Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
1   2   3   4   5   6   7

15 

 



Təmir avadanlıqları; 

 



Neft-qaz avadanlıqlarının daşınması üçün xüsusi nəqliyyat vasitələri; 

 



Neft və qaz avadanlıqlarının müvəqqəti saxlanması üçün avadanlıqlar. 

2030-cü  ilə  qədər  Rusiya  Neft-kimya  sahəsinə  30,6  milyard  dollar  həcmində 

investisya qoyulması nəzərdə tutulur. Qoyulan investisiyanın təxminən 40-50 %-i yeni 

avadanlıq alınmasına yönəlməsi nəzərdə tutulur. 

 

Cədvəl 1: Rusiya neft-qaz maşınqayırmasının artım dinamikası (mlrd. dollar). 

2010-cu ildə neft-qaz maşınqayırmasının həcmi 20 milyard dollar təşkil etmişdir.  



“Uraltransmaş”  Neft  maşınqayırma  zavodu:  Zavodun  istehsal  etdiyi  avadanlıqlara 

mobil qazma qurğuları (160-200 ton), stasionar qazma qurğuları (160-600 ton), qazma 

avadanlıqları dəsti, qazma avadanlıqlarının hissələri və ehtiyat hissələri. Zavod 2013-cü 

ildə  8  milyon  dollar  dəyərində  3  min  ton  məhsul  istehsal  olunmuşsa,  2014-cü  ildə  18 

milyon dəyərində 6 min ton məhsul istehsal olunmuşdur. 

“İjesko-Texasskoe”  Neft  maşınqayırma  zavodu:  Zavod  tərəfindən  buxar  yaratma 

bölmələri,  buxar  istiliyinə  davamlı  armatur,  neft  qızdırıcı  sobalar,  ölçü  cihazları, 

kimyəvi su təmizləmə sistemləri. 

“HİDROQAZ”  Maşınqayırma  zavodu:  Zavod  tərəfindən  istehsal  edilən 

avadanlıqlarda  neft  və  kimya  nasosları,  tərs  osmosis,  su  təmizləyici  sistem,  mexaniki 

qarışdırma  cihazları,  kimyəvi  astarlı  armaturlar,  kimya  və  neft-kimya  avadanlıqları, 

inteqrasiya istehsal xətləri. 



“ORSK”  Maşınqayırma  zavodu:  Zavodun  istehsal  etdiyi  məhsullara  qazma  boru 

kilidlər, hidro-silindirlər, neft və neft-kimya nasosları, qaz balonları, istilik sobaları, neft 

qızdırıcıları, neft-qaz sənayesi üçün avadanlıqlar və s. 



16 

“LISEVSKİY”  Neft  maşınqayırma  zavodu:  Zavodun  istehsal  etdiyi  avadanlıqların 

sırasında  sualtı  neft  hasilatı  üçün  nasoslar,  sualtı  və  yerüstü  lay  təzyiqinin  artırılması 

üçün avadanlıqlar daxildir. 

“İjneftmaş”  Neft  maşınqayırma  zavodu:  Hal-hazırda  Rusiya  istehsalı  olan  bütün 

avtomatik stasionar qazma maşa və orta güclü kiçik palçıq nasosların istehsalının 90%-i, 

rod  nasoslar  və  dərin  nasos  istehsalının  50  %-i,  nasos  qurğuların  istehsalının  25  %-i 

“İjneftmaş”-ın payına düşür. 



“PERM”  Neftmaşınqayırma  Birliyi:  Birliyin  əsas  texnologiyalarına  dərin  quyu 

qazma,  yayma,  boruları  20  metr  dərinliyə  qədər  yerləşdirilməsi,  çiləmə  üsulu  aiddir. 

Texnologiyaların  tətbiq  dairəsi  neft,  neft-kimya,  atom,  aviasiya  və  gəmiqayırma 

sahələrini  əhatə  edir.  Birliyin  satış  avadanlıqlarına  qeyri-maqnit  qazma  borular,  qaz 

ayırıcı  avadanlıqlar,  filtirlər,  SSHN  nasosları,  qoşucular,  yoxlama  və  bütün  növ polad  

boruların  təmiri  və  s.  Texnoloji  ixtisaslaşma  istiqamətində  dərin  quyuların  yenidən 

işlənməsi (dərinliyi 18  metrə, diametri 14  mm-dən 250  mm-ə  qədər) xüsusi yer tutur. 

Neftin istehsalı üçün rod nasosları istehsal edilir. Bu məhsulun Rusiya bazarında payı 

20-25%  təşkil  edir.  Ağır  qazma  borular  bazarın  12-18%  təşkil  edir.  Belə  borular 

metallurgiya məhsulu deyil. Bu məhsulların 40%-i Çindən, 20-30%-i Ukraynadan idxal 

olunur.  Rusiyada  bu  məhsulları  istehsal  edən  2  zavod  fəaliyyət  göstərir:  PNMK, 

Motovilinski  zavodları.  Spiral  qazma  borular,  14  metrlik  qazma  və  buruq  borular 

istehsalı  nəzərdə  tutulur.  Bu  layihənin  həyata  keçirilməsi  üçün  40mln  rubl  investisiya 

qoyulmuşdur.  Ötürülən  qazma  sütunlar  və  sualtı  nasoslar  istehsalına  20  mln  rubl 

investisiya  qoyulmuşdur.  İstehsalın  əsas  hissəsinin  Qazaxıstan  neft  şirkətlərinə  satışı 

nəzərdə  tutulur.  2013-cü  ildə  Qazaxıstana  ixrac  hesabına  satışın  həcmi  49%  artmışdır. 

İstehsal  olunan  məhsullar  Rusiyanın  8  neft  şirkətində  təcrübədədir.  PNMB  hazırda 

Belarusiya  Metallurgiya  zavodu  ilə  əməkdaşlıq  etməkdədir.  PNMB  istehsal  etdiyi 

məhsulları  əsasən  Qazaxıstan,  Azərbaycan,  Litva,  Bolqarıstan,  Türkmənistan, 

Tacikistan kimi ölkələrə ixrac etməkdədir. 

 

 



17 

2.2 Qazaxıstanın neft-qaz maşınqayırması sənayesi

 

Qazaxıstan  Respublikasında  50-dən  çox  neft  maşınqayırma  müəssisəsi  fəaliyyət 

göstərir. Bu müəssisələr 350 növdə neft maşınqayırma məhsulları istehsal edir, daha 40 

yeni məhsul istehsalı planlaşdırılır. 



Əsas  neft  maşınqayırma  müəssisələri:  “Munaymaş”,  “Petropavlovski  ağır 

maşınqayırma zavodu”, “Kirov adına zavod”, “Prikaspiyski” maşınqayırma kompleksi

“Qazneftqazmaş”,  “Aktyubinski”  neft  avadanlıqalrı  zavodu,  “Qərbi  Qazaxıstan” 

maşınqayırma kompleksi, “Aktau” neft maşınqayırma zavodu və s. 

2008-ci  ildə  ümumi  maşınqayırmanın  ixrac  strukturunda  neft-qaz  maşınqayırmasının 

həcmi 5%, idxal strukturunda isə 8% təşkil etmişdir. 2008-2013-cü illərdə istehsalda 2,8 

dəfə artım olmuşdur. 

 

Diaqram 1Neft-qaz avadanlıqları istehsalı. 

2010-2015-ci  illərdə  Qazaxıstan  neft-qaz  avadanlıqları  istehsalı  23%  və  ya  193 

milyon dollardan 238 milyon dollara qədər yüksəlmişdir. 



“Qazneftqazmaş”Neft  maşınqayırma  zavodu:  Zavod  tərəfindən  istehsal  olunan 

avadanlıqlara  neft-mədən  avadanlıqları,  armatur  kilidlər,  flanşlar  və  başqa  təyinatlı 

məhsullar,  uzun  sütunlar,  armatur  kəmərlər,  daraq  bloklar  və  s.  avadanlıqları    qeyd 

etmək olar. 




Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə