Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   2   3   4   5   6   7   8   9   ...   12

21 

 

Belə təcrübədən regionlarda yerləşən MKS-in uşaq şöbələrində və 



filliallarında da istifadə etmək olar. Kəndlərdə üç –dörd otaqdan ibarət 

kitabxananın bir otağını nağıl otağına çevirmək olar. Burada sırf uşaqlar 

üçün ədəbiyyat toplanır, yerdə xalça, kilim salınır. Nənənin sandığı, yun 

əyirən cəhrəsini, balaca döşəkçələri xalça üzərinə qoymaqla burada əsil 

nağıl saatı abı-havası yaratmaq olar. Döşəkçələrin üzü xırda parçalardan 

tikilmiş üzlüklə olsa daha maraqlı olar. Kənd kitabxanası nağıl saatında 

kənddə işləmiş, indi isə təqaüddə olan kitabxanaçını və ya həvəslə 

uşaqlara nağıl danışmaq istəyən nənəni dəvət edə bilərlər. Nağıl saatında 

nənə corab toxumaqla, yun əyirməklə və ya xalça, kilim toxumaqla, qurama 

tikməklə uşaqlara nağıl danışar. Nağıl otağında olan sandıqçanın içərisində 

uşaqların düzəltdikləri, toxuduqları nağıl qəhrəmanları yığılar. Nənə hər 

dəfə sandığı açanda bu işlərin kim tərəfindən hazırlanmasını digər 

oxuculara məlumat verər. Bu da uşaqları yaradıcılıq işlərinə daha çox 

həvəsləndirər. Həmçinin, onlar kitabxanadan istifadə qaydaları, elanlar ilə 

tanış olurlar. Balaca oxuculara kitabxananı sevdirmək, onlarda mütaliəyə 

maraq artırmaq  məqsədilə girişdə  kitab formasında taxta lövhənin 

üzərində kitab və ya mütaliə haqqında deyilmiş müdrik sözlər yazılmalıdır: 

“İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır” və s. Yazı rəngarəng gözəl və 

iri şriftlərlə verilməlidir.  Bu da kiçik yaşlı uşaqların gördüklərinin  təsiri altına 

düşməsi ilə ondarda ilk anlarda kitabxanaya maraq doğurur. Kitabxananın 

dizaynının burada cox böyük rolu vardır. Buna görə biz də Mərkəzi 

Kitabxana Sisteminin uşaq şöbələrinin tərtibatına fikir veriməli,  rəngarəng 

və uşaqların zövqünə uyğun, nağıl qəhrəmanlarının, cizgi filmlərinin 

şəkillərindən, oyuncaqlardan istifadə etməliyik. Çünki belə kitabxanaya 

daxil olan uşaqlar özlərini sanki sevdikləri nağıl qəhrəmanlarının 

əhatəsində hiss edər,  onların kitab oxumağa olan marağı daha da artar. 

Uşaqları mütaliəyə cəlb etmək üçün təkcə kitabxananın girişində deyil, eyni 

zamanda müvafiq otaqlarda da cəlbedici, mütaliə həvəsini artıra biləcək 




22 

 

dizaynın olması vacibdir. Belə ki, kitab rəfləri çox hündür olmamalı, daha 



çox uşaqların istifadə etdikləri kiçik həcmli kitablar xüsusi düzəldilmiş 

oyuncaq rəflərdə qoyulmaqla uşaqların kitablarla ünsiyyət qurmasına 

kömək edir.  Hər bir MKS-nin foyesində milli sərginin olması xüsusilə 

vacibdir. Milli dəyərlərimizin saxlanması və inkişaf etdirilməsi, nəsillərdən-

nəsillərə ötürülməsi məqsədilə uşaqların özlərinin əl işlərinin sərgilənməsi 

kitab və kitabxananın sevdirməkdə mühüm rol oynayır. Belə sərgilərdə ulu 

öndərimizin sitatlarından (“Milli adət ənənələri qoruyub saxlamaq, 

yaşatmaq və onları gələcək nəsillərə dönə-dönə tövsiyə etmək hər birimizin 

borcu və vəzifəsidir”) istifadə etməklə onun daha maraqlı və dolğun 

təşkilinə nail olarıq.  

F.Köçərli adına Respublika Uşaq kitabxanasının iş təcrübəsindən 

bəhrələnərək bunları bilmək lazımdır: məktəbəqədər uşaqlarla işə 

kitabxanaya ekskursiyadan başlamaq lazımdır. Kitabxanaçı ilk dəfə 

kitabxanaya gələn bu sevimli oxucularda kitab dünyasını sevmək vərdişi 

aşılamaqla, onları gülərüzlə qarşılayır, kitabxanaya yeni yazılan uşaqlara 

kitabxananın hədiyyəsini- balaca bir kitab verir. 

 

 

 



 


23 

 

F.Köçərli adına Respublika Uşaq kitabxanasında hər il martın 1-dən 7-



dək Köçərli həftəsi keçirilir. Həftə ərzində müsabiqələrdə, bədii qiraət 

gecəsində fərqlənən oxucular diploma layiq görülür, kitabxananın təsis 

etdiyi “Göy qurşağı” uşaq jurnalına bir il pulsuz abunə olur.                    

Uşaqlara mütaliə tərbiyəsini aşılamağı məhz uşaq baxçalarından 

başlamağınızı tövsiyə edərdik. Çünki qeyd etdiyimiz kimi  müəyyən 

vərdişlərin insanlara kiçik yaşlarda aşılanması gələcəkdə daha səmərəli 

nəticələr verər. Belə ki,  bu yaşda olan uşaqlar gördüklərini və eşitdiklərini 

daha yaxşı qavrayırlar. Elə bu səbəbdən də baxçalarda mütaliə təbliğinin 

həyata keçirilməsi məqsədə uyğundur.  Baxça yaşlı uşaqlarda mütaliəyə 

həvəs yaratmaq məqsədilə azyaşlıların kitabxanalara ekskursiyasını təşkil 

etmək mümkündür. Ekskursiyaya kitabxana haqqında ətraflı məlumata 

malik olan kitabxanaçının rəhbərlik etməsi daha məqsədəuyğun olar. Belə 

ki, o uşaqların kitabxana ilə tanışlığı zamanı onları kitabxananın hər bir 

şöbəsi və onun funksiyası, nağıl otağı, kitabxananın faydaları haqqında 

məlumatladırmalı, dərnəklərlərdə çalışan uşaqların yaradıcılıq işlərini 

göstərməli, eyni zamanda kitabxanaya yeni daxil olan uşaq kitabları ilə 

tanış etməli, həmin kitabların məzmunu haqqında qısa, ancaq maraqlı 

məlumatlar verməlidir. 

 Digər tərəfdən də kitabxana işçiləri baxçalara gedərək uşaqları 

kitabxanalar haqqında məlumatlandıraraq onlarda kitaba qarşı sevgi 

yarada bilərlər. Belə ki, uşaqlar məktəbə getdikləri günü səbirsizliklə 

gözlədikləri kimi kitabxanalara üzv olub maraqlı kitabları oxuyacaqları günü 

də səbirsizliklə gözləməlidirlər. Çıxış zamanı kitabxanaçılar uşaqları 

inandırmalıdırlar ki, onların kitabxanaya üzv yazılması gələcəkdə onların 

yaxşı bir vətəndaş, vətənə, xalqa xeyirli bir övlad kimi yetişməsində mühüm 

rol oynayar. Kitabxanada bütün yaş qrupları nəzərə alınmaqla xidmət 

şöbəsi məlumat biblioqrafiya şöbəsi ilə birgə “Kitab dünyasına addımlar” 

adlı proqram hazırlayır. Həmin proqramda ədəbiyyat siyahıları müxtəlif 




Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə