15
Yüksək inkişaf edən startapların müəyyənləşdirilməsi və yüksək
artıma maneələrin aradan qaldırılması;
İnnovativ startapların və yeni sənaye sahələrinin yaradılması üçün
Federal Fond tərəfindən araşdırma və inkişafı üçün illik təxmini 148
milyard dollar vəsait ayrılır.
Startaplar və böyük şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi.
Sahibkarlar üçün kapital imkanlarının genişləndirilməsi
Kiçik Biznes Administrasiyası (Small Business Administration)
tərəfindən növbəti 5 il ərzində perspektivli və yüksək artım tempinə malik
şirkətlərin yaranması üçün özəl sektora 2 milyard ABŞ dolları həcmində vəsait
ayrılmışdır.
1 milyard ABŞ dolları təkan investiya fonduna: Kiçik Biznes
Administrasiyası (Small Business Administration) bu fondlara zəif inkişaf etmiş
regionlarda yerləşən şirkətlərin böyüməsi üçün 1 milyard dollar sərmayə ayırıb.
Bu investisiyalar iqtisadi cəhətdən zəif olan ərazilərdə eləcə də inkişaf etməkdə
olan təmiz enerji sektorlarını əhatə edir.
Erkən mərhələdə olan innovativ fondlara 1 milyard ABŞ dolları:
Erkən mərhələdə olan şirkətlər kapitalla təmin olunmaq baxımından olduqca
böyük çətinliklər çəkirlər xüsusilə də banklar tərəfindən maliyyələşməsi üçün
zəruri aktiv və pul vəsaitlərinin hərəkəti olmayan şirkətlər.
Son 4 il ərzində bütün vençur maliyyələşdirmənin yalnız 6% bu
mərhələdə olan startaplara yönəldilmişdir. Bu maliyyələşdirmənin 70%
Kaliforniya, Massachusetts və Nyu York ştatlarında yerləşən şirkətlərə
yönəlmişdir.
Dövlət Xəzinədarlıq Agentliyi gəlir səviyyəsi aşağı olan özəl
investisiyalar
üçün
5
milyard
dollar
vergi
kreditləri
qaydalarını
sadələşdirmişdir. Dövlət Xəzinədarlıq Agentliyi yeni bazarda mövcud olan
vergi kreditləri üçün bir çox normativ islahatlar hazırlayır. Belə ki, Agentlik
2012 maliyyə ilində ayrılan vəsaitin 3,5 milyar dollardan 5 milyard dollara
qədər artırılmasını təklif edir. Bu islahatlar gəlirləri aşağı olan startaplar və kiçik
və orta müəssisələrə özəl sektor fondları tərəfindən investisiya cəlbediciliyinin
artırılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub.
Silikon Vadisi
Silikon Vadisi Amerikanın Kaliforniya ştatında olan bir çox istehsal və
inkişaf mərhələsində olan şirkətlərin yerləşdiyi ərazidir. Silikon Vadisi
16
dünyanın ən böyük texnoloji korporasiyaları və minlərlə texnoloji startapların
evi hesab edilir.
ABŞ-da ən məşhur texnopark Kaliforniya ştatında elmi mərkəzi Stenford
Universiteti olan Silikon Vadisi və Kremn Vadisi texnoparklarıdır.
Cədvəl 1: Silikon vadisinin startapları dəstəkləyən investorlar
Silikon Vadisində vençur kapitalın investisiyalarla təmin olunmasında ən
fəal dəstəkçi “500 startap” şirkətidir. Şirkətin 2009-cu ildən bu yana yüzlərlə
sərmayələri olub.
Şirkət tərəfindən yatırılan investisiyalar internet sektoru və xüsusilə də
erkən mərhələdə olan startapları əhatə edir. Bu gün ABŞ-ın milyardlarla
dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində
cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır – ildə təxminən 145 min dollar.
Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura
ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Kompyuterlərin
və digər məhsulların dünya ixracının 20%-i Silikon Vadisinin payına düşür. Bu
texnoloji parkın çoxdan yaranmasına baxmayaraq, yeni texnoparklar üçün də
etibarlı sayılır. Mütəxəssislər Silikon Vadisinın formalaşmasına həlledici təsir
edən üç əsas faktor müəyyənləşdirmişlər.
1. ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət siyasəti.
2. mikroelektronika məhsulunun satış bazarının olması.
3. yeni elmtutumlu şirkətlərin yaranması zamanı innovasiya prosesinin ilk
mərhələlərində əsas rol oynayan riskli kapital bazarının olması.
1
500 startups
2
SV Angel
3
Andreessen Horowitz
4
New Enterprise Associates
5
Google Ventures
6
Sequoia Capital
7
Kleiner Perkins Caufield & Byers
8
Greylock Partners
9
Intel Capital
10
Accel Partners
17
AVROPA
Estoniya
Estoniya düyada startap sahəsində ən tanınmış ölkələrdən biridir.
Sahibkarlıq infrastrukturu kompleks yanaşma ilə seçilir. Belə ki, “Skype”,
“Trasfer Wise” və “Grab Cab” kimi məhşur startaplar Estoniyada yaranmışdır.
Estoniyada startapların inkişaf etməsi üçün əlverişli mühit yaradılmışdır. Hal-
hazırda Estoniyada yalnız bir dövlət dəstəyi fondu var. 2013-cü ilin dekabrında
Estoniya hökuməti yeni müəssisələrin yaradılması üçün 60 milyon avro vəsait
ayırmaq qərarına gəlib.
İlkin şirkətərin yaradılması üçün hökumət tərəfindən xüsusi startap
subsidiyaları da mövcuddur. Subsidiyaların həcmi vəziyyətdən aslıdır və 4.474
avroya qədər qalxa bilər. Ölkədə yerli şirkətlərin qeydiyyatdan keçməsi bir neçə
dəqiqə, xarici şirkətlərin qeydiyyatdan keçməsi üçün isə bir neçə gün vaxt tələb
olunur. Ölkənin vergi sistemi dünyada ən liberal sistemlərdən biridir.
Bundan başqa, ölkədə “Startap Estoniya” fəaliyyət göstərir ki, bu da
hökumətin irəli sürdüyü təşəbbüsdür. “Startap Estoniya” Estoniya İnkişaf Fondu
tərəfindən idarə olunur və Avropa Regional Fondu hesabına maliyyələşdirilir.
“Startap Estoniya”nın əsas məqsədi Estoniyada startap ekosisteminin
inkişafına təkan vermək və startap şirkətlərin inkişafı eləcə də onların maliyyə
vəsaiti əldə etmələri üçün köməkliyin göstərilməsidir. Estoniya İnkişaf
Fondunun məlumatına görə hal-hazırda Estoniyada təxminən 350 startap var və
onların 2020-ci ilə qədər 1000-ə çatması gözlənilir.
Latviya
Latviyada kiçik biznesə dəstək və yeni layihələrin inkişafını təmin etmək
məqsədilə Latviya İnvestisiya və İnkişaf Agentliyi yaradılmışdır. Dövlət
texnologiya sektoru və digər sahələr arasında hər hansı bir fərq qoymadan kiçik
biznesin inkişaf etdirilməsi istiqamətində işlər görür. Həmçinin ölkədə hökumət
tərəfindən birgə maliyyələşdirilən vençur maliyyələşdirmə fondları və güzəştli
kreditlərdə mövcuddur.
Latviya hökuməti tərəfindən bir neçə qrantlar təqdim olunur. Qrantlar İP
marketinq, axtarış və inkişaf fəaliyyəti sahələrinin qorunması üçün 50% startap
xərclərini əhatə edir. Həmçinin subsidiyalar, kreditlər və hökumət tərəfindən
maliyyələşdirilən bir neçə vençur maliyyələşdirmə fondaları da mövcuddur.