6
gücləndirir. Bəzi universitetlər başlanğıc xərclərin ödənilməsində yardımı əhatə
edən fondlar yaradır. Digərləri isə biznes inkubatorların yaradılması, biznesin
inkişaf etdirilməsi üzrə proqramların təşviqi, sahibkarlıq təhsilinin artırılması və
sahibkarlarla elm adamlarının əlaqələrinin gücləndirilməsi istiqamətində işlər
görür.
Universitetlərdə biznes inkubatorların yaradılması heyətin təhsil, elmi-
innovativ layihələrə cəlb olunması, gənc menecer və sahibkarların yetişdirilməsi
baxımından olduqca önəmlidir. Həmçinin, biznes inkubatorların yaradılmasının
əsas məqsədi tələbələrə öz startap bizneslərini qurmaqda tədris-metodiki,
maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.
“Association of University Technology Managers” təşklatının
məlumatına əsasən universitetlər və digər elmi tədqiqat institutları tərəfindən
2011-ci ildə 670 startap, 2012-ci ilə 705 startap, 2013-cü ildə isə 818 startap
yaradılmışdır.
Minnesota Universiteti (Minnesota University) universitetdə fəaliyyət
göstərən startapları dəstəkləmək üçün 20 milyon ABŞ dolları maliyyə vəsaiti
ayıraraq erkən mərhələdə olan vençur maliyyələşdirmə fondu yaratmışdır.
Visconsin Sistem Universiteti (Wisconsin System University) tərəfindən
universitet heyətinin, fakultələrinin və elmi təhqiqat aparan tələbələrin
maliyyələşdirilməsi
üçün
2
milyon
ABŞ dolları həcmində erkən
maliyyələşdirmə fondu yaradılıb.
Kaliforniya Universiteti (California University) startapların tətqiqat
aparması üçün vençur maliyyələşdirmə fondunun yaradılmasını təsdiqləyib və
ilkin olaraq 250 milyon dollar sərmayə ayırıb.
Startapın digər xüsusiyyəti onun yeni olmasından irəli gəlir – startapların
zəif maliyyə resursları olur. Bunun nəzərə alaraq, son 20 ildə startaplar
fəaliyyətə başlayanda ilkin mərhələdə maliyyələşmə üçün 2 əsas mexanizmdən
istifadə edirlər: biznes mələkləri və vençur kapitalı (şəkil 1).
Biznes-mələkləri – hələ ideya mərhələsində olan startaplara pul ayıran
fərdi şəxslərdir.
Vençur fondları isə orta və ya böyük riskli, lakin gəlirlilik səviyyəsi
yüksək olan startaplara maliyyə vəsaiti ayırırlar. Vençur fondları da “biznes-
mələkləri” kimi hələ yalnız biznes planı olan layihəyə maliyyə vəsaiti ayırırlar.
Ancaq onlar bazara çıxan, lakin daha geniş inkişafı üçün pulları olmayan
şirkətləri maliyyəşdirməyə daha çox üstünlük verirlər.
7
Şəkil 1. Startapların inkişaf mərhələləri
Bizines mələkləri (Mələk investorları)
Şəkil 1-də görsəndiyi kimi startap üçün ən ilkin kapital startapı təsis edən
şəxslər və onlara yaxın olan adamlardan (ailə və dostlar) alınır (və buna toxum
kapitalı deyilir). Lakin bu kapitalın həcmi çox cüzi olur və ən ilkin tədqiqatın
aparılması və prototipin hazırlanaması üçün ayrılır (və çox zaman yetərli
olmur).
Bu kateqoriya startaplara yatırım dünyada üçüncü yeri tutur.
Toxum kapitalının nəticəsində məhsula dair hər hansı ilkin məlumatlar,
biznes plan, prototipin nüxsələri və hətta kiçik miqyaslı modeli qurulandan
sonra növbəti maliyyələşdirmə mərhələsinə keçid baş verir. Bu mərhələdə
maliyyə sərmayəsi “biznes mələkləri” və ya başqa formada desək “mələk
investorları” tərəfindən verilir. Qeyd etmək lazımdır ki, “mələk investorları”
investisiyalı “vençur kapitalı” ilə müqayisədə daha yüksək riskli investisiyalar
hesab edilir.
Mələk investorların ən böyük xüsusiyyəti odur ki, bunlar qeyri-rəsmi
investorlardır. Bu tip inverstorlar öz şəxsi büdcələrindən biznes startapların
ayağa qalxması üçün vəsait ayırır və bunu geri dönəcək borc olaraq, yaxud da
layihəyə ortaq olaraq həyata keçirirlər.
Risk sərmayədarı (“venture capital”) şirkətlərindən fərqli olaraq biznes
mələkləri startapları öz şəxsi vəsaitləri hesabına dəstəkləyirlər. Bu sərmayələr
çox riskli olduğu üçün onlar 5-7 il kimi uzun müddətli deyil, 1-2 il ərzində
qazanc olaraq geri dönüş edə biləcək startaplarla maraqlanırlar.
8
Nyu Hampşir Universitetinin (New Hampshire University) professoru və
Venture Araşdırmalar Mərkəzinin təsisçisi Uilyam Vetrel (William Wetrel) ilk
dəfə 1978-ci ildə ABŞ-da başlanğıc kapitalın necə inkişaf etdirilməsi
istiqamətində qabaqcıl tədqiqatlara dəstək verən investorlar barədə ümumi fikir
formalaşdırmaq üçün “angel” terminindən istifadə etmişdir.
Digər amerikalı tədqiqatçılar
1
tərəfindən hazırlanmış hesabatda yer alan
cədvəllərdə, biznes mələkləri tərəfindən dəstəklənən startapların digər alternativ
sərmayə dəstəyi alan startaplardan daha uğurlu nəticələr əldə etdikləri barədə
məlumat yayımlanıb.
Belə ki, ABŞ-da startaplar 2007-ci ildən biznes mələkləri tərəfindən
dəstəklənməyə başlayıb və həmin dövrdə qoyulan investisiyaların ortalama
büdcəsi 450 min ABŞ dollarına qədər qalxmış, sonra isə 2009-cu ildə müxtəlif
biznes sahələrinə daha böyük büdcəli sərmayələr ayrılmış və bu
investisiyalardan İKT sektorunun payı 5% olmuşdur. 2011-ci ilin 2-ci rübündə
ABŞ-dakı mələk sərmayələrin 7,5 milyard dollarının 39%-i coğrafi olaraq,
ABŞ-ın ən böyük texnoloji şirkətlərinin yerləşdiyi, Silikon Vadisinin payına
düşüb.
Vençur maliyyələşdirməsi
Elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər
tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan
yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və
müvafiq mexanizmin elementidir.
Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu
sahələrə üstünlük verirlər. Buna görə də yeni yaradılan şirkətlərin kreditlərdən
istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə
dair sərt tələblər (3-5 il), onun aktivləri, minimum emissiyasının həcmi, kiçik
şirkətlərin öz qiymətli kağızları ilə fond bazarına çıxmalarına mane olan
səhmlərin buraxılması proseduru ilə bağlı tələbləri həmin şirkətlərin qiymətli
kağızlar bazarına çıxmasını praktiki olaraq qeyri-mümkün edir. Bu vəziyyət
kiçik tədqiqatlarla və tətbiq layihələri ilə məşğul olan müəssisələrin
fəaliyyətinin maliyyələşdirilməsi üçün vençur maliyyələşdirməsi sisteminin
yaranmasına səbəb olmuşdur.
Pul kapitalı sahibləri ixtiraçılara və sahibkarlara ssudalar verərkən kredit
müqabilində əmlakın girov qoyulması barədə iddialar təqdim etə və ya onların
1
Uilyam Ker (William R. Kerr), Coş Lerner (Josh Lerner) və Antoanet Şoar (Antoinette Schoar)