft  maşınqayırması  sənayesində  xüsusilə  büruzə 

verdi.  Məlum  olduğu  kimi  SSRİ  dövründə  Azərbaycan  neft  maşınqayırması 

avadanlıqlarının  70%-ni  ittifaq  dövlətlərinə  ixrac  edirdi,  lakin  müstəqillikdən  sonra 

ixrac  bazarları  itirildi.  Eyni  zamanda  neft  avadanlıqlarının  əksər  hissəsi  dəmir  yolu 

nəqliyyatı ilə daşındığına görə bu da əlavə maneələr əmələ gətirdi. Neft avadanlıqlarının 

göndərildiyi ölkələr artıq öz neft maşınqayırması avadanlıqlarının istehsalına başladılar 

ki,  bu  da  həmçinin  növbəti  illərdə  ölkəmizin  neft  maşınqayırması  müəssisələrinin 

avadanlıqlarının həmin ölkələrə ixracının azalması ilə müşahidə olunurdu. 

Bununla  yanaşı,  müstəqilliyimizin  ilk  illərində  bağlanmış  olan  “Əsrin 

müqaviləsi”  də  ölkəmizin  neft  maşınqayırması  sənayesinə  öz  təsirini  göstərdi.  

Müqavilədə  iştirak  edən  ölkələr  neftin  hasilatında  öz  avadanlıqlarını  tətbiq  etməyə 

başladılar.  Ölkəmizin  neft  maşınqayırması  müəssisələrinin  istehsal  etdikləri 

neftqazmədən  avadanlıqları  neftin  quruda  istehsalı  üçün  nəzərdə  tutulurdu.  Lakin 

adıçəkilən müqavilədə neftin hasilatı dənizdən çıxarılacağına görə neft maşınqayırması 

müəssisələrinə bu da əlavə ciddi təsir göstərdi. 

Ölkəmizdə  neft  maşınqayırması  məhsullarının  böyük  hissəsi  “Azneftkimyamaş” 

Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələr tərəfindən istehsal olunur. 

“Azneftkimyamaş”  ASC  2001-ci  ildə  yaradılmış  və  səhmləri  dövlətə  məxsusdur. 




22 

Yaradıldığı  tarixdə  18  Törəmə  Açıq  Səhmdar  Cəmiyyətdən  (TASC),  o  cümlədən  14 

zavod  və  4  institutdan  ibarət  olan  Cəmiyyətin,  hazırda  13  TASC-9  zavod  və  4  institut 

daxildir. 

“Azneftkimyammaş”  ASC-nin  tərkibinə  daxil  olan  istehsal  müəssisələri 

tərəfindən 90 addan artıq və 600 növdən çox nomenklaturada neft və müxtəlif avadanlıq 

istehsal olunur. Cəmiyyət istehsal olunan məhsulların əsas hissəsini fontan armaturları, 

kolon başlıqları, quyu təmiri üçün qaldırıcı qurğular, ştanqlı dərinlik nasosları, yuyucu 

nasos qurğuları, manifoldlar,  mancanaq dəzgahları, reduktorlar və fəvvarə siyirtmələri 

təşkil edir. 

“Azneftkimyammaş”  ASC  özündə  həmçinin  elmi-tədqiqat,  sınaq  təcrübə  və 

layihə-texnoloji  işlə  məşğul  olan  alim  və  mühəndis-texniki  işçilərin  çalışdığı  elmi-

tədqiqat və layihə institutlarını birləşdirir. 

“Azneftkimyamaş”  ASC-nin 2010-2014-cü illər arası məhsul satışı, o cümlədən 

ARDNŞ-ə  satış  və  ixrac  göstəricilərinə  dair  məlumatlarda  müəssisənin  sözügedən 

göstəricilərində müvafiq dövr ərzində azalmalar müşahidə olunmuşdur. 



Göstərici/illər 

2010 

2011 

2012 

2013 

2014 

Məhsul satışı 

20000 


27388 

23012 


30543 

21061 


ARDNŞ-ə satış 

11984 


21456 

17413 


19968 

14518 


İxrac 

1851 


2028 

4093 


4831 

1700 


Cədvəl  3:  “Azneftkimyamaş”  ASC-nin  2010-2014-cü  illərə  dair  məlumatları 

(manat) 

“Azneftkimyamaş” ASC-yə daxil olan zavod və institutlar

 

 

1.

 



Bakı neft maşınqayırma zavodu; 

2.

 



“Bakı fəhləsi” maşınqayırma zavodu 

3.

 



Suraxanı maşınqayırma zavodu 

4.

 



Sabunçu Elmi-İstehsalat Birliyi 

5.

 



B.Sərdarov adına maşınqayırma zavodu 

6.

 



Zabrat maşınqayırma zavodu 

7.

 



Bakı neftqazmədən avadanlıqları zavodu 


23 

8.

 



Balaxanı maşınqayırma zavodu 

9.

 



Səbail maşınqayırma zavodu 

10.


 

Azərbaycan  Elmi  Tədqiqat  və  Layihə  Konstruktor  Neft  Maşınqayırma  İnstitutu 

(AZİNMAŞ) 

11.


 

Azərbaycan Maşınqayırma Texnologiya İnstitutu 

12.

 

“Neftmaş” Xüsusi Konstruktor Bürosu 



13.

 

“Azərdövlətmaşlayihə” İnstitutu. 



 

Bakı neft maşınqayırma zavodu 

 

“Bakı  neft  maşınqayırma  zavodu”  TASC  2010-cu  ildə  “Səttərxan  adına 

maşınqayırma  zavodu”  TASC  və  “Bakı  neft  mədən  maşınqayırma  zavodu”  TASC 

birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft 

mədən  avadanlıqların  istehsalı  sahəsi  üzrə  ixtisaslaşmışdır.  İstehsal  etdiyi  məhsullar 

fontan  armaturları,  qazma  rotorları,  siyirtmələri  göstərmək  olar.  Zavodun  ərazisi  19.6 

ha-dır.  İstehsal  olunan  məhsullar-fontan  armaturları  və  kəmər  başlıqları  Ukraniya  və 

Rusiya Federasiyasına ixrac edir. 2014-cü ildə müəssisənin istehsal dövriyyəsinin həcmi 

5 561.5 min manat olmuşdur. 

 

“Bakı fəhləsi” maşınqayırma zavodu 



 

“Bakı  fəhləsi”  maşınqayırma  zavodu  1900-cu  ildə  yaradılmışdır,  “Keşlə 

maşınqayırma  zavodu”  ilə  birləşmişdir.  Zavod  mancanaq,  qaldırıcı  kranlar,  qazma 

aqreqatlarının  istehsalı  üzrə  ixtisaslaşmışdır.  Zavodun  ərazisi16  ha  təşkil  edir. 

Mancanaq  və  AZİNMAŞ  80  qurğularını  Qazaxıstana  ixrac  edir.  Zavodun  beynəlxalq 

dərəcəli  İSO  sertifikatı  var.  2014-cü  ildə  müəssisənin  istehsal  dövriyyəsinin  həcmi 

1 971.2 min manat olmuşdur. 

 

Suraxanı maşınqayırma zavodu 

 

Suraxanı  maşınqayırma  zavodu  1926-cı  ildə  yaradılmışdır.  Ərazisi  11.3  ha-dır. 

Zavod  yeraltı  neft-mədən  avadanlıqlarının  istehsalı  (dərinlik  nasosları)  üzrə 



24 

ixtisaslaşmışdır  və  dərinlik  nasosları,  qaz-lift  klapanları,  pakerlər  istehsal  olunur. 

Zavodda 368 nəfər işçi çalışır. Zavod dərinlik nasoslarını və pakerlərini Qazaxıstan və 

Rusiya Federasiyasına ixrac edir. Zavodun beynəlxalq dərəcəli APİ və İSO sertifikatları 

var.  2014-cü  ildə  müəssisənin  istehsal  dövriyyəsinin  həcmi  5 000.4  min  manat 

olmuşdur. 



Sabunçu Elmi-İstehsalat Birliyi 

 

Sabunçu  Elmi-İstehsalat  Birliyi  1914-cü  ildə  yaradılmışdır.  Zavod  maşınlar 

üzərində  müxtəlif  qurğuların  quraşdırılması  üzrə  ixtisaslaşmışdır.  Son  dövrlərdə  metal 

konstruksiyalar, körpülər üçün metal özüllər, işıq dirəkləri istehsal edir. Zavodun ərazisi 

9.2  ha-dır.  Eyni  zamanda  zavod  beynəlxalq  İSO  sertifikatına  malikdir.  2014-cü  ildə 

müəssisənin istehsal dövriyyəsinin həcmi 3 010.0 min manat olmuşdur. 



 

B.Sərdarov adına maşınqayırma zavodu 

 

B.Sərdarov adına maşınqayırma zavodu 1926-cı ildə yaradılmışdır. Zavod 37 ha 

ərazini  əhatə  edir  və  210  nəfər  işçi  heyəti  vardır.  Siyirtmələr,  dönən  kranlar,  fontan 

armaturlar  istehsalı  üzrə  ixtisaslaşmışdır.  2014-cü  ildə  müəssisənin  istehsal 

dövriyyəsinin həcmi 2 004.40 min manat olmuşdur. 

 

Zabrat maşınqayırma zavodu 



 

Zabrat maşınqayırma zavodu 1921-ci ildən fəaliyyət göstərir. Ərazisi 4.6 ha olub, 

118 nəfər işçi heyəti vardır. Zavod buruq qüllələrin istehsalı üzrə ixtisaslaşmışdır. Hal-

hazırda  özüllər,  metal  konstruksiyaların  istehsalı  ilə  fəaliyyət  göstərir.  Zavod  qüllə 

özüllərini  Rusiya  Federasiyasına  ixrac  edir.  2014-cü  ildə  müəssisənin  istehsal 

dövriyyəsinin həcmi 968.2 min manat olmuşdur. 



 

Bakı neftqazmədən avadanlıqları zavodu 

 

Bakı  neftqazmədən  avadanlıqları  zavodu  1967-ci  ildən  fəaliyyət  göstərir. 

Zavodun  ərazisi  1.6  ha-dır.  Zavod  neft  avadanlıqlarının  təmiri  və  servisi  üzrə 



25 

ixtisaslaşmışdır.  İstehsal  etdiyi  məhsullar  isə  avtoçənlər,  neft  məhsullarının  daşınması 

üçün  avtoçənlər,  borudaşıyan  xüsusi  qoşqular,  nasos  avadanlıqlarının  göstərmək  olar. 

2014-cü ildə müəssisənin istehsal dövriyyəsinin həcmi 398.5 min manat olmuşdur. 



 

 

Balaxanı maşınqayırma zavodu 

 

Balaxanı maşınqayırma zavodu 1900-cü ildə yaranmışdır. Zavod qazma baltaların 

və  alətlərin  istehsalı  üzrə  ixtisaslaşmış,  boru  tutucular,  metçiklər,  kolokovlar,  baltalar, 

karbiratorlar, frezervlərin istehsalı ilə məşğuldur. Zavodun ərazisi 3 ha-dır. Zavod İSO 

beynəlxalq sertifikatına malikdir. 2014-cü ildə müəssisənin istehsal dövriyyəsinin həcmi 

1 985.8 min manat olmuşdur. 

 

Səbail maşınqayırma zavodu 

 

Səbail  maşınqayırma  zavodu  1906-ci  ildə  yaranmışdır.  Zavod  neft  mədən 

alətlərinin və elevatorların istehsalı üzrə ixtisaslaşmışdır. Zavodun ərazisi 1.7 ha, Zavod 

İSO beynəlxalq sertifikatına malikdir.  2014-cü ildə müəssisənin istehsal dövriyyəsinin 

həcmi 880.50 min manat olmuşdur. 

 

Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu 

(AZİNMAŞ) 

 

Azərbaycan  Elmi  Tədqiqat  və  Layihə  Konstruktor  Neft  Maşınqayırma  İnstitutu 

(AZİNMAŞ)  1931-ci  ildə  yaranmışdır.  AZİNMAŞ-nun  fəaliyyət  sahəsi  yerüstü  neft 

mədən  avadanlıqlarının  layihələndirilməsidir.  İstehsal  etdiyi  məhsullar  sırasına  neft 

maşınqayırması  alət  və  avadanlıqlarını  göstərmək  olar.  İnstitutun  ərazisi  4.0  ha-dır. 

İxrac  məhsulu  kimi  qazma  qurğusu,  ixrac  olunan  yer  isə  BƏƏ-dir.  İnstitutun  İSO 

beynəlxalq sertifikatı var. 2014-cü ildə müəssisənin istehsal dövriyyəsinin həcmi 557.0 

min manat olmuşdur. 

 

 



26 

Azərbaycan Maşınqayırma Texnologiya İnstitutu 

 

Azərbaycan  Maşınqayırma  Texnologiya  İnstitutu  1961-ci  ildə  yaranmışdır. 

İnstitutun  ərazisi  6.0  ha-dır.  İnstitut  öz  fəaliyyət  sahəsini  texnologiyaların  və  qeyri-

standart avadanlıqların layihəsində əks etdirir. İstehsal etdiyi məhsullar sırasına muftanı 

göstərmək  olar.  2014-cü  ildə  müəssisənin  istehsal  dövriyyəsinin  həcmi  1 178.70  min 

manat olmuşdur. 



“Neftmaş” Xüsusi Konstruktor Bürosu 

 

“Neftmaş”  Xüsusi  Konstruktor  Bürosu  1966-cı  ildə  yaradılmışdır.  İnstitut  öz 

fəaliyyətini “AZİNMAŞ” layihə institutunda davam etdirir. İnstitutun fəaliyyət sahəsinə 

yeraltı  neft  avadanlıqlarının  layihələndirilməsi,  istehsal  etdiyi  məhsullar  isə  pakerlər, 

klapanlar, dərinlik nasoslarının təmiri, fontan quyuları üçün xüsusi kompleks hissələrin 

hazırlanmasını  göstərmək  olar.  İxrac  məhsulları  kimi  pakerlər,  klapanlar,  neft-qaz 

quyuları  üçün  xüsusi  alətlər,  neft  avadanlıqlarının  hissələrini  göstərmək  olar.  İxrac 

edilən ölkə Rusiya Federasiyasıdır. İnstitut beynəlxalq İSO sertifikatına malikdir. 2014-

cü ildə müəssisənin istehsal dövriyyəsinin həcmi 45.30 min manat olmuşdur. 

 

“Azərdövlətmaşlayihə” İnstitutu 

 

“Azərdövlətmaşlayihə”  İnstitutu  1968-ci  ildə  yaranmışdır.  İnstitutun  fəaliyyət 



sahəsi maşınqayırma üzrə layihə işləridir. İnstitut layihə işləri ilə bağlı xidmətləri təklif 

edir.  2014-cü  ildə  müəssisənin  istehsal  dövriyyəsinin  həcmi  162.50  min  manat 

olmuşdur. Bundan əlavə, neft maşınqayırması məhsullarının istehsalında “Azneftemaş” 

ASC,  “Neftqazmaş”  ASC,  “Qala  maşınqayırma”  ASC,  “Bakı  Cihazqayırma  Zavodu”, 

“Alov Zavodu”, “Avtomatik Xətlər” EİM böyük xüsusi çəkiyə malikdir.  

 

“Qala Maşınqayırma” ASC 

 

“Qala  maşınqayırma” ASC 2001-ci ildə yaranmışdır. Bundan  əvvəl isə 1934-cü 

ildən S.M.Kirov adına Mexaniki-təmir zavodu kimi fəaliyyət göstərirdi. 1989-cu il Bakı 

Maşınqayırma  zavodu,  1992-ci  il  –  Qala  maşınqayırma  zavodu  kimi  fəaliyyətini 




27 

sürdürmüşdür.  Zavod  neft-mədən  avadanlıqların  istehsalı,  mancanaq  dəzgahları  üçün  

reduktorlarının əsaslı təmiri və istehsalı üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullara 

VP(50,80)  tipli    yuyucu    fırlanğıclar,  EŞN(5,10)    tipli    ştanq    elevatorlar,  

ETK(48,60,73,89)  tipli  boru  elevatorlar, EZN (48,60,73,89,114) tipli boru elevatorlar, 

ştanq  və  boru  açarlar,  dartıcı  diyircəklər(4,8,10ton),  OŞ  50x70  oynaqlı  şarnir 

birləşmələr ( 10 növ), SUS quyuağzı kipkəci, SKN MD üçün şatunun aşağı başlıqları və 

krivoşip barmaqları, kanat sıxıcıları və s. daxildir. 

 

“Neftqazmaş” ASC 

 

“Neftqazmaş”  ASC  neft-qaz  maşınqayırması  avadanlıqlarından  kompressor 

qurğuları,  manifoldlar,    müxtəlif  ölçülü  siyirtmələr,  diyircəkli  istiqamətləndirici 

vkladişlər,  tənzimləyici  drossellər,  şarlı  kranlar,  boru  üçün  şarlı  ventillər,  bağlayıcı 

drossel  avadanlıqları,  salniklər,  müxtəlif  ölçülü  açarlar,  klapanlar,  kolon  başlıqları, 

klapanlar, qaz separatorları və s. istehsal edir. 

 

“Azneftemaş” ASC 

 

“Azneftemaş” ASC-nin  əsası 1953-cü ildə qoyulmuşdur. Müəssisə 1999-cu ildə 

səhmdar cəmiyyət olduqdan sonra, neft və qaz sənayesində istifadə olunan avadanlıqlar: 

qazıcı  qurğular,  yüksək  təzyiqli  siyirtmələr,  xüsusi  təyinatlı  texnikalar,  və  müxtəlif 

alətlər  yüksək  keyfiyyətlə  istehsal  edilir.  Zavodda  780  işçi  çalışır.  Müəssisənin 

avadanlıqları  Türkiyə,  Rusiya  Federasiyası,  Yaponiya  və  Rumıniya  istehsalı  olan 

avadanlıqlar  istehsal  olunur.  Müəssisənin  məhsulları  Belarus,  Qazaxıstan,  Qırğızıstan, 

Özbəkistan, Türkmənistan, Ukrayna, İran, İraq, Rusiya Federasiyası və BƏƏ ölkələrinə 

ixrac olunur. 

 

 



 

 



28 

İstifadə olunmuş ədəbiyyat siyahısı 

 

1)



 

E.M.Hacızadə  Z.S.Abdullayev  Neft  Təsərrüfatının  İqtisadi  Strukturunun 

modernizasiyası, Bakı - Elm – 2003; 

2)

 



Africa Oilfield Equipment Rental Market by Type (Drilling Equipment, Pressure 

&  Flow  Control  Equipment,  Fishing  Equipment  &  Others),  by  Application 

(Onshore & Offshore), by Country - Analysis & Forecast To 2019; 

3)

 



South America Oilfield Services Market By Type (Coiled Tubing Services, Well 

Completion,  Drilling  Fluids,  Drilling  Services,  OCTG,  Wireline  Services  & 

Others),  by  Application  (Onshore  &  Offshore)  by  Countries  -  Trends  and 

forecasts to 2019; 

4)

 

Asia  Pacific  Oilfield  Services  Market  by  Type  (Coiled  Tubing  Services,  Well 



Completion,  Drilling  Fluids  &  Services,  OCTG,  Wireline  Services  ,Oilfield 

Equipment  Rental,  Pressure  Pumping  Services  &  Well  Intervention  ),by 

Application (Onshore & Offshore) -Analysis & Forecast To 2019; 

5)

 



North  America  Oilfield  Equipment  Rental  Market  by  Drilling  Equipment 

(Pressure & Flow Control Equipment, Fishing Equipment, Other Equipment), by 

Application (Onshore, Offshore), by Country - Analysis and Forecast to 2019; 

6)

 



Middle  East  Oilfield  Services  Market  by  Type  (Coiled  Tubing  Services,  Well 

Completion,  Drilling  Fluids,  Drilling  Services,  OCTG,  Wireline  Services  & 

Others),  by  Application  (Onshore  &  Offshore),  by  Country  –  Analysis  and 

Forecasts to 2019; 

7)

 

Europe  Oilfield  Services  Market  by  Type  (Coiled  Tubing  Services,  Well 



Completion, Drilling Fluids, Drilling Services, OCTG, Wireline Services, Others) 

by  Application  (Onshore  &  Offshore)  &  by  Country  -  Analysis  &  Forecasts  to 

2019; 

8)

 



Oilfield Equipment & Services Report 2013 

9)

 



www.T-rost.ru

10)



 

www.expert-ural.com

11)


 

www.uralmash-ngo.com




29 

12)


 

www.burneft.ru

13)


 

www.metalinfo.ru

14)


 

www.gosrf.ru

 

15)


 

http://www.worldbank.org



 

 

Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə